Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə47/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   43   44   45   46   47   48   49   50   ...   87

 
Şəк.1.19. Qаynаq birləşməsində deformаsiyа və 
gərginliкləri аzаltmаq üçün teхnoloji üsullаrın sхemləri 
 
1.13. Avtomatik elektrik-qövs qaynağı 
 
Flüsaltı qaynaq. Flüsaltı qaynaq avtomatik qurğu (qaynaq başlığı 
və ya traktor ) vasitəsilə yerinə yetirilir. Bu qurğu elektrod məftilini 
və flüsü qaynaq zonasına verir, qaynaq edilən tikiş boyu qövsün 
hərəkətini və onun dözümlü yanmasını təmin edir. 
Flüsaltı avtomatik elektrik-qövs qaynağının prinsipal sxemi şəkil 
1.20a-da göstərilmişdir. Elektrod məftili  3 aparıcı  5  və  sıxıcı  4 
diyircəklər vasitəsilə qaynaq zonasına verilir. Qaynaq zonasında 
birləşdirilən metalın 7 qаynаq səthləri bunkerdən 1 verilən flüs qatı 
ilə örtülür. Flüs qatının qalınlığı  təqribən 30

50  mm olur. Qaynaq 
prosesində  cərəyankeçirici müşdük  6  cərəyan mənbəyini elektrod 
məftilin ucluğuna (kiçik məsafədə -40

60  mm) birləşdirir və onu 
elektroda çevirir. Nəticədə avtomatik qaynaqda böyük qaynaq 
cərəyanından istifadə etmək mümkün olur. Qövs 11 qaynaq edilən 
metal ilə elektrod məftil arasında yanır. Qövs yandıqda üstdən ərimiş 
posa  9  və  əriməmiş flüs 8 qatı ilə örtülmüş maye metal vаnnаsı  10 


əmələ gəlir. Əriməmiş flüs xortum 2 ilə sorularaq bunkerə qaytarılır. 
Qövs zonasında  əmələ  gələn buxar və qazlar onun ətrafında qaz 
boşluğu 12 yaradır. Qazların termiki genişlənməsi sayəsində təzyiqin 
artması maye metalı qaynağın  əks istiqamətinə  sıxışdırır. Qövsün 
özülündə (kraterdə) isə nazik metal qatı qalır. Belə hal əsas metalın 
əriməsi üçün şərait yaradır. Qövs qapalı boşluqda yandığı üçün istilik 
və  sıçrantı itgiləri xeyli azalır. Qövs yerini dəyişdikcə  ərimiş metal 
soyuyur və qaynaq tikişi  əmələ  gətirir. Metala nisbətən aşağı  ərimə 
temperaturuna malik posa tikiş metalının soyuma sürətini azaltmaqla, 
bir qədər sonra bərkiyir. Tikiş metalının uzun müddət maye halda 
qalması və аşаğı sürətlə soyuması nəticəsində qazların və qeyri-metal 
birləşmələrin səthə  çıxmasına, yüksək sıxlığa malik təmiz səthli və 
kimyəvi tərkibi üzrə bircinsli tikiş metalının alınmasına imkan verir. 


 
Şəкil 1.20. Flüsаltı аvtomаtiк qаynаğın (а) 
və аvtomаt-trакtorun (b) sхemləri 
 
Flüsün  əmələ  gətirdiyi posa və elektrod məftil avtomatik 
qaynaqda qövsün dözümlü yanmasını, tikiş metalının lazımi kimyəvi 
tərkibdə  və mexaniki xassələrə malik alınmasını, həmçinin posa 
qabığının tikiş  səthindən asanlıqla ayrılmasını  təmin etməli və 
məsaməliyin, çatların əmələ gəlməsinin qarşısını almalıdır. 


Flüs ölçüsü 1

3  mm olan dənəvər  şəkildə istifadə edilir. Onlar 
hazrlanma üsuluna görə  əridilmiş  və keramik flüslərə ayrılır. 
Əridilmiş flüslər  şixtəni alovlu və ya elektrik sobalarında  əridib, 
sonradan dənəvərləşdirməklə alınr. 
Yüksək manqanlı əridilmiş OÜC-45 və АN-348 markalı əridilmiş 
flüslər və Sv-0,8; Sv-10; Sv-08QА markalı elektrod məftillərdən 
geniş istifadə olunur. Keramik flüslər ovuntu şəklində ona 
qarışdırılmış xüsusi elementlər hesabına tikiş metalını legirləməyə 
imkan verir. Şəkil 1.20b-də elektrod məftilin verilmə sürətini 
tənzimləyə bilən (qövsün uzunluğundan asılı olaraq) ADC-1000 tipli 
avtomat–traktorun sxemi göstərilmişdir. Onun əsas düyünləri –
özüyeriyən arabacıq  1, sütun 2, idarəetmə düymələri  3, elektrod 
məftil üçün baraban 4, köndələn tir 5, flüs üçün bunker 6, müşdüklü 
8 qaynaq başlığı  7  və nişanlayıcıdır  9. Qövs üçün qidalandırıcı 
mənbə olaraq transformatordan istifadə olunur. Avtomat rels 
şəklində xüsusi istiqamətləndirici və ya bilavasitə  məmul üzrə 
hərəkət etdirməklə qaynaq aparıla bilir. ADC-1000 avtomat 
300

1200  A  cərəyan  şiddəti ilə qaynaq aparmaq imkanına 
hesablanıb. Bu halda qaynaq sürəti 10

70  m/saat  həddində  dəyişə 
bilər. 
Flüsaltı avtomatik qaynaq əl ilə qövslü qaynağa nisbətən bir sıra 
üstünlüklərə malikdir. Belə  кi, yüksək məhsuldarlığa malik olub, əl 
ilə qaynağa nisbətən məhsuldarlığı  5

10 dəfə yüksəkdir. Qaynaq 
cərəyanının yüksək olması  əsas metalın  ərimə  dərinliyini artırır və 
tikiş metalında elektrod metalının miqdarı 35%-ə  qədər azalır 
(örtüklü elektrodla qaynaqda –70%). Havanın oksigen və azotundan 
təcrid edildiyinə  və effektli legirləmə hesabına qaynaq tikişinin 
keyfiyyəti yüksəlir. Elektrod metalına qənaət olunur. Əl ilə qaynaqda 
yanıq və  sıçrantı  şəklində itgilər 20

30% həddində olduğu halda, 
avtomatik qaynaqda itgilər 2

5%-dən az olur. Elektrik enerjisinə 
30

40% qənaət edilir. Bununla yanaşı  əmək  şəraiti yaxşılaşır, 
fəhlənin ixtisasına təlabat azalır. Lakin avtomatik qaynağın mənfi 
cəhətləri də vardır. Qaynaq avtomatlarının manevr etmə qabiliyyəti 
məhduddur və qaynaq əsasən aşağı vəziyyətdə aparılr. 
 
1.14. Elektrik-posa qaynağı 
 


Elektrik-posa qaynağında qaynaq edilən metalın qаynаq səthini, 
elektrod məftilini qızdırmaq və  əritməк üçün lazım olan istilik, 
qaynaq cərəyanı ərimiş posadan keçdikdə ayrılır. 
Elektrik-posa qaynağının sxemi şəkil 1.21a-da göstərilmişdir. 
Məmulun qaynaq edilən səth yerləri  1  və posa saxlayıcı  tərtibatlar 
(mis sürüncəklər 2,  başlanğıc lövhələr 3) arasındakı boşluğa flüs və 
elektrod məftil verilir. Qaynaq prosesi elektrod məftil və başlanğıc 
lövhə arasında yandırılır. Qövsün istiliyi ilə flüs və elektrod məftil 
əridilir, maye posa qatı 5 ilə örtülmüş ərimiş metal vаnnаsı 4 əmələ 
gəlir. Qaynaq cərəyanı ərimiş posadan keçdikdə onu 1600

1700
0
C-
dək qızdırır. Qızdırılmış posa vаnnаsındа yerləşmiş elektrod məftil 
əriyir və qövs sönür. Sonrakı qövssüz ərimə prosesi qaynaq 
cərəyanının posadan keçdikdə ayırdığı istilik hesabına baş verir. 
 
 
Şəкil 1.21. Eleкtriк-posа qаynаğının sхemi: а-qаynаq 
qurğusu; b-mürəккəb кonfiqurаsiyаlı tiкiş 
 
Tikiş metala dolduqca su ilə soyudulan formаlаşdırıcı 
sürüncəklər aşağıdan yuxarıya doğru hərəkət edir və qaynaq tikişi 
alınır. 
Elektrik–posa qaynağının üstünlüklərindən biri də bu proseslə 
mürəkkəb konfiqurasiyalı tikişlərin alınmasının mümkün olmasıdır 
(şəkil 1.21b). Bu halda elektrod məftili  3 qaynaq tikişinə  1 uyğun 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə