Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə36/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   32   33   34   35   36   37   38   39   ...   103

 
152 
vermişlər ki, qubernat yatıb, heç kəsi qəbul etmir. Qapıçıların 
sözləri Talış xanı odluyurdu. Xan yəqin eləmişdi ki, qubernat 
pristavın sözlərindən kədərlənib, qapını açdırmayıb. Bu 
işlərdən şiddətli bir nəticə çıxacağı xana aşkar idi. 
Arvad ərini bu halda görcək soruşdu. 
– Niyə bikefsən, xan? 
Xan arvadının boynunu qucaqlayıb ağladı. 
– Ay arvad, qubernatın qəzəbi tutub, necə olacağıq? Bizi 
sürdürsə, başımızın ağarmış vaxtı Sibirdə nə qayıracağıq? 
Arvad işdən dürüst xəbərdar olduqda ərini qucaqlayıb 
hönkürdü: 
– Ay Talış, kaş ölə idim, bu günü görməyə idim!.. Xan 
ağlaya-ağlaya: 
– Arvad, ay gözəl arvad, bircə asudəlikdə  qədrini 
bilmədim. Məni halal elə. 
– Halalın olsun, yazıq kişi, mənə  nə eləmisən ki, halal 
eləyim? 
Ər və arvad neçə dəqiqə otağın ortasında qalıb ağlaşdılar və 
sonra arvad yanıqlı bir səslə: 
– Talış, – dedi, – qoyarammı  səni  sürgünə  gedəsən, 
saçlarımı qubernatın ayağına döşərəm. Səndən vəfa görmüşəm, 
ay kişi! 
Bir dəqiqədə arvad nökər və qulluqçudan bir neçəsini 
götürüb,  əfv edilmək üçün qubernatın evinə  rəvan oldu. Talış 
xan da məhəllə  ağsaqqallarının dalınca getdi ki, bunları da 
qubernata minnətçi göndərsin. Məscidin yanından keçdikdə 
hələ xanın gözlərinin yaşı qurumamışdı. Biçarə tez-tez göyə 
baxıb, allahdan qubernatın könlünə rəhm salmağı diləyirdi. Bir 
də ... heyhat!.. Xanın qarşısında bir polis paltosu durmuşdu. 
– Sənə fəda olum, – boğunuq və titrək bir səslə xan deyirdi: 
mən otuz ildir padşahıma nökərçilik eləmişəm. Qars davasında 
canla qulluq eləmişəm; velikiy knyazın özündən «barakallah» 
almışam. Padşahın cəmi nökərlərinin nökəriyəm; dəftərxana 
qulluqçularından tutmuş uryadnikədək hamısının quluyam, 
 
153
hamısının itiyəm... 
Polis paltosu guya xanın nitqinə etina etməyib, irəli 
yeriyirdi. Xan dili tutula-tutula: 
– Cəmi divan adamları  mənim böyüyümdürlər; hər nə 
buyursalar başım üstə  əmələ  gətirərəm. Ağsaqqal vaxtımda 
cəhənnəmə də göndərsələr, gedərəm... 
Palto bir az da yavıqlaşdı. 
Xan sözünü təsirsiz gördükdə dili qorxudan daha da tutuldu 
və üzünü döndərib, qaçmağa üz qoydu. Xan qaçdıqca palto da 
onun dalınca düşdü. Xan nə  qədər bərk yüyürdü, palto da 
onunla ayaqlaşdı. Axırda lap çatıb, üstünü kəsdirdi. Qılçaları 
qurumuş xan başının üstə polis paltosunu hiss etdikdə zəhrəçak 
olub, yerə yıxıldı və buradaca canını əzrailə tapşırdı. 
Məscid mücaviri yüyürüb, xanın ölmək xəbərini arvadına 
vermək istədikdə onu da orada bağrı çatlayıb vəfat etmiş gördü. 
Qubernat xanımı qəbul etməyib: yatmış imiş. 
 
 
                                                               1912


 
154 
MƏRSİYƏXAN 
 
Pəncərədən düşən işıqdan məsciddəkilərin başları 
işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini 
mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə  nərə 
çəkib, tutqun səsi ilə çığırdı: 
– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə! 
Bu sözlərdən xalq kövrəlib, daha da ağladı, səs məscidin 
tağlarına düşüb, dəqiqələrlə cingildədi. Sonra yavaş-yavaş 
sakitlik düşdü. Möminlər dəsmallarını gözlərinin qabağından 
götürüb qaldırdılar və turş sifətlərini yenə  mərsiyəxana 
çevirdilər. Mərsiyəxan  əlini qurşağına uzadıb, cəld bir torba 
çıxartdı. Məscid  ərəsati-məhşərə döndü... Hamı  ağlayır, hamı 
başına yumruq döşəyir, dizlərinə çırpır. Mərsiyəxan mənbərdə 
ayaq üstdə durub, möminlərin başına saman yağdırırdı, zəngulə 
ilə mərsiyə deyir, kiriz verirdi. Hönkürtüdən qulaq tutulurdu – 
müsəlmanlar ağlamaqdan yarımcan olmuşdular, oruc da bir 
tərəfdən ürəklərini üzmüşdü. 
Bir də  məscidi dərin bir sükut qapladı: mərsiyəxan qəşş 
eləyib,  mənbərdən aşağı diyirləndi... 
Möminlər mərsiyəxanı çevrələmişdilər: hacılar mübarək 
barmaqları ilə onun yaxasını açıb, döşünə su səpirdilər, 
mülkədarlar ayağını ovurdular; kərbəlayı və məşədilərə növbət 
yox idi. 
Axşam yavaş-yavaş düşürdü.  İftar yaxınlaşırdı. Xalq 
məsciddən çıxıb, evlərinə gedirdi. Hacılarsa mərsiyəxandan  əl 
çəkməyib, onu qonaq çağırırdılar. Dərd burasıdır ki, 
mərsiyəxan kimə qonaq gedəcəyini kəsdirə bilmirdi. Hərə öz 
tərəfinə çəkirdi – bu günün savabından məhrum olmağı heç kəs 
istəmirdi, çünki mərsiyəxan bu gün olduqca sədaqətlə mərsiyə 
demiş  və  sədaqət, səmimiyyətdən də  qəşş edib, narahat 
olmuşdu. 
Müamiləçi Hacı Vəli əlini sinəsinə qoyub, səmimi bir səslə: 
 – 
Ağa iftara bizə təşrif buyuracaqsınız! 
 
155
 
Ağa Əkbər etiraz edərək: 
 
– Yox, vallahı, qoymayacağam ayrı yerə getsin! 
 – 
Ağa çoxdan bizim çörəyimizi yeməyib.  
 
Məşədi Qəzənfər: 
– Bizim çörəyi heç yeməyib! – deyə istədi mərsiyəxanın 
qolundan yapışsın, hacılar macal vermədi, bəlkə bir az da ona 
acıqları tutdu: bura «məşədi girəsi kol deyil idi». 
Çox söhbətdən sonra xoşbəxtlik Hacı  İmamverdiyə üz 
verdi. Yola düşüb getdilər. 
Mərsiyəxan, neçə molla, ümdə müridlər, qapıçılar, fanus 
götürənlər, ev sahibi Hacı İmamverdi və başqaları yerə salınmış 
böyük süfrənin kənarında oturub, azanı gözləyirdilər. Hərənin 
əlində bir xurma, yanında qəlyan, çubuq, ya papiros dinməz-
söyləməz gözlərini yerə dikmişdilər. Hövsələlərinin  təng vaxtı 
idi – aclıq bir tərəfdən, tütün və  tənbəki nəşəsi də başa 
vurmuşdu. Möminlər tez-tez saata baxıb, ağızlarını 
marçıldadırdılar. 
Göyün qızartısı  çəkilirdi. Müəzzinin nazik səsi eşidildi. 
Haman kibritlər alovlandı – çubuqların, papirosların tüstüsü 
qalxdı, qəlyan xoruldadı. Yavaş-yavaş gümüş qaşıqlar da 
stəkanlara dəyib cingildədi. 
Mərsiyəxan qəlyanı qurtarıb, çaya şüru etdi; hazirunun 
gözü onda idi – nəyə meyli olduğunu bilmək istəyirdilər... 
Duydular: neçə yerdən ona fətir təqdim olundu; ətrafına 
qaymaq, bal, pəşmək, qorabiya, paxlava və başqa  şirnilər 
düzüldü. Mübarək əllər fətiri kəsdi, pak dodaqlar aralanıb, onu 
içəri ötürdü. Hil, mixək, zəfəran və sair ədviyyənin qoxusu 
damağına çökdü. Mərsiyəxan ləzzətdən bihuş oldu. 
Hacı İmamverdi nökəri çağırıb, əmr verdi : 
 – Niyə bişmiş gətirmirsən? Tez ol, ağanın iştahası qaçar! 
Qapılar açıldı, behişt nemətləri içəri daşındı: ceyran kababı, 
qırqovul çığırtması, qəlyə, bozbaş, işgənəkabab, qaysava, tərək; 
alma, armud, üzüm, heyva, nar, əzgil... 
Hacı  İmamverdi doğadan bir boşqab töküb, mərsiyəxana 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə