Aydın Dadaşov
228
verir. Ədəbiyyat nəzəriyyəçisi Mixail Baxtinin: “Başlan-
ğıcı gülüş üzərində qurulan karnaval xalqın ikinci həyatı-
dır. Bu onun bayram həyatıdır. Xalqın ikinci həyatına çev-
rilən bu bayram müvəqqəti olsa da, ümumi birliyin, azad-
lığın, bərabərliyin, bolluğun utopik hakimiyyətini yara-
dır”
188
fikirləri bu mərasimdə reallıqla irreallığın, xəyalla
gerçəkliyin qovşağında üzə çıxan müvəqqəti demokratiya-
nın təzahürünü göstərir. Mücərrəd maska arxasındakı hər
kəsin anonimliyi diqtəni, mütiliyi yox etməklə hər kəsin
daxili azadlığının qoruyucusuna çevrilməklə əsl sevginin
təzahürünə səbəb olur. “Buradan tez gedək, yoxsa çat-
marıq, biz bəxtimin zülmətində qalarıq. Duyuram axır ki,
bax bu ziyafət verəcək bəxtimə ən ağır zillət”
189
kəlmələri
ilə öngörənliyini nümayiş etdirən Romeo ilə Cülyettanın
əllərinin bir-birinə toxunması ilə, günahı yuyan bəyaz qə-
rənfil ətirli öpüşlə müqəddəs sevginin yaranması, “əgər
oğlan evli isə, gəlinlik libasının məzar olacağına” qızın
and içməsi, daxili azadlığa rəvac verən karnavalın qələbə-
sini səciyyələndirir. Digər tərəfdən “Şekspir sevgililərinin
dialoqu, sanki iki sinxron gedən monoloqa bənzəyir. Hərə
öz sözünü özünə desə də, eyni şeydən danışılır və sevgi
qamması, səsdən deyil, ruhi həyəcanın birliyindən yara-
188
М.М.Бахтин. Творчество Франсуа Рабле и народная культура
средневековья и Ренессанса. М., 1965. с.10.
189
Вильям Шекспир. Трагедии. Сонеты. М. 1968. с.44.
Rejissorluğun üslub problemləri
229
nır”
190
müşahidəsi həlledici epizodun yozumunda kompas
rolunu oynaya bilir.
Beşinci səhnəni təhlilə cəlb edərək: “Gecə yarı yə-
qin ki, hasardan aşaraq Kapulettilərin həyətinə girərək ey-
vanda sevgilisini görən qəhrəmanın daxili vəziyyətini belə
dəyərləndirir. “Romeo nəyə doğru hərəkət edir? Onun
vəziyyəti necədir? Bu məqamda onun hansı məqsədyönlü
və şüuraltı niyyəti ola bilər? O nəyə ümid bəsləyə bilər?
Nəyi istəyə bilər? Yaxınlaşdığı malikanənin pəncərələri-
nin birində Cülyettanın siluetini görmək, onun gəzdiyi ba-
ğın havasını udmaq. Bundan başqa o, nəyə isə ümid edib
ürəyindən keçirməyə qadir deyil. Gözlədiyinin əksinə ola-
raq o, Cülyettanı eyvanda görür və səsini eşitməklə əlbəttə
ki, dəyişkənliyə məruz qalaraq indi daha nəyi isə ürəyin-
dən keçirir” yazaraq Romeonun bu bağdan adaxlı kimi
getməsini bildirən dram nəzəriyyəçisi Boris Osipoviç Kos-
telyanetsin: “Eyvanda görünən Cülyettanın niyyəti nə idi?
O Romeonu bağda görməyə çox az ümid edə bilərdi. O,
bu barədə düşünə bilməzdi. Ona sarsıdıcı sevgisi ilə
təklikdə qalmaq, sevildiyini, özünün Kapuletti, onun Mon-
tekki olduğunu unutmağın mümkünlüyünü bilmək gərək
idi”
191
qənaəti iki ailə arasındakı qovğanın təklif olunan
vəziyyət kimi bütün hadisələri izlədiyini təsdiqləyir. Yeri
gəlmişkən məhz bu epizodun sonunda uzaqlaşan Romeo-
190
Г.Н.Бояджиев. Вечно прекрасный театр эпохи возрождения. Л.,
1973. с. 381.
191
Б.О.Костелянец. Драма и действие. М., 2007. с. 205.
Aydın Dadaşov
230
nu səsləyən Cülyettanın: “Nə üçün çağırdığımı unutdum”
kəlmələri sevginin anatomiyasını yaradır.
Tövbə üçün hücrəsinə gəldiyi rahib Lorensoya artıq
Rozalinanın adını belə unutduğunu bildirən Romeonun kef
çəkdiyi düşmən qızı ilə bir-birlərinin qəlbini yaraladıqları-
nı bildirməklə çarə istədikdə rahibin ədavətin aradan qalx-
ması naminə sevginin gül açmasının vacibliyini bildirməsi
əsas hadisəni nizamlayır. Məhz bu məqamdan rahib Lo-
renso sanki hadisələri idarə edən dirijora çevrilir.
Qılıncı notla nəğmə oxuyan kimi sərrast oynadıb, rit-
mi, məsafəni duyan Romeonun barışıq çağırışlarına bax-
mayaraq Tibaltın (Vüsal Mirzəliyev) xaincəsinə onun qol-
tuğu altından gözlənilməz zərbə ilə Merkusionu (Şövqi
Hüseynov) öldürməsi gözlənilməz hadisələrə təkan verir.
Boris Osipoviç Kostelyanetsin: “Romeonun həmişəlik
barışmaq istədiyi Tibaltın məqsədi tamam başqa idi. Ti-
baltla Merkutsionun davasını qapatmaq istəyən Romeo öz
məram və məqsədinə uyğun hərəkət etsə də Merkutsionun
məhvinə səbəb olur. Şübhəsiz ki, bu fəaliyyətin “icra”
tərəfindən Romeo öz “mətiv və məqsədinə” qarşı vəziy-
yətdə qaldı. Romeo ilə bağlı bu məqamda adi həyatdan
fərqli olaraq dramatik fəaliyyətin nəticəsinin öncədən gö-
rünməyən, xəbardarlıqsız olduğu üzə çıxır. Adı həyatdan
fərqli olaraq dramaturjidə məqsəd dəyişə bilir. Axı bu mə-
qamda Romeo Cülyetta və Tibaltla barışmağın vacibliyi
barədə tamam unudur. Digər duyğuların hakimiyyəti altın-
Rejissorluğun üslub problemləri
231
da o, əsas məqsədə tam əks olan gözlənilməz əməl törə-
dir
192
müşahidəsi rejissor yozumuna aktyor oyununa bir-
başa yardım edir.
Hersoqun qohumu olan dostunun intiqamını alan
Romeonun sürgünə göndərilməsi ilə Ledi Kapulettinin
(Kubra Dadaşova) “qana-qan” tələbi, rahib Lorensonun
gizli kəbin kəsməsi ilə, Parisin təcili Cülyettaya evlənmək
niyyətinin üst-üstə düşməsi hadisələri tələsdirir. Əslində
ərinin dərdini çəkən Cülyettanın dayısı oğlunun ölümünə
yandığını düşünən Ledi Kapulettinin Romeonu o dünyaya,
Tibaltın yanına göndərəcəyinə söz verməsi onu, passiv
mövqeyi ilə az qala statistə çevrilən Ledi Montekki ilə
müqayisədə düşmənçiliyi qızışdıran daha fəal personaja
çevrilir. Əlbəttə ki, sanki peyğəmbər kimi tanrı missiya-
sını yerinə yetirən Lorenso hadisələrin mərkəzində daya-
nır. Aleksandr Yakovleviç Tairovun: “Yox Lorenso antik
xoru əvəzləmir, qoca tərkidünya, zahid də deyil, o, teatrın
həmişəcavan ruhu, “Romeo və Cülyetta”nın Arlekini-
dir”
193
fikri də bu mülahizəni təsdiqləyir.
Hadisələrin gedişində yaxından iştirak edərək pyesə
və tamaşaya komik çalar verən, gizli kəbinin yeganə şa-
hidi olan Dayənin (Naibə Allahverdiyeva) belə Parisi tə-
rifləməsinə qəti etiraz etməklə sədaqət motivini önə çəkən
Cülyettanın sevgilisinə qovuşmaq naminə rahib Lorenso-
192
Б.О.Костелянец. Драма и действие. М., 2007. с. 88
193
А.Я.Таиров. Записки режиссора: статьи, беседы, речи, письма. М.,
1970. с. 289.
Aydın Dadaşov
232
nun verdiyi yuxu dərmanını içərək səhərə qədər əcdadları-
nın uyuduğu, yeni dəfn olunan Tibaltın cəsədinin iyləndiyi
sərdabədəki məzarında, torpaq altında qalmağa razı olması
sevgi mövzusunu zirvəyə qaldırır.
Nökəri Baltazarın (E.İbrahimov) Cülyettanın cəsədi-
nin Kapulettilərin sərdabəsində uyuması xəbərini gətirmə-
si ilə: “Eheyy... ulduzlar, mən sizi döyüşə çağırıram!”
194
deyə müəllif mövqeyini bəyan edən Romeonun yəhudi
Əczaçıdan (Rasim Cəfərov) aldığı zəhərlə segilisinə qo-
vuşmağa tələsdiyi məqamda, rahib Lorensonun xəbərdar-
lıq məktubunu ona çatdırmalı olan Covanninin (K.Hadıza-
də) tibbi nəzarətçilərin qapısını bağlayıb möhürlədikləri,
taun düşən evdə qaldığının üzə çıxması təklif olunan və-
ziyyəti dəyişir. Bir dəstə güllə sərdabəyə ziyarətə gələrək
Romeo ilə qarşıdurmadan sonra yeganə istəyi Cülyettanın
yanında uyumaq olan Parisin ölümü artıq geriyə yol qoy-
mamaqla hadisələri bitirir. Rahib Lorensonun yuxu dər-
manının təsirindən ayılaraq ölümü, zəhər içmiş sevgilisi-
nin dodaqlarından qəbul edən Cülyettaya ünvanladığı:
“Məndən daha güclü qüvvələr vardır”
195
etirafı müəllifin
dini dünyagörüşünü də səciyyələndirir.
Tamaşanın məşqlərində Cənnət Səlimovanın iş pro-
sesini izləyərkən Anton Pavloviç Çexovun “Moskvada”
məqaləsindəki: “Klassik pyeslərə Malı teatrda yalnız pro-
194
Вильям Шекспир. Трагедии. Сонеты. М., 1968. с. 108.
195
Вильям Шекспир. Трагедии. Сонеты. М., 1968. с. 117.
Rejissorluğun üslub problemləri
233
fessorların quruluş verməsini qəti surətdə tələb edirəm…
Hökmən!”
196
kəlmələri yada düşür.
Bu əsəri səhnəyə qoymaqla Cənnət Səlimova bütöv
bir tarixi dövr ərzində uşaq - məktəbli auditoriyasını da
özündə birləşdirməyə vadar olan Gənc Tamaşaçılar Teat-
rın öz tamaşaçısını Şekspir dühasının nadir incisi ilə tanış
edərək maarifçilik funksiyasını da yerinə yetirdi.
196
А.П.Чехов. Среди милых москвичей. М., 1988.с. 122.
Aydın Dadaşov
234
NßTÈCß
erçəkliyin özü deyil modeli olan drmaturji
hadisənin səhnə fəaliyyətinə çevrilməsi
yalnız nəzəri müddəalarla həyata keçiril-
dikdə elmi cəhətdən əsaslandırılaraq dünyəvi səciyyə
daşıyır. Məlumdur ki, gözlə görünməyənin böyüdülməsi
və ya iri miqyaslının kiçildilməsi yolu ilə bədii təhlilə cəlb
edilməsi rejissorluğun da əsasında dayanır. Alman
filosofu, klassik filologiyanın professoru Fridrix Nits-
şenin: “İncəsənət bizə həqiqətdən ölməmək üçün veril-
mişdir”
197
fikri də, əslində ölümlə, məhrumiyyətlə müba-
rizənin dinamikasını səciyyələndirən tərəqqinin natura-
lizmdən qaçmaqla nəzəri əsaslara söykənən əsl sənətə
möhtaclığını vurğulayır. Elmi-nəzəri bazaya söykənməyən
sənət isə xətti inkişaflı dünyəvilikdən uzaqlaşaraq, dairəvi
qapanma sistemində mövcud olan məhəllilikdən uzaqlaşa
bilmir.
Fransız strukturalisti Rolan Bartın: “Teatr nədir? Bu
özlüyündə kibernetika maşınıdır. İşlək vəziyyətdə olma-
yanda bu maşın, pərdə arxasında gizlənir, pərdə açıldıqda
isə o sizin ünvanınıza çoxsaylı məlumatlar göndərir. Bu
197
Фридрих Ницше. Сумерки богов. М., 1990. с. 287.
G
Rejissorluğun üslub problemləri
235
məlumatların xüsusiyyəti ondadır ki, onlar sinxron və
müxtəlif ritmlərlə birlikdə ötürülür; tamaşanın hər anında
siz eyni vaxtda altı-yeddi mənbədən informasiya alırsınız
(dekorlar, geyimlər, işıqlandırma, aktyorların yerləşdiril-
məsi, onların jestləri, mimikaları, danışığı). Beləliklə teatr
fenomenini əhatələndirən, məxsusi qalın işarəli əsl infor-
masiya polifoniyası qarşınızdadır”
198
mülahizələri də teat-
rın aparıcı fiquru sayılan rejissorun elmi-nəzəri baza, hu-
manist dəyərlər, insan amili üzərində bərqərar olan üslub
göstəricisinin yüksək olmasını tələb edir.
Səhnə yozumunun rüşeymində daim insan amili du-
ran Cənnət Səlimovanın peşəkar, fərdi, ictimai üslub gös-
təricilərinin araşdırılması əslində bir sənətkarın timsalında,
dünyəviliyə can atan mədəniyyət strategiyasının tərkib
hissəsi kimi teatr rejissorluğunun keçdiyi yolu sərf – nəzər
etməyə və gələcək inkişaf istiqamətini proqnozlaşdırmağa
imkan yaradır. Ciddi filologiya və rejissorluq təhsili gör-
müş, çoxsaylı teatr tamaşalarının ictimai fikrə təsir əmsalı
yüksək olan Cənnət Səlimovanın yaradıcılıq laboratoriya-
sına da, üslub prizmasından yanaşdıqda aşağıdakı nəticə-
lər hasil olur.
Rejissor Cənnət Səlimovanın nəzəri təməl, zəngin
təcrübə üzərində qurulan peşəkar üslubu ən mürəkkəb
strukturlu tamaşanın belə uğurlu səhnə həllini tapmasının
qarantıdır. Tamaşaya qoyulacaq əsəri dərindən təhlil et-
198
Ролан Барт. Избранные работы. Семиотика, поетика. М., 1989. с. 276.
Aydın Dadaşov
236
məklə mövzu – problem əlaqələrini üzə çıxaran strukturun
tərkib hissələrini; epizodlararası keçidlərin ana xəttə xid-
mətini, süjet – fabula əlaqəsini, personaj, tipaj, obraz,
xarakter fərqini, onların niyyətini, hər bir aktyorun ali
məqsədini, nəhayət ideyanı önə çəkən fərdi, peşəkar, icti-
mai üslubu tətbiq edən, ən başlıcası isə janr təyinatını qo-
ruyan pedaqoq – rejissor Cənnət Səlimovanın uğur əldə et-
məsi təbiidir. Tamaşa üzərində iş prosesində səhnədə məş-
qə önəm verən Cənnət Səlimovanın alqoritmi dolğunlaş-
dırması, coşqun eksponsiv ifa tərzini qabartması, rol böl-
güsündə aktyorun zahiri əlamətlərinə deyil, intellekt dərə-
cəsinə, təfəkkür səviyyəsinə və psixoloji durumuna görə
seçim etməsi, ünsiyyət üzərində qurulan mizanlar hesabı-
na hərəkət xəttini nizamlaması (bu məqamda peşəkar sə-
viyyəsi aşağı olan bəzi ifaçıların dördüncü divara oyna-
maqla mizan anlayışına qarşı getmələrinə baxmayaraq),
sərt realizmi önə çəkməsi, aktyor etüdlərinin zərgər dəqiq-
liyi ilə yerinə yetirilməsini tələb etməsi son nəticədə bədii
informasiya fasiləsizliyini təmin etməklə mükəmməl səh-
nə əsərinin meydana gəlməsinə zəmin yaradır. Cənnət
Səlimovanın tamaşaçıya, səhnənin dördüncü divarına ün-
vanlanmaqla mizana çevrilən aktyor yerləşdirilməsi təkcə
məkan deyil, zaman həllini də önə çəkir. Əlbəttə ki, peşə-
kar səviyyəli aktyor daim fəaliyyətini ünvanladığı tamaşa-
çıya doğru can atsa da, özfəaliyyətdən qurtula bilməyənlə-
rin səhnənin dərinliyində qalmağa, hər hansı bir əşyanın
Rejissorluğun üslub problemləri
237
arxasında gizlənməyə üstünlük vermələri də, nəzərdən
qaçmır.
Yozum verəcəyi əsərin təhlilini önə çəkən Cənnət
Səlimovanın önəm verdiyi üfüqi – horizontal məkanların-
dan bacarıqla istifadə etdiyi səhnəni lüzumsuz dekorlarla
doldurmadan yalnız əsas hadisənin açılışına yönələn əşya-
lara istinad etməklə, aktyor oyununda mətni deyil tərəf-
keşlə münasibətdə həqiqətin aşkarlanma prosesini qabar-
dır. Səhnə zamanının dəyərini bilən rejissor hadisəli pau-
zalara meydan versə də boşluqlardan, vakuumdan qaçma-
sı, əksər hallarda özünü doğruldur. Və əlbəttə ki, peşəkar
səviyyəsi yüksək olmayan aktyor bu təzyiq altında audio-
vizuallığını itirərək sözçülüyə yuvarlandığından persona-
jlararası əlaqə pozulur, ali məqsədə gedən yol dalana dirə-
nir.
Məlumdur ki, yalnız sənətkarın özünü narahat edən
ictimai prolemin mövzuya çevrilməsi fərdi üslubu üzə
çıxarmaq iqtidarındadır. Hamının eyni dəyərə malik olub,
yaşam hüququ qazandığı, insanların mütləq bərabərliyinə
söykənən demokratik vətəndaş cəmiyyəti şəraitində müm-
kündür. Bununla belə sosrealizm buxovlarına bacardığı
qədər müqavimət göstərə bilən Cənnət Səlimova Rus
Dram Teatrında çalışdığı sovet dövründə belə özünün fər-
di üslubunun nümayişinə cəhd göstərə bildi.
Yaradıcılığının bütöv bir mərhələlərinin, sosial ədalət
prinsipinin bərqərar olmasına çalışıb, təcrübədə çoxsaylı
Aydın Dadaşov
238
insan həyatını məhv etməklə məqsəddən uzaqlaşan mar-
ksizm-leninizmin sənət ekvivalenti sayılan sosrealizm
dövrünə düşən Cənnət Səlimovanın ictimai üslubu qismən
də olsa quruluşun diqtəsindən yayına bildi. Əlbəttə ki, sə-
nətkarın üslubunu istər – istəməz, ağırlaşdıran, daşlaşdı-
ran sosrealizmin təbliğat funksiyasından yayınmaq çətin
olsa da, həmin mərhələdə quruluşun yeniləşdirilməsini
yaradıcılıqlarında qabartmaqla repressiyalara məruz qalan,
sovetlər birliyinin son mərhələsində ölkədən qovulan sə-
nətkarlar az deyildi. Sənət iddialı, digərləri isə quruluşun
kökündən dəyişməsini deyil, estetik bərpasını təklif et-
məklə hakimiyyətdən bəhrələnə bilirdilər. Sovetlər birliyi
dağıldıqdan sonra respublikamız da, istiqlaliyyətini bərpa
etdikdən sonra yaranan liberal mühit digər sənət sahələri
kimi teatrın da qarşısında meydan açdı.
Fridrix Şillerin: “Epopeya, roman, sadə hekayə öz
forması ilə hadisələri uzaqlaşdırır. Çünki oxucu ilə iştirak-
çılar arasında təhkiyyəçi dayanır. Bütün təhkiyyə forma-
ları indiki zamanı keçmiş zamana keçirir. Dram əsərləri
isə keçmişi bu günə gətirir”
199
qənaəti də, nəsrin səhnələş-
dirilməsinin çətinliyini sübut edir. Əlbəttə ki, dramaturji
qanunları dərindən bilən səriştəli mütəxəssisin nəsri
gözönü hadisələrdən ibarət pyesə çevirməsi mümkün olsa
da, əksər halda bu cəhdlər uğursuzluqla nəticələnir.
Təsadüfi deyil ki, rejissor Cənət Səlimovanın da,
199
Фридрих Шиллер. Сбор. соч. т.6. М., 1957. с.58.
Rejissorluğun üslub problemləri
239
yardıcılıq zəncirinin zəif bəndləri də, bir çox hallarda
nəsrin səhnələşdirilməsi ilə ərsəyə gələn tamaşalarla
bağlıdır. Digər tərəfdən quruluş verdiyi ən mükəmməl
klassik pyesə belə yaradıcı müdaxilə hesabına yozumunu
gerçəkləşdirən Cənnət Səlimova səhnə əsərinin tam
hüquqlu müəllifinə də çevrilə bilir. Pedaqoq – rejissor
M.O.Knebelin: “Hərçənd ki, pyesdə obyektiv varlıq olan
hadisəni müəyyən edərkən bu prosesə mütləq subyekiv
başlanğıc əlavə edirik. İş burasındadır ki, hər bir rejissor
hadisənin mənasını müəyyən edərkən, sənətkar kimi bu
prosesə özünə əziz və maraqlı olanı əlavə edir»
200
fikrinə
əsasən belə nəticəyə gəlmək olar ki, ən qatı senzura
rejimində belə sənətkarın fərdi üslubu rüşeym halında olsa
belə quruluş verdiyi hər bir tamaşada cüzi də olsa boy
verir. Məhz bu kontekstdə Cənnət Səlimovanın quruluş
verdiyi bütün tamaşalarda onu narahat edən problemlər az
və ya çox dərəcədə ifadəsini tapmaqla, tamaşaçı ürəyindən
tikan çıxartmaqla sosial sifarişi yerinə yetirir. Əlbəttə ki,
təbliğat funksiyalı sosrealizmdə bu proses müəyyən risklə
bağlı olsa da, vətəndaş cəmiyyətinə üz tutan müstəqillik
dövründə modernizm cərəyanının tədricən formalaşması
hesabına getdikcə asanlaşır.
200
М.О.Кнебель. Поезия педагогики. М., 1976. с. 310.
Aydın Dadaşov
240
Dadaşov Aydın Ərşad oğlu
REJİSSORLUĞUN ÜSLUB PROBLEMLƏRİ
(Cənnət Səlimovanın yaradıcılığı əsasında)
Rejissorluğun üslub problemləri
241
Mцndяricat
Эириш...................................................................................... 3
Azяrbaycan Dюvlяt Rus Dram Teatrыnda
Cяnnяt Sяlиmovanыn tamaшalarы.............................................11
Bakы Kamera Teatrыnda Cяnnяt Sяlиmovanыn tamaшalarы....... 137
Azяrbaycan Dюvlяt Musиqиlи Komedиya Teatrыnda
Cяnnяt Sяlиmovanыn tamaшalarы.............................................178
Azяrbaycan Dюvlяt Opera vя Balet Teatrыnda
Cяnnяt Sяlиmovanыn tamaшalarы.................................................. 204
Azяrbaycan Dюvlяt Gяnc Tamaшaчыlar Teatrыnda
Cяnnяt Sяlиmovanыn tamaшalarы.............................................220
Nяtиcя....................................................................................233
Aydın Dadaşov
242
«Åëì âÿ òÿùñèë»
няшриййатынын äèðåêòîðó: ïðîôåññîð
Íàäèð ÌßÌÌßÄËÈ
Äèçàéí:
Òóðàë ßùìÿäîâ
Техники редактор:
Рювшаня Низамигызы
Korrektorlar: Könül Xudayarova
Gülnar Əsgərova
Rejissorluğun üslub problemləri
243
Éûüûëìàüà âåðèëìèø 28.10.2010
×àïà èìçàëàíìûø 17.11.2010
Øÿðòè ÷àï âÿðÿãè 15. Ñèôàðèø ¹ 703
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500
Êèòàá «Åë
м вя тящсил» няшриййат-полиграфийа
мцяссисясиндя сящифяляниб чап олунмушдур.
E-mail: elm_ve_tehsil@box.az
Тел: 497-16-32; 050-311-41-89
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэясè 8/4.
Aydın Dadaşov
244
Dostları ilə paylaş: |