Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə30/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   26   27   28   29   30   31   32   33   ...   103

 
128 
səni də «öldü» eşitdim. Hələ dedilər usta Karapetin meyidini də 
sürüyüb dərəyə saldılar. 
 
– Eh!.. Ay canım, musurmanlar istədi ki, mən ölüm, amma 
allah qoymadı! 
 – 
Doğrudan da, allahsız iş yoxdur. 
 
– Di gör, kəblayı,  düzmü deyirəm  ki, allah qoymadı. Dava 
başlananda ki, parthapart düşdü, onda mən dükanımda idim. 
Tüfəngli, xəncərli musurmanlar üstümə töküldü; qaçdım girdim 
Kərimin dükanına. Kərim (allah onun oğlunu saxlasın, yaxşı 
kişi imiş)  çığıra-çığıra  gəldi ki,  balam, öldürməyin, görək 
hələ nə təhər olur – qulaq asmadılar. Bu köpək oğlu qumarbaz 
Həsən nədir – mənə iki güllə vurdu. Qan məni götürdü, yıxılıb  
oradaca qaldım. Bir vaxtı, kəblayı, ayıldım, gördüm ayaqlarıma 
ip bağlayırlar. Elə biliblər  ki, mən ölmüşəm.  Qorxumdan 
səsimi çəkdim içəri.  İpi bağladılar, söyə-söyə sürüyüb 
apardılar. Hələ bilmirəm məni haraya aparırlar. Yaralarım 
ağrayır, çox vaxt da məzhəb haqqı, özümü bilmirəm, ürəyim 
gedir. Xülasə, kəblayı, məni gətirib bir yerdə qoydular, 
dalımdan da bir təpik vurdular. Getdim, diyirləndim, 
diyirləndim, düşdüm qaldım... Gözümün qabağı qaranlıqdır, 
hərdən qulağıma bir gurultu gəlir; sonra yenə heç zad  
görmürəm, heç zad eşitmirəm; eləcə qalıram. Ayılıram,  ətrafa 
baxıram – hələ  ağlım bir şey kəsmir, yenə yatıram. Bir də 
ayıldım, gözüm dürüst görmürsə  də, işığı bilirəm. Deyəsən 
gündüzdür. Fikrimə  gəlir ki, məni yaralayıblar. Öz-özümə 
deyirəm  ki, indi musurmanlar  gələr, məni öldürər. Yadıma 
balalarım düşür, arvadım düşür, heç zadı bilmirəm.  Sonra bir 
də ayıldım, üstümə gün düşmüşdü. Gözlərim indi yaxşı 
görürdü. Yuxarılara baxdım, bura dərə imiş. Məni musurmanlar 
ölü hesab eləyib, buraya salıblar. Yenə balalarım yadıma 
düşdü. Bir az fikirləşdim; gözlərimi dörd tərəfə  gəzdirdim: 
dərədə yatmışdım. Bircə lağımdan başqa baş  təpəcək yer yox 
idi. Gün, milçək mənə  əziyyət verirdi. Başımı yavaşca 
qovzayıb, yan-yörəmə baxdım! Heyvan sümüyündən və 
 
129
zibildən savayı bir şey görmədim. Ehmal qalxıb, allahı çağıra-
çağıra süründüm lağıma doğru. Bir az burada özümü toxdadıb, 
yenə fikirləşdim. Yadıma düşdü ki, lağım erməni bazarına 
gedir. Dedim, yaxşısı budur ki, yerin altı ilə yavaş-yavaş 
sürünüm gedim. Kəblayı, özüm ac, yaralı, lağım da murdar, 
nəcis, daha əlacım nədir, gərək gedim. Yoxsa ya acından 
öləcəyəm, ya musurmanlar tapıb öldürəcəklər. Bilmirəm 
gecədir, bilmirəm gündüzdür, qaranlıqda sürünürəm. Birdən 
ürəyim gedir, qalıram, ayılanda yenə sürünürəm. Bilmirəm bir 
gündənmi, ikisindənmi sonra, xülasə, gəldim bir işığa çıxdım. 
Lağım uçub tökülüb, küçə görünürdü. Nə  təhər qorxuram, 
sevinirəm də. Bir az da süründüm, başladım qulaq asmağa, 
asdım, asdım, gördüm ermənicən danışırlar. Nə təhər sevindim! 
Din haqqı, gözlərimə işıq gəldi, nə qədər ki, bacarırdım, ağzımı 
açıb çığırdım. Ermənilər durdular, qulaq asıb irəli gəldilər. 
Zarıldadım, erməni olduğumu bildilər. Bunlara başıma gələni 
nağıl elədim. Məni götürüb apardılar azarlıxanaya. Bir-iki ay 
orada qaldım ki, yaxşı oldum. 
Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi dərin bir 
etiqad ilə üzünü göyə çevirdi: 
– Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş, 
sənə min şükür! – deyib, əlini ustanın toqqasına atdı. Usta, 
allah məni də istəyirmiş, ona min şükür! Bax, gör mənim 
başıma nə  iş  gəlib. Axı özün bilirsən ki, biz dədə-babadan 
erməni bazarında baqqallıq edirdik, nə erməni bizdən, nə də biz 
ermənidən pislik görməmişdik. Sonralar təzə törəmələr ki, 
çıxdı, işlər lap xarab oldu. Başladılar, nə bilim, daşnaqsütundur, 
nədir, düzəltməyə – dədə-baba duz-çörəyimiz hörmətdən 
düşdü. Dava düşəndə dükanı eləcə açıq qoyub baron 
Hamparsumgilə qaçıram. (Kişi ilə neçə illərdir dostluğumuz 
var). Oğlu  əlində tüfəng çıxıb, məni gülləyə basır. Elə onun 
gülləsindən qolum şikəst oldu, indi də  işə yaramır. Xülasə, 
qolumun qanı axa-axa yüyürüb, urus İvanovun evinə girdim; 
darvazanı bağladım, yaxşı oldu ki, yerimi heç kəs bilmədi. Bir 


 
130 
az durub, yuxarı getdim; İvanovun arvadı qabağıma çıxdı  və 
qolumun qanını görcək rəngi üzündən götürüldü. İvanov özü də 
gəldi (onlar dinə  gəlsin, mənim boynumda çox haqları var), 
qolumu sarıdılar, bağladılar. İvanov mənə dedi ki, kərbəlayı bir 
iş var ki, sənin burada olmağını ermənilər bilsələr gəlib həm 
səni parça-parça edəcəklər, həm də bizi öldürəcəklər. Yaxşısı 
budur ki, sənə taxtapuşda yer salaq, orada dava qurtarınca yat. 
Razı oldum. Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və 
vaxtından-vaxtına da bişmiş-zad verirdilər, yeyirdim. İki gün 
idi, hələ dava kəsilməmişdi. İki tərəf də bir-birinin evlərinə od 
qoyub, adamlarını  qırırdılar. Taxtapuşdan baxırdım.  Şəhərin 
hər tərəfindən alov qalxırdı, güllə  və top səsindən qulaq 
tutulurdu; küçələrdə bir tərəfdən meyit daşıyırdılar, bir tərəfdən 
də səngərlərə patron və tüfəng gedirdi. 
İkinci gecə bir müsəlman da qaçıb,  İvanovgilə  gəlmişdi. 
Bunu da taxtapuşda qoymuşdular. Sabahı haradansa ermənilər 
bunun burada olduğunu bilmişdilər. Budu, gördüm əli 
tüfənglilər darvazanı kəsdirib sındırırlar. İvanovun əlacı kəsilib, 
qabaqlarına çıxdı. Buna dedilər ki, müsəlmanı ver, ya özünü 
öldürəcəyik. Yoldaşım bunların səsini eşitcək bətbənizdən olub, 
özünü itirdi. Mən toxdaq idim. Durub yavaşca keçdim qonşu 
taxtapuşa, oradaca gizləndim. Bu vaxtı küçədə  səs qopdu – 
gördüm darvazadan müsəlmanı  çıxardırlar. Biçarənin dili 
batmışdı,  ətrafındakılara lal kimi baxıb, güc ilə  nəfəs alırdı. 
Birdən neçə yerdən güllə açıldı. Müsəlman yıxıldı. 
O qədər ona güllə və xəncər yarası vurdular ki, parça-parça 
oldu. 
Güllə  səsi kəsilmişdi.  Ətrafımda bir hənirti yox idi. Xalq 
alovu söndürməyə məşğul idi. Taxtapuşdan endim. Həyətdə bir 
meyit var idi. Bunun cəld papağını başıma keçirdim və 
kəmərini belimə bağlayıb, tüfəngini də götürüb küçəyə çıxdım. 
Ermənilər «Müsəlmanlar gəlir» – deyə,  şaşdıqlarından bir-
birinə qarışmışdılar. Mən də bunlara qoşuldum. Yavaş-yavaş 
özümü qaranlığa verib, alovun işığından çəkildim ki, məni 
 
131
tanımasınlar. Səngərlərə yavıqlaşdım. Orada-burada daşların 
dalında uzanıb atışırdılar. Fikrim müsəlman tərəfə keçmək idi. 
Birdən qabaqdan bir güllə açıldı... yıxıldım... Sonra nə oldu
huşumdan çıxıb. Ancaq ayıldım, gördüm meyitlərin içində 
uzanmışam, tüfəng də yanımda yoxdur. Alov hər yeri ağzına 
almışdı: gecə elə  işıq idi ki, iynə saplamaq olardı. Güllə  səsi 
tək-tək eşidilirdi. Başımı daşın üstə qoyub, yatdım... Bir də 
ayılıb gördüm ki, hər tərəf öz meyitlərini aparır: barışıq olub. 
Arvad-uşaq gözləri yaşlı ətrafı bürüyüb. Məni də azarlıxanaya 
apardılar, sonra yaxşı oldum... 
Usta Karapet, allah mərdimazara lənət eləsin! O illər çox 
pis illər idi... Hər nə oldu biz kasıba, biz fəqirlərə oldu! 
 
– Eh, ay kəblayı, allah mərdimazarın evini yıxsın, davanı 
saldılar, evimiz yıxıldı. 
 – 
Elə yıxıldı, yurdumuzdan, balalarımızdan olduq, davadan 
da heç kəsin əlinə bir şey gəlmədi. Canım, axı mən sənnən nəyə 
dalaşım? Sən mənim dinayrı qardaşımsan! Sənnən dədə-
babadan bir yerdə olub, rahat dolanmışıq. 
  – Eh, eləcə rahat dolanırdıq, allah mərdimazarın evini 
yıxsın! 
Erməninin gözləri yaşardı  və başını  tərpədə-tərpədə ötüb 
getdi. Müsəlman da göz yaşlarını çuxasının ətəyinə silib, yola 
düşdü. 
 
  
                                                                        1911


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə