Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   2   3   4   5   6   7   8   9   ...   49

 
10 
düşdüyü, sonra isə Misirdə bir qul kimi satın alıb evinə 
gətirdiyi Yusifin vüsalına çatmaq üçün insan qüdrəti daxilində 
olan hər cür tədbirlərə, hiyləyə  əl atır. Yusifin əksinə olaraq, 
Züleyxa eşqində çılğın və pərvazsızdır. O, məhəbbət naminə öz 
qulunun qarşısında kənizə çevrilib xidmətdə dayanır, onun 
önündə diz çöküb yalvarır, gecələr sübhə qədər ağlayıb sızlayır, 
sevgilisini xəlvətə  çəkib vüsal istəyir, intiharla onu hədələyir, 
bütün tədbirləri boşa çıxdıqda ona böhtan atıb zindana göndərir, 
lakin etdiyinə peşman olur, pərvanə şamın başına dolanan kimi, 
məhbus yarının başına dolanır, eşq atəşində alışıb yanır, vaxtsız 
qocalır, gözləri kor olur, beli bükülür, sərvətini canan yolunda 
əldən verib dilənçi vəziyyətinə düşür, ancaq eşqindən dönmür 
və öz məqsədinə nail olur. Züleyxa eşqi elə bir qüvvət bilir ki, 
onun qarşısında heç bir maneə dayana bilməz. Belə maneələrə 
rast gəldikdə o, hər şeyi, hətta özünün və sevgilisinin həyatını 
ayaq altına alıb keçmək, irəliləyib murada çatmaq əzmindədir. 
Züleyxanın vüsal təmənnasını  rədd edən Yusifə onun verdiyi 
bu cavabda eşqinin və ehtirasının böyük qüdrəti aydın bir 
surətdə təcəssüm etdirilmişdir: 
...Çıxma istəyimə qarşı, yoxsa mən
İntihar edərəm sənin əlindən! 
Gəl qucu boynumu, qucmasan əgər 
Öz əlimlə kəsər boynumu xəncər. 
Bil ki, dolanmasa qolun boynuma, 
Düşər nahaq qanım sənin boynuna! 
Vuraram xəncəri bir süsən kimi. 
Gül kimi qızardar qan köynəyimi, 
Ayrılıq dağıyla odlanar canım, 
Sənin həsrətindən qurtarar canım... 
Cami bu iki qəhrəmanın mənəvi, etik xüsusiyyətlərini, 
onların əxlaqi səciyyələrini qarşı-qarşıya qoyur, Yusif surətinin 
məziyyətlərinə üstünlük verib, haqq qazandırır. Əsərin sonunda 
sevgililər bir-birinə qovuşub murada çatırsa, bu xoş  nəticəyə 
onları çatdıran Züleyxanın coşğun ehtirası deyil, Yusifin həqiqi 
 
11 
bəşəri hissləri, yüksək mənəviyyatı, səbir və mətanəti olmuşdur. 
Yusifdə olan bu məziyyətlər Züleyxanı da islah edir, ondakı 
çılğın ehtirasın səmimi bəşəri duyğulara  əsaslanan pak bir 
məhəbbətə çevrilməsinə kömək edir. 
«Yusif və Züleyxa» eyni zamanda didaktik bir əsərdir. 
Ölməz məhəbbət dastanının hər bir fəslini oxusaq, onun 
qəhrəmanlarının ağır və mürəkkəb həyat yolunun hər addımına 
nəzər salsaq, müdrik bir filosofun, həkimanə  məsləhətlərlə 
gələcək nəsillərə  həyat dərsi və insanlıq adabını öyrətdiyinin 
şahidi olarıq. Bu cəhətdən kitabın sonunda şairin ruzigardan 
şikayəti, oğluna nəsihəti və əsərin xətmi barədə yazdığı parçalar 
daha qiymətli və daha ibrətamizdir. Feodal-pədərşahi bir 
cəmiyyətdə yaşayıb,  şahların saray mühiti ilə yaxından tanış 
olan, belə bir mühitin insanların başına nə kimi fəlakətlər 
açdığını gözü ilə görən şair, haqlı olaraq, oğluna xitabən bütün 
oxucularına belə müdrik məsləhətlər verir: 
Şahların hüzuru yanar bir oddur, 
Tüstütək bu oddan çalış uzaq dur! 
Oddan yüksələrsə işıq məşəli, 
Uzaqdan faydalan, getmə irəli! 
Qorxuram o oda məftun olasan, 
Həyat işığından məhrum qalasan! 
Vəzifə axtarma, əgər ağlın var 
Ki, gah təyin edib, gah çıxararlar. 
Elə bir kürsüdə oturma ki, sən, 
Başqası qaldırsın səni yerindən! 
«Yusif və Züleyxa» dastanı  əsrlərdən bəri xalqımızın 
şüurunda yer tapmış, dilində  əzbər olmuş, folklorumuzda 
variantları yaranmış,  şairlərimiz bu əfsanəvi aşiqlərin ülvi 
məhəbbətini tərənnüm etmiş, atalarımız oğullarına və qızlarına 
Yusif və Züleyxa adlarını vermiş, analarımız onların şəkillərini 
zərif xalçalar üzərində, ipək pərdələrdə toxumuşdur. Buna görə 
də qardaş tacik xalqının və yaxın qonşumuz olan fars xalqının 
böyük klassiki Əbdürrəhman Caminin bu ölməz dastanının 


 
12 
azərbaycancaya tərcüməsi və nəşri, heç şübhəsiz ki, şer və sənət 
aşiqləri, geniş oxucu kütləsi tərəfindən maraq və razılıq hissi ilə 
qarşılanacaqdır! 
 
M. Mübariz 
XİTAB 
 
İlahi, solmayan bir gül ver bizə! 
Ümid qönçəsini aç üzümüzə! 
O qönçə bəzəsin ilham bağını, 
Ətriylə doldursun gül damağını. 
Bu möhnət evində minnət qoymadan
Məni nemətinə qərq et, yaradan! 
Minnətdar olmaqla ol mənə rəhbər, 
Olsun təşəkkürün dilimdə əzbər! 
Paklıqdan, ağıldan barındır məni, 
Sözümlə fəth edim bütün ölkəni! 
Könlümdə gövhərdən bir xəznə yarat! 
Ver o xəzinədən dilimə barat! 
Sən açdın təbimdə özün nafəmi
1

Mişkimin ətriylə doldur aləmi! 
Yağsın qələmimin dilindən şəkər! 
Yazdığım şerlər qoxusun ənbər! 
Qalmamış sənətə, sözə etibar, 
İndi bu namədən bir quru ad var! 
Bu şirin badələr məclisində mən, 
Bir nişan görmürəm bu təranədən! 
Çəkib badələri başa həriflər, 
Nə qədər şərab var, içib getmişlər! 
Görünmür məclisdə püxtə bir adam  
Ki, olsun əlində mey dolu bir cam! 
Cami, gəl utanma, özünü yetir! 
Safından, xıltından bizə mey gətir! 
                                                           
1
 Нафя – мишк мянбяйи олан ащу эюбяйи. 
 
13 
EŞQ  FƏZİLƏTİNİN  BƏYANI  VƏ  ƏSƏRİN  
NƏZMƏ ÇƏKİLMƏSİNİN  SƏBƏBİ 
 
Eşqsiz bir könül, könül deyildir, 
Eşqsiz bir vücud su ilə gildir. 
Könüldən getməsin məhəbbət qəmi, 
Tərk etsin eşqsiz könül, aləmi. 
Aləmin varlığı eşq ilə qəmdir, 
Məhəbbət aləmi ülvi aləmdir! 
Fələk gərdiş edir eşq ilə ancaq, 
Eşqin fitnəsilə dolmuşdur afaq, 
Eşqin əsiri ol, get, azad yaşa, 
Qəmini sinənə salıb, şad yaşa! 
Eşqin badəsindən könül məst olar, 
Sevib-sevilməyən xudpərəst olar. 
Eşqdir aşiqi saxlayan cavan
Eşqlə dünyada ucalar insan. 
Məcnun içməsəydi bu meydən əgər, 
Yada salardımı onu bir nəfər? 
Minlərlə ağıllı, idraklı insan, 
Sevib-sevilmədən getmiş dünyadan, 
Onlardan nə bir ad, nə nişan qaldı. 
Nə dillər əzbəri bir dastan qaldı. 
Varsa da dünyada bir çox gözəl quş, 
Onların adını hamı unutmuş. 
Zövq əhli eşqdən danışsa əgər, 
Bülbüllə pərvanə adını çəkər. 
Dünyada yüz işə qol qoysan belə, 
Eşqdir hamıdan yüksək mərhələ. 
Məcazi olsa da, eşqə könül ver, 
Həqiqət mülkünə eşq rəhbərdir. 
Əvvəl əlifbanı öyrənməmişsə, 
Quranı oxumaq bilməz bir kimsə! 
Eşitdim mürşüdə dedi bir nəfər, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə