Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə33/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   29   30   31   32   33   34   35   36   ...   103
    Bu səhifədəki naviqasiya:
  • CAVAN

 
140 
CAVAN 
 
Cavan otaqda gəzib öz-özünə fikirləşirdi. Zehni dairəsi 
cəmi kainata yayılmışdı: istərdi ağlını  təbii məhdudiyyətdən 
qurtarıb, hər  şeyi bilsin; intihasız yerləri işıqlandırıb, təbiətin 
dərin-dərin sirlərinə agah olsun. Cavan öz-özünə fikir eləyirdi: 
– Bir şey bir şeyi xəlq edər, bəs bir şeyi kim yaradar? 
Cavan öz cavabında: 
– O bir şeyi də yenə bir ayrı  şey yaradar, yaratmasa da 
yaranmağına səbəb olar! 
Cavan gəzə-gəzə yenə özünə sual verirdi: 
– Bəs bir şey ki, birini yaratdı, onu da bir ayrısı yaratdı, bu 
ayrısını da bir qeyrisi, yəqin ki, bu «şeylər»in bir nəhayəti də 
var ki, bunların hamısını yaradıb. 
Cavan burada öz sözlərini təsdiq edib, bir sual da fikrindən 
keçirdi: bəs bu hər şeyi yaradan şeyin özünü kim yaratdı? 
Bu suala cavab tapa bilməyib, cavan sürətlə otaqda gərdiş 
eləməyə başladı  və  gərdiş etdikcə  çənəsində bitən üç-dörd 
yumşaq tükləri əli ilə burub şişmərlədi. Cavan öz sualına cavab 
tapa bilmədi: 
– Tutalım ki, tövrat xəbər verən doğrudur: «Allah təala 
yeri, göyü və cəmi gördüyümüz şeyləri altı günə yaratdı» – bəs 
ondan irəli nə var idi və onları kim yaratmışdı? 
Cavan yenə cavaba aciz qalıb, çənəsinin tüklərini 
burmaqda davam etdi və burduqca da fikirləşib, fikrindən də bir 
nəticə hasil edə bilmədi: 
 – 
Axır bircə  əzəl nə var idi? «Var»ı kim yaratmışdı? 
Yaradan haradan gəldi?.. Suallar onun başını dəlib çölə çıxırdı. 
Cavan yenə fikirdə idi: 
 – 
Tutalım ki, elm deyən də doğrudur:  əcrami-səmaviyyə 
kürə şəklində fəzaya  dağılıb və bizim yer də həman kürələrdən 
olub, bir guşədə  qərar tapıb. Bəs bu yerin, bu əcramın  əsl 
maddəsi nədən doğulub? Fəzanın nəhayəti haradadır? Fəza 
nərədən gəlib və gəldiyi yer nədən əmələ gəlib?.. 
 
141
Cavan dəli kimi otaqda o baş-bu başa yüyürür, başından 
min sual keçirirdi və sualların hamısına da cavab tapsa idi 
birinə tapa bilmirdi və dayanıb, gözlərini döyə-döyə qalırdı: 
– Yerlər, göylər, ulduzlar, ay, gün hələ yaranmamışdı: 
«Dünyada allahdan savayı bir şey yox idi» – yaxşı! Bir şey 
olmayanda,  olmadığı yerdə yenə bir şey olur. Bəs  əvvəl 
allahdan savayı bir şey olmayanda nə var imiş?.. Yoxsa yoxluq  
allahdan  ibarət imiş? Allah nədən ibarətdir? 
Cavan yenə gərdiş eləyirdi. Çox dolanıb yorulub oturdu və 
əlləri ilə başını tutub, yenə fikrə getdi, yenə xəyalı cəmi kainatı 
cövlan edib, intəhasını tapa bilmədi. Bir də getdi əzəliyyətə 
çıxdı; oraları yenidən fikrindən keçirib, allahdan savayı bir şey 
olmayan zamanı  təsəvvürünə  gətirdi və yenə dürüst fikirləşib 
özünə əzəliyyətin aydın şəklini çəkə bilmədi: 
–  Əzəliyyət idi, allahdan savayı heç zad yoxdu, allah da 
sifət deyil, cisim deyil,  cövhər deyil... Yəqin ki, əzəliyyətin 
özü allahdır! Yaxşı, bəs o əzəliyyəti kim yaradıb? O haradan 
gəlib?.. Əzəliyyət var imiş, varlıq da bir şeydən əmələ gəlir, şey 
də maddədir. Bəs allahın varlığı hansı maddədən əmələ gəlib və 
o maddə  nərədən götürülüb? Bəs görülən yer nə imiş? Ondan 
əvvəl nə var imiş, varlığın özü haradan gəlib? Ondan irəliki 
yoxluq nədən ibarət imiş? Yoxluğu kim xəlq etdi? 
Bir-birinə  zəncirlənmiş minlərcə suallar cavanın fikrini 
yenidən məşğul etdi: dibsiz, nəhayətsiz fəzanın haradan gəlib 
və kim xəlq etdiyi yenə onu otaqda gərdiş etməyə məcbur etdi. 
Gün batdı, toran qovuşdu da, cavan fikrindən  əl götürmədi. 
Fikirləşdi, fikirləşdi. Gözləri dəli gözü kimi çanağından 
oynamağa başladı, beyni işləməkdən əl çəkdi. Cavan qəribə bir 
hala düşdü; Bir də gördü divarlar buna tərəf gəlir və  şeyləri 
tamam yerindən qopub, otaqda gəzir, yer ayağının altından 
qaçır... 
Cavanın başının tükü biz-biz durdu. Bədəninə qorxudan 
lərzə düşdü. Bir də  ətrafa baxdı  və gücü gəldikcə  çığırıb 
otaqdan qaçdı... 


 
142 
Neçə dəqiqə idi ki, cavan balkona söykənib səssiz qalmışdı. 
Bədəni hələ yenə titrəyirdi.  Əqli az qalırdı başından çıxsın. 
Cavan  cəmi gücü, cəmi varlığı ilə  səy eləyib, yenə 
fikirlərindən aralanmaq istəyirdi... 
 
 
1912
 
143
YUXU 
 
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – 
deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını 
mütəkkəyə söykədi: – get, yat, aşıb daşmış  fəqir! Hamı  ərə 
gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-
başın çıxıb, ata dönmüsən!..  Niyə  də  çıxmasın, azacıq yaşın 
yoxdur ki, – bu orucluq da gəlsə on doqquza girirsən... Xudaya 
-xudavənda, şükür!.. 
Fatma yatacaqda uzanıb anasının sözlərinə qulaq verdikcə, 
ah çəkib yastığı islatdı. Öz-özünə deyirdi: Şükür allaha, hayana 
çıxıram, deyirlər sən kimdən pissən ki, dindirib, danışdıranın 
yoxdur?–Ay allah, məni yaradınca bir qara daş yarada idin!.. 
Fatma öz-özünə çox deyindi, ağladı. Axırda yoruldu. 
Gündüzün yorğunluğu da bir tərəfdən kədərlərinə qələbə çaldı: 
gözləri yavaş-yavaş yumulmağa başladı. 
Bahar idi. Fatma alaqaranlıqdan durub, yun daramadan 
əvvəl həyətə getdi. Bədmüşk açmışdı, gözəl qoxuyurdu. Fatma 
budağın birini əyib qoxuladı. Sonra günəşin ilk şöləsindən 
parlayan üst budaqlara tamaşa etməyə başladı. Bu əsnada 
çəpərin arxasından bir səs gəldi: 
– Ay qız, ay yaxşı bala, bircə bura bax! 
Fatma dönüb, məşşatə Anaxanımı yolda gördü. Anaxanım  
gülə-gülə  Fatmanı çəpərə çağırdı: 
 – 
Qızım, mənim kimi xanan yoxdur ki, niyə belə tezdən 
durmusan. 
 
– Biz də xana qayırırıq. Bu həftə quracağıq. Anam yatıb, 
dedim, durum bir az yun darayım. 
– Qızım, maşallah,  yetişmisən,  anan səni niyə ərə vermir? 
Saxlayıb nə edəcək? 
Fatma qızarıb, başını aşağı saldı. 
Məşşatə bir az da çəpərə yanaşdı: 
– Bacı, – dedi, – adamın  ağlı  başında  olmalı. Bilirsən, ana 
özü üçün, ata özü üçün, qardaş da yad bəxtidir. Ortalıqda qalan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə