Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə27/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   23   24   25   26   27   28   29   30   ...   103

 
116 
kəllə  qənd gəlirdi; müsəlmanı tanımırsan: öz müsəlmanına 
xeyir verməz! 
Alı bəy əsasını sol əlinə alıb, sağ əlini Zeynal bəyin çiyninə 
qoyub təkidlə: 
 – 
Sən yenə  qənd alırdın, mən heç onu da ala bilmirəm. 
Hərdən  bir qəssab dükanının dalında azarlı qoyun kəsiləndə 
«başını tuturam». Onda evə ət göndərirlər; tutmayanda heç o da 
gəlmir. Köpək uşağı azarlı qoyunu da elə kəsirlər ki, heç ayda 
bir də başını tuta bilmirsən!.. 
 – 
Xülasə, Alı dadaş, bunlar qurtarandan sonra bircə 
əlacımız var: gərək qubernatorun gözünə görükməyək. Belə 
olsa bir təhər ötüşərik... 
Mən ki, belə eləyəcəyəm; nə görsün ki, nə  də qulluqdan 
qovsun! 
Alı bəy cavabında gərnəşib dedi: 
– Hələ bilmirəm heç mən nə qayıracağam. Sabahdan köpək 
uşağı hamballar ilə deyişməkdən yorulub ölürəm. Saqqala da 
çoxdan həna qoymamışam; gedirəm hamamda həna bağlayıb 
yatam.  Görüm sonra nə olaçaq. 
*** 
Zeynal bəy bir neçə saat bazarı dolandıqdan sonra ürədnik 
Quluya rast gəldi. Ürədnik Qulu ucaboy, nazik, qara bəniz bir 
adam idi; həftənin üç gününü qulluq edəndə dördünü təğyir-
libas edib, eyş-işrətlə keçirərdi. 
Zeynal bəy Qulunu görcək, sərzənişli: 
– Ay Qulu, balam, belə olmaz; haradasan? Bəs bu qırılmış 
qorodovoylar necə olub ki, biri tapılmır işə göndərim? 
Ürədnik Qulu süst üzünü bir az yaxşıladıb, qızarmış 
kəsalətli gözlərini Zeynal bəyə döndərdi: 
 - 
Qorodovoyların beşi pristavın evində qulluq edir: su 
daşıyan, bişmiş bişirən, bazara gedən... üç-dördü də dünən 
ürədnik Həsəngildə idi. Olsun ki, indi yatıblar. 
 – 
Sən də mi orada idin? 
– A kişi, qoyurlar ki, güc ilə tutub aparırlar ki, gedək qumar 
 
117
oynayaq. Vallah, üç dörd gündür ki, yuxusuzam; başım lap 
çatlayır! 
Zeynal bəy üzünü Quludan döndərib, kədərlə: 
– Pəh!  Əlinizdən gələn işi törədib, heç bir demirsiniz ki, 
dünyada qubernat da var. Yığılırsınız gecədə ürədnik Həsənin 
evinə qumarı vurursunuz; uduzanda da durub düşürsünüz qapı 
qonşunun evinin canına. Xalqın qab-qaçağını  oğurluyursunuz; 
çal-çəpərini söküb yandırırsınız;  bilməzsən neyliyirsiniz. İndi 
qubernata nə deyək? Deyək ürədnik Həsən evində qumarxana 
açıb? 
Zeynal bəy hirsindən köpüklənmiş  ağzını silib, Quludan 
ayrılıb getdi. Və neçə addımlıq məsafədə bir də dayanıb çığırdı: 
– Kasıb-kusublar gündə  şikayətə  gəlirlər ki, qorodovoylar 
qalıq pulunuz var deyib, qablarımızı, paltar və palazımızı çəkib 
aparırlar; bişmiş bişirməyə, üstündə oturub-durmağa da bir şey 
tapmırıq. 
Köpək uşağı! Qalıq pulu da bir dəfə olar, iki dəfə olar; daha 
gündə qalıq pulu yığılmaz! Belə  şeyin başı bir gün açılar, 
adamın anasını ağladarlar... 
Zeynal bəy qorodovoyların qarasına söyləndikcə odlanıb 
növbənöv föhşlər verməyə başladı  və  nə  dərəcədə hirslənmiş 
idisə, türkün saysız-hesabsız söyüşləri ilə qənaət etməyib rusca 
da «isvoluçlar, duraklar, neqodyaylar» deyə söyüb, çıxıb getdi. 
*** 
Qubernator gəlmişdi. Polis məmurları  şəhərin zahir 
görünüşünü bir təhər qaydaya salmağa var qüvvələrini sərf 
etmişdilər və indi də şəhərin halını qubernatora rövnəqli surətdə 
göstərməyi hər kəs özünə müqəddəs bir vəzifə bilirdi. Onun 
üçün də qorodovoydan tutmuş qələbəyinədək rəsmi libaslar ilə 
bəzənib, müəyyən mövqelərini məşğul etmişdilər. Bir xilaf 
qanun iş şəhər asayişinə zidd hadisə və xalqın həyatına müzürr 
hərəkətlər onların nəzərindən belə ötüşmürdü. Xülasə,  ədalət 
hökmranlığında qurdlar quzu ilə otlayıb, ümumi xoşbəxtlik
ümumi kamyablıq bərpa idi. Əlbəttə, bu xoşbəxtlik günəşi polis 


 
118 
məmurlarından ötrü doğmamışdı; bunlar məramına nail 
olmamışdılar: bunların təntənəli zahirləri altında pis bir hal, 
keçmişdəki dəbdəbəli günlərin arzusu, eyş-işrət mənbəinin yas 
və məlalə dönməsi gizlənib, ürəklərini parçalayırdı. Qubernato-
run köhnə məmurları qovmaq qəsdilə  şəhərə  gəlməsi hər kəsə 
gün kimi aşkar olmuşdu. Bircə Zeynal bəy toxtaq durub, 
əvvəlki layihəsində sabit idi: 
– Mən qubernatın gözünə görükmürəm; harada görürəm 
qaçıb gizlənirəm, daha məni görməyə-görməyə necə qulluqdan 
qova bilər. Yəqin heç yadına düşməyəcəyəm! 
Bu sözləri Zeynal fikrindən keçirib, həmişə  təsəlli tapırdı 
və sözündə sabit duran kimi felini də ona mütabiq edirdi. 
Qubernator divanxanalara səfər etdikcə polis məmurları 
təmkin-vüqar ilə onun dalınca düşüb gedirdilər və onun sualına 
fövrən və xoş cavab vermək və ya hər əmrinə tabe olub, can və 
baş ilə  əmələ  gətirmək, hətta simalarında da müxlisanə 
təbəssümlər oynatmaq ilə qubernatorun hüsni-təvəccöhünü 
qazanmaq istəyirdilər. 
Zeynalbəy bu hərəkətlərdən uzaq idi. Həmişə sakit və samit 
və dal tərəfdən durub varlığını belə büruzə vermək istəmirdi. 
Yerişində ehmal, tərpənişində ehmal; nəfəs almağa da qənaət 
edirdi. Hərdən  qubernator dönüb, qələbəyindən və ya qeyri 
polis məmurlarından bir şey sual etdikdə Zeynal bəy onun 
zəhmli nəzərinə qarşı  gəlməmək fikrilə başını yavaşca  əyib, 
pristavın arxasında gizləyirdi. Belə də olurdu ki, dilənçi və ya 
hamballara bir əmr vermək bəhanəsilə  məmurlardan aralanıb 
ayaq saxlayırdı  və sonra yüz addımlıq bir məsafədən 
qubernatoru təqib etməyə başlayırdı. Kim bilir, qubernatorun 
hər səsi çıxdıqda Zeynal bəyin ürəyinə  nə qorxular çökürdü
bədəninə necə titrəmə düşürdü? Biçarə cürbəcür  əzablara 
giriftar olub, sifətində  dəqiqədə min rəng müşahidə olunurdu. 
Bircə uzaqdan qubernatoru təqib etmək bu əzabı 
yüngülləşdirirdi. Elə bil Zeynal bəyin ürəyini bir ağır sıxıntıdan 
kənar edirdin; asudə nəfəs alıb, qol və qılçalarını titrəkdən xilas 
 
119
edirdi. 
Bir gün sabah ertə Zeynal bəy dəftərxanaya daxil olduqda 
qonşu otaqdan qubernatorun qəzəbli səsini eşitdi. Səs  əvvəl 
onun qulaqlarında  əcib bir halla cingildəyib, cəmi bədəninə 
sirayət etdi; pis bir təsir vücuda gəldi: Zeynal bəy bihiss durub, 
ağzı açıq qaldı: qabağa getməyə cürət etmirdi, geri qayıtmağa 
da titrəyən qılçalarında taqət yox idi. Qubernatorun səsi 
getdikcə yavıqlaşırdı. Onun qaranlıq koridordan qapıya tərəf 
gəldiyi aşkar olurdu. Zeynal bəy bunu hiss etdikdə çar-naçar 
sıçrayıb qapının dalında gizləndi və bunu elə düşüncəsiz halda 
etdi ki, küncə söykəli iri süpürgə döşəmənin üstə düşüb, qapıya 
tərəf gələn qubernatoru qorxutdu. Qubernator əvvəl bir az 
duruxub, sonra əlindəki qamçı ilə qapının dalını qurdaladıqda 
Zeynal bəy ortalığa sıçradı və arıq əlini gicgahına qoyub, təzim 
etdi. Qubernator təəccüblə baxıb, acıqlandı  və  zəhmli səsi ilə 
çığırdı: 
– Von!!. 
Neçə dəqiqə idi ki, qubernator arxasındakı polis məmurları 
ilə  dəftərxanadan uzaqlaşmışdı. Lakin Zeynal bəy  əli 
gicgahında  əvvəlki yerində donmuş kimi qalıb, dili tutulmuş 
söyləyirdi: 
– Ba-ba-ba... Balll... bal... balalarım.... var... ac, ac 
qalarlar!.. 
 
 
                                                                    1911


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə