Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

 
184 
Eşqin bir gülünü iyləyib atsın, 
Aşiqin canına yüz tikan batsın. 
Bir gecə Əzizlə yatdı Züleyxa, 
Hiyləni işvəyə qatdı Züleyxa! 
Dedi: – Rüsvay etdi məni bu oğlan
Misirdə bədnamam onun ucundan. 
Arada söz gəzir, danışır hamı, 
Deyirlər, sevirəm mən bir qulamı. 
Alıb şikar kimi oxundan yara, 
Verirəm qanımla su torpaqlara. 
Guya eşqi vurmuş bağrıma yüz ox, 
Ki, ox ox üstədir, canımda yer yox! 
Bir tüküm qalmamış eşqindən xali 
Özümdən tük qədər deyiləm hali. 
İstərəm son qoyum bu bəd gümana, 
O gənci göndərim qara zindana. 
Sonra hər tərəfdə onu edim xar, 
Carçıya əmr edim, çəksin belə car: 
– Kim çıxsa ağanın malına şərik, 
Biz onu zindana məhkum edərik. 
Ağa hərəminə ayaq basanlar, 
Cəzanın, qəzəbin dadını anlar. 
Görsələr Yusifi həbs etmişəm mən, 
Camaat, əlbəttə, çıxar şübhədən. 
Bu söhbət Əzizin könlünü açdı, 
Bu fikri bəyəndi, dodağı qaçdı. 
Söylədi: Düşündüm mən xeyli zaman 
Ki, necə qurtaraq rüsvayçılıqdan? 
Fikrimə gəlmədi belə bir tədbir, 
Sənin hər bir sözün bir xəzinədir. 
Bu gündən verirəm sənə ixtiyar, 
O muzi tikanı yolundan qopar. 
Züleyxa Əzizdən alınca rüxsət, 
Yusifin yanına yollandı xəlvət. 
 
185 
Dedi: – Bu könlümün diləyi sənsən, 
Ruhum ilham alır sənin eşqindən 
Əziz ixtiyarı vermişdir mənə, 
Başın əlimdədir, hakiməm sənə. 
İstəsəm, fələklər olar məkanın, 
İstəsəm, zindanda çürüyər canın. 
Mənə xor baxdığın bu qədər yetər, 
Sənin şıltağına dözüm nə qədər? 
Mənim istədiyim yola qoy qədəm, 
Nə sən xar olasan, nə mən çəkim qəm. 
Məni sevindirsən, sevinəcəksən, 
İlahi məqama yüksələcəksən. 
Lakin əl çəkməsən öz inadından, 
Məskənin olacaq qaranlıq zindan. 
Ömrünü zindanda verincə başa, 
Mənimlə gül, danış, bəxtiyar yaşa! 
Yusif gətirməyib bu sözlərə tab, 
Verdi Züleyxaya ağır bir cavab. 
Züleyxa sarsıldı, həmin cavabdan, 
Verdi sərhənglərə qəhr ilə fərman: 
Tacı götürdülər başından onun, 
Əyninə taxdılar palazdan bir don. 
Gümüş ayağına bağlandı dəmir, 
Boynuna saldılar bir ağır zəncir. 
Eşşəyə mindirib cani sandılar, 
Misri küçə-küçə dolandırdılar. 
Carçı səslənərək, verirdi elan 
Ki, satınalınmış bizim qullardan, 
Hər biri qudurub yoldan azarsa, 
Ağa hərəminə ayaq basarsa
Bu yaramaz kimi min müsibətlə, 
Zindana düşəcək ağır zillətlə. 
Lakin xalq etdikcə ona tamaşa, 
Dedi: – Ola bilməz belə iş, haşa! 


 
186 
Kimsəyə toxunmaz belə bir gözəl, 
Bu üzün sahibi olmaz bəd əməl. 
Bu ki, insan deyil, pak bir mələkdir, 
Şeytanlıq mələyə nəyə gərəkdir? 
Gözəlin əlindən çıxmaz pis işlər, 
Ağıllı babalar yaxşı demişlər: 
– Bir kəsin gözəlsə əgər camalı, 
Camalından artıq olar kamalı. 
Çirkinsə birinin siri-sifəti
Daha çirkin olar, bil, xasiyyəti. 
Gözəlin əlindən gəlməz yamanlıq, 
Çirkin də yaxşı iş bilməz bir anlıq. 
Xülasə, Yusifi salıb böhtana, 
Aparıb atdılar onu zindana. 
Zindana gəlincə o qəlbi işıq, 
Camalı məhbəsə verdi yaraşıq. 
Günəş qaranlığa imdada gəldi. 
Məhbuslar heyrətdən fəryada gəldi. 
Gözəllər şahının bərəkətindən, 
Zəncirlilər oldu zəncir tərpədən. 
İradət gündəsi – ayaqlarında, 
Səadət zənciri boyunlarında. 
Şadlığa çevrildi hamıda kədər, 
Qəm dağı göründü bir saman qədər. 
Bəli, huri bizə olarsa həmdəm, 
Cənnətə çevrilər hətta cəhənnəm. 
Hər yerdə olarsa gülüzlü dildar, 
Küllük gözümüzə görünər gülzar. 
Yusif o zindanda tutunca aram, 
Züleyxa zindana göndərdi peyqam 
Ki, daha verməyin ona əziyyət, 
Boynundan zənciri açınız, əlbət! 
Əynindən çıxarın palaz donunu, 
Qumaşla bəzəyin sərv boyunu. 
 
187 
Həqarət tozundan yuyun saçını, 
Qoyun şah başına izzət tacını. 
Başqa məhbuslardan ayırın təmiz, 
Ayrıca otaqda saxlayın əziz. 
Ətirlə, bəzəklə verin yaraşıq, 
Olsun gecəsi də gündüz tək işıq, 
Fərşinə döşəyin sündüz
1
 xalçalar, 
Çəkin divarına zərli parçalar. 
Zindanban bu əmrə edərək əməl
Bir otaq bəzədi cənnətdən gözəl. 
Yusif köçürüldü yeni mənzilə, 
Bəndə xaliqini andı sidq ilə. 
Necə ki, qılmışdı özünə adət, 
Mehraba üz tutub, etdi ibadət. 
Xilas olduğundan qadın məkrindən, 
Şikayət etməzdi öz taleyindən. 
Yoxdur bu dünyada elə bir bəla 
Ki, onun axırı əlacsız ola. 
Bir əsir bəlaya dözsə nə qədər, 
Onun müşkülünü haqq asan edər. 
                                                           
1
 Сцндцз – рянэарянэ, ипяк гарышыг. 


 
188 
ZÜLEYXA  YUSİFİN  ZİNDANDA  OLMASINDAN 
KƏDƏRLƏNİR  VƏ  ONA  ÇATMAQ  ÜÇÜN 
YOLLAR  ARAYIR 
 
Bu abı səqfli qoca dünyada, 
İnsan ömrü gedir qəflətdə bada. 
Nemətin qədrini bilməmiş insan, 
Yoxdur insan qədər naşükür olan. 
Bütün ömrü boyu çəksə də ləzzət, 
Qiymətini bilməz, görməsə zillət. 
Bir aşiq çəkməzsə hicran qəmini, 
Böyük nemət bilməz vüsal dəmini. 
Fələk hicran odu yandıran zaman, 
Şam kimi əriyər bədən, yanar can. 
Yusifin hüsnünün bərəkətindən, 
Züleyxanın evi olmuşdu gülşən. 
Sərv gülüstandan düşcək kənara, 
Gülşəni göründü zindandan qara. 
O zindan küncündə gül kimi soldu. 
Bir dərdi var idi, indi yüz oldu. 
Yoxdur aşiq üçün ondan pis bəla 
Ki, dildarı gedə, yeri boş qala. 
Gülşəndən gül gedib, xar qalsa əgər, 
Könül o gülşəndə necə dincələr? 
Yusifin ətriylə qaranlıq zindan, 
Məhbuslar gözündə oldu gülüstan. 
Züleyxa görüncə gülsüzdür gülşən, 
İnlədi qönçə tək, çıxdı köynəkdən. 
Xəzan fəsli bağda qızıl gül solar, 
Bülbülün bağrını tikan yaralar. 
Yandı Züleyxanın canı odlara, 
Çəkib yaxasını etdi yüz para. 
Pərişan zülfünü tutub yolaraq, 
Saldı gül üzünə hiddətlə dırnaq.  
 
189 
Saçı, üzü aydın nişan verirdi 
Ki, yar fərağından o can verirdi. 
Döyüb sinəsinə öz əliylə daş, 
O təbillə salar hicranla savaş. 
Gözəllik mülkünün sultanıydı o, 
Eşqin qüdrətindən təbilçi oldu. 
Xumar gözlərindən yaş axıdaraq, 
Başına səpərdi əliylə torpaq. 
Qəlbinə tapmasın yol deyə, hicran 
Palçıq düzəldərdi torpaqla sudan. 
Hicran ki, ürəyə yol açdı bir az, 
O yolu palçıqla suvamaq olmaz. 
İnnab tək dişləyib ləlini dilbər, 
Əqiqi əzərdi bir inci qədər. 
İstərdi könlündə laxtalanan qan, 
Axsın ləbindəki təzə yaradan. 
Üzü nülfər kimi göyərsin deyə, 
Tutardı o bir cüt gülü silləyə. 
Deyərdi: qırmızı – toy libasıdır, 
Mənimsə nəsibim yas qarasıdır. 
Həsrətlə döyərkən iki dizinə, 
Axardı qəlbinin qanı üzünə. 
Deyərdi: nə xəta çıxdı əlimdən, 
Niyə öz-özümü zəhərlədim mən? 
Dünyada bir aşiq indiyə qədər
Mənimtək canına qəsd etmiş məgər? 
Ovdum öz əlimlə iki gözümü, 
Kor olub quyuya saldım özümü. 
Çiynimə dağ qədər qəm yükü aldım, 
O yükün altında əzilib qaldım. 
Əlim yetişincə nazlı canana, 
Döndü ömrüm boyu ciyərim qana. 
Fələk taleyimi gətirdi qara, 
Əlimdən çıxartdım yarı dübara. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə