Nizami Cəfərov
66
iudaizm qədər önəmli olmuşdur. Odur ki, müasir dövrdə bir sıra
reformist iudaizm ideoloqlarının yəhudilərin dünyaya inteqrasi-
yasını təmin etmək məqsədilə ibadətlərin onların yaşadıqları
ölkələrin dilində aparılması təklifləri ciddi etirazla qarşılanır.
Məlumdur ki, xristianlığın əsasları iudaizmdən gəlir. Və
yunanca olan ilk xristian mətnləri yəhudəcədən (ivritdən) «tər-
cümə» və ya təbdil olaraq meydana çıxmışdır. Yunanların xris-
tianlığı qəbul etməsilə Bibliya Homerin, Sokratın, Platonun,
Aristotelin… dilində danışmağa başlamışdır…
XIII əsrdə «latın»larla «yunan»ların kilsə siyasəti ilə bağlı
mübahisələri xristianlığın iki qola – katoliklərlə pravoslavlara
ayrılmasına gətirib çıxardı… Pravoslavlar «Bibliya»nın yunanca
katoliklər isə latınca mətnini əsas alsalar da, xristianlıq bu dini
qəbul edəcək xalqların dillərinin inkişafına təkan verən çox
əhəmiyyətli bir ənənənin əsasını qoydu: müqəddəs mətnlər
müxtəlif dillərə tərcümə olunmağa başladı.
«Bibliya»nın son səhifələrində aydın şəkildə göstərilir ki,
Isus Xristosun bilavasitə şagirdləri – apostol və ya həvariləri
onun göylərə çəkilməsindən sonra xristianlığı yaymaq üçün dün-
yanın müxtəlif ölkələrinə ilk missioner səfərlərinə çıxdılar. Və
istər bu, istərsə də sonrakı səfərlərdə xristianlığın təbliği yerli
xalqlara (və dillərə) xüsusi diqqətlə, həssaslıqla yanaşılmasını
tələb edirdi.
Islam dini dünyaya VII əsrdə gəlmiş, özü ilə ərəb dilini o
zamana qədər görünməmiş bir səviyyəyə yüksəltmişdir. Və
«Quran»ın dili həm müxtəlif ərəb dialektlərində danışan ərəblər
arasında ədəbi dil olaraq möhkəmlənmiş, həm də xüsusilə bütün
orta əsrlər boyu türklər və farsların, sözün geniş mənasında, elm
dili olmuşdur.
Müsəlman xalqlarının yalnız ərəbcə ibadət etməsi, «Qu-
ran»ın başqa dillərə rəsmi tərcüməsinin yasaqlanması nəticəsin-
də digər (ərəb olmayan) xalqların dillərinə külli miqdarda ərəb
sözləri, dini, fəlsəfi, elmi, ədəbi və s. terminlər keçmişdir. Və
ərəb dilini bilməyən müsəlmanlar «Quran»ın əsas surə və ya
Ədəbiyyat söhbətləri
67
ayələrini əzbərləməklə, tərcümə-şərhlər əsasında mahiyyətini
anlamaqla kifayətlənmişlər.
Mütləq əksəriyyəti Islamı qəbul edən türklərin o vaxta
qədərki müstəqil Tanrı axtarışlarının tarixi çox qədimlərdən baş-
lasa (bunu sübut edən kifayət qədər zəngin mifoloji mətnlər bu
günə qədər müxtəlif yazılı mənbələrdə, eləcə də şifahi olaraq
qorunub saxlanmışdır) da, tanrıçılığın türklər arasında aparıcı
dini dünyagörüşü kimi rəsmi mövqe tutması V-X əsrlərə aiddir.
Tonikuk, Kül tiqin, Bilgə xaqan kitabələri Göy türklərin tanrı-
çılıq inamlarının bütöv bir sistem təşkil etdiyini, cəmiyyətin
xüsusilə yuxarı təbəqəsinin dünyagörüşünə çevrildiyini, dövlət
idarəçiliyində mühüm ideoloji rol oynadığını göstərir. Və türk
inanır ki:
«Üze Kök Tenqri, asra yağız Yir kılındıkda ekin ara kisi
oğlu kılınmıs…»
Türk tanrıçılığı türklər arasında məhz türkcə zühur edir.
Və tanrıçılıq o dərəcədə mükəmməl terminologiya ilə təmsil
olunur ki, X əsrdə Islamı qəbul eləyən türklər Islam dini anla-
yışlarını ərəbcə deyil, tamamilə türkcə ifadə etmək üçün heç bir
çətinliklə qarşılaşmırlar. Və təsadüfi deyil ki, Yusif Balasaqun-
lunun «Kutadqu biliq» əsərində (XI əsr) ərəbcədən alınmalara,
demək olar ki, rast gəlinmir.
Müxtəlif mənşəli dünya dinlərini – buddizm, iudaizm,
xristianlıq və Islamı qəbul etmiş türklər həmin dinlərin müqəd-
dəs mətnlərini türkcəyə tərcümə etməyə həmişə böyük maraq
göstərmişlər.
Beləliklə, dillərin tarixində dinlərin rolu təsəvvür edildi-
yindən daha miqyaslı, daha kütləvi və daha ardıcıl olmuşdur. Və
odur ki, din yaradan dillərin xüsusi tarixi statusu vardır… Ona
görə də bu dillərdə meydana çıxmış dünyaca məşhur müqəddəs
kitabların Azərbaycan dilinə peşəkar tərcümələrinin nə qədər
əhəmiyyətli olduğunu sübut etməyə ehtiyac, yəqin ki, yoxdur.
2017
Nizami Cəfərov
68
«Əhdi-ətiq»dən «Əhdi-cədid»ə
«Əhdi-ətiq» qədim yəhudi təfəkkürünün dünya düşüncə
mədəniyyətinə bəxş etdiyi, müasir dünya xalqlarının bir çoxu-
nun tarixi yaddaşında kifayət qədər geniş yer tutaraq onların
dünyagörüşünə zaman-zaman əhəmiyyətli təsir göstərmiş elə bir
mötəbər (və məhsuldar) mənbədir ki, ona ilk baxışda müəyyən
dini təəssübkeşlik mövqeyindən münaqişə mövzusuna çevrilə
biləcək interpretasiyaların gözü ilə baxmaq nəinki doğru olmaz-
dı, həm də (və daha çox!) bu mənbənin tarixi dəyərini istər yə-
hudilərin, istərsə də ümumən insanlığın özünüdərk (və özünü-
ifadə) texnologiyalarını anlamaq baxımından elə ciddi ümum-
bəşəri idrak problemləri yaradırdı ki, «tarixi yenidən yaşamaq»
kimi absurd (və sadəlövh) bir «məntiq»lə üz-üzə dayanmaqdan
başqa çarə qalmazdı. Lakin «Əhdi-ətiq» özünün bütün funda-
mental metafizikası ilə yanaşı, «Əhdi-cədid»i də doğurmağa
məcbur olmuşdur… Və dünyada, insan idrakının təbiətində belə
«paradokslar» nəinki təsadüfi deyil, həm də artıq o qədər tez-tez
təkrarlanır ki, heç bir etiraz doğurmur…
«Əhdi-ətiq» nədən danışır?..
Ilk növbədə, dünyanın yaranışından… Ilahi və ya Müqəd-
dəs Ruh birinci gün işığı; ikinci gün sularla əhatə olunmuş tor-
pağı, üçüncü gün onun üzərində bitən yaşıllığı – otu, ağacları;
dördüncü gün göy qübbəsini, günəşi, ayı, ulduzları; beşinci gün
şüuru olmayan canlıları; altıncı gün yer üzünün əşrəfi insanı
yaratdı. Və yeddinci gün «dincəlməy»ə qərar verdi…
Yaranış və ya yaradılış barədəki miflər ən qədim dövrlər-
dən bəri bütün dünyanı dolaşmaqdadır…
Ilk insanın – Adəmin, onun qabırğasından isə Həvvanın
yaradılması, ilk insanların şeytan tərəfindən aldadılaraq «gü-
nah»a batmaları, Allah dərgahından – «cənnət»dən qovulmaları,
ilk ailənin (və nəticə etibarilə, cəmiyyətin) təşəkkülü «Əhdi-
ətiq» ehkamlarının (və mifologiyasının) «proloq»unu təşkil edir.
Dostları ilə paylaş: |