Microsoft Word Cami Yusif ve Zuleyxa doc


ZÜLEYXA  YUSİFİ  BAĞA  GÖNDƏRİR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

 
136 
ZÜLEYXA  YUSİFİ  BAĞA  GÖNDƏRİR 
VƏ  ÖZ  EŞQİ  İLƏ  ONU 
TƏQİB  EDİR  
 
Əfsanə bağının qoca bağbanı, 
Belə nəzmə çəkmiş həmin dastanı. 
Şəkər ləblərindən Yusif o qədər 
Saçdı Züleyxaya qiymətli gövhər. 
Züleyxa duşünüb daşındı bir az, 
Gördü bu söhbəti uzatmaq olmaz. 
Bir bağı var idi, amma necə bağ, 
İrəm gülşəninin ürəyində dağ. 
Bağın dövrəsinə çəkilmiş divar, 
Divarda sarmaşıq hörmüşdür hasar, 
Ağaclar çatmışdı budaq-budağa, 
Sanki yar yarını almış qucağa. 
Sərvin ətəyindən tutaraq çinar, 
Yaşıl gərdəninə qolunu sarar. 
Qızıl gül qönçədən taxta oturmuş, 
Narvən başı üstə çətrini qurmuş. 
Narınc ağacına bağ olmuş meydan, 
Narıncı bir kosdur, budağı çövğan. 
Meydanı görüncə rəqibdən xali, 
Deyir: – Mən hamıdan aliyəm, ali! 
Baş çəkib göylərə xurma ağacı,  
Tutubdur onunla bağın rəvacı. 
Hər salxım meyvəsi dadlı halvadır, 
Xəstələr dərdinə şirin davadır.  
Əncir şirə ilə, süd ilə dolmuş,  
Bağda körpələrin dayəsi olmuş.  
Hər əncir yeyən quş bir körpə kimi
Əvcirin döşünə vurar dimdiyi. 
Günəş ağaclara min rəqəm çəkər, 
Şəbəkə-şəbəkə zərqələm çəkər. 
 
137 
Bir-birə qarışar günəşlə kölgə, 
Mişkdən vurular qızıla ilgə. 
Günəşdən süzülən nurlu dalğalar, 
Düzər gül dəfinə qızıl halqalar. 
Bülbül cuşə gələr o halqalardan. 
Oxuyar, yüksələr göylərə fəğan. 
Söyüd budağını tərpətsə külək, 
Arxlarda yüzlərlə balıq üzəcək. 
Bağı süpürməyə yoxdur ehtiyac, 
Şaxını süpürgə etmiş hər ağac. 
Yaşılxət fərşidir təlim lövhəsi, 
Tutulub gümüşə arxla dövrəsi, 
Ariflər o lövhə salarkən nəzər, 
Ölməz bir sənətin rəmzini görər. 
Zər səpib qızıl gül aləmi bəzər, 
Sarı gül aşiqin üzünə bənzər. 
Səba bənövşənin hörmüş zülfünü 
Sünbülün telindən açmış düyünü. 
Laləni, reyhanı qucmuşdur səmən, 
İpək don geyinmiş otlardan çəmən. 
O bağda yan-yana bir cüt hovuz var
Mərməri saf büllur kimi parlayar. 
Hovuzlar bir üzdə cüt gözə bənzər, 
Əyri-əyrisinə, düz-düzə bənzər, 
Nə ona kərkidən dəymişdir yara, 
Nə bunu yonarkən qopmuş bir para. 
Nə onun çatılan yeri bəllidir, 
Nə bunda bəndlərdən biri bəllidir. 
Zənn edər onlara diqqətlə baxan, 
Yaratmış peyvəndsiz, bəndsiz yaradan. 
Züleyxa darıxıb bağa gedəndə, 
Hovuzlar başında məskən edəndə. 
Hovuzların biri südlə dolardı, 


 
138 
Digəri bal ilə ləbriz
1
 olardı. 
Gözəllər şahının yanına gələn, 
Dayələr, kənizlər susayıb hərdən, 
Hovuzdan süd alıb, bal götürərdi
Qatıb bir-birinə şərbət edərdi. 
Yusifi yenə də barındırdı bağ, 
Hovuzlar  yanında quruldu bir tağ, 
Söhbətin tərkini qıldı Züleyxa, 
Onu xidmət üçün köndərdi bağa, 
Bülbül qızıl külə dedi yavaşdan: 
– Necə də yaxşı bağ, nə gözəl bağban! 
Cənnətə oxşayan bir bağın ancaq, 
Bağbanı hüriylə Rizvan olacaq. 
Züleyxa ayırdı yüz nəfər kəniz, 
Hamısı bakirə, gül kimi təmiz. 
Onları sərvtək düzdü sıraya, 
Yüz ulduz xidmətçi oldu bir Aya. 
Yusifə söylədi: – Mən sənə qurban, 
Həlaldır, bunlardan yaxşı faydalan! 
Cavanlıq dövrünün kamını al, gəl, 
Vaxtını xoş keçir, şən yaşa, dincəl! 
Sonra kənizlərə tapşırdı möhkəm, 
Dedi: – hamınıza mən əmr edirəm, 
Yusifə xidmətdə can-başdan keçin, 
Zəhər versə belə, tez alın için! 
O bir can istəsə, siz yüz can verin
Hərəniz yolunda can qurban verin. 
Hər buyruq verərsə, şad olun əlbət, 
Onun hər əmrinə qılın itaət! 
Lakin hansınızdan götürərsə bar, 
Əvvəlcə eyləyin məni xəbərdar. 
Çılğınlıq üzündən Züleyxa yenə, 
İncə naxış vurur arzu lövhünə. 
                                                           
1
 Лябриз – долуб дашан. 
 
139 
İstərdi öyrənsin o kənizlərdən, 
Hansıdır Yusifin xoşuna gələn. 
Kimin vüsalına meyl edəcəkdir, 
Onun yatağına kim gedəcəkdir. 
İstərdi o kəniz yerinə xəlvət
Bir gecə Yusifi etsin ziyarət, 
O gözəl qaməti ağuşə alsın, 
İlk dəfə qolunu boynuna salsın. 
Barından gətirsin ağzını dada, 
Bəlkə, bu yol ilə çatsın murada. 
Dedi: – Yusif tutsun taxt üstə qərar, 
Qıldı qədəminə canını nisar! 
Əmr etdi kənizə, əysin ona baş, 
Xidmətində dursun hər bir qaravaş! 
Getdi, canı qaldı yarın yanında, 
Yar dərdi yüklənib, qaldı canında. 
Məşuqun əmrinə aşiq baş əydi, 
O gərək hicrana könül verəydi. 
Vüsal ki verməyir bəhrə dilbərə, 
Xoşdur o vüsaldan hicran yüz kərə! 
Hicran istəyirsə aşiqin könlü, 
Gərək məşəqqətə dözsün sevgili! 


 
140 
KƏNİZLƏR  YUSİFƏ  YAXINLAŞIR,   
ONUN  DİQQƏTİNİ  CƏLB  ETMƏK   
İSTƏYİRLƏR,  YUSİF NƏSİHƏTLƏ ONLARI  
 DÜZ  YOLA  DƏVƏT  EDİR 
 
Gecə güllü paltar geyindi göylər, 
Fələyin gəlini oldu cilvəgər. 
Pərvindən gərdənbənd taxdı boynuna. 
Cilalı bir güzgü oldu Ay ona. 
Kənizlər çıxdılar bağa gəzərək, 
Hər biri özünə verdi min bəzək. 
Səf çəkib Yusifin taxtı önündə, 
Hamının diləyi birdi könlündə. 
Biri şirin ləbdən tökərək şəkər, 
Deyirdi: – Ağzını şirin et, dilbər! 
Aç şəkər tüngünü bir tuti kimi, 
Ləzzətlə ye mənim saf şəkərimi. 
Digəri özündən açaraq söhbət, 
Dedi: – Vəsfə gəlməz səndəki xislət! 
Göz üstə yerin var, ol gözümə nur, 
Bəbəklərim kimi gözümdə otur. 
Bir ipək geyimli sərvboy sona 
Dedi: – Gecə gəlib, məni qucsana! 
Mislimi heç yerdə seçə bilməzsən, 
Belə şux sərvimdən keçə bilməzsən. 
Digəri zülfünə halqa vuraraq. 
Dedi ki, halqada olmaz baş-ayaq. 
Vəslinlə üzümə qapı aç, aman! 
Asma halqa kimi məni qapından! 
Biri də yengini vurub yuxarı, 
Göstərib gül kimi zərif qolları, 
Dedi: – Bəd nəzəri dəf edər bu əl, 
Boynuna həmayıl edim, yaxın gəl! 
Belinə saçından bağlayıb kəmər, 
 
141 
Tük ilə bəzədi tükü bir dilbər. 
Dedi: – Gəl, qolunu belimə dola, 
Eşqindən az qalır canım məhv ola. 
Gözəllər hər biri bir minval ilə, 
Vüsal istəyirdi həsbhal ilə. 
Yusif gözəlliyin təzə bağıydı, 
Kənizlər o bağın ot-alağıydı, 
Hamının başında vardı bir həvəs, 
Surətdə büt idi, özü bütpərəst. 
Yusifin rəyini soruşsan əgər, 
İstərdi doğruçu olsun kənizlər. 
Onlara söz açdı hikmətdən, dindən, 
Danışdı: nəfsdən, şəkdən, yəqindən. 
Əvvəlcə dedi: – Ey gözəl kənizlər, 
Aləmin gözündə candan əzizlər! 
Əzizkən, çalışın, olmayasız xar, 
Qoy aləm tanısın sizləri dindar! 
Başımız üstündə vardır bir allah
Odur yoldan azan kəslərə pənah! 
Rəhmətdən su vurmuş xəmirimizə, 
Ağıl danəsini o əkmiş bizə 
Ki, haman danədən bir nihal bitsin, 
Bu can gülzarında kəmalə yetsin. 
Yüksəlsin göylərə o ağac haman, 
Meyvəsi – allaha pərəstiş, iman! 
Pərəstiş xaliqə layiqdir ancaq, 
Ondan başqasına olmaz tapınmaq! 
Gəlin o xaliqə pərəstiş edək, 
Onun qarşısında yerə döşənək! 
Baş qoyaq səcdəyə ibadət üçün, 
Baş bizə verilmiş itaət üçün. 
O şəxsə baş əymək hədərdir, hədər 
Ki, başla ayağı tutar bərabər! 
Alıb öz əliylə daşdan büt yonar


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə