Aydın Dadaşov
184
Aleyxemin ötən əsrin əvvəllərindəki yəhudi qırğınına həsr
olunmuş “Südçü Tevye” adlı məşhur əsəri əsasında dra-
maturq Qriqori Qorinin və bəstəkar Mixail Qluzanın işlə-
dikləri “Anma duası” musiqili draması oldu. Əslində bu
səhnə əsəri musiqili komediya, operetta mövzusu olmasa
da, qara qüvvələrin təzyiqi altında saysız - hesabsız qaç-
qınların doğma yurdlarını tərk edərək acınacaqlı vəziyyət-
də talenin ümidinə buraxıldıqları dövrün ruhuna uyğun idi.
Danışmaqdan çox, oxumağı bacaran operetta aktyorlarını
yaşantı prinsipində mövcud olmağa vadar edən Cənnət
Səlimova hələ ki, “Dağ Məhəmmədə sarı gəlməsə, Mə-
həmməd dağa sarı gedər” məsəlinin diqtəsini qəbul etmək
istəmirdi.
Ağır zəhmət hesabına özünə güzəran düzəltmiş, əda-
lətsizliyə qarşı barışmaz mövqeli, xalq lətifələrindən, yu-
morundan bəhrələnən məzhəkəçi, səmavi kitablara bələd
dindar kimi mənəviyyatı ilə seçilən, müxtəlif taleli beş
ağıllı, qoçaq, gözəl qız atası Südçü Tivyenin total zorakı-
lıqla qarşılaşması oxumağa yönəlikli aktyorların müqavi-
mətinə baxmayaraq Cənnət Səlimova yozumunda drama-
tik həllini tapır.
Bu tamaşada Südçü Tevye rolundakı Boris Qrafkin
əzablara qatlaşaraq özünü yenidən qura bilsə də, onun
arvadı Qolda rolundakı Larisa Vinoqradova illərdən bəri
alışdığı çəhrayı ampluasından faciəviliyə doğru addım ata
bilmirdi. Beləliklə, tamaşaçıların və elə Cənnət Səlimo-
vanın özünün də sevimli sənətkarı öz rolunu bu məsələnin
öhdəsindən daha bacarıqla gələn Tatyana Mordasovaya
güzəştə getmək zorunda qaldı. Dərzi Motl rolundakı, hal -
Rejissorluğun üslub problemləri
185
hazırda Milanda vokal dərsi verən Anatoli Qusev isə
hamını müqavimətə səsləməklə “balina aktyor” mis-
siyasını yerinə yetirməkdən çəkinmədi. Bununla belə çətin
məqamda dara düşən hər kəsin qayğısını çəkən Südçü
Tivye rolundakı Boris Qrafkin, onun arvadı – öz ağrılara
dözərək dua etməklə doğuşuna tanrıdan imdad dilədiyi
qızının dünyaya gətirdiyi körpəyə sanki ruhunu ötürüb
canını tapşıran Qolda rolundakı Tatyana Mordasova, dərzi
Stepanı ifa edən Sabir Sultanov dramatik aktyor məha-
rətlərini göstərə bildilər.
Bəstəkar Cahangir Cahangirovun tələbəsi olub Bö-
yük teatrda professor M.F.Ermlerin rəhbərliyi ilə üç il təc-
rübə keçərək 1990-cı ildə çalışdığı Musiqili Komediya
Teatrına qayıtmış dirijor Nazim Hacıəlibəyovun Həsənağa
Qurbanovla birgə dirijorluğu, A.Avdyaevin yəhudi xalq
musiqisinin oranjimanı kimi tərtib etdiyi musiqi, xor-
meyster Vaqif Məstanovun idarə etdiyi xorun alqışlarla
qarşılanan Ukrayna xalq mahnısı dramaturji hadisələrin
mühitinin təqdimatını qabarda bildi.
***
Cənnət Səlimovanın Ş.Qurbanov adına Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında, uzun fasilədən sonra,
1993-ci ildə “26 Bakı komissarı” klubunun darısqal
binasında quruluş verdiyi yeni tamaşa Jan Puaronun “Həftə
sonundakı şən şam yeməyi” vodevili oldu. Bədii-texniki
məhdudiyyəti nəzərə alan quruluşçu rejissorun əsas məqsədi
bütün mədudiyyətlərə baxmayaraq nəinki tamaşa qoymaq və
hətta bu teatrda yeni söz demək idi. Lakin dərin fəlsəfəsi
Aydın Dadaşov
186
olmayan bu vodevildə sevgilisi Jülini (M.N.Litvinenko) ar-
vadı Sofiyə (L.A.Vinoqradova) bir vaxtlar atıb getdiyi qızı
kimi sırımaq istəyən Stefanın (B.F.Qrafkin) vaqeələrində
vermək çətin məsələ idi. Tanınmış caz ustası Salman Qəm-
bərovun seçdiyi fransız melodiyalarının fonoqram altında
səslənməsi, XV əsrdən xalqdan gəlib estradalaşan şanson-
ların vokal və rəqs ifalarının canlı ünsiyyət üzərində qurul-
madığını qabartdı. Canlı ünsiyyətin yoxluğu musiqi din-
ləmək üçün gələn tamaşaçını məyus etsə də teatra əylənmək
üçün gələnləri əla almaq naminə düşünülən Sofinin - Mariya
Litvinenkonun məşhur müğənni Patrisiya Kaasın ifası altın-
dakı zövqlü striptizi səmərəli nəticə verdi.
***
Məşhur macar bəstəkarı Frans Leqarın Anri Melyake-
nin diplomatların həyatından bəhs edən “Səfirliyin atteşyesi”
komediyası əsasında yaratdığı, lirik valslarla zəngin “Şən dul
qadın” operettası yaranışından dünya musiqili teatrlarının
səhnəsini bəzəyir. Özünün “Operettanın ulduz məqamı”
kitabında: “Dünya şöhrəti “Şən dul qadın”la başlayır. Bu əsl
yetkin, bənzərsiz əsər ustadın gücünün aşıb-daşdığı
mərhələdə yarandı. Burada onun istedadının – dramatizmlə,
psixologizmə meyli qarşılıqlı təqdim olunan beynəlmiləl
melodiyalar, dövrün ruhunu yaşadan operetta janrının baxış
bucağında üzə çıxdı”
160
yazan musiqişünas Alla Rudolfovna
Vladimirskaya əsərin mühitin sosial sifarişini də göstərir. Əl-
bəttə ki, liberal mühitin sərbəst bazarına yönələn bu əsərdə
tərəqqiyə mane olan maddiyyat hərisliyinin mənəviyyata
160
А.Р.Владимирская. Звездные часы оперетты. Л., 1991. с.87.
Rejissorluğun üslub problemləri
187
qarşı qoyulmasının satirik boyalarla təqdimatı müəllifin
daxili azadlığının da göstəricisinə çevrilir. Musiqişünas Alla
Rudolfovna Vladimirskayanın “Operettanın partiturasında
həqiqətən satirik səhnələr vardır. Qəsdən dayaz dəbdəbəni
qabardan melodiya Pontevdronun Parisdəki səfirinin və
onun ətrafının yelbeyinliyini səciyyələndirir. Bununla belə
“Şən dul qadın”ın uğurunda bu əsas şərt deyil. Leqar qoca
deyildi, heç olmadı da. Onun əsərlərində kapital arxasınca
yüyürüş sevgi ilə təmizlənir” qənaəti operettanın ideyasını
da göstərir.
Hələ 1962–1970-ci illlərdə rejissor Rostov Operetta
teatrının rejissoru A.Q.Alleqrovun Azərbaycan Musiqili
Komediya Teatrının səhnəsində tamaşaya qoyduğu, V.S.Qo-
neyevin Baron Zetta, E.P.Qoqoberidzenin onun arvadı Va-
lentina, İ.N.Podqornayanın Hanna Qlavari, F.P.Kolinin Qraf
Danilo oynadığı, “Şən dul qadın” operettasına Cənnət Səli-
mova 1995-ci ildə bu səhnədə yenidən quruluş verdi. İyirmi
milyon cehizi olan, şən dul qadın Hanna Qlavarinin (Larisa
Vinoqradova) xariciyə ərə getməklə ölkədən varidatın
çıxarılmasına qarşı duran Baron Zettanın (Viktor Volya) bu
qadını səfirin üçüncü attaşesi Qraf Daniloya (Elxan Əhəd-
zadə) ərə vermək istəməsi əsas hadisəni canlandırır. Bu mü-
nasibləri həyata keçirib reallaşdırmaq məqsədi ilə qurulmuş
məclisə Qraf Danilonun gecikməsi bütün planları alt-üst
edir. Paralel olaraq ölkənin mənafeyi naminə insanların tale-
yi ilə oynayan səfir Baron Zettanın arvadı Valentinanın
(Marina Litvinenko) Fransa attaşesi Kamil de Rusilyonla
(Firuz Məmmədov) sevgi macərası dramaturji strukturu
zənginləşdirir. Baron Zettanın qapı deşiyindən baxaraq
Dostları ilə paylaş: |