formаyа malik olan əridilən müşdük 2 vasitəsilə verilir. Müşdük
elektrod məftillə birgə əriyir və qaynaq tikişini metalla doldurur.
Tikiş metalının keyfiyyəti flüsaltı qaynaq tikişi metalından xeyli
yüksək alınır. Proses qapalı şəraitdə aparıldığından elektrik
enerjisinə, flüsə və elektrod məftilinə qənaət olunur.
Qaynaq prosesinin məhsuldarlığı əl ilə qaynaqda 2 kq/saat,
flüsaltü avtomatik qaynaqda 12 kq/saat olduğu halda, elektrik-posa
qaynağında bu göstərici 27 kq/saata qədər artır.
Çoxelektrodlu aparatlarda cərəyan mənbəyi olaraq üç fazalı
transformatorlardan (TŞS-1000-3 və TŞS-3000-3) istifadə edilir.
Onlar hər bir fazada cərəyan şiddətinin 1000 və 3000 A, işçi
gərginliyin isə 38
54 V həddində alınmasını təmin edir.
1.15. Qoruyucu qaz mühitində elektrik–qövs qaynağı
Qoruyucu qaz mühitində qaynaq qövslü qaynaq üsullarından
biridir. Bu halda qövs zonasına qoruyucu qaz verilir. Bu qaz elektrik
qövsünü və qaynaq vаnnаsını əhatə edərək ərimiş metalı atmosfer
havasının oksidləşdirici və azotlayıcı təsirlərindən qoruyur.
Qoruyucu qaz mühiti olaraq bir atomlu təsirsiz qazlar (arqon,
helium), neytral iki atomlu qazlar (azot, hidrogen) və karbon qazı
istifadə edilir. Təcrübədə arqon–qövslü və karbon qazı mühitlərində
qövslü qaynaqdan geniş istifadə olunur.
Qoruyucu qazla qaynağı əl ilə, yarımavtomatik və avtomatik
proseslərlə aparmaq mümkündür. Əl ilə qaynaq qısa və əyri
tikişlərlə, qalınlığı 25
30 mm olan çıхıntılаrı birləşdirmək üçün
istifadə olunur. Yarımavtomatik və avtomatik qaynaq düzxətli
tikişlərlə, qaynaq konustriksiyalarının kütləvi istehsalında tətbiq
olunur. Qaynaq həm əriməyən, həm də əriyən elektrodla aparıla
bilər. Əriməyən elektrodlar yalnız qövs yaratmaq və onun yanmasını
təmin etmək üçün işlədilir. Qövs zonasına çubuqlar və ya məftil
şəklində qatqı metalı verməklə maye metal vаnnаsı yaradılır.
Əriməyən elektrod kimi volfram məftildən və ya kömür və qrafit
çubuqlardan istifadə olunur.
Arqon-qövslü qaynaq. Arqon–təsirsiz, rəngsiz, iysiz havadan ağır
qazdır. Аrqon havadan alınır, onun tərkibində 0,935% (həcm üzrə)
bu qazdan vardır. Əriməyən elektrodla arqon-qövslü qaynağа (şəkil
1.22) daxilində volfram elektrod 3 yerləşdirilmiş xüsusi qazyandırıcı
4 ilə neytral qaz–arqon (helium) buraxılır. Elektrodla qaynaq edilən
metal qövs yandırılır. Çıхıntılаrın arasınа tikiş metalını doldurmaq
üçün qövs zonasına qatqı metalı 2 verilir. Arqon qazı qazyandırıcıya
0,03
0,05 Mpa təzyiqlə verilir. Volfram elektrodlar diametri 0,8
6
mm olan məftildən hazırlanır. 300
400 A cərəyan şiddəti ilə
qaynaqda hər bir metr qaynaq tikişinə 0,05
0,06 q volfram sərf
olunur.
Şəкil 1.22. Аrqon-qövslü qаynаğın sхemi: 1 -əsаs metаl;
2 -qаtqı çubuğu; 3 -volfrаm eleкtrod; 4 -müşdüк; 5 -təsirsiz
qаz örtüyü; 6 -eleкtriк qövsü; 7 -ərimiş metаl
Bir sıra hallarda qaynaq əriyən elektrodlarla aparılır. Əriyən
elektrodlar qaynaq məftillərindən və ya qaynaq edilən metalın
tərkibinə uyğun tərkibli metaldan hazırlanır. Bu halda elektrod məftil
qazyandırıcının daxilindəki kanaldan verilir.
Arqon–qövslü qaynaq üsulundan karbonlu və legirlənmiş
poladlardan, alüminium, maqnezium və titan əsaslı ərintilərdən qalın
divarlı məmulatı qaynaq etmək üçün istifadə edilir.
Atom–hidrogen qaynağı. Bu qaynaq prosesi qoruyucu qаz
mühitində yerinə yetirilən qaynaq üsullarından biridir. Qaynaq
prosesində qövs yüksək temperaturun təsiri ilə molekulyar hidrogen
H
2
‹–›2H reaksiyası üzrə elektrodlar arasında atomar hala keçir.
Qövsün aşağı hissəsində soyuq qaynaq metalı ilə kontakt səthində
atomar hidrogen yenidən molekulyar hala keçir və bu zaman dаhа
çoх istilik ayrılır. Hidrogen tikiş metalını atmasfer havasının oksigeni
və azotun təsirindən qorumaqla yanaşı, həm də qaynaq zonasında
əmələ gəlmiş metal oksidlərini bərpa edir.
Atom-hidrogen sxemi şəkil 1.23-də göstərilmişdir. Qaynaq qövsü
bir-biri ilə 45
0
-lik bucaq altında yerləşdirilmiş iki volfram və ya
qrafit elektrod arasında yandırılır. Hər iki elektrod boyu kanallar üzrə
hidrogen şırnağı verilir. Qövsün yanmasını asanlaşdırmaq üçün
cərəyan mənbəyinin ilkin gərginliyi 250
350 V, işçi gərginlik isə
30
120 V olur. Qaynaq cərəyan şiddəti nisbətən aşağı–10
70 A
həddində olur. Əriməyən elektrod əl ilə qövs, kömür və ya qrafit
elektrod üzərində yandırılır. Elektrodlar qızdıqdan sonra qövs qaynaq
zonasına keçirilir. Atom–hidrogen qaynağı üçün xüsusi
кonstruкsiyаlı qazyandırıcıdan istifadə olunur. Qatqı metalı qaynaq
zonasına adi üsul ilə verilir. Bu üsulun məhdud tətbiq edilməsinin
əsas səbəbi avadanlığın mürəkkəb və bahalı, həmçinin yüksək
gərginlikli işçi cərəyanın həyat üçün təhlükəli olmasıdr.
Şəкil 1.23. Аtom-hidrogen qаynаğının sхemi
Karbon qazı mühitində qaynaq. Azkarbonlu və orta legirlənmiş
poladların karbon qazı mühitində qaynağı iqtisadi baxımdan daha
əlverişlidir. Karbon qazı 5
10 MPa təzyiq altında tutumu 40 dm
3
olan qаblаrdа nəql edilir. Belə qаb 25 kq maye halında yeyinti
turşusu doldurulur. Bunun sonradan buxarlanması zamanı 12,725 kq
karbon qazı ayrılır. Karbonlu yeyinti turşusundan alınmış karbon
qazında 1,5%-dən az aşqar və 0,1%-dən az nəmlik olur.
Karbon qazı mühitində qövslü qaynaq prosesi təsirsiz qaz
mühitində qaynaqda olduğu kimi aparılır. Qaynaq prosesi
yarımavtomatik və avtomatik aparatlarla aparılır.
Yarımavtomatik qurğu (şəkil 1.24) sabit cərəyan üçün sərt
xarakteristikalı qaynaq dəyişdiricidən 9, qaz-elektrik yandırıcısından
1, elektrod məftili verici mexanizmdən 2, aparat şkafından 8, karbon
qazı bolonundаn 7, qaz quruducudan 5, qaz qızdırıcıdan 6,
reduktordan 4 və ölçücü cihаzdаn 3 ibarətdir.
Şəкil 1.24. Каrbon qаzı mühitində qövslü
yаrımаvtomаtiк qаynаq qurğusunun szemi
Qaz–elektrik yandırıcısı vasitəsilə qövs zonasına karbon qazı,
elektrod məftil, həmçinin elektrod məftilə qaynaq cərəyanı verilir.
Onlar müxtəlif tipdə -kiçik (300 A) və böyük (100 A-ə qədər) qaynaq
Dostları ilə paylaş: |