Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə40/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   36   37   38   39   40   41   42   43   ...   103

 
168 
da çox xərc istəyəcəkdi. 
Öz-özünə: «Çəkmə yamanmalı, – dedi, – buna söz ola 
bilməz, ancaq dərd pul dərdidir. 25 manat balalamaz; bu təğyirə 
uğramaz bir mənbədir. Yalnız bunu başqa cür sərf etməlidir... 
Yeməyi bir az azaltmalı. Sabah çayının pendirindən vaz 
keçməlidir... Başqa çarə yoxdur». 
Məsələ  həll olunmuşdu – Həsən çəkmə pulunu iki aya 
qədər ödəyə biləcək idi. 
*** 
Yan küçədə  sınıq-sökük darvazaya çəkmə  şəkilli iri bir 
lövhə çalınmışdı. Həsən darvazadan içəri gircək gözləri sağ 
tərəfdəki ikimərtəbə evin taxta sütununa vurulmuş və zirzəmini 
göstərən bir kiçik dəmir parçasına sataşdı; üzərində qaba 
çəkilmiş bir çəkmə şəkli var idi. Həsən irəlilədi. Toz və zibilli 
həyətdə köhnə god və paslı  tənəkələr arası ilə keçib, üfunətli 
pilləkənə yanaşdı. Həsən çürük və laxlaq pillələrlə  aşağı 
endikcə rütubət iyi damağına çökməyə başladı. Bir az sonra 
ümumi üfunətə bir də qovrulmuş soğan qoxusu qarışdı. 
Qaranlıq koridora girdikdə qoxu daha da artdı. Sol tərəfdə alçaq 
bir qapı var idi, çatlaqları solğun cındırlarla tutulmuşdu. Dəstək 
əvəzinə bir kəndir qırığı asılmış qapını açıb içəri girdikdə 
Həsəni tüstü və üfunət bürüdü. 
Yarıişıq, dar bir otaqda beli əydənli, geniş dazlı  çəkməçi 
alçaq masasının arxasında oturub, yamaqla məşğul idi. Küncdə 
həmli bir arvad sobanın üstündə xörək bişirirdi.  İki çəlimsiz 
körpə çirkli çarpayının üstündə oynaşırdı... Rəngi qaçmış  və 
güclə nəfəs alan qadın hərdən bir  çocuqlara çəmkirirdi. Sınıq 
şüşələrinə kağız yapışdırılmış kiçik pəncərənin qarşısında uca 
bir divar olduğu üçün otağa az işıq düşmüşdü və çöldən gəlib
qaranlığa hələ alışmamış  Həsən ilk dəfə heç şeyi açıq görə 
bilmədi və  çəkməçiyə yanaşmaq istərkən ayağı döşəmənin 
üzərindəki köhnə çəkmələrə ilişdi. 
Çəkməçi gözluyün ustündən Həsənə baxdı 
və 
gülümsünərək, salamını aldı; yer göstərdi. Həsən oturdu və 
 
169
dərdini deməmiş  çəkməçi adəti üzrə onun ayaqlarını  nəzərdən 
keçirdi. 
– Çıxardın, baxım, – dedi. 
Həsən cırıq corabını göstərməmək üçün çəkməsini masanın 
kölgəsində  çıxartdı  və ayağını  cəld gizlədi. Çəkməçi çəkməni 
aldı, çöndərib, o tərəf-bu tərəfinə baxdı, baş barmağı ilə altını 
və yanlarını sıxdı, dedi: 
– Altı  dəyişilməli, yanlarına kiçik yamaq lazım; içi də 
sökülüb, tikilmək istər. 
Çəkməçi söylərkən Həsən iztirabla hesabladı  və edam 
qərarı gözləyən bir müqəssir kimi çəkməçinin son sözlərini 
gözlədi. Çəkməçi sözlərinə daha bir şey əlavə etmədi: çəkməni 
masanın üstünə qoyub susdu. 
Həsən özünü zorlayaraq: 
 – 
Neçə edəcək? – deyə sordu. 
 
Çəkməçi ehmal səslə: 
 – 
Səkkiz abbası – dedi. 
Həsənin ürəyindən bir ağırlıq düşən kimi oldu; nədənsə 
həm sevindi, həm də cəsarətləndi: bazarlıq yapmağa qalxışdı: 
– Altı abbası olmazmı? – dedi. 
Çəkməçi başını  işindən qaldırmayaraq, mehriban bir 
təbəssümlə dedi: 
 – 
Olmaz. 
 
– Yeddi olsun. 
Çəkməçi cavab vermədi, gözlüyünün üstündən tühaf bir 
nəzərlə tələbəyə baxdı, sankı «imkan yoxdur» demək istəyirdi. 
Həsən də israr etmədi; anlaşdılar. 
– İndi qoysanız, axşam hazır olar. 
– İndi qoya bilmərəm,  çünki geyməyə bir şeyim yoxdur. 
Çəkməçi yenə gülumsündü: 
– Yaxşı, oturun qayırım. 
Həsən təbiətən bədbin və hövsələsiz bir adam idi, 
çəkməçinin yanında keçirdiyi bu yarım saatda müşahidə etdiyi 
mənzərə onu bədbinliyin bir az da dərinliyinə tulladı. Fikrini 


 
170 
acı-acı mülahizələr məşğul etməyə başladı: 
«Dünyada anlamadığım hikmətlər var: qarşımda oturan bu 
çəkməçinin yaşamaqdan nə  məqsədi olduğu da bu hikmətdən 
biridir. Bu zindanda doğulmaq, bu zindanda da ölməkdən məna 
varmı? Həmişə ac, həmişə  çılpaq, həmişə  zəhmətdə can 
vuruşdurur. Divara hopan rütubət vücuda çökmüş, rəngini 
saraltmış; yəqin fikir və zəkasını belə çürüdüb, kiflətmiş». 
Həsənin hövsələsi daraldı. Quş  qəfəsdə  çırpınan kimi 
çırpınıb qalxdı. Başı  hərləndi, bir də oturdu. Çəkməçi 
müvəqqəti olaraq işdən aralandı, yenə adi təbəssümü ilə 
gözlüyün üzərindən tələbəyə baxıb gülümsündü. 
– Sıxıldınız, deyilmi? – dedi. 
Həsən bu suala  heyrət etdi, lakin çəkməçini məyus 
etməmək üçün cavab arasa da, tapa bilmədi. Bir az düşündü və 
hikmətini anlamadığı  məsələlər onu rahat buraxmadı.  İstər-
istəməz dilləndi: 
– Bağışlayın, – dedi – dünyada anlamadığım bir çox 
məsələlər var. Bunların ən başlıcası həyatın məqsədidir. 
Çəkməçi gülümsündü və işini tərk edərək, ciddi bir sima ilə 
dedi: 
– Həyatın məqsədi böyükdür, çox böyükdür. Lakin bu 
məqsəd əlan güclülərin əlində əsirdir. Əsarətdən qurtarılarsa, nə 
qədər gözəl və böyük olduğu hər kəsə bəlli olar. 
Həsən çəkməçinin fikrinə etimad etmir kimi: 
–  Əsarət qurtararmı, deyirsiniz? Həyat hər kəs üçün 
əlverişli olarmı? 
Çəkməçi böyük bir inamla: 
– Olar! – dedi – lakin  mübarizə lazım. Dünyada mübarizə 
qarşısında heç bir şey dura bilməz!  
– Hansı vasitələrlə? Hər şey onların əlində. 
–  İman vasitəsilə!.. Bu gün sizə möhtəşəm görünən çar 
istibdadı çürük əsaslar üzərində qurulmuş; bu durmaz, yıxılar! 
Həsən gülümsədi, cavabdan aciz qaldı. Çəkməçini süzdü: 
dodaqlarındakı xoş  təbəssüm imanla parlayırdı. Çəkməçinin 
 
171
imanı tələbəyə yabancı gəldi. 
Çəkməçi başını qaldırdı. Gözlüyün üzərindən həlim baxışla 
tələbəni nəzərdən keçirdi və mətanətli səslə: 
 – 
Əməkçilər çoxdur, «onlar»? – deyə sordu. 
 
Tələbə qeyri-şüuri: 
 – 
Əməkçilər! – dedi. 
Çəkməçi həlim, lakin inamlı səslə: 
– Gec-tez əməkçilər qələbə çalacaqlar! Az çoxa ağalıq edə 
bilməz! 
Həsən zirzəmidən çıxdıqda özündə başqa bir ruh, 
anlaşılmaz bir nəşə duydu. Geniş  həyətin qaranlıq 
zirzəmilərində qarınca kimi əlləşib çırpınan adamları gözdən 
keçirib, çəkməçinin son sözlərini xatırladı. 
Həsən yol uzunu bu məsələ  ətrafında fikir yürütdü – 
qarşısında yeni bir aləm açılırdı. 
 
                                                      1912


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə