Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə31/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   27   28   29   30   31   32   33   34   ...   103

 
132 
DİVANƏ 
 
Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində 
çocuqluq  əsərləri məhv olub gedirdi. Boy ucalıb, köksü 
dolğunub, simasında da ayrı  məlahət görünürdü. Sitarənin 
könlü daha əyləncələr diləməzdi, fikrindən də  uşaqlarla 
laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə  pəncərənin 
önündə oturub, xəyalatda idi. Bu xəyalat həyata və  məişətə 
doğru idi. Sitarə  pəncərədən bağçaya baxırdı. Çiçəklər, otlar, 
güllər bahar günəşinin ilıq  şüası altında ruhlanıb, təravətlənib, 
gözəl qoxuyurdular. Quşların hərəsi bir nəğmə oxuyub, insana 
ləzzət verirdi... 
Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və 
hər çiçəkdən birini dərib, hər güldən bir yarpaq üzüb, 
hərəsindən də bir həzz aparıb, bir lətafət anlayırdı. Sitarə 
bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox 
çiçək, lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə 
ixtiyarsız çiçəkləri  əlindən yerə töküb, yenə  pəncərənin önünə 
çəkilirdi və başını çiyninə qoyub, fikrə gedirdi. Sitarənin 
xəyalında bir cavan oğlanın  əksi nəqş bağlamışdı. Bu oğlan 
Sitarə kimi zərif, lətif bir cavan idi; gecə-gündüz Sitarə ilə 
gəzib dolanırdı. Bunlar bir-birinə eşq yetirib, bir can, bir cəsəd 
olmuşdular. Dadlı-dadlı söhbətlər, səfalı göz yaşları bunların 
həyatını  səadət nuru ilə  işıqlandırırdı. Qız xoşbəxt, oğlan 
xoşbəxt–ikisi də  əl-ələ verib, şad və xürrəm, diriliyin geniş 
bağında ömür sürürdülər. Gül yığıb, çiçəklər dərib, qoxusundan 
ruhpərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb, ruhu sakit 
olurdu. Sitarə tamam xəyalat aləminə  qərq olub, dünyadan 
xəbəri yox idi. Evdə bir söhbət olurdumu, yeni bir iş ittifaq 
düşürdümü, bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə 
arvad qonaqları  gəldikdə onlara görünüb çaydan, xörəkdən 
verib, yenə o biri otaqda pəncərənin önünə keçirdi. 
Bir gün Sitarə gördü ki, evə iki-üç arvad gəlib. Anası onu 
yuyundurub, geyindirib, qonaqların qabağına göndərir. 
 
133
Qonaqlar isə  qıza zənn ilə baxıb, sonra anası ilə  pıç-pıç 
danışdılar. Üç gün keçmiş haman arvadlar yenə bir ayrı 
arvadlar ilə dübarə  gəlib, danışıb getdilər. Üçüncü dəfə  gəlib 
yenə danışıb, gülüşüb, bir tirmə  şal da qoyub yola düşdülər. 
Birdən Sitarə hamamda eşitdi ki, onu ərə veriblərmiş. 
O gündən cavan qız toyu aramsız gözləyirdi. Şirin xəyalata 
meydan verib, Sitarə yenə  məşuqu ilə ömür bağçasında gəzib 
dolanırdılar, yenə gül-çiçək onlar üçün qoxuyurdu, yenə bülbül 
xoş  nəğməsi ilə onların səadətli günlərini alqışlayırdı. Dünya 
bir cənnətə dönmüşdü, hər  şey mənbəi-həzz idi. Zəhmətdən, 
məşəqqətdən xəbər yox idi. Axşamadək gözəl imarətdə, göyçək 
bağçada, zərif çiçəklər arasında bir-birinə  lətafətlər bəxş edib, 
kamyab olurdular. Dadlı cavanlıq  şərabından içirdilər, 
içirdilərsə də, şərab qurtarıb axıra çıxmaq bilmirdi... 
*** 
Sitarə  xəyalatdan ayıldı. Yengələr ona gəlin otağında 
«təlim» verirdilər. Bir də  dışarıda  şıqqıltı  gəldi, sonra otağın 
qapıları açıldı, içəri bir kişi itələyib saldılar... 
Sitarə ilk dəfə dünyaya həqiqət nəzəri ilə baxdı; cavan qızın 
qarşısında xəyali məşuqu əvəzində doğruçu əri durmuşdu və bu 
«ər» deyilən o qədər çirkin, musinn və zəriflikdən uzaq idi ki, 
Sitarə üzünü ondan döndərib, gözlərinin yaşlarını saxlaya 
bilmədi... 
Gecənin bir yarısı idi. Sitarə  ərini yuxuya verib, otaqdan 
çıxdı  və bir dəqiqə  çəkmədi ki, küçədə ayaqyalın və başıaçıq 
qaçmağa üz qoydu. Sitarənin daldalanmağa bir yeri yox idi; 
atası evinə  də getməyə qorxurdu. Bunun üçün qarşısına gələn 
xərabə bir daxmaya soxuldu. Təklik, xərabənin vahiməsi, 
qaranlıq gecə... bunların heç biri ərindən qaçmış cavan gəlinə 
əsər edə bilmirdi, ancaq ümidin aldanmağı, arzunun puç olması 
odlu göz yaşlarına səbəb olurdu... 
İki gün sonra acından taqətdən düşüb bət-bənizi qaçmış 
qızı  xərabədən tapdılar. Sitarə ata-anasını görcək qəhqəhə 
çəkib, uca səslə gülüb deyirdi: 


 
134 
– Bilirsiniz? Nişanlıma  gül yığmağa  getmişdim. Bağça-
mızda nə qədər gül var, çiçək var, hamısı nişanlımındır. Özgəyə 
verməyəcəyəm! 
Ata-anası onun sözünü kəsib, acıqlı deyirdilər: 
– Kəs səsini, bihəya! Namusumuzu yerə soxdun!  
Sitarə bunların cavabında yenə  qəhqəhəsində davam edib 
deyirdi: 
– Siz allah, o çiçəkləri dərməyin! Qoyun qalsın nişanlıma! 
Axır mən nişanlımı çox istəyirəm! 
Atası bir ağac götürüb, qızını döyməyə başladı. Bu halda 
arvad ağlaya-ağlaya ərini tutdu: 
– Allah bunu götürməz ki, sən onu döyürsən, görmürsənmi 
nə dərdə düşüb... Sitarə divanə olub!.. Evimiz yıxıldı, ay kişi!.. 
Arvad sözünü qurtarmamış Sitarəni qucaqlayıb, hönkürdü. 
Kişi də qızına zənn ilə baxıb, ağacı əlindən salıb, hönkürtmə ilə 
ağlamağa başladı. 
1911
 
135
DƏRDLİ  ZÜLEYXA 
 
Yarımişıq bir otaqda çarpayıdan on altı - on yeddi yaşla-
rında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, 
işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı 
bir səslə çağırdı: 
– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə 
gəl! 
Qonşu Məşədi Həsənin arvadı səsə oyanıb, durdu: 
– Yenə nə olub, ay Züleyxa, başına  dönüm, yoxsa azarın 
qalxıb. 
– Ay qız vallah, sancıdan ölürəm! Sənəm söylənə-söylənə 
gəldi: 
– Pis oğul əkənin atası zirbəzir olsun! Degilən, köpək oğlu, 
arvadı azara salandan sonra yalnızdamların altında atıb gedəcək 
idin, niyə evlənirdin? 
Züleyxa dolmuş gözlərini Sənəmə döndərib yenə: 
– Ay qız, axır ölürəm. Vallah, bax, ölürəm, nəfəs ala 
bilmirəm. 
Sənəm Zuleyxanı bu halda görüb, doluxsundu və 
ağlamağını bildirməmək üçün üzünü divara döndərib,  əlinin 
dalı ilə göz yaşlarını sildi. 
– Ay başına dönüm, mən nə qayırım, a tifil, axır mən 
başıma nə kül töküm... Yenə gətir dalını ovum, görüm nə təhər 
olur. 
Sənəm Züleyxanın dalını ovmağa başladı. Sonra çəkib, 
başını dəsmal ilə bağladı. İkisi də pəncərənin qarşısında durub, 
sükuta daldılar. Bir az keçmiş Züleyxa zarıldaya-zarıldaya: 
– Ay qız, Sənəm bacı, vallah, ölürəm, sancı öldürür. 
– Başına dönüm, mənim  əlimdən nə  gələr? Azarı  həkimə 
göstərərlər, hər dərdin bir davası olar, mənim, bacı, əlimdən nə 
gələr? 
Yenə bir az sükuta getdilər, yenə Züleyxanın zarıltısı yeni 
bir söhbətə səbəb oldu: 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə