Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

 
88 
Yusifi tapşırdı qardaşlarına. 
 

 
QARDAŞLARI  YUSİFİ  SƏHRAYA  APARIB  VƏ  
ZİLLƏTLƏ  ONU  QUYUYA  SALIR 
 
Fəğan, bu vəfasız fələk əlindən! 
Ayı gündə atır bir yerə kindən! 
Can çəmənliyində bir maral otlar, 
Onu parçalayar zalım canavar. 
Paxıllar Yusifi alıb getdilər, 
Qurdlar bir quzunu şikar etdilər. 
Nə qədər ki. Ata baxırdı, onlar 
Yusifə məhəbbət edirdi izhar. 
Gah biri çiyninə alırdı yerdən, 
Digəri bağrına basırdı bəzən. 
Birisi silirdi tozu üzündən, 
Başqası öpürdü şəhla gözündən.  
Elə ki səhraya qoydular qədəm, 
Məhəbbət yerinə başlandı sitəm. 
Çiynindən saldılar sərt daş üstünə, 
Sanki gül atıldı atəş üstünə, 
Başmaqlar alındı ayaqlarından, 
Gül ayaqlarına mıxlandı tikan. 
Gülü utandıran o ayaqlara, 
Daş ilə tikandan yetdi min yara. 
Oldu ayaqları qanında qəltan, 
Döndü laləzara çöllər o qandan. 
Elə ki. Onlardan qalırdı geri, 
Vururdu üzünə sillə hər biri. 
Kəsilsin o əl ki, qıyar özünə, 
Sillə ilə vurar ayın üzünə. 
Elə ki keçərdi qabağa bir az
 
89 
Qardaşlar vurardı başına qapaz. 
İlahi, bağlansın zəncirə o əl 
Ki, ondan zərbələr alır bir gözəl! 
İstərdi onlarla getsin yanbayan, 
Tutub çəkərdilər qulaqlarından, 
O əl ki dartardı zərif qulağı. 
İlahi, kəsilsin onun barmağı! 
Kimin ətəyindən tutub durardı, 
O alıb Yusifi yerə vurardı. 
Kimin ayağına düşsəydi nalan, 
Başı kos olardı o ayaq çovqan. 
Yalvarıb, birindən istəsə kömək, 
Kömək istədiyi vurardı kötək. 
Ümidi kəsildi qardaşlarından, 
Gözündən lalə tək axıtdı al qan. 
Bulaşdı torpağa, qərq oldu qana, 
Dərdü-qəm əlindən gəldi fəğana. 
Dedi: – Haradasan, ata can, ata? 
Neçin Yusifini duymursan, ata?! 
Gəl, oğullarının felinə bir bax! 
Gör necə ağılsız, dinsiz olaraq
Sənin zəhmətini yerə vurdular?! 
Qəlbidaş. Rəhmsiz, nankor oğullar! 
Sənin can bağında bəslənən bir gül, 
Ehsan yağışınla süslənən bir gül, 
Gör, necə taqətdən düşüb, can verir? 
Nə də ki susuzluq bir aman verir. 
Ömür bağçasında əkdiyin fidan, 
Bəsləyib, nazını çəkdiyin fidan, 
Gör, necə kəsilmiş zülmün əliylə, 
Sovrulub getmişdir səm küləyiylə?! 
O ay ki gecənin göz işığıydı, 
Evinin, obanın yaraşığıydı, 
Fələyin əliylə gəlmiş zavala, 


 
90 
Nur üçün əl açır miskin hilala! 
Bu halda getdilər üç ağac qədər. 
Yusif çox yalvardı, rəhm etmədilər. 
Bir quyu başına çatıb, nəhayət, 
Düşərgə saldılar, oldular rahət. 
Zalımın qəlbi tək dardı o quyu, 
Zülmətiylə bağrı yardı o quyu, 
Ağzı əjdəhanın ağzına bənzər, 
Hər nəfəs çəkdikdə, udar yüz nəfər. 
Mərdimazar kimi ürəyi dardı, 
İçində hesabsız ilanlar vardı. 
Qəm, kədər yağırdı hər tərəfindən, 
Haqqında düşünən düşərdi əldən. 
Mərkəzi uzaqdı, dibi qorxulu. 
Havası üfunət, özü şorsulu. 
Otursaydı orda bir anlıq hər kəs, 
Darılardı nəfəs yolunda nəfəs. 
Qardaşlar gəldilər qəti qərara 
Ki, quyu Yusifçün dönsün məzara. 
Yusif zülm əlindən fəryada gəldi, 
Dağ-daş naləsindən imdada gəldi. 
Daş onun halını bilsəydi, inan! 
Əriyib, yumuşaq olardı mumdan! 
Ağladı Yusifin halına göylər, 
O daş ürəklərə etmədi əsər. 
Nə cəfa etdilər o qönçə gülə, 
Söyləsəm, qorxuram, od düşə dilə!  
O qol ki, toxunsa behişt ipəyi, 
Göyərərdi ondan incə biləyi. 
Kəndir bağladılar keçi tükündən, 
Hər tükü kəndirin oldu bir tikən. 
Tük kimi o nazik incə belinə, 
Bir ilan sardılar çal ipdən yenə. 
Köynəyi alındı gül bədənindən, 
 
91 
Gül kimi lüt qaldı o zərif bədən. 
Sallayıb bu halda onu quyuya
İpini kəsərək, saldılar suya. 
Parlaq bir günəşdi onun camalı, 
Fələk dedi: – «Günəş suda qalmalı!» 
Quyunun dibində var idi bir daş, 
Yusif daş üstündə oturdu birbaş. 
Sadə daş bununla bəxtəvər oldu, 
Daş dönüb qiymətli bir gövhər oldu. 
Şəkər dodağının bərəkətindən, 
Şor su şirin oldu bal şərbətindən. 
Üzünün nurundan quyu nur tapdı, 
Sanki üzü aydı, nuru məhtabdı. 
Zülfündən havası oldu müəttər, 
Üfunətdən onda qalmadı əsər. 
Camalı quyuya şölə salınca, 
Qaçıb gizləndilər ilan, qarınca. 
Bazbəndi içində bir köynək vardı, 
Cəddi İbrahimdən o yadikardı. 
İbrahimə onu köndərmiş Rizvan, 
Sayəsində olmuş atəş külüstan. 
Cəbrayıl quyuya endi ərşdən, 
Bazbəndi qolundan açaraq həmən. 
Köynəyi çıxarıb dedi: «Al, geyin, 
Qoy çılpaq qalmasın o gül bədənin», 
Dedi: – Ey nəsibi olan dərdü ah
Sənə bir sifariş göndərmiş allah, 
Deyir: – Səbr eləsin, tez bir gün gələr, 
O xainlər ki sənə bu gün zülm edər, 
Qarşında durarlar xəcil, pərişan, 
Yerə baş dikərlər məhzun, pəşiman, 
Bu pis işlərini bir-bir sayaraq, 
Sirrini açmazsan onlara ancaq. 
Tanıyıb bilərsən, kimlərdir onlar? 


 
92 
Onlar isə səni heç tanımazlar. 
Yusif Cəbrayıldan eşitcək bunu, 
Yetişdi dərdinin, qəminin sonu. 
Oturdu quyuda barigah
1
 kimi, 
Daş taxtın üstündə xoşbəxt şah kimi. 
Gəldi süfrəsinə behiştdən nemət, 
Cəbrayıl onunla oldu həmsöhbət. 
                                                           
1
 Бариэащ – гябул отаьы. 
 
93 
MİSRƏ  GEDƏN  KARVAN  QUYUNUN  BAŞINA 
ÇATIR  VƏ  YUSİFİ  ORADAN  ÇIXARIR 
 
Allahın adıyla yollanan karvan, 
Həyat çeşməsinə bəxş eyləyir can. 
Quyuya dol salsa o karvan əgər, 
O dolun bürcündən ay tülu edər. 
Yusif üç gün qaldı o dar quyuda, 
Adətdir, təzə ay qalar quyuda. 
Oldu dördüncü gün, açıldı səhər, 
Yusifin könlündən silindi qəhər. 
Bir karvan çıxaraq yola Yəməndən, 
Misrə yola düşdü könülləri şən. 
O quyu başına gəlib çatdılar, 
Orada düşərgə, yurd yaratdılar. 
Yusif bələdçisi olan bir karvan, 
Düşərgə seçməkdə səhv etməz, inan! 
Hamı susamışdı quyunu görcək, 
Oraya cumdular çevik, sevincək. 
Əvvəlcə yetişdi xoşbəxt bir insan, 
Həyat çeşməsinə ilkin yol tapan, 
O Xızır sifətli, dolçanı aldı, 
Su üçün qaranlıq quyuya saldı. 
Yusifə söylədi Cəbrayıl o dəm, 
Hüsnünü görməyə təşnədir aləm! 
Parlaq günəş kimi dolda otur, gəl, 
Qaranlıq məğribdən məşriqə yüksəl! 
Quyu kənarını üfüqə döndər, 
Qoy alsın hüsnündən işıq üfüqlər! 
Aləmi bəzəsin səndəki camal, 
Qaranlıq dünyaya yüksəl, işıq sal! 
Yusif daş üstündən tələsik durdu, 
Saf  bulaq suyu tək dolda oturdu. 
Quyudan o dolu çəkən bəxtəvər


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə