Şəкil 1.26. Uc-ucа qаynаq dövrəsinin və qаynаq mаşınının sхemləri:
а-prinsipiаl qаynаq sхemi: 1-eleкtrodlаr-sıхıcılаr; 2-qаynаq edilən hissələr;
3-trаnsformаtor; b-qаynаq mаşınının sхemi: 1-çаtı; 2 və 5-löv-hələr; 3 və 7-
qаynаq edilən hissələr; 4 və 6-sol və sаğ sıхаclаr; 8 -II dolаq
Müqavimətli qaynaqda maşının sıxıcılarına bərkidilmiş qaynaq
edilən hissələr 3 və 7 bir-birinə toxundurulur və sonra transformator
dövrəyə qoşulur. Detаllаrın qаynаq yerləri plastik hala qədər qızan
kimi cərəyan dövrəsi açılır və eyni zamanda onlar bir-birinə sıxılır.
Bu üsul ilə azkarbonlu poladlardan dairəvi və ya düzbucaqlı en
kəsiyi 1000 mm
2
-ə qədər olan, legirlənmiş poladlardan isə 20 mm
2 -
ə
qədər hissələri qaynaq etmək olar. Müqavimətli qaynaq ilə əlvan
metallar və onların ərintiləri (polad–mislə, tunc–mislə, müxtəlif
markalı poladlar) yaxşı qaynaq olunur. Müqavimətli qaynaqda
qızdırılma temperaturuna və qaynaq səthlərinin yüksək təmiz
(qaynaq səthində oksidli birləşmələr olduqda qaynağın keyfiyyəti
pisləşir) olmasınа dəqiq nəzаrət tələb olunur. Ona görə müqavimətli
qaynaq geniş tətbiq olunmur.
Fasiləsiz əritmə ilə kontaktlı qaynaq aparmaq üçün maşının
sıxaclarına bərkidilmiş hissələr cərəyan dövrəsinə qoşulmuş
vəziyyətdə tədriclə bir–birinə toxundurulur. Bu halda qaynaq edilən
səthlər əriməyə başlayır. Sonra onlar müəyyən edilmiş ölçüyə qədər
oturtma ilə bir-birinə sıxılır və cərəyan dövrəsi açılır. Bu üsul ilə
nazik divarlı borular, təbəqələr, relslər və s. məmulatlar qaynaq
edilir. Həmçinin müxtəlif növ metallardan da qaynaq birləşmələri
alına bilər. Keyfiyyətli birləşmə almaq üçün dairəvi çubuqların
qaynağı zamanı onların uzunluğunun diametrinə nisbəti 0,4
0,7-dən
az olmalıdır. Müqavimətli qaynağı aparmaq üçün cərəyan sıxlığı
100
150 A/mm
2
, oturtma təzyiqi 25 MPa həddə və xüsusi güc
0,15
1,0 KVA olur.
Qaynağın üstün cəhəti prosesin yüksək məhsuldar,
çatışmamazlığı isə metalın yanmaya və sıçrantılara itgisinin xeyli
yüksək olmasıdır.
Fasiləli əritmə ilə qaynaqda metalın kontakt səthləri cərəyan
altında fasilələrlə bir–birinə sıxılır və azacıq ayrılır. Maşının
mütəhərrik sağ sıxıcısının azacıq irəli-geri hərəkəti sayəsində
hissələrin kontakt yerində cərəyan dövrəsi açılır və qapanır. Bu
əməliyyat səthin 800
900
0
C-dək qızmasına qədər davam etdirilir.
Sonra əridilmə və oturtma prosesilə qaynaq aparılır. Bu üsul gücü az
olan qaynaq maşını vasitəsilə azkarbonlu poladları qaynaq etməyə
imkan verir. Qaynaq üçün cərəyan sıxlığı 10
25 A/mm
2
, oturtma
zamanı isə 80 A/mm
2
-ə qədər ola bilər. Adətən oturtmada xüsusi
təzyiq 40
70 MPa həddində olur. Lazımi güc və elektrik enerjisinin
sərfi müqavimətli qaynaqdakına nisbətən 2
5 dəfə az tələb olunur.
1.18. Nöqtəli qaynaq
Nöqtəli kontaktlı qaynaq birləşmənin konstruksiyasından asılı
olaraq bir neçə variantda yerinə yetirilir və üst–üstə qaynaq
birləşmələrinin alınmasında daha geniş tətbiq oulnur. Nöqtəli
qaynağı (şəkil 1.27a) yerinə yetirməк üçün qaynaq edilən hissələr 2
elektrod tutucular 3 və xortumlar vasitəsilə transformatorun 4 ikinci
dolağına birləşdirilmiş elektrodlar arasında sıxılır. Alt xortum
tərpənməz, üst xortum isə mütəhərrik hazırlanır və qaynaq zamanı
sıxıcı təzyiq mexanizmi ilə hərəkətə gətirilir. Hissələr elektrodlar
arasında sıxıldıqdan sonra maşının transformatoru 4 elektrik
dövrəsinə qoşulur. Ən yüksək istilik, dövrədə ən böyük müqavimətə
sahib olan sahədə qaynaq edilən təbəqələrin 1 arasında elektrodlarla
2 sıxılan birləşmə yerində 3 ayrılır. Bu zonada metal maye plastik
hala kimi qızır və proses nüvənin əmələ gəlməsilə qurtarır (şəkil
1.27b). Bundan sonra cərəyan kəsilir və təzyiq götürülür. Cərəyanın
kəsilməsi və təzyiqin götürülməsi arasındakı müddətdə nüvənin
metalı bərkiyir. Nöqtəli birləşmə əmələ gəlir. Cərəyan dövrəsinə
birləşdirilmə və ya elektrodların yerləşdirilməsindən asılı olaraq bir
və iki tərəfli (şəkil 1.27c) nöqtəli qaynaq aparılır. İkitərəfli qaynaqda
elementlerin hər birinə, birtərəfli qaynaqda isə onlardan yalnız birinə
cərəyan verilir. Elementlərin kontakt yerində lazımi istiliyin
ayrılması üçün onlara alt tərəfdən şuntlayıcı mis altlıq 6 sıxılır.
Şəк. 1.27 Bir və iкitərəfli nöqtəli qаynаğın sхemləri: а-birtərəfli qаynаq: 1-
хortum; 2-qаynаq edilən hissələr; 3-eleкtrod tutuculаr; 4-trаnsformа-tor; b-
qаynаq nöqtəsi: 1-qаynаq edilən metаl; 2-eleкtrodlаr; 3-qаynаğın nüvəsi; c-
iкitərəfli nöqtəli qаynаq: 1-qаynаq edilən elementlər; 2-eleк-trodlаr; 3-
qаynаq nöqtəsi; 4-trаnsformаtor; 5-sıхıcı qurşаq; 6-mis аltlıq
Qaynaq tsikli qaynaq edilən hissələrin sıxılması, qaynaq
cərəyanının təsiri və sıxıcı qüvvənin götürülməsi periodlarından
ibarətdir. Qaynaq prosesi sərt (cərəyanın sıxlığı 160
360 A/mm
2
,
tsikl müddəti 0,2
1,5 s) və yumşaq (cərəyan sıxlığı 70
160 A/mm
2
,
tsikl müddəti 2
3 s) rejimlərlə aparıla bilər. Qaynaq nöqtəsinin
diametri qaynaq edilən hissələrin qalınlığından, qaynaq cərəyanının
sıxlığı və tsikl müddətindən asılı olur. dq.n qiyməti elektrodun
diametrindən d
e
asılı olaraq d
q.n
=(1
1,5)d
e
üzrə hesablanır.
Elektrodun diametri qaynaq edilən hissələrin ümumi qalınlığından
3
4 mm artıq götürülür. Müхtəlif mаteriаllаr üçün аşаğıdакı qаynаq
rejimləri məsləhət görülür. Qalınlığı 4 mm-ə qədər olan azkarbonlu
poladlar üçün cərəyan sıxlığı 300
360 A/mm
2
, tsikl müddəti 0,8
1,1
s, xüsusi təzyiq 15
70 Mpa, qalınlığı 4 mm-dən çox olduqda isə
xüsusi təzyiq 100
120 MPa-ya çatdırılır. Alüminium və ərintiləri
sərt rejimlə qaynaq edilir. Bu halda cərəyan sıxlığı 1600 A/mm
2
-ə
qədər, xüsusi təzyiq 150 MPa-dan artır və tsiklin müddəti 0,1
0,25 s
həddində olur. Bütün hallarda qaynaq edilən səth dəqiqliklə oksid
təbəqəsindən təmizlənməlidir.
1.19. Tikişli kontakt qaynağı
Tikişli кontakt qaynaqda elementlər üst-üstə, qaynaq cərəyanı və
sıxıcı qüvvə ilə yüklənmiş fırlanma hərəkətli diyircəkvari
elektrodlarla fasiləsiz və ya fasiləli tikişlə birləşdirilir.
Şəkil 1.28-də tikişli qaynağın sxemi göstərilmişdir. Tikişli
kontakt qaynağın fasiləsiz, fasiləli və diyircəklərin periodik
fırlanması ilə fasiləli alınan üsulları vardır. Bu halda qaynaq
dövrəsinin fasiləli şəkildə açılıb-qapanması şəraitində bir-birini örtən
nöqtələr şəklində yüksək keyfiyyətli tikişlər alınır.
Dostları ilə paylaş: |