Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə41/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   37   38   39   40   41   42   43   44   ...   103

 
172 
QUMARBAZIN ARVADI 
 
Yayın aydın gecələrindən idi. Söyüdlər və akasiyalar sakit 
və samit durub, kainatın dərin bir yuxuya dalmağına tamaşa 
edirdilər. Cavan gəlin Sürəyya pəncərədən küçəyə zənlə  baxıb, 
qulaq  verdi və  səs-səmir eşitməyib, ehmal ayağının ucunda 
gəlib yatacağının üstə uzandı. «Gəlmədi, – gəlin öz-özünə dedi, 
– yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər 
gecə belə, bilmirəm dərdimi açıb kimə deyim. Evdə də bir söz 
danışa bilmirəm:  qayınatam gedib bazarda abrını tökür, o da 
gəlib məni döyüb incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər 
verirsən. Demirəm də, gecəyə kimi evə gəlmir. Bilmirəm məni 
avara qoyacaq idilər, niyə  vətəndən diyarbədiyar saldılar... 
Qürbətə əvvəl qız verib öləni görüm qəbri odla dolsun!..» 
Sürəyya bir də yatacağından qalxdı və ərinin gəlməməyini 
həyətdə yatan qayınana və qayınatasına bildirməmək üçün, 
yenə ayağının ucunda ehmal yeriyə-yeriyə  pəncərəyə  tərəf 
gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyüdlərin və 
akasiyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. 
Sürəyya pəncərəni açıb başını  dışarı  çıxartdı  və  nə  qədər 
diqqətlə  zənn etdisə, küçədə gözünə bir adam qaraltısı 
sataşmadı. 
Sürəyya yavaşca pəncərəni örtüb, ayağının ucunda 
ehmallıqla qayıdıb, yatacağına uzandı. 
Sabah günorta Sürəyyanın qayınatası bazardan hirsli 
qayıdıb, düz gəlinin otağına hücum gətirdi və  ağzına gələn 
latayırı söylədi: 
– Bu gün Səməd dükana niyə gəlməyib? Daha nə vaxtacan 
bu mənim malımı, pulumu aparıb uduzacaq? 
Nə vaxta kimi əlinə düşəni urus arvadlarına yedirəcək? 
Tahi bəsdir. Adamda da bir həya gərək. Mən səni gəlin 
gətirdim ki, oğlumun ayağını qumarxanalardan, yava yollardan 
çəkəsən. Gətirmədim ki, sən də  mənə bir tərəfdən yağı olub, 
oğlumun  əməllərini məndən gizləyəsən. Bütün işlər başı 
 
173
sənsən; çörəyimi yeyib, mənə xəyanət eləyirsən. Baba, gözüm, 
canım, niyə itilib dədəyin xarabasına getmirsən? Dədən 
biqeyrət oğlu gərək zibilini öz başından rədd eləyib, mənim 
qapıma tökəydi?!. 
Kişi ağzına gələn söyüşü gəlinə dedi və sonra da qolundan 
yapışıb, darta-darta: 
– Canım, çıx get mənim evimdən, daha mən sənə çörək 
verməkdən təngə gəldim – dedi. 
Biçarə Sürəyya qayınatası dartdıqca, yaylığı ilə  bərk-bərk 
bürünüb, səsini bilmərrə çıxartmırdı. Ancaq qorxusundan tir-tir 
əsib, gözlərinin yaşını tökürdü. 
*** 
Bir il idi ki, Sürəyyanın ömrü belə keçirdi. Əri Səməd bir 
gecə evdə tapılmazdı; peşəsi neçə günlərlə dükana getməyib, 
qumarxanalarda, pis yerlərdə eyş-işrətə  məşğul olmaq idi. 
Arvad isə qayınana və qayınata boyunduruğunun altında 
töhmətzədə olub, cavan ömrünə balta çalırdı. Səməd nə günah 
eləsə idi, nədə müqəssir olsa idi, nəticəsi Sürəyyaya toxunacaq 
idi. Qayınana axşamadək onun üzünü danlayırdı, qayınlar 
söyürdülər və çox vaxt acıqları tutanda ev şeylərini bir-bir 
başına yağdırırdılar. Qayınata isə arvadı ilə namusa xətər 
yetirən sözlər icad edib, gəlinə min böhtanlar isnad verirdilər. 
Vicdansızlıq o dərəcəyə yetirdi ki, qoca bu böhtanları bazarda 
hər ötüb keçənə nağıl etməkdən də çəkinmirdi. 
Bu söz və söhbətlərin, müamələ  və  rəftarın nə  qədər 
Sürəyyaya acı  təsiri olurdusa da, səbir eləyirdi. Səbir etməyib 
də  nə edə bilərdi? Müslimələrin səbirdən başqa  əllərində bir 
silahları yoxdur. Bunlar üçün azadəlik, öz diriliyi yolunda 
mübarizə yaranmayıb; hamısı əsir, tərbiyəsizlik əsiri... 
*** 
Bir gün Sürəyyanın cehizlərini qayınatası  çıxardıb, evdən 
birbəbir həyətə səpdi və dedi: 
– Mənim bundan sonra Səməd adlı oğlum və Sürəyya adlı 
gəlinim yoxdur. Gedin mənim evimdən hara kefinizdir! 


 
174 
O gündən Sürəyya əri ilə şəhərin bir kənarında otaq kirayə 
edib, sakin oldular. Səməd valideyninin təhti-nəzarətindən 
qurtarıb, avara gəzməyə daha da meydan vermişdi. Sürəyya 
yalnız damlarda, tənha həyətlərdə ömrün ağır  əziyyətlərinə 
davam edirdi. Səməd neçə günlərlə naməlum yerlərdə özü üçün 
ləzzət aparanda, Sürəyya ac və yuxusuz onun yolunu 
gözləyirdi. Gəlib çıxdıqda da arvadın cehizlərindən bir şey alıb 
aparmamış əl çəkmirdi. 
– Ay  balam, axır belə   olmaz, – Sürəyya bir gün ərinə 
dedi,–sən mənim cehizlərimi tamam  aparıb uduzdun. 
Səməd arvadının cavabında dinmədi (Səməd tək-tək arvadı 
ilə danışardı, həmişə evdə sakit və qaşqabaqlı oturardı) və 
başladı döşənən xalçanı yığıb, aparmağa. Sürəyya gözləri yaşlı 
yeriyib, onun üstə çıxdı və istədi götürülməyinə mane olsun, bir 
də əri sinəsinə bir yumruq çırpıb dedi: 
– Çəkil oyana, rədd ol! Sən mənim  vəzir-vəkilim 
olmamısan! 
Sürəyya ağlaya-ağlaya yaxın gəldi: 
– Mən onu barmaqlarım tökülə-tökülə toxumamışam ki, 
aparıb uduzasan. Bu da o biri şeylərim olmayacaq: paltarım 
getdi, palazım getdi, qızılım getdi, vallah, qoymayacağam daha 
bunu aparasan! 
Sürəyya Səmədin əlindən xalçanı dartdıqda Səməd təpiklə 
arvadını vurdu yıxdı və xalçanı götürüb, qapıdan çıxdı. Üç gün 
Səməd itdi. Onu şəhərdə «gördüm» deyən olmadı. Dördüncü 
gün nahar vaxtı qoltuğunda bir çörək gəlib çıxdı. Sürəyya 
çörəyi aldı və yarı acıqlı, yarı sızıltılı bir səslə dedi: 
– Balam, nə vaxtacan gedib, batıb gələcəksən; mən də 
qalacağam damın altında ac, susuz. Bircə adamım olmayacaq 
ki, bazarlıq eləsin. Pulum olmayacaq qənddən, çaydan alım... 
Balam, axır mən də insanam – yemək istəyirəm, içmək 
istəyirəm. Bunu allah götürərmi, sən mənim başıma bu 
müsibəti gətirirsən?!. 
Səməd qaşqabaqlı içəri daxil olub, otağı  nəzərdən 
 
175
keçirməyə başladı. 
Sürəyya sözlərində davam edirdi: 
Mən bu evdə yeməyəcəyəm, geyməyəcəyəm, gün 
görməyəcəyəm, niyə məni avara qoyursan?  Bir uzüm qız, bir 
üzüm gəlin tək evlərdə qalıram, axırda adıma da söz desələr 
yaxşıdırmı? Arvad saxlaya bilmirsən kağızımı ver, məni 
zindandan qurtar! 
Səməd arvadının sözlərini kəsib, acıqlı: 
– Yenə  zəhləmi tökmə, bircə      sandığın açarını  mənə ver 
görüm! 
Sürəyyə «sandıq» sözünu eşitcək filfövr dəyişilib, bir ayrı 
hala düşdü; kədərdən rəngi qaçıb, dodaqları yarpaq kimi əsdi. 
– Açarı  nə edəcəksən? – dedi, – qalan  qızıllarımamı 
gözünü dikmisən? Vallah, boynuma diri ilan salasan onları 
vermərəm.  İmanım, dinim bir qızıldır, onu da aparıb 
uduzmaqmı istəyirsən? 
Səməd bir az ehmal səslə: 
 
– Axmaq olma, sabah yenə gətirib, özünə verəcəyəm. 
 – 
İstəmirəm. Elə  xalımı,  gəbələrimi  də  sabah gətirirdin;  
üzüklərimi, qızıl yaxalığımı da gətirirdin...  İstəmirəm, bircə 
ətəkliyim qalıb, daha onu verməyəcəyəm. 
Səməd hirsli bir halda sandığa tərəf yeridi: 
Məni yenə dindən, məzhəbdən  çıxartma, açarı ver! 
Sürəyya ərinin sandığa doğru getməyinə mane olub deyirdi: 
– Vallah, verməyəcəyəm! Qızıl mənim yaraşığımdır, 
adımdır. 
Səməd arvadını acıqlı kənara itələdi: 
 – 
Sənin  yenə  döyülməyin  yetişib,  iki-üç  gündür ki, 
döyülməmisən deyən havalanmısan. 
 – 
Döyülməyim yetişib, döy! Daha nəyim qalıb ki; başımda 
yolunmaqdan  bir tük qalmayıb,  dişlərimi vurub salmısan. 
Səməd yerindən qalxıb, arvadına bir şapalaq çəkdi ki, 
zərbdən gözlərindən od parladı. Biçarə  ağlaya-ağlaya  ərinə 
qarğış  eləməyə  başladı: 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə