Ədəbiyyat söhbətləri
75
Qədim türklərdə
«həyatın yaradılışı» təsəvvürü
Həyatın yaradılışı barədə ən mötəbər (və həm iudaistlər,
həm də xristianlar arasında geniş yayılmış kanonik) təsəvvür öz
əksini «Bibliya»nın ilk sətrlərində tapmışdır. Və mötəbər olduğu
qədər də qədim olan bu mifoloji təsəvvürün daha qədim kökləri-
ni axtarıb tapmaq iddiaları zaman-zaman baş qaldırsa da, həmin
iddiaların az-çox uğurlu bir qənaətlə yekunlaşacağı hələ də şüb-
həlidir… Ancaq sağlam düşüncə təkidlə tələb edir ki, «Bibliya»-
nın ilk sətirlərində öz əksini tapmış məlum təsəvvürlər müxtəlif
xalqların müvafiq tarixi «interpretasiyalar»ı ilə müqayisə
edilsin.
Bu baxımdan türk xalqları da, təbii ki, istisna olunmur. O
türk xalqları ki, mifoloji təfəkkür mədəniyyətlərinin zənginliyi
(və dünyaya açıqlığı) baxımından bir çox xalqlarla müqayisə
edilməyəcək qədər mükəmməl bir tarix yaşamış, bu tarixin ayrı-
ayrı dövrlərini, mərhələlərini həm şifahi, həm də yazılı mən-
bələrdə kifayət qədər aydın ideya-estetik modellər, yaddaş
texnologiyaları ilə əbədiləşdirmişlər.
Onlardan biri də türklərin «ata yurdu»na bu günə qədər
yiyəlik edən Altay türklərinin dilindən XIX əsrdə V.V.Radlovun
yazıya aldığı çox qədim bir əfsanədir ki, burada həyatın yaradılı-
şı barədə qədim türk təsəvvürü bütün təfsilatı ilə ifadə olunmuş-
dur:
«…Bir zamanlar yalnız Tanrı Qara xan və Su vardı. Qara
xandan başqa görən, Sudan başqa görünən yox idi… Ağ Ana
göründü. O, Qara xana «yarat» deyib yenidən Suya daldı. Bunu
eşidən Qara xan bir Kişi yaratdı. Qara xanla Kişi intəhasız Su-
yun üstü ilə iki qara qaz kimi uçurdular… Ancaq halından məm-
nun olmayan Kişi onu yaradan Qara xandan daha yüksəkdə uç-
maq istəyirdi. Onun nə istədiyini bilən Qara xan Kişinin uçmaq
qabiliyyətini əlindən aldı. Və Kişi dibsiz Suya yuvarlandı…
Nizami Cəfərov
76
Boğulurdu. Elədiyinə peşiman olub Tanrı Qara xandan bağışlan-
masını dilədi»…
Göründüyü kimi, «həyatın yaradılışı» barədəki qədim türk
təsəvvürünün baş qəhrəmanı Tanrı Qara xandır. Və həyatın ilk
əlaməti olan Kişini Sudan çıxıb yenidən Suya dalan Ağ Ananın
təklifi ilə məhz o yaradır.
Ancaq Ağ Ananın kim olduğu barədə qədim türk mifolo-
giyası təfərrüata varmır…
«Tanrı Qara xanın göstərişi ilə Sudan bir Ulduz çıxdı. Kişi
həmin Ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir
daha uça bilməyəcəyini nəzərə alıb Dünyanı yaratmaq qərarına
gəldi. Kişiyə buyurdu ki, Suyun dibinə dalaraq torpaq çıxar-
sın…»
Belə məlum olur ki, Dünya zərurətdən yox, təsadüfdən
yaranmışdır. Və o da məlum olur ki, bu dünyanın yaradılışı
yalnız təsadüfün deyil, həm də «şər»in məhsulu imiş:
«Şər düşüncədən əl çəkməmiş Kişi torpaq gətirərkən
fikirləşdi ki, özü üçün gizli bir dünya da yaratsın, ona görə də
torpağın bir hissəsini ağzında saxladı. Elə ki ovcundakı torpağı
Su üzərinə səpdi, Tanrı Qara xan torpağa «böyü» deyə buyurdu.
Torpaq böyüyüb Dünya oldu. Lakin Kişinin ağzında saxladığı
torpaq da böyüyüb onu boğmağa başladı. Qara xan ona «tüpür»
deməsəydi, boğulub öləcəkdi».
Ancaq Tanrı Qara xan həm təsadüflərdən, həm də «xeyir
və şər»dən yüksəkdə dayanır. «Tanrı Qara xan dümdüz bir
dünya yaratmışdı. Lakin Kişi tüpürəndə ağzından çıxan torpaq
bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz
Kişiyə «Erlik» (Şeytan) adını verib özünün Işıqlı Dünyasından
qovdu».
«Bibliya»da da Şeytan Allah dərgahından belə qovul-
muşdu…
Tanrı Qara xan «sonra yerdə doqquz budaqlı bir ağac
bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar doqquz
insan irqinin ataları oldular». Ancaq Erlik (Şeytan) yenə də dinc
Ədəbiyyat söhbətləri
77
durmur… «Insanların gözəlliyini, xoş həyatını görüb Tanrı Qara
xandan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin.
Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi, insanları öz
tərəfinə çəkməyə başladı. Qara xan insanların azğınlığını, Erliyə
aldanmalarını görəndə acıqlandı, onları öz başlarına buraxdı.
Erliyi isə yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu.
Tanrı Qara xan Göyün on yeddinci qatını yaradıb oraya
çəkildi. Mələklərdən birini Yer üzünə göndərdi ki, insanlardan
muğayat olsun».
«Bibliya»da olduğu kimi, qədim türklərin «həyatın yaradı-
lışı» təsəvvüründə də Şeytan öz bəd əməllərindən əl çəkmir:
«Erlik Tanrı Qara xanın qərar tutduğu gözəl Göyü görüb
ondan icazə istədi ki, özü üçün bir göy yaratsın. Icazə alıb
yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Lakin
Qara xan görəndə ki, Erliyin təbəqəsi onunkundan daha yaxşı
yaşayır, mələklərindən birini göndərib həmin göyü dağıtdırdı.
Göy yıxılıb Yer üzünə düşdü. Dağlar, dərələr, meşələr meydana
gəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi Yerin ən aşağı qatına
sürdü. Buyurdu ki, Günəşsiz, Aysız, Ulduzsuz yerdə dünyanın
sonuna qədər qalsın».
«Həyatın yaradılışı» barədəki qədim türk təsəvvürü onunla
yekunlaşır ki, «Tanrı Qara xan Göyün on yeddinci qatında otu-
rub kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Bay Ölgün
Altun dağda qızıl bir taxt üstündə əyləşib. Göyün yeddinci
qatında Gün Ana, altıncı qatında Ay Ata qərar tutmuşlar».
Formalaşdığı dövrdən iki-üç min il sonra yazıya alınma-
sına baxmayaraq, «Həyatın yaradılışı» təsəvvürü qədim ideya-
məzmun xüsusiyyətlərini, demək olar ki, bütünlüklə mühafizə
etmişdir.
Qədim türklər inanır ki, dünyanın (kosmosun) təşəkkülün-
də Tanrı Qara xan icraçıdır. Və o, Dünyanı Ağ Ananın göstərişi
ilə yaratmışdır… Ancaq, görünür, o, bu Dünyanı yalnız xeyirxah
düşüncələr, əməllər Dünyası kimi idarə etmək iqtidarında deyil
– Tanrı Qara xan hadisələrə o halda müdaxilə edir ki, bədxahlıq
Dostları ilə paylaş: |