Aydın Dadaşov
192
vurğuları və ritmləri xalq artisti, rejissor Cənnət
Səlimovanın fantaziyası və ustalığı ilə ərsəyə gələn ha-
disələrə heyranedici ruh yüksəkliyi, həyəcanlı mühit yarat-
dı. Və bu hadisələrin inkişafı elə təbii idi ki, quruluşçunun
ayrılıqda hər bir aktyora və hamıya çəkdiyi incədən-incə,
ağır zəhmət belə sanki hiss olunmurdu” yazan jurnalist
Svetlana Mirzəyevanın: “Həmin axşam səhnə arxasında da
hədsiz temperatur var idi. Bu sadəcə premyera deyildi, ən
tələbkar tamaşaçılardan biri – Azərbaycan Prezidenti zalda
idi”
163
cümlələri bu sənət bayramının mənzərəsini yaradır.
Tamaşanın premyerasıdan sonra ölkə başçısı Heydər
Əliyevin: “Bu gün yenidən öz fəaliyyətinizi gözəl bir
tamaşa ilə - Üzeyir Hacıbəyovun “Məşədi İbad” tamaşası
ilə başladınız” Biz buna musiqili komediya deyirik, amma
o vaxt Üzeyir Hacıbəyov yazanda bunun adını operetta
qoymuşdu. Bu çox gözəl tamaşadır. Cənnət xanım Səli-
mova tamaşaya gözəl quruluş veribdir. İndi o, universal
rejissor kimi müxtəlif tamaşalara quruluş verir. “Məşədi
İbad” tamaşasını çox gözəl göstərdiniz. Düzdür, biz bunun
hamısını görmüşük. Məsələn, mən bu tamaşanı Azərbay-
can teatrında 40-50 il bundan öncə də görmüşəm. Sonra
bunu bizim böyük rejissorumuz Hüseyn Seyidzadə filmə
çəkdi. O, çox gözəl filmdir. Ola bilər, film çəkilən vaxt
onu yaxşı qiymətləndirə bilmədilər - mənim xatirimdədir,
bu, 60-cı illərdə idi. Ancaq indi, zaman keçdikcə bəzən
bizim televiziya vaxtaşırı o filmi göstərir. O film göstəri-
ləndə mən böyük həvəslə baxıram. Çox gözəl bir filmdir.
163
С.Ф.Мирзоева. И снова на сцене – «Мешади Ибад». г. Бакинский
рабочий. 10-12-1998.
Rejissorluğun üslub problemləri
193
Siz bu əsərə yenidən səhnə həyatı verdiniz və bu gün çox
gözəl də tamaşa göstərdiniz. Ona görə də mən sizin hamı-
nızı təbrik edirəm. Quruluşçu rejissor Cənnət xanımı təb-
rik edirəm ki, belə gözəl quruluş yaradıbdır. Rəssam İsma-
yıl Məmmədovu təbrik edirəm, çünki tamaşada çox gözəl
dekorasiyalar, tərtibatlar vardır. Musiqi çox gözəl mü-
şayiət olunduğuna görə dirijoru təbrik edirəm. Və səhnədə
oynayanların hamısını təbrik edirəm”
164
fikirləri ümum-
milli liderin mədəniyyətə, teatr sənətinə, Üzeyir bəylə ya-
naşı, Cənnət Səlimova yaradıcılığına da verdiyi yüksək
qiymətdir.
***
Macar bəstəkarı, operetta kralı İmre Kalmanın 1940-
1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının səhnəsində oynanılmış digər adı “Çağdaş karale-
vası” olan “Silva” operettasını bu səhnədə tamaşaya qoy-
maqla Cənnət Səlimova artıq öyrəşdiyi yaradıcı kollektivə
yaxından bağlanır.
“Musiqili teatrda rejissor” kitabında “Operettadan
“gonbulların incəsənəti” kimi söz düşəndə bu “burjua”
sənətinin tipik nümunəsi kimi Kalmanın operettaları yada
salınır. Onun “Silva”sı ümumi isimə çevrilir. Pullular sinfi
yaltaqlarının cəhdləri sayəsində İmre Kalmanı “öz”
müəlliflərinə çevirdilər. Rusiyanın nermanları isə bəstəkar
haqqındakı bu təsəvvürü gücləndirdilər. Ancaq müəllifin
özü ... Bütün həyatı boyu o, tamaşaçını güldürmək, ağlat-
164
H.Ə.Əliyev. O olmasın, bu olsun tamaşasından sonrakı nitqi. Ədəbiyyat
q. 11-12-1998.
Aydın Dadaşov
194
maqla yanaşı səhnədə baş verənlərə tamaşaçını tam
inandıran əsər yaratmağı arzulayırdı. Qaynar ehtirasla
teatra bağlanan Kalmanın arzusu səhnədə canlı insanları
görmək idi. Onun yolunu kəsən isə musiqisini yazmağa
məcbur olduğu bayağı librettolar və ən qorxulusu isə im-
kanlı burjuaziyanı qane edən yeknəsək səhnə yozumları
idi”
165
yazan Q.P.Ansimovun göstərdiyi iradlardan uzaq-
laşmaqla bəstəkarın istəklərinin həyata keçirilməsi Cənnət
Səlimovanın yozumunda əsas məqsəd idi.
Yüngül musiqidən valslardan, macar və qaraçı folk-
lorundan geniş istifadə olunduğu bu operettada kabare
aktrisası Silva Vareska rolunda real insan tipini canlan-
dıran Larisa Vinoqradova meydan sulayırdı. Leopold -
Boris Qrafkin, Knyaz Edvin - Firuz Məmmədov, Boni -
Emin Heydərov, Stasi - Marina Litvinenko, Ferrini – Sabir
Sultanov kimi aktyorlarla fasiləsiz məşqlər də öz səmərəli
nəticəsini vermişdi.
Gənc zadəgan Edvinin sevdiyi Silvayla deyil, Stasi
ilə nişanlanmasından yaranan ilkin ziddiyyət qabarıq həl-
lini tapırdı. Qraf Boni ilə gedən Silvanın Edvinlə Stasinin
nişan mərasimində peyda olmaları bu ziddiyyəti həmən qı-
zışdırırdı. Silvanı hamıya arvadı kimi təqdim edən qraf
Boni Stasiyaya vurulmaqla vəziyyəti həll etməsi, artıq Sta-
sinin də Boniyə vurulması, Silvanın isə Edvinlə əvvəldən
bağlanmış kəbinə məhəl qoymadan çıxıb getməsi hadisə-
ləri fabula istiqamətində irəliyə aparırdı. Boninin müdaxi-
ləsi ilə Silvanın səhnəyə qayıtması, Edvinin nənəsinin,
hətta anasının belə vaxtilə kabare müğənnisi və rəqqasəsi
165
Г.П.Анисимов. Режиссор в музыкальном театре. М., 1980. с.196.
Rejissorluğun üslub problemləri
195
kimi çalışdığının üzə çıxması tamaşanı şirin sonluqla
bitirməsi isə əlbəttə ki, librettonun məzmunundan irəli
gəlirdi.
Tamaşanın bədii həllində baletmeyster Yuliana
Əlikişizadənin qurduğu klassik balet və kankan rəqsləri
müstəsna rol oynadı, musiqi həllində dirijor Cavanşir
Cəfərovun, xormeyster Vaqif Məstanovun, bədii tərtibatda
quruluşçu rəssam İsmayıl Məmmədovun iştirakı ilə ərsəyə
gələn bu tamaşa ilə Cənnət Səlimova İmre Kalman
operettalarına ürəkdən bağlanır.
***
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Uzaq
Şərq Musiqili komediya teatrlarında çalışmış rejissor, rəssam
L.Faylenbogenin 1957 və 1965-ci illərdə quruluş verdiyi,
İ.N.Podqornayanın (Qrafinya Maritsa), E.P.Qoqoberidzenin
(Knyagina Bojena fon Kudenşteyn), A.Q.Alleqrovun (knyaz
Morits-Draqomir Esterqazi Şelenberq), V.S.Qoniyevin (Ba-
ron Koloman Zupan), F.P.Kolinin (Tassilo Madaç) uğurla
ifa etdikləri, İmre Kalmanın “Maritsa” tamaşasına 2002-ci
ildə yeni yozumunu verən Cənnət Səlimova bu operettanın
Maritsa-soprano, baron Zupan-tenor, qraf Tasilo-tenor, Liza
- sopranodan ibarət səs çələngini musiqinin dramaturji
strukturuna oturda bilir. Belə ki, gənc, gözəl, zəngin dul
qadın Maritsanın (Larisa Vinoqradova) onun var-dövlətini
əldə etmək istəyən çoxsaylı pərəstişkarlarından uzaqlaşaraq,
öz malikanəsində şən qaraçıların musiqi və rəqsləri ilə
əhatələnməsi, onun işlər müdiri Tasilonun timsalında (Elxan
Əhədzadə) əsl sevginin üzə çıxmasına şərait yaradır. Pərəs-
Dostları ilə paylaş: |