Aydın Dadaşov
196
tişkarlarından uzaqlaşmaq istəyən Maritsanın verdiyi elanda
adını çəkdiyi uydurma qəhrəman Kiloman Zupanın (Emil
Heydərov) gəlib çıxaraq Tasilonun bacısı Lizaya (Yuliya
Sidorova) vurulması musiqi rəngarəngliyi yaradır. Tasilonun
varlı xalasının Maritsanın malikanəsini bacısı oğluna alması
isə sevginin qərəzsizliyinə təminat yaradır. Macar rapso-
diyası da adlanan bu operettada Stefan (Fərid Əliyev), Qara-
çı qız (Nadejda Povelitsina), Bojena (Svetlana Bulax), Pe-
nijek (Sabir Sultanov), Esterqazi (Boris Qrafkin) birliyi
musiqi dramatrgiyasının inkişafında səmərəli nəticə verdi.
Əlbəttə ki, dirijor Nazim Hacıəlibəyovun, xormeyster
Vaqif Məstanovun, baletmeysterlər Zakir və Yelena
Ağayevlər, tamaşanın ərsəyə gəlməsində müstəsna rol
oynadılar.
***
Qara Qarayevin 85 illik yubileyi ərəfəsində (2003)
dahi bəstəkarın, Edmon Rostanın “Sirano de Berjerak”
pyesinin motivləri üzrə Pyotr Mixayloviç Qradovun yaz-
dığı libretto əsasında 1967-ci ildə yazdığı “Çılğın Qasko-
niyalı” müziklı səhnə əsəri kimi ciddi musiqi ilə nəsrin və-
hdəti (Siviliya bərbərində olduğu kimi) üzərində qurul-
maqla əslində nəğmələrin önə keçdiyi operettadan daha
çox, XlX əsrin sonlarında ABŞ–da meydana gəlmiş, dra-
matik operanı estrada, məişət musiqisini özündə birləş-
dirən müziklə və bəlkə də almanların denkşpel (düşündü-
rən oyun) janrına yaxın idi.
“Oqonyok” jurnalının 1961-ci ilin 43-cü sayındakı:
“Gözəlliyin vaxtıdır” məqaləsində: “Gənclərə müasir,
yaxşı, aydın və emosional əhəmiyyətli musiqi vermək bi-
Rejissorluğun üslub problemləri
197
zim borcumuzdur. Biz əgər bu işlə məşğul olmasaq, baş-
qaları onu yerinə yetirəcəkdir. Hərdən elə başqaları da ye-
rinə yetirir. Bizim gözəl gəncliyi yad, bağışlanılmaz dərə-
cədə boş, mənəviyyatsız musiqiyə vermək olarmı?”
166
yazmaqla yeni nəslin estetik dünyagörüşünün qaldırılması
ilə yanaşı, musiqili teatrların tamaşaçı zümrəsinin
yeniləşdirilməsi problemini də qaldıran böyük bəstəkar və
ictimai xadim Qara Qarayev özünəməxsus peşəkar səviyyə-
də yazılmış “Çılğın Qaskoniyalı” müziklı ilə narahatçılığını
təkcə sözdə deyil əməldə də təsdiqlədi. Əlbəttə ki, ölkədəki
ilıqlaşma dövrü də, vaxtı ilə konservatoriyada simfocaz
yaratmaqla, pianoçu Vaqif Mustafazadəni də bu istiqamətə
yönəldən bəstəkar Qara Qarayevə bu imkanı yaradırdı. Ha-
kimiyyət dəyişkənliyi ilə ölkədə baş alıb gedən “buzlaşma”
mərhələsində “Lenkom” teatrında “Yunon və Avos” tamaşa-
sının “düşmən cəbhəyə məxsus müzikl janrına görə” məsələ-
si Moskva şəhər partiya komitəsində müzakirə olunan Mark
Zaxarov: “TU-144 təyyarəsinin də zahirən “Konkor”a bən-
zədiyini xatırlatmaqla cəzadan yayına bilmişdi. Hər halda
yazılışından uzun illər sonra vaxtilə Moskvadakı Operetta
teatrında uğurla oynanılmış “Çılğın Qaskoniyalı” müziklın
Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində tama-
şaya qoyulması mütərəqqi hadisə idi.
Döyüş meydanında aclıqdan, yorğunluqdan xorla şika-
yətlənən əsgərlərə mənəviyyatın əsas olduğunu bildirən, tək-
başına yüz düşmənin qarşısında duruş gətirə bilən coşqun
təbli şair Sirano de Berjerakın (Elxan Əhədzadə) dostu Kris-
tianın (Emil Heydərov) adından sevgi məktubları yazdığı
166
К.А.Караев. Пора перекрасного. ж. Огонек 1961-№43. с 25.
Aydın Dadaşov
198
Roksananın ərzaq, şərab gətirməsi və topların arasında iri tə-
bilin üzərinə sıxıb ruh yüksəkliyi ilə oxuması hər kəsi vuruş-
mağa sövq edir. Kristianın cənazəsinin gətirilməsi ilə Rok-
sananın səsləndirdiyi rekviemə “O mənə ağı deyir...” kəlmə-
ləri ilə məna çaları verən Sirano de Berjerakın sevdiyi qadı-
nın ilməli dəsmalını tüfənginin xəncərinə keçirib əsgərləri
intiqama təhrik etməsi dramatizmi musiqi-mətn qovşağında
gücləndirir. Rahibə rəfiqələri ilə dini motivli xorun ifasından
sonra bir vaxtlar dostunun adından yazdığı məktubu alıb ka-
ğıza baxmadan dərdli-dərdli “oxuyan” Sirano de Berjerakın
“ifşası” dramaturji düyünün duetdə açılışını, sevgisinin real-
laşacağını təssəvvür etməyən qəhrəmanın öz xəncəri ilə inti-
har etməsi isə, mənəviyyatca zənginləşən əsgərləri düşmənlə
döyüşə atılmağa təhrik etməklə finalı vətənpərvərlik ide-
yasında təmin edir.
Sevginin cismani deyil, ruhi proses olduğunu sübuta
yetirən tamaşada Sirano de Berjerak rolundakı cilalanmış
bariton səsli Elxan Əhədzadə musiqi partiyaları ilə yanaşı,
keçmiş idmançı kimi, şəri yerindəcə cəzalandıran cəsur
qəhrəmanının biofizik tələblərini də yüksək səviyyədə
yerinə yetirsə də, vokal partiyaların təqdimatında çətinlik
çəkdiyi hiss olundu. Bunun isə əsas səbəbi bəstəkarın
partiturasındakı muzikla uyğun estrada alətlərinin və əlbəttə
ki, mikrafonun aradan qaldırılması ilə bağlı oldu. Halbuki
əsərin diqtə etdiyi şərait yaradılsa idi, operettaya estradadan
gəlmiş Elxan Əhədzadə təzyiq altında qalmayıb, səhnədə
özünü daha sərbəst apara bilərdi. Bununla belə, Elxan Əhəd-
zadənin Sirano de Berjerakı başqasının – Kristianın adından
məhəbbətini izhar edəndə və əlbəttə ki, ölüm səhnəsində
Rejissorluğun üslub problemləri
199
güclü vokal imkanları ilə yanaşı, quruluşçu rejissorun əldə
etmək istədiyi psixoloji məqamların təqdimatında da, yüksək
sənətkarlıq göstərdi.
Digər tərəfdən Sirano de Berjerakı dünyalarca sevdiyi
qadın, təbəddülatlar keçirsə də sonda həqiqəti anlayaraq bu
sevgini dəyərləndirən Roksana rolundakı Larisa Vinaqra-
dova da, bəlkə də özünü göstərən yaş və yaxud yaxınlaşan
xəstəlik səbəbindən, artıq gənc qəhrəmanının çılğınlığını, çe-
vikliyini nümayiş etdirməkdə acizlik çəkirdi. Onu bu rolda
əvəz edən İnarə Babayeva isə vokal imkanları ilə yanaşı
gənclik məlahətinin, zərifliyin qələbəsini də, nümayiş etdirdi.
Tamaşada xanımcanlı kişi Monfleri və onun tam əksi
olan cəsur Le Bre rollarını aktyor Emil Heydərov məharətlə
ifa etdi. Tenor Boris Qrafkinin Linyeri, bariton Firuz Məm-
mədovun Kristianı, lirik tenor Fərid Əliyevin Raqnosu, sop-
rano Marina Litvinenkonun Duenyası tamaşaçını qane etdi.
Tüstü-dumana bürünmüş toplar, döyüş təbilləri hesabı-
na döyüş meydanının real mənzərəsini yaratmaqla əsgərlərin
hərəkətlərini təklif olunan vəziyyətə yönəldən, qotik üslublu
malikanə ilə dövrün nəbzini tutan, gecikmiş sevginin
izharında göydən xiş - xiş xəzan yarpaqları yağdırmaqla
səhnə məkanındakı əsas personajların daxili durumlarını da
izah edən quruluşçu rəssam İsmayıl Məmmədovun, vokalçı-
ların ifasının, xor, balet partiyalarının müşayiətini yaradan
orkestrin musiqisini bacarıqla təşkil edən dirijor Nazim
Hacıəlibəyovun, sənətinin vurğunu sayılan xormeyster Vaqif
Məstanovun ustalıqla nizamladığı, sürəkli alqışlar qazanan
xoru belə rəqs etməyə vadar edən baletmeysterlər Zakir və
Dostları ilə paylaş: |