Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə39/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   35   36   37   38   39   40   41   42   ...   103

 
164 
«DƏRS» 
 
(Studentlər məişətindən) 
 
Student Həmzə  bəy güzgünün qarşısında durub, özünə 
tumar verirdi: başını darayırdı, bığlarının uclarını maşa qüvvəsi 
ilə  şişləyib, yuxarı qovzayırdı, kirpikləri qara idisə,  şimalda 
artıq xoşa gəldiyi üçün daha da sürmə ilə qaralayırdı... Həmzə 
bəy zahirində bir qüsur qoymadı: üzünü kirşanladı, dodaqlarına 
allıq sürtdü və  ətirlənib otaqdan çıxdı. Yayın son ayı idi. 
Peterburqun havası istiləşmişdi. Gün də  hərdən buludların 
arasında görsənirdi. Həmzə  bəy tramvaya minib, Neva 
cadəsində düşdü. Cadə  həmişəkindən də artıq izdihamlı idi. 
Lətif libaslarda xanımlar və qızlar deyib gülüşürdülər; tələbə və 
talibələr ötüb keçirdilər; zabitlər təmkin və vüqarla qılınclarını 
qaldırım ilə sürüyə-sürüyə  gəzirdilər; tacirlər, məmurlar, 
qəzetçilər və i.a... hər dəqiqə gözə sataşmaqda idilər. Səs-
küydən qulaq tutulurdu. Tramvay, avtomobil, fayton, karet və 
cürbəcür arabalardan küçədə  tərpənməyə imkan yox idi... 
Həmzə bəy ahəstə-ahəstə cadədə gəzirdi və qarşısına çıxan qız 
və xanımları  şəhvətəngiz bir surətdə  nəzərdən keçirməmiş 
olmurdu. Birinə göz edirdi, bəzisinə gülümsünürdü və kimisinə 
də seçmə bir kompliment deyib, nəzərini özünə  cəlb edirdi. 
Həmzə bəyin bu hərəkəti adi bir iş idi. Neçə illər idi ki, ömrünü 
bu minval ilə keçirirdi. Və  təngə  gəlmək, usanmaq bilmirdi. 
Çünki gündə bir təzə iş ittifaq düşürdü. Gündə bir vəqəyə rast 
gəlib, sonra yoldaşlarını kamal-iftixar ilə bu «qəzavü qədərdən» 
xəbərdar edirdi. 
Qəhrəmanım cadədə  gəzərkən bir də iri gövdəli bir cüt 
səmənd at qaldırımın yanında durdu: faytondan uca boylu, nəfis 
bir xanım düşüb, mağazaya girdi. Həmzə bəy duruxub, xanıma 
dərin bir nəzərlə baxdı, gülümsündü. Xanım ona əsla etina 
etmədi.  İş bununla qurtarmadı. Biçarə student xanımın 
çıxmağına müntəzir, mağazanın qabağında gəzinməyə başladı. 
 
165
Bircə  dəqiqə keçmədi xanım çıxdı. Həmzə  bəy gülümsünə-
gülümsünə (guya xanımın gözəlliyinə heyran qalıb) onun 
dalınca düşdü. Xanım bir yerdə durdumu, Həmzə  bəy də 
yerişini yavaşıdıb, gözlərini ondan çəkmirdi. Xanım yola 
düşdükdə  bu  da  ardınca gedib söz atırdı. Bir neçə addım 
getdilər. Xanım studentin münasibətsizliyin görüb, cadəni o 
taya keçdi ki, onun əlindən xilas olsun. Həmzə bəy də adlayıb, 
kompliment deməyə başladı: 
– Gözlərinizin aydınlığına valeh olmuşam, bilsəniz, onlar 
mənə nə həzz verir, nə lütflər əta edir. Heyf ki, siz də o dərəcə 
qəlbi soyuqsunuz ki, məstanə nigahınızla məni bəxtiyar 
etmirsiniz. 
Xanım bir qənnadı mağazasına daxil oldu. Həmzə  bəy də 
girib, şirniyyat sifariş etməyə başladı. Xanım dönüb nifrətli bir 
nəzərlə baxdı. Student bundan rəncidə-xatir olmadı: «arvadları 
gözəl edən onların  ədasıdır,  əda olmazsa hüsn də olmaz» – 
deyə fikrindən keçirdi və  əvvəlki qərarla xanıma zənlə baxdı. 
Xanım  şirniyyatı bağladıb, küçəyə  çıxdı  və fayton çağırıb 
oturdu. Həmzə bəy irəliləyib gülə-gülə: 
 – 
Məni də özünüzlə götürməyinizi rica edirəm! – dedi. 
Acıqlı xanım bu sözlərdən guya məmnun olub gülümsündü. 
  – Buyurunuz! – deyib, studentə yanında yer göstərdi. 
Oturdular. Atlar dörd nala götürüldü. Həmzə  bəy səadətindən 
çaşmışdı. Danışmaq istəyirdisə  də, ürək döyünməsindən aram 
tapa bilmirdi. Xanım qızarmışdı  və  dərin bir sükutda idi. 
Həmzə bəy söhbətə cəsarət etdi. 
– Mədid etinasızlığınız məni qorxutmadı: məni imtahana 
çəkdiyinizi duymuşdum! 
Xanım təbəssümlə studentin gözlərinə baxdı. Həmzə  bəy 
bundan məmnun fikrindən keçirdi: «arvad psixolojisinə 
bələdəm – bağlı qapı tez açılar! Siz nə  qədər fikirlərinizi 
məndən gizlətdinizsə də tez aşkar olmağına müvəffəq oldum». 
Xanım üzünü çevirdi və Həmzə bəy yenə söhbətə məşğul oldu: 
– Cürət ürək məhsuludur, ürəyim sizinlə olmasa idi, bu 


 
166 
cürət və onun nəticəsi müvəffəqiyyət və səadət olmazdı!.. 
Fayton təntənəli bir imarətin önündə durdu. Xanım və 
Həmzə  bəy qaldırım maşınına oturub, yeddinci mərtəbəyə 
qalxdılar. Qapı açıldı, xanım Həmzə  bəyi böyük salona dəvət 
etdi: 
Əyləşib dincəlməyinizi rica edirəm, mən də libasımı 
dəyişib, bu dəqiqə gəlirəm. 
Xanım o biri otaqa daxil oldu. Həmzə bəyi xəyalat götürdü: 
«axırda fikrimə çatdım. İndi cəmi müsəlman studentləri mənim 
dəbdəbəli ömrümə  həsəd aparacaqlar. Bundan gözəl xanım 
olmaz; yolunda da var-yoxumdan keçəcəyəm: gündə kef, 
ləzzət, restoran, teatr...» 
Həmzə bəy xəyalatda ikən salona qolları çırmalı iki soldat 
girdi. Bunlar kamal-aram ilə irəli yeriyib, Həmzə bəyi tutdular. 
Bəy  əvvəl bunların nə etdiklərini düşünmədi, sonra övzaidən 
agah olub çığırdı. Soldatlar bəyi o ki var döydülər və qapını 
açıb dalından da bir təpik ilişdirdilər, pilləkəndən aşağı düşdü. 
Bəy bir neçə  dəqiqədən sonra özünə  gəlib, papağının tozunu 
çırpa-çırpa enib getdi. Bir də xanım pilləkənin başında 
göründü. Hiyləgər arvad gülə-gülə üzünü Həmzə bəyə çöndərib 
dedi: 
– Di get, bu sənə dərs olsun. Bir də belə biədəblik eləmə. 
 
 
                                                                 1912
 
167
YENİ BİR ALƏM 
 
Həsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, 
altına diqqətlə baxmağa başladı: gönu daş tamam aparmışdı; 
daban da əldən düşmüşdü. 
Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən 
çıxmışdı; neçə yerdən çatlamışdı. 
Tələbəni fikir apardı – «Evdən aldığım 25 manatın səkkizi 
otaq, səkkizi nahar; qalanı sabah və axşam xörəyi, kitab pulu və 
xırda xərclər... Çəkmənin yırtılması hesabı dolaşdırır...» dedi. 
Həsən baxıb gördü çəkmənin yamanması azından iki manat 
edəcək, iki manatı da tapmaq qeyri-mümkün idi. 
«Müsibət adama üz verəndə  hər tərəfdən verər» – deyə 
Həsən düşündü. Qorxdu. Qulaqlarında bir çingilti hüsula gəldi; 
qeyri-şüuri bir halda əlini  şalvarının arxa tərəfinə ehmalca 
uzatdı... Heyhat!.. burada da əli çilək kimi nazilmiş mahuda 
dəydi. Tələbənin iztirabı bir az da artdı – oturub bir müddət 
dinməz qaldı. 
Dayanmaq yeri deyil idi: Həsən küncdə divara sancılmış 
iynəni götürdü, masanın qutusundan sap çıxardıb sapladı  və 
barmağına üskük taxıb,  şalvarın arxasını diqqətlə büzələməyə 
başladı. Bir iynə vurdu, boşa çıxdı – mahud nazilmişdi, sapı 
saxlamırdı. Həsən  ikinci iynəni bir az geridən vurdu və deşiyi 
yavaş-yavaş büzüb daraltdı. Axırda Həsən  şalvarı bir az 
özündən uzaq tutub baxdı; pis deyil idi –  qara sap gözə 
çarpırdısa da, yırtıq tutulmuşdu. 
Məsələnin bir tərəfi, müvəqqəti də olsa, həll olundu. Həsən 
bir az sakit olmuşdu, bir də gözü təkrar çəkməyə sataşdı; ürəyi 
yenidən xarab olmağa başladı. Həsəni yenə fikir götürdü: 
yamaq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında 
durdu. Həllini düşündü, yollar aradı. Dərs tapmaq mümkün 
deyildi, qulluq yox idi; qazanc yolları  hər yerdən bağlı idi. 
Evdən də 25 manatdan artıq gözləyə bilməzdi. Çəkmə  də 
mülahizələrə tabe olası deyildi. Tez yamanmalı idi; yoxsa daha 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə