Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   22   23   24   25   26   27   28   29   ...   103

 
112 
satanlardan bir cüt yaranal sırması və şaşka alıb göndərdim. 
Daha bunlardan savayı, Ağa  Əli barəsində bir ayrı  əhval 
bilə bilmədim. Bir axşam balkonda oturub, çay içdiyim yerdə 
gördüm küçədən toz qopdu: qabaqca iki fayton arvad-uşaq, 
dalca üç-dörd ağır yüklü araba gəlirdi. Faytonun birində  Ağa 
Əlini tanıdım. 
Bir ay çəkmədi, Ağa  Əlinin üç-dörd yerdə böyük mülk 
almağını  eşitdim. Xəbər verdilər ki, Ağa  Əli banka neçə min 
manat pul qoyub; deyirdilər,  İrandan gələndən bəri neçə min 
manatlıq xalı, daş-qaş və qızıl satıb. 
Xülasə, bir il bundan qabaqkı millətpərəst kantorçu bu il 
mülkədar olub, öz mülk və pullarının tərəqqisinə çalışır və bir 
dəfə də olsa daha millətin adını tutub yad etmir. 
Dünən küçədən ötürdüm, bir də gördüm bir darvazaya üç-
dörd baş-gözləri açıq arvad yığılıb, daş ilə qapını döyəcləyib 
sındırırlar və ağızlarına gələn föhşi verirlər. 
– Binamus, – deyirdilər – dörd arvadı qoyub, hələ gəlib rus 
qızı da saxlayırsan?! Yiyə durmayacaq idin, bizi İrandan gətirib 
niyə avara qoyurdun? 
Arvadların səsinə qapı açılıb, köynəkli bir cavan çıxdı. 
Cavan  arvadları görcək  əlini daşa atıb, istədi bunları vursun, 
bir də arvadlar tökülüb cavanı basmarladılar. Bir dəqiqədə 
cavanın paltarı əynindən şır çıxdı. Arvadlar cavanın baş-gözünü 
yolub qol-qılçasını dişlək və çimdikdən çıxardılar. Cavan gördü 
bunlar bunu öldürməmiş  əl götürməyəcəklər baş götürüb 
köynəkcək aşağı qaçdı. 
Bu cavan bizim vəqəmizin qəhrəmanı yeni fars idi. 
 
                                                            1911
 
113
ZEYNAL BƏY 
 
Pristavın müavini Zeynal bəy sabah ertə  dəftərxanaya 
gələndə orada ayrı halət gördü; qorodovoylar süpürhasüpür 
salmışlar; pristav da dəli kimi otaqda oyan-bu yana qaçır, 
qorodovoyların üstünə çığırırdı: 
– Müftəcə  məvacib alıb, il uzunu bircə  qəpikliksə  də  iş 
görmək istəmirsiniz: elə onu bilirsiniz ki, dəftərxanaya 
girəndən rüşvət alırsınız. Budur, qubernator üç günə kimi gəlir
hamınızı it kimi qulluqdan qovacaq. 
Zeynal bəy qubernatorun gəlməyini eşidəndə, qorxusundan 
qılçaları nağara ağacı kimi tərpənməyə başladı. «Pristav 
qorodovoylarımı qorxudur, yoxsa elə gerçəkdən qubernator 
gəlir?–sözlərini başından keçirdisə də, həllinə aciz qaldı. 
– Nikolay Semyonoviç, doğrudan qubernator gəlir? 
Zeynal bəy yüngül bir təbəssüm və cəsarətsiz bir səslə sual 
etdikdə pristav acıqlı: 
– Necə  yəni «doğrudan»? Bəs siz ilə  mənim zarafatım 
var?.. özü də cəmi məmurları qulluqdan qovacaq!.. 
Pristav sözünü kəsdi və qorodovoyların birinin böyrünə bir 
dürtmə salıb çığırdı: 
– Eşşək, hələ qulaq asır, tez olun, barı dəftərxananı süpürüb 
təmizləyin, görək  işimiz nə təhər olur! 
Qorodovoylar süpürgələri götürüb, cəld süpürməyə 
girişdilər. Bəzisi köhnə dəftərləri töküb çırpırdı, kimi mürəkkəb 
qablarındakı milçək ölülərini atıb, yerinə mürəkkəb tökürdü. 
Tozdan göz -gözü görmürdü. 
– Zeynal bəy, durmaqdan  fayda yoxdur!  Barı get bazarı və 
küçələri süpürt. 
Bu sözlər elə bil Zeynal bəyi dərin bir yuxudan ayıltdı; 
rəngi qaçmış üzünü fövrən pristava çevirib təəccüblü: 
– Bə deyirsiniz qubernator üç günə kimi gəlir, bu az vaxtda 
bazar-küçəni təmizlətmək olarmı?–Orada yüz araba zibil var. 
«Qubernator» sözü yenə Zeynal bəyi qorxuya saldı  və 


 
114 
şiddətli bir titrəmə vücuduna yayıldı. Pristav bir də: 
– De nə edək? Barı  dəftərxanaya gələn küçəni süpürt ki, 
qubernator görüb acığı tutmasın. 
Zeynal bəy pristavın sözünü yarımçıq qoyub, ağır fikir və 
xəyal içində dəftərxanadan çıxdı. Ən əvvəl dəftərxanaya gələn 
küçənin uçub, dağılmış  sərbəndi onun gözünə sataşdı. Bunun 
sağ  tərəfini tutan şəhər bağı idi; bundan da o tərəfə bir neçə 
hisli ev nəzəri cəlb edirdi. 
Zeynal bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə 
başını  aşağı salıb, yavaş-yavaş getməyə başladı  və bir az 
getməmişdi ki, bir qorodovoyu yatmış gördü. Qorodovoy qış 
günəşinin isticə  şüası altında laqeydanə xoruldayırdı. Və  hər 
xoruldadıqca belindəki sınıq qından çıxmış  xəncəri paslı ucu 
rəngi soluq çuxanın altından enib qalxırdı. 
Zeynal bəy acığından bığını  gəmirə-gəmirə yetirib, 
qorodovoyu təpiklədi. 
– Köpək uşağını qoyasan  elə yata. Gecələr  şəhər bağının 
cağını  çəkib, yandıranda heç fikir eləmirdilər ki, dünyada 
qubernator da var! 
Qorodovoy yuxudan dik atılıb, gözlərini Zeynal bəyə dikdi 
və əlini gicgahındakı gödək və hənalı birçəyi üstə qoyub, təzim 
etdi: 
 – 
Başına dönüm, bəy, nə qulluğun var? 
 – 
Nə olacaq, canınıza dərd var! Bu bağın cağını niyə söküb, 
yandırmısınız? 
 
– Vallah, bəy, gecələr çox soyuq olur. 
– «Soyuq olur»; soyuq gözünüzə girsin!.. Tez ol, yeri 
ürədnik Qulunu tap, deyinən qubernator gəlir; küçələri 
süpürtsün. 
Qorodovoy börkünü başına basıb, gordası  qılçına dolaşa-
dolaşa yüyürüb getdi; Zeynal bəy də bazarnikin çığırmasını 
eşidib, rastabazara döndü. 
Bazarnik Alı bəy hambalları yoğun əsası ilə şapbarlayırdı. 
Zeynal bəy yetirdi: 
 
115
 – 
Yenə nədir, ay Alı dadaş? 
 – 
Adə, bu köpək uşağı hambalları görmürsən, bazarı 
süpürməyə də pul istəyirlər.  Köpək uşağının, sən öl, hamısını 
yataba qoşub, İrana qaytarıb, atasına od vurmalıdır!.. 
Zeynal bəy  əlini onun səbatlı toqqasına salıb, ehmal səslə 
dedi: 
 – 
Alı dadaş, hələ de görüm bu qubernatorun gəlməyinə nə 
deyirsən? 
 – 
Nə deyəcəyəm, Zeynal, evimiz yıxılıb!  Kaş bu səfər 
gəlməyi yalan ola, adam işləri düzəldə... ədə, sən öl, neçə ildir 
qulluq eləyirəm, elə bil bu gün gözüm açılıb, bu köpək uşağı 
baqqallar tabaqları irəli düzə-düzə az qalıblar meydanı 
tutsunlar; özlərinin də satdıqları tamam köhnə  şey: meyvə, 
göyərti, yağ və yavanlıq... 
 – 
Alı dadaş, onlar dursun kənarda, bəs biz qovulsaq nə 
qayıracağıq? Bizdən savayı hamı özünü tutub. 
 – 
Hə, balam, odur, ürədnik Qulu qulluğa girəndən bəri 
böyük imarət tikdirib, bankda da, deyirlər, on min manat pulu 
var. Köpək oğlunun əvvəl heç zadı yox idi. 
 – 
Pristavın da kefi kökdür, o da özünü qaçaqçılardan yaxşı 
düzəldib. 
 – 
Ədə, ağıllı adam elə olar da!.. Deyir rüşvət alma; elə ki, 
aldın, beş manat, on manat, ya bir kəllə  qəndə  yıxılma...  
Alırsan  yüz al, min al! Odur ki, Hacı Qasım hər bazardan şəhər 
yerini qəsb eləyib, xəlvət dükan tikdirəndə pristava paketdə iki 
yüzlük gedir. Ay Zeynal, Hacı Qasım azından ildə  xəlvət beş 
dükan tikdirirmi? 
 – 
Bəs nədir, a kişi! 
  – Di min manat pristavın nəyinə  dəyməz! Zeynal bəy 
burada dərin bir «ah» çəkib dedi: 
 
– A kişi, elə aralıqda qalan biz fəqir olduq! 
 
– Zeynal, yenə  sənin də  işin yaxşıdır; pristavın səbəbinə 
axır sənə də az çatmırdı. 
 
– A kişi, haradan, yüzlüklər   pristava gedəndə mənə də bir 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə