Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə24/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   20   21   22   23   24   25   26   27   ...   108

Nizami Cəfərov 
 
78
xeyirxahlıqdan yüksəyə qalxmaq, «kosmos»a hökm eləmək 
iddiasına düşür. 
Və «Bibliya» da «Tövrat»ın ilk səhifələrindən bunu de-
yir… 
«Həyatın yaradılışı» barədə daha qədim dövrlərdə bundan 
daha mükəmməl bir təsəvvür olmuşdurmu?.. Hələ ki demək 
çətindir… 
 
 2018 
 
 
 


Ədəbiyyat söhbətləri 
 
79
 
Türk xalqları ədəbiyyatı tarixinin  
orta dövrü 
 
Türk xalqları ədəbiyyatının tarixində Müsəlman Intibahı 
ilə başlayıb Milli Intibahların təzahürü ilə sona çatan məhsuldar 
bir dövr var ki, onu məzmunca kifayət qədər neytral (və liberal) 
bir terminlə «türk xalqları ədəbiyyatı tarixinin orta dövrü» 
adlandırmaq olar. 
I minilliyin sonu II minilliyin əvvəllərinə təsadüf edən 
Müsəlman Intibahı türk ədəbi-bədii təfəkkürünün həm türkcə
həm farsca, həm də ərəbcə şedevrlərini yetirir. Yusif Xas Hacib 
Balasaqunlu, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Əhməd Yüq-
nəki, Əhməd Yəsəvi kimi mütəfəkkir sənətkarların yaradıcılığı 
ilə təmsil olunan Türk Müsəlman Intibahının böyük filoloqları 
da vardır: Mahmud Kaşqari, Xətib Təbrizi və ədəbiyyatla bu və 
ya digər dərəcədə bağlı olan filosof Əbu Nəsr əl-Fərabi ət-
Türki… Intibah başlanğıcından sonra türk xalqları ədəbiyyatına 
orta dövr Yunus Imrə, Mövlanə Cəlaləddin Rumi, Imadəddin 
Nəsimi, Əlişir Nəvai, Şah Ismayıl Xətai, Məhəmməd Füzuli, 
Baqi, Məhəmməd Babur və başqalarını vermişdir. XVII əsrdə 
yeni dövrün (və Milli Intibahların) başlaması ilə sona çatan orta 
dövr təxminən min ilə qədər davam etmişdir. 
Ideya-estetik baxımdan türk xalqları ədəbiyyatı tarixinin 
orta dövrü ona qədərki (və təxminən iki min illik bir tarixi əhatə 
edən) qədim dövrün bilavasitə davamı olsa da, tamamilə təbiidir 
ki, aydın görünən (və kifayət qədər asanlıqla təhlilə gələn) 
özünəməxsusluqlar da qazanmışdır. Onların əsası türklərin qəbul 
etdiyi yeni dinin – Islam dininin (və Musəlman mədəniyyətinin) 
çoxsaylı təsiridir ki, bu təsir dünyagörüşündən başlayıb janr 
texnologiyalarına qədər gedir. 
Türk ədəbiyyatının qədim dövrünü yaradan başlıca dünya-
görüşü, əgər ilk mərhələləri ehtiva edən mifologiyanı nəzərə 
almasaq, Tanrıçılıq idi. Çox da diferensial olmayan ədəbi janrlar 


Nizami Cəfərov 
 
80
lirika ilə epos (dastan) ətrafında cəmləşirdi. Orta dövr isə zəngin 
(hətta dünyanın özünəqədərki dinlərinin interpretasiyalarını da 
özündə polemik şəkildə əks etdirən) Islam dünyagörüşü (fəlsə-
fəsi) ilə yanaşı həm lirik, həm də epik ədəbiyyatın (poeziyanın) 
o zamana qədər görünməmiş bir miqyasda janr çoxspektrliliyilə 
təmsil olunur. Özünün müxtəlif təzahürlərində (və bütün ideya-
estetik enerjisilə) ortaya çıxan sufizm (Insan – Allah dialoqu!) 
türk poetik təfəkkürünü əsrlərlə məşğul edən fundamental bir 
mövzuya çevrilir. Və şairlər özlərini sufi (dərviş) mövqeyində 
görməkdən mənəvi zövq alırlar. Onların bu daxili (ruhi!) marağı, 
istəyi, axtarışları elə bir yanğıya çevrilir ki, hətta mahiyyət eti-
barilə əsaslanmalı, istinad etməli olduqları Islam dininin ideoloji 
kanonlarına qarşı çıxmağa, onun bir sıra müddəalarını müzakirə-
yə çıxarmağa cəhd edirlər. Bu isə şairlərə, onların yaradıcılığına 
Islamı hərfi-hərfinə təbliğ (və müdafiə) edən nüfuzlu din 
xadimlərinin kəskin etirazı ilə qarşılaşır. 
Və nəticə etibarilə, poeziya (ədəbiyyat) -din, Şair –Pey-
ğəmbər «münaqişə-mübahisə»si ortaya çıxır. 
Müqayisələr göstərir ki, nə qədim dövrdə, nə də yeni 
dövrdə türk xalqları ədəbiyyatı orta dövrdəki qədər mübhəm, 
sirli, bər-bəzəkli, çoxqatlı olmamışdır. Və buradan irəli gələrək 
tədqiqatçılar orta dövr türk ədəbiyyatında romantizm axtar-
mışlar. Ancaq bu da təsadüfi deyil. Hər şeydən əvvəl ona görə 
ki, orta dövrün bədii təfəkkür mozaikasını, pafosunu, mücərrəd 
obrazlılığını bu söz (romantizm) beynəlxalq termin olaraq bu və 
ya digər dərəcədə əks etdirə bilir. Mübahisəliliyi isə orasındadır 
ki, «romantizm» çoxmənalı, yayğın anlayışdır. Və orta dövr türk 
ədəbiyyatının ideya-estetik məzmununu, mahiyyətini dərindən 
yox, sözgəlişi ifadə edə bilər. 
Orta dövr türk ədəbiyyatının üç əsas (və populyar) qəh-
rəmanı varsa, onlardan birincisi Aşiq, ikincisi Məşuq, üçüncüsü 
isə Eşqdir. Ancaq bu əsas (və populyar) qəhrəmanların hər üçü-
nün bədii-fəlsəfi semantikası kifayət qədər mürəkkəb, çoxmərtə-
bəli və mistikdir. Aşiqin missiyası Canını Məşuqa (Canana) qur-


Ədəbiyyat söhbətləri 
 
81
ban verməkdir. Bu isə dolayısı ilə o deməkdir ki, Yaradılan 
(Cüz) Eşq yolu ilə Yaradana (Küllə) qovuşmalıdır. Fəlsəfə bun-
dan ibarətdir. Və orta dövr türk şairinin müxtəlif üsullarla 
demək istədiyi budur. 
Fundamental bədii-fəlsəfi təfəkkür modelindən kənara çıx-
malar olurmu? Olur… Ancaq bunlar o qədər azdır ki, hər hansı 
ümumiləşdirmələr aparmağa imkan vermir. Və ona görə də orta 
dövr türk ədəbiyyatında şairlərin fərdi üslübündan, özünəməx-
susluğundan daha çox şairlik qüdrətindən danışmağa üstünlük 
verilir.  
Əlbəttə, orta dövrün yaradıcılıq tipologiyasını müəyyən-
ləşdirərkən əsasən romantizm anlayışına müraciət edilsə də, bəzi 
məqamlarda realizm də axtarılır. Bu özünü, bir qayda olaraq, 
Balasaqunlu, Xaqani, Nizami, Nəvai kimi şairlərin epik 
əsərlərinə münasibətdə göstərir. Və doğrudan da, məsələn, Niza-
minin elə qəhrəmanları var ki, ən azından tarixi şəxsiyyətlər 
olduqlarına görə ümumən real görünür. Yaxud çoxlu fəlsəfi-
didaktik mühakimələri mövcuddur ki, tamamilə həyatidir… 
Bununla belə bir sistem (və metod) olaraq dini dünyagörüş, tale 
yazısı, qəzavü-qədər fəlsəfəsi o qədər aparıcıdır ki, Insanın müs-
təqilliyi, özünün özünü yaratması ideyası kökündən məhduddur. 
Kənara çıxmalar, mənəvi üsyanlar, ideya ixtilafları dini dünya-
görüşü kontekstindən heç zaman kənara çıxmır. Və ona görə də 
orta dövr türk şairinin sözün əsl mənasında filosofluğundan, 
Dünyanın, Insanın, Həyatın mənası barədəki ideya axtarışlarının 
fəlsəfiliyindən danışmaq kifayət qədər şərti, yaxud simvolikdir. 
Burada söhbət idrakın analitizmindən, mükalimələrdən daha çox 
Inamdan və ya, məsələn, Xeyirlə Şərin mübarizəsi kimi kanonik 
müddəların ideya-estetik şərhindən gedə bilər. 
Bununla belə türk xalqları ədəbiyyatı tarixinin orta dövrü 
həm məzmun, həm də formaca o qədər estetik (və aristok-
ratik!)dir ki, həmin estetizm (və aristokratizm) nə qədim, nə də 
yeni dövr ədəbiyyatında yoxdur. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə