Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   41   42   43   44   45   46   47   48   49

 
256 
Dünyada tək sənə könlümü verdim. 
Canımı, könlümü vəqf etdim sənə
Əlimdə nə gövhər qaldı, nə xəznə. 
Verdim gəncliyimi eşqində bada, 
Qocaldım, kor oldum qəmdən dünyada. 
Sən isə bu yüksək məqama çatdın; 
Məni bir kərəlik qəlbindən atdın. 
Yusif tanıyaraq onu bu sözdən, 
Acıdı halına, yaş tökdü gözdən. 
Dedi: – Ey Züleyxa, tanıdım sənsən, 
Nə üçün belə bir hala düşmüşsən? 
«Züleyxa» – deyincə Yusif b dilbər, 
Züleyxalığından oldu bixəbər. 
Ah çəkdi, ürəkdən qopardı fəryad, 
Yıxılıb özündən getdi, çəkdi dad. 
Elə ki, özünə gəldi bir qədər, 
Yusif ləblərindən səpdi incilər: 
Dedi: – O gəncliyin, camalın hanı? 
Dedi: – Oldu sənin vəslin qurbanı! 
Dedi: – Gözündəki nur niyə söndü? 
Dedi: – Fəraqında zülmətə döndü! 
Dedi: – Sərv qəddin nədən əyildi? 
Dedi: – Hicran yükü yüngül deyildi! 
Dedi: – O tükənməz sərvətin hanı? 
Tacü taxtın hanı, şövkətin hanı? 
Dedi: – Kim hüsnündən mənə söz açdı, 
Vəsfində dilindən gövhərlər saçdı, 
Qıldım ayağına başımı nisar, 
Ona bağışladım, xəznəmdə nə var! 
Başına əzəmət tacı qoyaraq, 
Səpdim qapısında başıma torpaq. 
Qalmadı əlimdə sərvətim, malım, 
Nə deyim, görürsən, necədir halım? 
Dedi: – Nəyə vardır səndə ehtiyac, 
 
257 
Kimdən gözləyirsən dərdinə əlac? 
Dedi: – Ehtiyacım sənədir ancaq, 
Dərdimə əlac da səndən olacaq! 
Əgər and içərək, vədə versən sən, 
Açıb dərdlərimi söyləyərəm mən, 
Yoxsa gətirmərəm dərdimi dilə, 
Buradan gedərəm yeni dərd ilə. 
And içdi allahın qüdrət kanına, 
Nübüvvət
1
 qəsrinin pak ərkanına, 
Ona ki atəşi qıldı gülüstan, 
Xələt alıb geydi cənnət bağından. 
Dedi: – Nə diləyin olarsa məndən
Bil, rəva qılaram, gəlsə əlimdən. 
Dedi: – Qəbul elə bu diləyimi, 
Qaytar gəncliyimi, gözəlliyimi. 
Bir də istəyirəm açılsın gözüm, 
Hüsnünün bağından gül dərim özüm. 
Duaya başladı Yusif durmadan, 
Həyat suyu axdı dodaqlarından. 
Ölmüş camalına bəxş etdi həyat, 
Üzündən silindi qocalıq qat-qat. 
Qayıtdı bulağa axıb gedən su, 
Cavanlıq bağçası güllərlə dodu. 
Kafuru boyandı mişk rənginə, 
Ağarmış saçları qaraldı yenə. 
Oldu ağ saçları şəvə tək qara,  
Gözünə nur gəldi onun dübara. 
Əyilmiş qaməti yenə düzəldi, 
Yanağının rəngi yerinə gəldi. 
Qırx yaşdan on dördə qayıtdı birdən, 
Gənclik nemətini tapdı yenidən. 
Hüsnünü bəzədi qüdrətin əli
On qat gözəlləşdi dünya gözəli. 
                                                           
1
Нцбцввят – пейьямбярлик. 


 
258 
Yusif ona dedi: – Ey gözəl nigar, 
Başqa bir mətləbin varsa, qıl izhar. 
Dedi: Bir mətləbim yoxdur dünyada, 
Diləyim bircədir, vəslindir o da! 
Gündüz sənə baxıb murada çatım, 
Gecə ayağına baş qoyub yatım. 
Sərv qamətinin sayəsində mən, 
Şəhd-şəkər əmim gülər ləbindən. 
Yaralı qəlbimə qoyaraq dərman, 
Vəslinlə kam alım mən bu dünyadan. 
Arzu çiçəyim ki saralıb soldu, 
Vəslin bulağından ona verim su. 
Yusif Züleyxaya qulaq asaraq, 
Başını aşağı saldı susaraq. 
Nə təsdiq elədi, nə qıldı inkar, 
Qeybdən ilhama oldu intizar. 
«Hə», «yox» arasında qalmışdı heyran. 
Cəbrayıl uçaraq gəldi bu zaman
Yusifə söylədi: – Ey şərəfli şah, 
Sənə çox-çox salam göndərir allah. 
Gördü ki, Züleyxa yalvarır sənə, 
Atmış acizliklə əl ətəyinə, 
Ahı duasını ərşə yetirdi, 
Kərəm dəryasını cuşa gətirdi. 
Vurmadıq yeni bir yara qəlbinə, 
Ərşdə siğəsi oxundu sənə. 
Sən də ümidini çıxartma boşa, 
Kəsdir kəbinini, yaşayın qoşa! 
Allahın kərəmi yar olsa əgər, 
Ondan doğulacaq qiymətli gövhər! 
 
259 
YUSİF  VƏ  ZÜLEYXA  KƏBİN  KƏSDİRİR, 
ZÜLEYXA  MURADA  ÇATIR 
 
Yusifə allahdan yetişdi fərman, 
Alsın Züleyxanı o mahi-Kənan. 
Toya hazırlaşdı Yusif o saat, 
Quraraq şahlara layiq bir büsat. 
Gəldilər məclisə şahlar, əyanlar, 
İzzətlə taxt üstdə tutdular qərar. 
Xəlil qanunuyla, Yəqub diniylə, 
Eşqin, gözəlliyin xoş ayiniylə, 
Züleyxa verildi Yusifə ərə, 
Yusif malik oldu nadir gövhərə. 
Hamı başlarına gövhər səpərək, 
Şah dedi, el dedi, «Toyun mübarək!» 
Ehtiram edərək hər bir qonağa, 
Yusif üzr istədi, qalxıb ayağa, 
Qıldı Züleyxanı şirin dillə şad, 
Gəlini gərdəyə göndərdi damad. 
Çıxdı pişvazına kəniz, pərəstar, 
Əyildi önündə taclar və başlar. 
Gözəl camalına olaraq aşiq, 
Verdilər bəzəklə ona yaraşıq. 
Elə ki toy bitdi, təmtəraq bitdi, 
Qonaqlar birbəbir evinə getdi, 
Ay saldı üzünə ənbərdən niqab, 
Yerə gümüş pərdə döşədi məhtab. 
Firuzə fələyin çatıldı tağı, 
Yandı minlər ilə ulduz çırağı. 
Fələk sürəyyadan taxdı gərdənbənd, 
Yaqutu gövhərə şəfəq etdi bənd.  
Gecənin zülməti sanki bir pərdə
Sirrini gizlətdi xalqın, hər yerdə. 
Xəlvətə çəkildi məhrəmlə məhrəm, 


 
260 
Qara pərdə ilə örtüldü hərəm. 
Züleyxa gərdəkdə çəkir intizar, 
Ürəyi yerində tutmayır qərar. 
Susuz ləblərinə toxunan sumu? 
Həqiqətmi, yarəb, yoxsa yuxumu? 
Bu sudan ətəşi sönəcəkdirmi? 
Gecəsi gündüzə dönəcəkdirmi? 
Gah dolub gözləri yaşla şadlıqdan, 
Gah edir könlünü hicran fikri qan. 
Deyirdi: «– Bu işə inanmıram mən, 
Üzümə bu xoşbəxt gün doğa birdən». 
Gah da öz-özünə düşünüb bir az, 
Deyirdi: «– Ümidi kəsmək yaramaz!» 
Qəlbini sarsıtdı bu çəkişmələr, 
Üz-uzə gəldilər sevinclə kədər. 
Bir də gördü, pərdə çəkildi lay-lay, 
Mənzili bəzədi bir pərdəsiz ay. 
Züleyxa görüncə onun üzünü
Nuru qamaşdırdı iki gözünü. 
Səbrü-qərarını əlindən aldı, 
Düşüb kölgə kimi torpaqda qaldı. 
Yusif əhvalına salınca nəzər, 
Bildi ki, məhəbbət canını üzər, 
Gətirib qızıl taxt üstünə saldı, 
Baş-başa uzanıb, qoynuna aldı. 
Ətrilə huşunu qaytardı ona, 
Yuxudan ayıldı, bayılmış sona. 
O üz ki baxmazdı Yusif bir zaman, 
Daima göz yumub, qaçardı ondan, 
Nə gördü: üz deyil, ay parçasıdır,  
Naxışla bəzənmiş Çin xarasıdır. 
Dəyməmiş o üzə bəzəkçi əli, 
Huridən gözəldir cənnət gözəli. 
Aldı qərarını əldən o camal, 
 
261 
Qucuyub öpməyə başladı dərhal. 
Öpdü şəkər kimi şirin ləbindən, 
Dişi tər innabı üzdü yerindən. 
Vüsal süfrəsində o əziz qonaq, 
Sandı ki, duzdandır o bir cüt dodaq. 
Odur ki, öpüşlə başladı işə, 
Duz ilə başlanar yemək həmişə. 
Duzundan daddıqca şövqi çoxaldı, 
Qolların kəmər tək belinə saldı. 
O kəmər altında zəhmət çəkmədən
Nişan tapdı nadir bir xəzinədən. 
Birinci tapmağa tələbi vardı, 
Xəznədən incini sədəf axtardı. 
Qoydu qarşısına o şirin dilli, 
Gümüş bir mücürü, ağzı qıfıllı. 
Nə o mücürüyə bir əl uzanmış, 
Nə onu xəznədar yada inanmış. 
Saldı o qıfıla yaqutdan açar, 
Açıb qoydu ona bir dürri-şəhvar. 
Ərğəvan şaxəsi qopdu yerindən, 
İki gül ayrıldı biri-birindən. 
Atını darısqal meydana saldı, 
O qədər çapdı ki, sustalıb qaldı. 
Bir at baş aparsa meydanda əgər, 
Nəfəsi təngiyər, nalları düşər. 
Gecəykən yuxudan qalxdı bir susuz, 
Su üçün bulağa getdi yuxusuz, 
Hərçənd ki əvvəlcə bulaqda batdı, 
Su içib qayıtdı, yerində yatdı. 
İki qonça vardı bulaqda qoşa, 
Səhər nəsimiylə çatdı baş-başa. 
Birisi açıldı, digəri qaldı, 
Açmayan açanın içinə daldı. 
Yusif qonça dərdi hüsnün bağından, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə