Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

 
142 
Olar o büt üçün dərdə giriftar. 
Düşünməz ki, axır bu daş, nə daşdır? 
İbadət etsə də, daş yenə daşdır! 
Yusif sübhə qədər etdi movizə
Haqqı başa saldı hər bir kənizə. 
Hamısı təşəkkür edərək ona, 
Baş əyib, düşdülər ayaqlarına. 
Qıldı «şəhadəti» onlara təlqin, 
Oldu ağızları o baldan şirin. 
Elə bir baldan ki, bir barmaq vuran, 
Həyatın acısı çıxar yadından. 
Kim istər dünyada tapsın səadət, 
Onun bir yolu var ancaq – «şəhadət». 
Oysa «şəhadət»lə hər yaman gözü, 
Ağıllı qorunar pis gözdən özü. 
Züleyxa yerindən qalxaraq səhər, 
Yusifin yanına gəldi bixəbər. 
Gördü: o kənizlər, o ayparalar, 
Yığışıb Yusifdən din dərsi alar. 
Bütləri sındırıb zünnarı qırmış, 
Səcdəyə düşərək, qiyama durmuş
Dilləri tövhidi etmişdir əzbər, 
Xidmətə hazırdır hər gözəl dilbər. 
Yusifə söylədi: – Ey gözəl canan, 
Qəlbi aram edib, fitnə qoparan, 
Üzündə başqa bir hüsn var bu gün, 
Qərq olub cəmalın nura büsbütün. 
Gecə nə etdin ki, artdı camalın? 
Hüsndə bu yerə yetdi kamalın? 
Nə yedin, bu hüsnü bəxş etdi sənə? 
Baş oldun dünyanın gözəllərinə? 
Yoxsa bu qızlarla yaxın olmağın, 
Lalə yanaqlardan nura dalmağın, 
Sənə bəxş etdi bu hüsni-cəmalı, 
 
143 
Verdi cəmalına yeni cəlalı? 
Bəli, rəng götürər meyvə meyvədən, 
Gözəllə əyləşsən, gözəlləşərsən. 
Bu kimi sözlərdən çox dedi ona, 
O bir söz almadı gül dodağına. 
Həyadan gül kimi qızardı üzü, 
Ağzını açmadı, dinmədi özü
Utanıb, başını saldı aşağı, 
İki gözü oldu, iki ayağı. 
Züleyxa gördü, yan çəkir özünü, 
Yenə də qaçırır ondan gözünü. 
Həsrət atəşində canı odlandı, 
Ümidi kəsildi, qəlbi dağlandı, 
O nakam, canından ayrılıb yenə, 
Qayıtdı qəm-qüssə, kədər evinə. 


 
144 
ZÜLEYXA  DAYƏSİNİN  YANINA  GEDİR 
VƏ  YUSİFİ  YOLA  GƏTİRMƏK  ÜÇÜN 
ONDAN  TƏDBİR  İSTƏYİR  
 
Eşq Züleyxanın bükdü qəddini, 
Yusif saymazlıqda keçdi həddini. 
Bir gecə dayəni çağırıb xəlvət, 
Züleyxa göstərib mehrü məhəbbət. 
Dedi: – Ey cismimə həyat bəxş edən 
Görən gözlərimin çirağı sənsən! 
Sənin zəhmətinlə bəslənmiş bu can, 
Vücudum südünlə tapmışdır tavan. 
Anamdan ziyadə sevirəm səni, 
Sənsən boya-başa çatdıran məni. 
Nolar ki, mehrinlə məni dünyada, 
Çalışıb çatdırsan vəslə, murada? 
Hicrandan nə qədər bağrı qan olum, 
Cananın qəmində pərişan olum? 
Mənimlə ki, belə biganədir yar
Nə xeyri mənimlə həmxanədir yar. 
Məşuq ki aşiqdən zəhləsi gedər. 
Uzaqdır, yaxında olsa nə qədər! 
Birləşə bilməzsə can ilə könül, 
Su ilə torpaqdan nə olar hasil? 
Dayə cavab verdi ki, ey pərizad, 
Yanında hurini kimsə qılmaz yad. 
Sənə xaliq vermiş elə bir camal 
Ki, dinindən keçər hər sahib-kamal. 
Əgər Çin rəssamı bir bütxanada, 
Bir surət çəkərək sənə oxşada, 
Ətrindən, yəqin ki, canlanar bütlər, 
Üzünü görüncə, tapınar yeksər. 
Dağ açıq görərsə, sənin surətin
Gizlədər qəlbində öz məhəbbətin. 
 
145 
Bağa qədəm bassan, ey nazlı nigar, 
Eşqdən canlanar quru ağaclar. 
Ahular səhrada görsələr səni, 
Kirpiklə yolundan yığar tikəni. 
Şəkər ləblərinlə gəl-gəl çağırsan, 
Quş havadan gələr, balıq dəryadan. 
Belə bir hüsnlə bu məlal nədir? 
Bu acizlik nədir, xəstə hal nədir? 
Qəmzədən bir ox qoy kaman qaşına, 
Ovla o dilbəri, çıxcaq qarşına. 
O qıvrım saçından toxu bir kəmənd, 
Bağla ayağına hər tükünlə bənd, 
Cəzb qıl gözünlə gəlcək üz-üzə, 
Ram edib, özünlə oturt diz-dizə. 
O yarı qəddinlə addımlat bir an, 
Lütfünlə onu et hüsnünə heyran! 
Gül, ləbindən axıt şəhd ilə şəkər
Şəhd ona yapışıb ardınca çəkər. 
Ağ buxaq topuna sataşsa gözü, 
Çovkan tək üstünə qalxacaq özü. 
O qara xalına könlünü bağla, 
Xalını göstərib qəlbini dağla! 
Züleyxa söylədi: – Nə deyim, ana! 
Yusifdən çəkdiyim dərdi qansana! 
Göz açıb o mənə baxmayır bir dəm, 
Nə çıxar önündə çövlan eyləsəm?! 
Ayamsa, üzümü uzaqda görməz! 
Günəşəm, nurumu torpaqda görməz! 
Mən gözə nur verən bəbək də olsam, 
Onun dar gözünə çətin yol tapam! 
Əgər mənə tərəf baxsaydı bəzən, 
Ya da əhvalımı sorsaydı hərdən, 
Məni hicran dərdi belə yaxmazdı, 
Ahımın alovu ərşə qalxmazdı. 


 
146 
Bəla o deyil ki, təkcə gözəldir, 
Bədbəxtliyim odur ki, kəmməhəldir. 
Dayə cavabında dedi bu zaman 
Ki: Ey camalından günəş nur tapan! 
Mənim xəyalıma bir tədbir gəlir
Bəlkə də, dadına çata o tədbir? 
Lakin bu iş üçün, söyləsəm aşkar, 
Qızıl-gümüş gərək bir neçə xalvar! 
Bir saray tikdirmək İrəm şəklində, 
Əmr edək rəssama, fırça əlində, 
Hər yanda sənətin gülünü əksin, 
Yusiflə qol-boyun şəklini çəksin. 
O saray Yusifin olsa məskəni, 
Özüylə qol-boyun görərsə səni, 
Camalının şövqü qəlbində doğar, 
Canla-başla olar vəslə tələbkar. 
Hər iki tərəfdən çoşsa məhəbbət, 
İşlər muradınca olacaq, əlbət! 
Dayədən bu sözü eşidən zaman
Züleyxa keçərək bütün var-yoxdan,  
Tapşırdı dayəyə qızıl-gümüşü, 
Dedi, gecikmədən başlasın işi. 
 
147 
DAYƏ  SARAY  TİKDİRİR,  HƏR YERİ 
YUSİF  VƏ  ZÜLEYXANIN  ŞƏKLİ  
İLƏ  BƏZƏTDİRİR 
 
Nağl edir bu dünya evini quran, 
Dayə tikintiyə başlayan zaman, 
Axtarıb, ölkədə tapdı bir memar, 
Sənətdən xəbərdar, işdən xəbərdar. 
Onun hünərini saysaydın əgər, 
Hər bir barmağında vardı yüz hünər. 
Həndəsə elmində keçmişdi həddi, 
Rəsəd qanununa yaxşı bələddi. 
«Məcəsti»
1
 rəmzini həll edər asan, 
«İqlidus»
2
 keçməzdi elmi yanından, 
İş vaxtı əlindən düşsəydi pərgar, 
Barmağı çəkərdi yüz nəqşi-nigar. 
Nəqşəsiz xətləri istəsə çəkmək, 
Ona təbi edər bu işdə kömək. 
Tişəni əlinə alarsa əgər, 
Daş onun zərbindən xəmirə dönər. 
Fikrini naxışa həsr edən zaman, 
Yaradar min gözəl naxış xəyaldan. 
Dünyada hər qədər imarət ki var
Nəqşini bir dırnaq üstündə cızar. 
Yaratmaq işinə edərsə iqdam, 
Qələmlə dünyanı əks edər tamam. 
Bir şəkil çəkərsə o ustad əgər, 
Sənətilə ölü cismə can verər. 
Daşda quş heykəli edərsə taraş, 
Qanadlı quş kimi uçar ağır daş. 
Dayənin hökmüylə o mahir ustad, 
                                                           
1
 Мяъясти – Иглидусун мяшщур щяндяся ясяри. 
2
 Иглидус – гядим йунан рийазиййатчысы (ерамыздан 
яввял ЫЫЫ яср). 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə