Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə35/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   31   32   33   34   35   36   37   38   ...   103

 
148 
başını yarır. 
Fatma qocaldığını duyur, başı  ağarıb, üzü qırışıb... «vay 
cavanlıq!» deyə qışqırır... 
Fatma qışqırıb, dəli kimi yataqdan qalxdı. Dan yeri 
sökülürdü.  Ətrafında yatmış ata-anası xoruldayırdılar. Fatma 
gördüyü yuxunun təsirindən hələ yenə də titrəmədə idi. 
 
 
                                                                 1911
 
149
POLİS  PALTOSU 
 
Talış xanın ürəyini söz dəlirdi. Özü də söz saxlamayan bir 
adam, elə istəyirdi ki, qarşısına çıxana açıb dərdini desin. Bir 
də, xan fikir eləyirdi: «hər sözü adam özgələrə deməz.  İşdir, 
birdən gedib qubernatın qulağına çatar, onda... onda nə olar, 
adamı elə itirərlər ki, heç yeri-yurdu da məlum olmaz».  
Xan özünə bir az öyüd-nəsihət verirdisə də, ürəyindəki söz 
ona sakitlik vermirdi. «Yoxsa arvada deyim – deyə xan yenə 
özü ilə söhbət edirdi: arvad gedib mənim sözümü özgələrə 
deyib, sirrimi açmayacaq ki, qubernat da məndən kəmiltifat 
olsun. Deməz... ağzı da nədir desin; bir dəqiqədə nökərlərə 
öldürdüb, meyidini itirdərəm». 
Bir də Talış xan fikrini dəyişdi: «Arvad tayfası ağılsız olur. 
Bunlara etibar edib söz demək olmaz. O da qan bahalı söz. 
Yox, yaxşısı budur ki, gedib, dostum Paşa bəyə deyim. Özü də 
elə gedim ki, heç kəs xəbərdar olmasın...» 
Bu fikir xanın ağlına batdı. Nökərləri çağırdı ki, paltarını 
gətirsinlər. Talış xan paltarını geyib və şübhə oyatmamaq üçün 
Qars davasında aldığı «Georgi» xaçını döşünə taxıb, qırğısını 
da qoluna alıb getdi. 
Xan Paşa bəyin darvazasına yetişdikdə küçəyə  zənn elədi 
və şübhəli adam olmadığını görüb, içəri girdi. Böyük həyəti də 
nəzərdən keçirib, köhnə imarətin pilləkənindən yuxarı çıxmağa 
başladı. Paşa bəy yenicə ayaq barmaqlarına həna yaxıb, ocağın 
qırağına uzatmışdı ki, Talış xan qapıdan girdi: 
 
– Xeyirdimi, a qoduq – deyə bəy gülümsündü (xanla bəyin 
zarafatı var idi: həmişə bir-birini «qoduq» deyə çağırırdılar). 
 
– Xeyir olmamış  nə var, ölkə bir-birinə  dəysin, sən də 
ayağına həna yax. 
Paşa bəy xanın üzündən ciddi və mühüm bir xəbər olmasını 
anlayıb, yavaş bir səslə: 
– Doğrudan, nə olub? 
Bəyin cavabında xan bir az duruxdu və otağı da nəzərdən 


 
150 
keçirib, qayət yavaş bir səslə Paşa bəyin qulağına pıçıldadı: 
– Deyirlər... qubernatın ayağına çiban çıxıb. Bəy bu sözdən 
dik  atılıb, az qaldı ürəyi getsin. 
Xan da çəkilib bət-bənizi qaçmış bir tərəfdə toxdadı. Bir az 
keçmiş xan cəsarətsiz: 
– Bəlkə, allah eləməmiş,  yevo prevosxoditelstvonun başına 
bir iş gəldi, onda nə təhər olacaq? Deyəcəklər ki, xanlar, bəylər 
günahkardırlar. 
Bəy yavaş səslə: 
– Bəs nədir, elə urus da şıltağa gəzir... 
Xan Paşa bəyin sözünü kəsib dedi: 
– Başına dönüm, Paşa, urus adı  çəkmə, nə lazım... Biz 
həmişə urus padşahının itaətində olmuşuq, yenə hazırıq. 
Ancaq... adamdır dayna, ürəyinə xof gəlir...  İndi, nə bilim, 
çibandır, vurdu birdən... başına dönüm, Paşa, gəl heç bu sözü 
danışmayaq. 
Paşa bəy bir az cürətli: 
– A kişi, indi danışanda bizi sürmüyəcəklər ki, sözdür... 
Talış xan əli ilə Paşa bəyin ağzını tutub, yenə sözünü kəsib 
dedi: 
– Paşa, allah xatirinə, xataya salma, qələt eləmədim bir söz 
dedim. Küyə salacaqsan, gedib qubernatın qulağına çatacaq, 
ondan oyana di öl, Talış xan! 
Paşa bəy xandan xilas olub, yenə danışmaq fikrində idi. Bir 
də xan qulaqlarını tutub, «allah xatirinə  məni xataya salma» 
deyə-deyə otaqdan çıxdı. Balkonda qulluqçular ağalarının 
paltarını şəlitə sərib, havaya verirdilər. Bunların içində qırmızı 
boyunlu bir köhnə polis paltosu var idi. İttifaqən Talış xan 
otaqdan çıxdıqda gözü bu polis paltosuna sataşdı. Biçarə xan 
belə guman elədi ki, pristav Paşa bəygildə qonaq imiş  və 
qubernatın çibanı barəsində olan söhbətləri tamamən eşidib. Bu 
guman ilə xan aram tapa bilməyib, qorxulu gözləri paltoya 
baxa-baxa yıxılıb, özündən getdi. 
Bir dəqiqədə nökərlər töküldülər. Paşa bəy də içəridən 
 
151
çıxdı. Su gətirdidər, Talış xanın üzünə  və sinəsinə su səpib
ovmağa başladılar. Xan bir az özünə  gəlib, bir də  qəşş elədi. 
Yenə üzünə su çiləyib, ayıltdılar; durub oturdu. 
Paşa bəy soruşdu: 
– Ay dadaş, axır sənə nə olub? 
Xan buna cavabən titrək səslə: 
– Nə olacaq, pristavı evə  gətirirsən, mənə demirsən. Mən 
də... olur da, adam artıq-əskik danışır. 
– Ay dadaş, pristav burada yoxdur. Vallah, bilmirəm bunu 
sənə kim xəbər verdi? 
– Niyə, özüm görmürəmmi, paltosu da orada asılıb. «Palto» 
sözündə xanın rəngi qaçdı. Paşa bəy and içə-içə: 
– Ay Talış, vallah, billah, palto özümündür, çıxardıb günə 
verirlər. 
Xan inanmaq istəmədi. Bəy sözündə davam edirdi: 
–  İstəyirsən dürüst bax, köhnə paltodur. Belə paltonu 
pristav geyməz, onunku həmişə  təzə olur. Mən bunu köhnə 
paltar satandan almışam. 
Paltonun köhnəliyini sübut etmək üçün biçarə Paşa bəy bir 
çomaq götürüb, paltoya çırpdı, toz qalxıb, duman kimi ətrafı 
tutdu. Xülasə, Paşa bəy və nökərləri nə qədər dəlil və sübut ilə 
səy edib, paltonun rəvayətindən nağıl etdilərsə  də, xanı 
şübhədən çıxarda bilmədilər. Belə şübhəli və bir az da rəncidə-
xatir xan durub darvazadan çıxdı. 
Yol ilə gedərkən xan belə fikirdə idi: «Necə ola bilər ki, 
mənim otuz illik əməyimi bir pristav zail eliyə. Mən otuz ildir 
padşahıma nökərçilik eləmişəm. Qars davasında qan töküb, 
rəşadət göstərmişəm... Necə ola bilər ki, ... mən bilirəm ki, bu 
saat işlər qubernata məlum olacaq. Ondan sonra... mən 
qubernatın gözünə görükə bilərəmmi?... Bircə çara var: gərək 
bu saat qubernatın yanına gedib, ayaqlarına yıxılam; deyəm: 
məni balalarının başına çevir. 
*** 
Axşam xan ovqatı  təlx evə qayıtdı. Qapıçılar cavab 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə