Şəкil 1.28. Tiкişli qаynаğın sхemi: 1-diyircəк eleкtrodlаr;
2-qаynаq edilən təbəqələr; 3-trаns formаtor
Diyircəklərin periodik fırlanması ilə fasiləli qaynaqda sabit qüvvə
ilə sıxılma hаlı təmin olunur. Diyircəklərin dayanma anında isə
qaynaq dövrəsi qapanır (addımlı qaynaq). Bu üsulla qaynaq nöqtələri
yaxşı formаlаnır və yüкsəк keyfiyyətli tikişlər alınır. Bununla yanaşı
bu proses qaynaq maşınının konstruksiyasının mürəkkəb və
məhsuldarlığının aşаğı olması ilə fərqlənir.
Diyircəklərin fasiləsiz fırlanması ilə fasiləli qaynaq üsulu daha
geniş istifadə edilir. Bu üsul ilə müxtəlif rezervuarlar və tutumların
tikişləri, həmçinin təbəqə metallı konstruksiyalarda tikişlər yerinə
yetirilir.
Azkarbonlu və nazik paslanmayan poladlar (X18H9 tipli) tikişli
qaynaqla yaxşı qaynaq edilir. Azkarbonlu poladdan ümumi qalınlığı
2 mm-ə qədər olan təbəqələr kontakt səthinin eni 6 mm olan
diyircəklərlə qaynaq edilir. Bu halda sıxma qüvvəsi 4 kH-a qədər,
qaynaq dövrəsində cərəyanın impuls müddəti 0,04
0,06 s, onlar
arasındakı fasilə 0,02
0,04 s həddində, qaynaq cərəyanı 8
16 kA və
qaynaq sürəti ~2 m/dəq olur. Paslanmayan poladı qaynaq etdikdə
qaynaq cərəyanı göstərilən normadan 35
40% az götürülür.
Alüminium və onun ərintilərindən təbəqələr qaynaq edildikdə qaynaq
cərəyanı 22
40 kA, qaynaq sürəti 1 m/dəq-dən az, sıxma qüvvəsi
2,5
5,4 kH, qaynaq cərəyanı impluslarının müddəti bir tsikl
müddətinin 15
30%-ni təşkil edir.
Tikişli uc-uca qaynaq ilə üst-üstə qoyulub qaynaq edilən
təbəqələrin, diyircəkli elektrodların cərəyanla yüklənmiş
vəziyyətində sabit qüvvə ilə sıxılması və bütöv kontakt səthləri üzrə
birləşdirilməsi aparılır.
Diyircəklərin fasiləsiz fırlanması ilə fasiləli qaynaq daimi qüvvə
altında sıxılma ilə aparılan (şəkil 1.29) tikişli kontakt qaynaq
üsuludur. Əvvəlcə qaynaq üçün lazımi ölçüyə malik, yayılma ilə
alınmış polad lentdən diyircəklər vasitəsilə formаlаşdırılmış boruvari
pəstah 3 hazırlanır və uc-uca qаynаq səthləri 4 üstdə yerləşmiş
vəziyyətdə olmaqla transformatordan 1 qaynaq cərəyanı ilə
yüklənmiş diyircəklər 2 arasında sıxılmaqla qaynaq aparılır və
fasiləsiz tikişli üst-üstə qaynaq ilə boru pəstahı alınır. Sonra tikişli
boru kalibrləyici yayma valları arasından keçirilir. Tikişin çıxıntılı
metalı kəsilir, kəsiyin ölçüləri və formаsı düzləndirilir və onlar
lazımi boru ölçüsündə kəsilir. Bu üsul ilə divarının qalınlığı
0,5
12,5 mm və diametri 14
400 mm olan tikişli borular hazırlanır.
Qaynaq sürəti 10
15 mm/dəq-ə qədər olur.
Şəкil 1.29. Borunun tiкişli uc-ucа qаynаq edilmə sхemi
1.20. İmpulslu (kondensatorlu) qaynaq
Bu yeni mütərəqqi kontaktlı qaynaq üsulunda proses enerji
akkumuləedici qurğuda toplanmış enerji hesabına aparılır. Toplanmış
enerji ilə kontaktlı qaynaq dörd üsul ilə fərqlənir: kondensatorlu,
elektrik–maqnit, inersiyalı və akkumlyatorlu. Hazırda yalnız
kondensatorlu kontaktlı qaynaq üsulu sənayedə geniş tətbiq olunur.
Kondensatorlu qaynaqda qidalandırıcı elektrik şəbəkəsindən enerji
kondensatorun batаreyasında toplanır, sonra isə ehtiyat enerji
bütövlükdə və ya onun bir hissəsi ani müddətdə qaynağa sərf olunur.
Kondensatorlu qaynağın iki tipi vardır: kondensatorun bilavasitə
qaynaq edilən metala boşalması və kondensatorun qaynaq
transformatorunun birinci dolağına boşalması ilə qaynaq. Birinci tip
qurğunun sxemi şəkil 1.30-dа göstərilib. Kondensatorun tutqacları
bilavasitə qaynaq edilən hissələrə 2 və 3 birləşdirilib. Bu hissələrdən
biri sərt bərkidilib, o biri isə istiqamətləndiricilər 5 üzrə hərəkət
etdirilir. Mütəhərrik hissəni 2 saxlayan cəftəni 4 açdıqda yayın 1
təsiri ilə bu hissə 2 sürətlə tərpənməz hissə 3 tərəfə hərəkət edir.
Hissələr bir-birinə dəydikdə kondensatorun ehtiyat enerjisi hesabına
güclü elektrik boşalması əmələ gəlir. Bu zaman hər iki hissənin
qаynаq səthləri üzrə metal əriyir və qaynaq birləşməsi əmələ gəlir.
İmpulsun qısa müddətli olması müxtəlif en kəsikli çubuqların qaynaq
edilməsi üçün real imkan yaradır.
Şəкil 1.30. Кondensаtorlu qаynаğın sхemi:
C-кondensаtorun bаtаreyаsı; B-düzləndirici
Kondensatorun yükünün qaynaq transformatorunun birinci
dolağına boşalması ilə qaynaq, nöqtəli və tikişli birləşmələri almaq
üçün tətbiq olunur. Bu üsul ilə qalınlığı 0,005
1 mm olan məmulat
qaynaq edilir.
Kondensatorlu qaynaq elektrik ölçü və təyyarə cihazlarının, saat
mexanizmlərinin, fotoaparatların, optik cihazların və radiolampaların
hazırlanmasında tətbiq olunur.
Birləşmələrin möhkəmlik göstəricilərinin yüksək dərəcədə stabil
olması, şəbəkədən az enerji sərf edilməsi, dövrənin bərabər ölçüdə
yüklənməsi və elektrik enerjisinə qənaət edilmə imkanı kondensator
qaynaq üsulunun üstün cəhətləridir.
II FƏSİL: QAZ QAYNAĞI
2.1. Qaynaqda işlədilən qazlar
Qaz qaynağında birləşdiriləcək detаllаrın qаynаq səthini və qatqı
materialını qızdırmaq və əritməк üçün qazların oksigendə yanması
zamanı istiliк tələb olunur.
Qaz qaynağının təsnifatı istifadə olunan yanar qazların növləri
(asetilen–oksigen, hidrogen–oksigen, ağ neft–oksigen, benzin–
oksigen, propan–butan–oksigen) üzrə aparır.
Qazlar havada yandıqda alovun temperaturu qaz–oksigen
alovundakına nisbətən xeyli aşağı olur. Oksigen yanar qazların
sürətlə yanmasını və yüksək temperaturlu alovun alınmasını təmin
edir.
Qaz qaynağında üç növ texniki oksigendən istifadə edilir. Həcm
üzrə birinci növ oksigenin təmizliyi 99,7%-dən, ikinci növ 99,5%-
dən və üçüncü növ 99,2%-dən yüksək olmalıdır. Texniki oksigenin
içqarışıqları azot və arqondan ibarətdir. Oksigenin təmizliyinin 1%
azalması onun sərfini 1,5% artırır və qaynaq tikişinin keyfiyyətini
pisləşdirir.
Atmosfer təzyiqində və normal temperaturda oksigen sıxlığı 1,43
kq/m
3
olan rəngsiz və iysiz qazdır. Oksigen aşağı temperaturlu
rektifikasiya üsulu ilə havadan alınır. Bu proses havanın əsas
təşкilediciləri azotun (-195,8
0
C) və oksigenin (-182,96
0
C) qaynama
temperaturlarının müxtəlif olmasına əsaslanır. Hava maye hala
keçirilir və sonra tədricən temperaturu yüksəltməklə azot
buxarlandırılır (78%). Qalmış oksigen (21%) təkrar rektifikasiya
Dostları ilə paylaş: |