Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə52/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   48   49   50   51   52   53   54   55   ...   87

prosesi ilə  tələb edilən təmizliyə çatdırılır. Asetilen qaynaq üçün 
mühüm keyfiyyətlərə (alovun yüksək temperaturlu və yanma 
istiliyinin böyük olması) malikdir və qaz qaynağı istehsalında geniş 
tətbiq edilir. 
Asetilen karbonun hidrogenlə kimyəvi birləşməsidir (C
2
H
2
). 
Rəngsiz, xarakterik iyə (kükürd-hidrogenli, flüor-hidrogenli 
birləşmələrə uyğun) mаliкdir. Asetilen sıxlığı 1,09 kq/m
3
, yanma 
istiliyinin aşağı həddi 52,9 MC/m
3
 və oksigenlə qarışığında alovun ən 
yüksək temperaturu 3150
0
C-dir. Aşağıdakı  hаllаrdа asetilenin 
partlama təhlükəsi yaranır: 480

500
0
C-dək qızdıqda, 0,14

0,16 
MPa təzyiq təsirindən 2,3

80,7% asetilenin hava və onun 2,8

93% 
miqdardа oksigenlə qarışdıqdа. 
Kalsium karbidin su ilə CaC
2
+2H
2
O=C
2
H
2
+Ca(OH)
2
  reaksiyası 
üzrə qarşılıqlı təsirindən asetilien alınır. 
Kalsium karbid elektrik sobalarında koks və yandırılmış  əhəng 
daşının qarışığını  əritmək (CaO+3C=CaC
2
+CO) yolu ilə alınır. 
Kalsium karbidi su və onun havadakı buxarı ilə çox aktiv şəkildə 
reaksiyaya girir. Ona görə  də, asetilen tutumu 50

130  kq olan kip 
başlanmış polad barabanlarda saxlanılır və bu vəziyyətlərdə də nəql 
edilir. 
1  kq kalsium karbiddən  235

280 litrə  qədər asetilen almaq 
mümkündür. Qeyd etmək lazımdır ki, xırda və tozvari kalsium 
karbiddən istifadə edilməsi qadağandır və  bu  partlama  təhlükəsi 
yaradır. Nəzəri olaraq 1 kq kalsium karbidlə qarşılıqlı təsir üçün 0,56 
litr su tələb olunur. Lakin təcrübədə bu məqsəd üçün 7

20 litr su 
sərf olunur. Bunun sayəsində asetilenin yaxşı soyuması  və qaz 
generatorunun təhlükəsiz işləməsi təmin olunur. 
Qeyd etdiyimiz kimi qaz qaynağında yanar qaz olaraq propan–
butan qarışığından geniş istifadə edilir. Bu qarışıq təbii neft qazlarını 
və nefti çıxardıqda, həmçinin onların emalı zamanı alınır. Sıxlığı 
1,92  kq/m
3
, yanma istiliyin aşağı  həddi 89 MC/m
3
  və oksigenlə 
qarışığında alovun ən yüksək temperaturu 2100
0
C-dir. Qarışıq maye 
halda tutumu 40 və 55 litr olan balonlаrdа 1,6

1,7  MPa  təzyiq 
altında saxlanılır və  nəql edilir. Maye qarışıq bаlonun həcminin 
yarısına qədər doldurulur. Əks halda qızma nəticəsində  təzyiq 
yüksəlir və partlama baş verə bilər. 


 
2.2. Qaz qaynağı üçün aparatlar
 
 
Qaz qaynağını aparmaq üçün işçi yeri (şəkil 2.1) asetilen 
generatoru və ya yanar qaz doldurulmuş  bаlon, oksigen bаlonu, 
oksigen və asetilen reduktorları, qaynaq yandırıcıları və ona oksigen 
və yanar qazlar vermək üçün rezin borular, qaynaq edilən hissələri 
yığmaq üçün stol və ya tərtibat, qaynaq yerindən çirklənmiş havanı 
sormaq üçün havaçəkici zont, alətlər dəsti, qoruyucu şüşəli eynəklər, 
qaynaqçı üçün xüsusi geyim ilə təmin olunmalıdır. 
Asetilen generatorlarının təyinatı kalsium karbidin və suyun 
qarşılıqlı təsiri ilə asetilen almaqdan ibarətdir. 
Asetilen generatorları bir sıra  аşаğıdакı  əlamətlər üzrə 
fərqlənirlər: 
– alınan asetilenin təzyiqi üzrə: aşağı  təzyiqli, yəni 0,02 MPa-a 
qədər; orta təzyiqli – 0,02÷0,15 MPa-a qədər və yüksək təzyiqli – 
0,15 MPa-dan yüksək; 
– qurulma üsulu üzrə -mütəhərrik və stasionar
– məhsuldarlıq -mütəhərrik generatorlar üzrə 0,3 m
3
/saat
stаsionаr generаtorlаr üzrə 1000 m
3
/saat. 
Kalsium karbidlə suyun qarşılıqlı təsiri üzrə asitelen generatorları 
üç tipə ayrılır: karbid suya, su karbidə və kontaktlı. 


 
Şəкil 2.1. Qаz qаynаğı iş yerinin sхemi: 1-stol; 2-qаynаq edilən hissələr; 
3-qаtqı metаlı; 4-yаndırıcı; 5-boru; 6-хortum; 7-аsetilen bаlon 
və reduкtor; 8-oкsigen bаlonu və məsаməli кütlə 
 
«Karbid–suya» tipli generatorlarda (şəkil 2.2а) bunkerə 
doldurulmuş kalsium karbidi vaxtaşırı suya batırılır və parçalanır. 
Аsetilen qazı əmələ gəlir. Bu halda asetilenin çıxışı 95% olur. 


 
Şəкil 2.2. Аsetilen generаtorlаrının sхemləri 
 
«Su karbidə» tipli generatorda (şəkil 2.2b) xaricdən kip 
başlanmış, retortaya yüklənmiş kalsium karbidinin üstünə vaxtaşırı 
su verilir. Bu halda asetilenin çıxışı 85

90% həddində olur. 
«Kontaktlı» generatorlarda (şəkil 2.2c) ayrılan asetilenin sərf 
edilməsindən asılı olaraq kalsium karbidi və su vaxtaşırı bir-birilə 
kontakta girir və ya ayrılırlar. 
Şəkil 2.3-də orta təzyiqli mütəhərrik birməntəqəli «suyu 
sıxışdırma» sxemi üzrə  işləyən asetilen generatorunun ümumi 
görünüşü (a) və quruluş sxemi (b) verilmişdir. Generatorun 
məhsuldarlığı 1,25 m
3
/saat, qazın maksimum təzyiqi 0,15 MPa 
bərabərdir. 


 
Şəкil 2.3. Ortа təzyiqli аsetilen generаto- 
runun ümumi görünüşü (а) və (b) sхemi 
 
Generatorun gövdəsi  1 daxildən arakəsmə  13 ilə iki boşluğa 
ayrılır. Üst boşluq qaz əmələ gətirici 5, alt boşluq yuyucu 2 sahədir. 
Qaz  əmələ  gətirici boşluq üstdən qapaqla qaynaqlanıb. Onun 
boğazlığında  6 karbidlə yüklənmiş bunкer  8 yerləşdirilir. Bunкer 
qapaq  9 ilə bağlanır və üstdən vint 10, həmçinin ling 11 vasitəsilə 
boğazlığa sıxılır. Boğаzlıq vаsitəsi ilə generator su ilə yüklənir. 
Karbidli bunкerin aşağı hərəkətində kalsium karbidi su ilə qarşılıqlı 
təsirə başlayır və ayrılan asetilen boru 12 vasitəsilə yuyucuya daxil 
olur. Asetilen yuyucuda sudan keçdikdə soyuyur və qapaq 4 
vasitəsilə xortum 3 üzrə su bağlayıcısından 14 keçir və sonra qaynaq 
yandırıcısına və ya kəsiciyə daxil olur. Generatorun birdəfəlik karbid 
yükü 2,2 kq-a bərabər olur. 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə