Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

 
178 
Eşqdən məst olub Züleyxa kimi
Yusif qəfəsində tapdı qəlbini. 
Sanki, onun hüsnü mey idi bir küp, 
Hər kəs o badədən bir pay götürüb. 
İçənlər kimisi məst oldu xumar, 
Kiminin varlığı oldu tarümar. 
Kimini məhv etdi ondakı camal, 
Kimini həsrətlə lal qoydu xəyal. 
Onun camalından bəhrəsiz qalan, 
Bəhrəsiz yaşamış dünyada, inan. 
 
179 
ZÜLEYXA  ƏYAN  XANIMLARINI  YUSİFƏ  
VƏSİTƏÇİ   ALIR,  ONLAR  YUSİFƏ  HƏM 
ZÜLEYXANIN,  HƏM  DƏ  ÖZLƏRİNİN 
MƏHƏBBƏTİNİ  BƏYAN  EDİRLƏR 
 
Malın müştərisi çox olsa əgər, 
Ona alıcılar artıq meyl edər. 
Bir aşiq vurulub, sevərsə bir yar, 
Ürəyi eşqdə tutacaq qərar. 
Rəqibi tapılsa əgər bir nəfər
Eşq odu qəlbində zəbanə çəkər. 
Elə ku, Yusifi görən xanımlar, 
Lal olub qaldılar, qızışdı bazar. 
Eşqi Züleyxanın tüğyan eylədi, 
Vəsl üçün qəlbini büryan eylədi. 
Dedi: – Yusifimi görənlər əgər, 
Eşqi xəncəriylə çox əl kəsdilər. 
Deməli, sevməyə ixtiyarım var, 
Məzəmmət etməyin məni, xanımlar. 
Mənə bir dost kimi yaxın gələrək, 
Hamınız bu işdə ediniz kömək. 
Məhəbbət çəngini kökləyib hamı, 
Başladı çalmağa üzr muğamı; 
– Yusif can mülkünün tacidarıdır, 
Bizim könlümüzün hökmdarıdır. 
Kim istər onunla üz-üzə gələ, 
Vurular, ürəyi, daş olsa belə. 
Əgər ürəyini qəmi yandırar, 
Camalı eşqinə haqq qazandırar. 
Tapılmaz bir nəfər insan dünyada, 
Yusifi görüncə olmaya şeyda. 
Sevirsən, qismətin nalədir, ahdır, 
Məzəmmət eləmək sənə günahdır. 
Fələk dövrə vurub, gəzmiş aləmi, 


 
180 
Görməmiş onun tək könül həmdəmi. 
Gedək hüzuruna ehtiram ilə, 
Tutaq o dilbəri biz şirin dilə, 
Bəlkə də, utansın saymazlığından, 
Daş qəlbi yumşalsın, olsun mehriban. 
Yusifin yanına getdilər onlar, 
Nəsihət verməyə ağız açdılar, 
Dedilər: – Ey bizə həyatdan əziz, 
Əxlaqı, vicdanı günəşdən təmiz! 
Bu bağda qol-boyun yatır gül, tikan, 
Sənin tək tikansız gül yoxdur, inan! 
Dənizdə ki, doqquz fələk sədəfdir
Səndəki dörd gövhər sənə şərəfdir. 
Lakin məqamını çox uca tutma, 
Hərdən aşağı bax, bizi unutma! 
Yolunun torpağı olmuş Züleyxa, 
Nə üçün çevirdin ona sən arxa? 
Onun səndən əgər iltiması var, 
Nə olar, rəva qıl, eyləmə israr. 
Etdiyi xidməti çıxarma yaddan, 
Çalış, xidmət elə, əgər bacarsan. 
Onun nazını çək, naz etmə bunca. 
Tutma bir sərv tək başını uca. 
Qorxuram edəsən qürura adət, 
Lovğalıq başına aça fəlakət. 
Züleyxa unuda səni büsbütün, 
Əlindən görəsən, fəlakət bir gün. 
Saqın o dostdan ki, acığa düşər, 
Qəzəbdən dostluğun gözünü deşər. 
Sel aşsa ananın əgər başından, 
Çıxar balasının üstünə, inan! 
Qorxudur zindana salmaqla səni, 
Ora canilərin olmuş məskəni. 
Darlıqda zalimin qəbrinə oxşar
 
181 
İnsanlar oradan uzaq qaçarlar. 
Məhbusun köksündə darılar nəfəs, 
Yaşamaq ümidi sayılar əbəs. 
Nə külək yol tapar, nə işıq düşər, 
Ölümlə çarpışar zindanda bəşər. 
Fərşidir hər cürə bəla tarlası, 
Boğucu zəhərdir kəsif havası. 
Qapısı bağlıdır ümid üzünə, 
Dəyməmiş səhərin nuru gözünə. 
Darısqal bağrını sanarsan qırdır, 
Əhlinin nəsibi kündə-zəncirdir. 
Onların nə suyu, nə çörəyi var, 
Həyatdan doyaraq, ac oturarlar. 
Zindanın möhnəti dünyaya sığmaz, 
Zindana düşənin könlü açılmaz. 
Düşər məhbusların işi düyünə, 
Qalarlar zindanda yaman bir günə, 
Ürəklər odlanar, üzlər saralar, 
Ahın tüstüsündən göylər qaralar. 
Söylə, rəvadırmı sənin tək canan
Qaranlıq zindanda qalsın bircə an? 
Sən allah, yazığın gəlsin canına, 
İzin ver, Züleyxa gəlsin yanına. 
Qələm tək təslim ol, xəttinə əyil, 
Qorxu nöqtəsini xatirindən sil. 
Başqa gözəlləri görməsən əgər, 
Yol vermə könlünü çulğasın kədər. 
Onunla birtəhər dil tapıb əylən, 
Bizi də gizlicə yada sal hərdən! 
Hüsn səmasının ulduzuyuq biz, 
Misilsiz gözəlik hər bir fərdimiz. 
Şəkər ləbimizin söz-söhbətindən, 
Züleyxa lal qalar xəcalətindən. 
Bu şirinlik ki var bizim ləblərdə, 


 
182 
Züleyxa nəçidir biz olan yerdə? 
Yusif danışıqdan bildi ki, onlar 
Züleyxa tərəfdən elçi olmuşlar. 
Tək onunçun deyil, özləri üçün 
Atıb dini, ağlı danmışlar bütün. 
Belə bir söhbətdən zəhləsi getdi, 
Durmadan onların tərkini etdi. 
Əl açıb göylərə dedi, xudaya! 
Sənsən yaman gündə çatan haraya. 
İsmətli bəndənin pənahı sənsən. 
Hər kəs kömək istər dar gündə səndən. 
Dövlət çırağısan günahsızların, 
Qoruyar onları hikmət hasarın. 
Elə zəhləm gedir bu qadınlardan, 
Xoşdur, yerim olsun qaranlıq zindan. 
Bir an üzlərini görməkdənsə, bil, 
Xoşdur məhbus olmaq zindanda yüz il! 
Bir göz naməhrəmə baxsa, kor qalar
Xaliq qarşısında bəndə alçalar. 
Bunlar ki, əl çəkib ağıldan, dindən, 
Qorxuram onların hər hiyləsindən! 
Qadın fitnəsindən doymuşam cana, 
Qapına icz ilə gəldim amana! 
Ya məni xilas et bu qadınlardan, 
Ya da nəsibimi et qara zindan!  
Yusif zindan etdi allahdan tələb, 
Öz duası oldu həbsinə səbəb! 
Nicat diləsəydi xaliqdən əgər, 
Gəlməzdi başına bu qəza-qədər! 
Yaxa qurtarardı səlitələrdən, 
Zindanda müsibət, əzab çəkmədən. 
 
183 
MİSİR  QADINLARI  ZÜLEYXANI  YUSİFİ  
ZİNDANA  SALMAĞA  TƏHRİK  EDİRLƏR,  
O  DA  RAZI  OLUR 
 
Hüsnü qarşısında doğrandı əllər, 
Büt kimi baş əydi ona gözəllər. 
Lakin ismətini atmadı Yusif, 
İsməti şəhvətə satmadı Yusif. 
O bir günəş oldu, onlar yarasa. 
Rəsmdir, günəşdən qaçar yarasa. 
Onu saldırmaqçın qara zindana, 
Züleyxanı düşmən etdilər ona. 
Dedilər: – Ey bədbəxt, ey miskin qadın, 
Niyə bu dünyada kama çatmadın? 
Yusif bir misilsiz gözəl olsa da, 
Səni ki, çatdırmır kama, murada. 
Yorulduq nəsihət verməkdən ona, 
Dilimiz deməkdən döndü suvana. 
Lakin dəmirinə kar etmir suvan, 
Bircə əlacı var, tutasan divan. 
Zindanı isti bir kürəyə döndər, 
Yumuşalsın deyə, zindana göndər. 
Atəşdə qızaraq yumşalsa polad, 
Ondan nə istəsən, qayırar ustad. 
Dəmiri qızdırmaq bacarmırsan sən, 
Əl çək soyuq-soyuq dəmir döyməkdən. 
Fitnə Züleyxanı çıxardı yoldan, 
Düşündü: Yusifi ram edər zindan. 
Arzu muradına yetişsin deyə
Qıldı viranəni vətən xəznəyə. 
Aşiqin eşqində olmazsa kamal, 
Xudpəsəndlik olar ondakı xəyal, 
İstəyər önündə qul olsun yarı, 
Əlinə verilsin hər ixtiyarı. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə