Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə32/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   28   29   30   31   32   33   34   35   ...   103

 
136 
 – 
Canımı azara saldığı  bəs deyil, tək-tənha damlar altına 
tullayıb, gecə sübhə kimi də gəzir, il uzunu dərd çəkirəm. 
 
– Ay qız, kiri, sən allah! Yaxşı kişinin etibarına... İndi bu 
zəmanədə kişi hayanda idi?! Qadam hamısının ürəyinə! 
Adamın öz canı. Səninki köpək oğlunu görmürsən, gələn kimi 
canını azara salıb, dava-dərman da eləmək istəmir. Deyəndə ki, 
köpək oğlu, azarlısan, özünə müalicə  elətdir, bir kişinin qızını 
da bədbəxt eləmə, acığı da tutur ki, mən hayandan azarlı 
oldum... 
 
– Ey, ay Sənəm bacı, nəyi qoyub, nəyi danışırsan, azarı 
gözünə girsin, döyməsin, söyməsin, damlar altında atıb 
getməsin, qoysun öldüyüm yerdə ölüm. 
Züleyxa sözünü qurtarıb, gözlərini doldurdu. Sənəm hirsli: 
–  İraq canından, başına dönüm, ölür özü ölsün, xoryat 
yosunlu.  Sən nə günahın yiyəsisən, tifil, fəqir. Bir ildir gəlin 
gəlmisən, hələ səni şad görməmişik, həmişə azar ilə əlləşmək, 
allahın yazığı, dərd çəkməkdən gül kimi solmusan. 
Burada Sənəmi yaş boğdu, özünü saxlaya bilmədi – 
Züleyxanı qucaqladı  və hönkürtü ilə gözünün yaşını axıtdı. 
Züleyxa da başını onun sinəsinə söykəyib, rəngsiz yanağından 
odlu damcılar töküldü. 
Bu hal neçə dəqiqə davam etdi. Xoruzlar banlaşdılar. Gecə 
saat üçü vurdu. Sənəm Züleyxanın  əlindən tutub, çarpayıya 
yaxın gətirdi. 
Bacı, – dedi, – axır yenə yatmasan rahat olmayacaqsan. 
Züleyxa Sənəmin cavabında zarıltı ilə: 
– Ölürəm... bir tərəfdən qızdırma, bir tərəfdən sancı, 
ölürəm, vallah!.. 
– Ölməzsən, qurban olum, yat, rahat ol, mən də yenə lazım 
olsa gələrəm. 
Züleyxa hıqqıldaya-hıqqıldaya yatacağın üstə yıxıldı. 
*** 
İnsan həyatında güclük çəkirsə, onda həmişə keçmişi 
xatırlar, unudulmuş  vəqələri, hafizədən silinmiş nöqtələri 
 
137
zehnində canlandırmağa çalışıb, ondan bir xoşluq duyar, təsəlli 
tapar. Keçmiş ağır olsa belə, yenə hal-hazıra üstün tutular. 
Züleyxa da çarpayıda uzanıb,  əzab çəkərkən keçmişlə 
məşğul idi. Unudulmuş günləri xatırlayır, hər bir nöqtəsini 
təhlil edir və qibtə ilə düşünürdü. «Nə gözəl günlər varmış» – 
deyə köksünü ötürürdü... 
Bir tikə  qız vaxtından evin cəmi işləri Züleyxanın üstə 
tökülmüşdü, sübhdən axşamadək işlərdi. Yun darardı, cəhrə 
əyirər, xana toxuyardı, su daşıyar, ev süpürüb, bişmiş bişirərdi, 
paltar yuyub, uşaq saxlardı... Gecə də olcaq yavandan-yağlıdan 
yeyib, dinməz-söyləməz, ağrısız-acısız başını qoyub, yatardı. İl 
uzunu beləcə işlər, evdən çölə çıxmazdı. 
Həftədə bir dəfə anası ilə cümə hamamına gedərdi. Bu gün 
Züleyxa üçün böyük bir əyləncə günü idi. Hamamda qızlar ilə 
görüşər, bol-bol danışar, hər kəsin geyiminə, üzərindəki 
zinətlərə diqqət edər və evə  gəldikdə  təfsilatı ilə söylərdi. 
Hamam onun üçün tükənməz bir mövzu təşkil edərdi: 
gördüklərini anladarkən nəşələnər, parlaq bir təbəssüm üzünə 
yayılardı... 
Adətən bayram qabaqları  işləməzdilər. Cəhrə  və yun 
daraqları  yığılar, bir tərəfə qoyulardı, ev tökülər, palazlar 
çırpılar, anası ilə  bərabər evin divarlarına  şirə  çəkib  
ağardardılar. 
Hələ novruza və axır çərşənbələrə hazırlanmaq daha da 
böyük bir maraq təşkil edərdi. Züleyxa tonqal qalayıb, 
«ağırlığım, uğurluğum tökül» deyərək üzərindən atılardı. Sonra 
bir əlində bir cam su, o birində yeddi açar darvazanın arxasında 
durub çərşənbə deyişərdi. Ötüb keçənlərin söylədiyi ilk sözləri 
eşidər-eşitməz qaça-qaça anasının yanına gələr, yozdurardı. Bir 
gün küçədəkilərin biri müsahibinə söz arasında «yaman günün 
ömrü az olar» demişdi. Züleyxa bu sözləri eşidərkən nə qədər 
sevinmişdi. Özü ilə  bərabər bütün ailəsi də bu cümləni fali-
xeyir bilib sevinmişdilər... 
Zatən anası Züleyxanı «sayəli» hesab edərdi. Odur ki, təzə 


 
138 
ay çıxanda gözlərini yumub, Züleyxanı yanına çağırar,  əvvəl 
onun üzünə, sonra aya baxıb salavat çevirərdi... Anası 
sınamışdı, belə edərkən, o ayı başdan-başa xoş keçirərdi. 
Bir dəfə axır çərşənbə axşamı bir badya su qoyub, «vəsfi-
hal» saldılar. Anası badyanın başında oturub, çocuqlarından 
nişanə aldı. Züleyxa nişana olaraq mücrüsünün açarını 
vermişdi. Anası nişanələri badyaya salıb dedi: 
   
  
«Güzgünü atdım bayıra,  
   
 
Şövqi-şəfəqi çayıra.  
   
 
Yığılın, qohum qardaşlar,  
   
 
İşimiz dönüb xeyirə». 
Bu bayatıdan sonra arvad əlini badyaya saldı, ilk əlinə 
gələn Züleyxanın açarı oldu. Hər kəs heyrət ilə onun üzünə 
baxıb, səadətinə qibtə etdi... 
O gecə sabahadək Züleyxa sevincindən yatmamışdı... 
Bir də Züleyxa sancıdan ilan kimi qıvrılıb, yatağında o üz-
bu üzə çevrildi. Başını qaldırıb,  ətrafa qulaq verdi – heç bir 
yerdən hənirti gəlmirdi. Qaranlıqda ürəyinə vahimə çökdü. Bir 
də kilsə zəngi saat dördü vurdu. Xoruzlar banlaşdılar. Züleyxa 
yatağından qalxıb, çırağa tərəf gəldi. Yenə xodunu qaldırıb, 
hıqqıldamağa başladı. Dağınıq fikirli gözlərini  ətrafa gəzdirdi, 
masanın üstündəki güzgüyə rast gəldi... Sifətinin dəyişilməsinə 
heyrət etdi: bənizi qaçmış, dodaqları qansız, çökəyə düşmüş 
gözlərinin dörd tərəfi qapqara yanmışdı. 
Bir də sancı  şiddətləndi. Yenə  pəncərəyə doğru yüyürüb
həzin bir səslə çağırdı: 
– Ay Sənəm bacı, ay qız, axır, vallah, yenə sancı  məni 
öldürür... 
Sözlərini qurtarmamış Züleyxa başını qollarının üstə salıb, 
bihiss qaldı.. 
*** 
Qapı döyülərkən günəş çoxdan çıxmışdı. Züleyxa qapıya 
yanaşdıqda arxasından ərinin mırıltısı eşidilirdi: 
– Gərək qapını iki saat döyək ki, gəlib açasan. Züleyxa 
 
139
ərinin sözlərinə etina etməyərək qapını açdı  və hiddətli üzünü 
yerə dikib, geri dönmək istədi. Əri bundan dilgir olub qaba əli 
ilə Züleyxanı itələdi: 
– Köpək qızına bax, – dedi, – mənə elə bil qatır satıb. 
Züleyxa hirslə döndü: 
 
– Yox, sən mənə qatır satmısan! Azara saldığın bəs deyil, 
damlarda yalqız qoyub gecələr sabaha kimi gəzirsən, hələ 
üstümə  də  çığırırsan!.. Allah bu zülmü götürməz!.. Dərd 
çəkməkdən çərləmişəm. 
 – 
Dilinə bax, dilinə! Bihəya köpək qızının ağzını  cırsam 
ürəyim soyumaz! – deyə kişi irəli yürüdü, arvadı küncə basıb, o 
ki, var döydü. 
Günəş yuxarılara çıxmışdı. Züleyxa otağın bir küncünə 
qısılıb, zar-zar ağlayırdı,  əri də uzanıb, qeydsiz bir halda 
xoruldayırdı. 
 
 
1911


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə