Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə34/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   30   31   32   33   34   35   36   37   ...   103

 
144 
həmişə qız uşağı olur. Ata adama həmişə çörək verməz – özünə 
gün ağlamalısan. 
Fatma qızarmış üzünü qovzayıb, məşşatəyə zənn ilə baxdı 
və yavaş səslə dedi: 
– Xala, mən nə qayıra bilərəm... Onlar gün ağlamalıdır... 
Son sözləri Fatma ürək çırpıntısı ilə söylədi. 
Bacı, görürsən onlar gün ağlamırlar. Gəl mən səni padşah 
balası kimi bir oğlana  ərə verim, get, vaxt ikən ev-eşik sahibi 
ol. Qalmaqdan nə fayda? 
Fatma məşşatənin üzünə bir də baxıb, fikrə getdi... 
*** 
Axşam çağı idi. Fatma anasından gizli yuyunub, 
geyinmişdi. Məşşatə qısıla-qısıla çəpərin altına gəldi və bir-iki 
dəfə  bərkdən öskürüb keçdi. Fatmanın ürəyi döyündü. Bu iş 
ona tühaf görünürdü. İçində bir tərəddüd hüsula gəldi – istədi 
yüyürüb anasına bütün sirri açsın, digər tərəfdən cazibəli bir 
qüvvə onu qapıya doğru sürükləyirdi. 
Bir dəqiqə çəkmədi, Fatma evdən çıxıb, məşşatəyə qoşulub 
getdi. 
Fatmanın atası  qızının qoşulub qaçdığını  eşitcək pristavı 
götürüb, qız aparılan evin qapısını  kəsdi. Fatmanı qapı 
qonşudan yığma qızıllarla bəzəmişdilər: araqçının qabağında 
qızıl pilək, boynunda mərcan, inci, qızıllı  şəvə, döşdə 
gərdənbənd, yaxalıq; kürdisində düymələri və  ətəyində  qırx 
əşrəfisi var idi. Fatma bunları özününkü zənn edirdi. Öz-özünə 
düşünürdü: «Bir qız bir oğlanındır» deyirdi: «qismətdən artıq 
yemək olmaz» – mənim də qismətim pis çıxmadı: evi, qızılı, 
dövləti, özü subay bir oğlandır. «Kor nə istər – iki göz, biri 
əyri, biri düz». Odur ki, pristav gəlməsin, ondan böyüyü gəlsin, 
Fatmanı zor ilə gətirməmişdilər, özü gəlmişdi. 
Fatma atasına da bu cavabı verib, geri qaytardı. 
Kəbin kəsilib, toy oldu... Fatmanı bir uçuq daxmaya gəlin 
gətirdilər. Heyhat, kişinin burada bir ayrı arvadı da var imiş! 
Elə ilk gecədən evdə dava-şava başlandı. Yengələr hərdən bir 
 
145
sevinə-sevinə zifaf otağına yüyürür, bir də üzlərini turşudub
geri qayıdırdılar: «Biz elə bildik görəsən nə olub, demə  hələ 
dava eləyirlər» deyirdilər. 
Xülasə, «duvaq qapma» gününədək gəlinin üç dişini 
saldılar. 
Ay ötdü, il dolandı, Fatmanın cəmi qızılları  çəkilib sahib-
lərinə getdi. Ona qalan bircə günü, bir də boş damlar oldu. Kişi 
bazara gedəndə günülərin  əlinə fürsət düşürdü: bir-birinin 
cıbırığını çəkirdilər. Kişi axşam evə qayıdanda arvadları üzləri 
cırılmış, başları yolunmuş görürdü. 
Bir gün «fələk Fatmaya kəm baxdı», biçarə azarladı. Altı 
ay davam edən xəstəlik Fatmanın üzünü soldurdu. Bütün 
gənclik təravətini qaib etdirdi. O gündən etibarən gününün dili 
uzandı: «Bicins idi, tez xarab oldu» deyə  hər an, hər dəqiqə 
ərinə qandırdı: 
– Görürsən, mən şirin nar köküyəm, döyürsən də, söyürsən 
də, yenə gün-gündən  kökəlib, necə yaxşılaşıram?! 
Kişi baxdı gördü, doğrudan da, əvvəlki arvad gün-gündən 
yaxşılaşır: ağ-çağ olur. Məhəbbəti tamamilə ona keçdi, Fatma 
bilmərrə  nəzərdən düşdü: hər gün ikitərəfli döyülüb söyüldü. 
Belə bir həyatın davamı qabil olmayacağını Fatma gözəlcə 
bilirdi. Evdə qulluqçuluqdan başqa bir vəzifəsi olmayan, ən adi 
hörmətdən məhrum olan Fatma çıxacaq yolu aramağa başladı. 
Atası evinə qaçmağa cürət etmirdi: atası onu çoxdan qızlıqdan 
çıxarmışdı. 
Fatma babasının yanına qaçdı; babası onu görər-görməz 
ağzına gələni söylədi: 
– Sənin namusun  olsa mənim qapıma gəlməzsən, itil 
gözümün qabağından, çəngi! – deyə qovdu. 
Fatma babasının sözündən incimədi. Qərib bir quş bir 
budağa sığınan kimi, sığınıb qaldı. Dindirmədilər, turş sima 
göstərdilər, acı  və  tənəli sözlər söylədilərsə  də hamısına səbir 
elədi. Dinməz-söyləməz bir halda öz işlərinə qurşandı. 
Bir gün Fatma hamama paltar yumağa gedərkən ərinə rast 


 
146 
gəldi. Bir dəqiqədə bədəninə qorxu çöküb, yerindən tərpənməz 
oldu. Əri onun qolundan yapışıb dartdı, apardı. Fatma çığırdısa 
da səsinə gələn olmadı. 
Evə girər-girməz kişi xəncəri divardan aldı. Sonra bir az 
düşünüb, yerə atdı. Fatmanı saçlayıb, yerə yıxdı və bihuş olana 
qədər döydü: 
–  Ərini bəyənməyən arvadı belə edərlər! – dedi, – bu sənə 
dərs olsun! 
Fatma  əvvəlkindən daha fəna günlər keçirməyə başladı: 
günüsü zadəgan xanımları kimi oturub, əmrlər verir, Fatmanı 
işlədirdi. Səhərdən axşama qədər çalışan Fatma doyunca 
yeməz, lazımınca geyinməzdi; aylarca hamam görməyib, kir 
içində çürüyürdü. Belə bir həyata davam edər və  səbir kasası 
dolduqda  ərinin ayaqlarına yıxılıb, göz yaşları axıdar, 
yalvarardı: 
– Mən evdə bir şey yiyəsi deyiləm: döyülürəm, söyülürəm, 
arvadlığım  yox, məni niyə   buraxmırsan? Axır, yazığam, bu 
qədər zülm olmaz ki, mən çəkirəm!.. Allah xatirinə, məni qul 
hesab elə, başına dolandır, azad elə! 
Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə 
başlayırdı. 
Fatmanın faciəsindən anası  xəbərdar idi. Tez-tez gəlib 
xəlvətcə Fatmanı qapıya çağırır, yemək, paltar gətirirdi: 
– Qızım, – deyirdi, – ananın  əlindən  ah-zardan başqa nə 
gələr? Allah dədənə insaf versin! Dədə  dədə olsa, ərin səni 
incidərmi? Həmişə yiyəsizin başına dünya dar olar!.. 
Bir də Fatma özünü qazının qapısında gördü. Gözlərindən 
yaş süzərək deyirdi: 
– Ay ağa, başına dönüm, məni balalarının başına çevir, 
kağızımı al! Ağa, qulun olaram, qapının iti olaram, məni bu 
kafirin əlindən qurtar. 
Qazı fikirdə idi. Fatmanın göz yaşlarını görüb halını 
anlayırdısa da, şəriətin rəsmi hamisi olduğunu da unutmurdu. 
– Qızım, – dedi, – ər arvadın  sahibidir. O izin verməyəndə, 
 
147
məndə nə ixtiyar var. Yenə ərinin yanına dönməkdən başqa bir 
çarə yoxdur... 
Fatma yenə ərinin yanında idi. Ömrü yenə əvvəlki qaydada 
keçirdi. Günü yeyir, geyir, gəzir; Fatma da evi idarə etmədə, 
günüsünün çocuqlarını saxlamaq kimi zəhmətlərə davam 
etmədə idi. Tay-tuş içinə  çıxmaz,  şad gün gördüyü yox, ev 
adamları ilə  də deyib danışmazdı, söyüş, qarğış, danlaq 
mühitində can çəkişdirirdi. Onu əri ayda bir dindirməzdi, günü 
də belə. Onların hər bir arzularını Fatma özü dərk edərək
vücuda gətirməli idi  –bişmiş vaxtında bişməli, ev vaxtında 
yığışılmalı idi, – yoxsa Fatmanın sümükləri əzilirdi. 
Fatma bir də gördü əri onun başını yarıb, qanı axır. 
Gecənin yarısı  çıl-çılpaq küçələrə düşüb, özünə  sığınacaq yer 
arayır. Hərdən  əlini başına sürtüb, al qana bulaşmış bir halda 
ay işığına tutur, şikayətlənirdi: 
– Ay allahı sevənlər, – deyirdi, – mənə bir yazığı  gələn 
yoxmu? Vurun ölüm,  bəlkə yaman kişidən qurtarım! 
Gecənin tənhalığında Fatmanın səsinə  səs verən yox idi. 
Qan yalnız alnında deyil, sanki sınıq qəlbindən də için-için 
axır, bütün varlığını  qərq etmədə idi. Ruhi-övzanın tərcümanı 
olan göz yaşları qana qarışaraq yanağı aşağı tökülürdü... 
Fatma bir də gördü əri xəncər  əlində yüyürür, biçarənin 
nəfəsi kəsildi, taqətsiz bir halda divara söykənib qaldı... 
Bir axşam Fatma qaçıb evlərinə  təpilmişdi, atasının 
ayaqlarını qucaqlayıb deyirdi: 
– Dədə ... yemişəm! Qələt eləmişəm! Günahımdan keç! 
Məni öldür, bir də  ərə vermə. Qoy öz qapımızda ölüm. Bax, 
sümüyüm  yanıb, on ildir cəhənnəm çəkirəm!.. 
Kişi qəbul etmirdi: 
– Get, – deyirdi, – mənə it-qurda qoşulan namussuz qız 
lazım deyil! 
Fatma ağlayır, anası da bir tərəfdə yaş töküb, qəşş eləyir... 
Fatma bir də görür yenə  əri evindədir. Yenə eyni həyat: 
döyüş, söyüş, göz yaşı, qüssə... Yenə  əri vurub dişlərini salır, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə