Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə46/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                     123 
Ders edelim dem dem,  
Dep edelim gam gam,  
Çok giden bu derdi gamı,  
Hu diyelüm hu hu, 
 
Sende bir hal var,  
Gel hakayalım ay,  
Biri şuder hali hanı,  
Hu diyelüm hu hu
12

 
Çanaqqala türküsü 
Çanaqqala döyüşü – I Dünya müharibəsi illərində 1915-1916-ci il-
lərdə  Osmanlı  dövləti  ilə  İttifaq  dövlətlər  (İngiltərə,  Fransa,  Anzaklar
13

arasında edilən dəniz  və quru  müharibələridir. İttifaq dövlətləri Osmanlı 
dövlətinin  paytaxtı  İstanbulu  alaraq  boğazların  idarəsini  ələ  keçirmək, 
Rusiya ilə etibarlı bir əkinçilik və əsgəri ticarət yolu açmaq, alman müt-
təfiqlərindən  birini zəiflətmək  məqsədləri  ilə  ilk  hədəf olaraq Çanaqqala 
boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərə-
fin də çox ağır itkilər verməsi ilə İttifaq dövlətlər geri çəkilmişlər. Bu dö-
yüş  məhv  olma  vəziyyətində  olan  bir  ölkənin  möhtəşəm  qələbəsi  kimi 
olaraq  əfsanələşib,  hər  vətəndaşın  xatirəsində  yaşayır.  Türkiyə  Cümhu-
riyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilmə-
yə məcbur edildiyi gün – 18 mart Çanaqqala şəhidlərini Anma günü ola-
raq  qeyd  edilir.  Çanaqqala  türküsü  də  burada  şəhid  olan  türk  əsgərləri 
üçün  yazılmışdır.  Bu  türkünün  Kastamonu,  Rodop  Priştina,  Kərkük  və 
Üsküp variantları da var.  
 
 
                                         
12
 Bosna Seti. Sultan Mehmet Fatih Gençlik Korosu Prizma Pruduction. Saraye-
vo, 2007 
13
 ANZAK – I Dünya müharibəsində ingilis ordusunda döyüşən Avstraliyalı və 
Yeni Zelandiyalı əsgərlərdən ibarət birləşmiş ordu hissəsi. Bu ordu birləşməsinin əsgər-
ləri Türkiyədə Anzaklar adlandırılır. Anzak ifadəsi Australian and New Zealand Army 
Corps (tərc. Avstraliya və Yeni Zelandiya Ordu Birləşməsi) sözlərinin baş hərflərindən 
meydana gələn abbreviaturadır. I Dünya müharibəsinin başlanğıcında bu iki ölkəyə aid 
olan birliklərin qatılması ilə yaradılan ordu birləşməsi bu qısaldılmış adla tarixdəki yeri-
ni almışdır. Antanta tərəfindən Bosfor və Dardanel boğazlarının və İstanbulun ələ keçi-
rilməsi üçün başladılan "Dardanel əməliyyatı" çərçivəsində 1915-ci il 25 aprel tarixində 
Arıburnu adlı yerdə baş verən döyüşdə Anzaklar 5 min nəfərdən artıq itki verərək geri 
çəkilməli  olmuşdular.  Türklərə  qarşı  müvəffəqiyyət  qazana  bilməsələr  də,  daha  sonra 
Yaxın Şərq və Avropa döyüş meydanlarında əhəmiyyətli xidmətlər göstərmişlər. 


Dədə Qorqud ● 2014/I I                                                                     124 
Çanakkale türküsü 
 
Çanakkale Marşı 
Çanakkale içinde bir kırık testi 
Anneler ve babalar ümidi kesti 
 
Çanakkale içinde sıra-sıra serviler  
Binbaşılar oturmuş asker öğütler 
 
Arı burnundan çıktık yan basa basa  
Hep düşmanlar kaçıyor kan kusa kusa
14
 
 
Esterqon qalası türküsü
15
 
Tuna çayının yanında bir təpənin üzərində inşa edilən Esterqon şə-
həri Slovakiyanın Şturovo (Osmanlılar zamanında Ciyərdələn) bölgəsi ilə 
Macarıstan-Slovakya sərhədini yaradırdı. Hal-hazırda şəhər Macarıstanın 
sərhədlərinə daxildir.  
Esterqon  Macarıstanın  qədim  şəhərlərindən  biridir.  X  əsrdən  XIII 
əsrin ortalarına qədər – Arpad xanədanı Kral IV. Bela zamanında paytax-
tın  Viseqrad  və  Buda  elan  olunmasına  qədər  Macarıstanın  paytaxtı  idi. 
Esterqon I Süleymanın 1529-cu  ildə I Vyanaya  səfəri  zamanı qısa  müd-
dət  ərzində,  1543-cü  ildə  isə  Sultan  Süleyman  Qanuni  zamanında  uzun 
müddət  Osmanlıların  əlinə  keçmişdir.  Bundan  sonra  Esterqon  Osmanlı 
imperatorluğunun  şimal-qərbi  sərhədlərində  çox  əhəmiyyətli  mərkəzlər-
dən birinə çevrilmişdir. 1595-ci  ildə almanlar tərəfindən  işğal edilən Es-
terqon  Sokolluzadə  Lala  Mehmed  Paşa  tərəfindən  yenidən  Osmanlı  tor-
paqlarına qatıldı və 1683-cü il almanların yenidən bu əraziləri işğal etmə-
sinə qədər Osmanlı sancağı olaraq qaldı. 
Bu  türkü  döyüşlərdən  birinin  qələbə  ilə  nəticələnməsindən  sonra 
söylənilmiş  və  bu  günə  qədər  də  sevilə-sevilə  söylənilir 
16
.  Türkünün 
mətni tarixi hadisələrdən götürülmüşdür. 
Başımızda yeşil şapka  
Al kuşağım bağladım  
Estergon’un barakalarını  
Dört dolanıp ağladım 
                                         
14
 Üngör, Etem Ruhi. Türk Marşları. Türk Kültür Araştırma Enstitüsü, Ankara, 
1966, s.183 
15
 Nuş, Aluş. Rumeli Türküleri Güfte ve Besteleriyle. İstanbul, 1996, s.112-113 
16 
Özbek. Folklor ve Türkülerimiz. İstanbul, 1975, s.381 


Dədə Qorqud ● 2014/I I                                                                     125 
Elimdeki yağlığımın  
İsleyeyim dört ucunu  
Selam söyleyiniz yarime  
Ağlamasun benim için 
 
Krakov’un mahallesi  
Ne büyüktür kalesi  
Germanların sorarsan  
Hiç bulunmaz çaresi 
 
Vogonları yağladık  
Birbirine bağladık  
Galiçyada alındık  
Estergon’da sayıldık 
 
Filiz fidan boyumuz  
Ağlar kaldı soyumuz 
Macaristan’dan döndükten sonra  
Olur bizim toyumuz
17
 
 
Eğri qalası türküsü 
Eğri qalası bugünkü Macarıstanın şimalındakı Eger bölgəsində yer-
ləşən bir Osmanlı qalasıdır. Qala 1552-ci ildə Osmanlı ordusu tərəfindən 
mühasirəyə  alındığı  zaman  göstərdiyi  mücadilələrlə  tarixə  düşmüşdür. 
Bu  qalanın  ilk  mühasirəsi  idi  və  bu  zaman  Osmanlı  ordusu  ağır  itkilər 
verərək  geri  çəkilmişlər.  Daha  sonra  1596-cı  ildə  yenidən  münhasirəyə 
alınan qala  bu dəfə III Mehmedin özünün də  iştirak etdiyi qısa  müddətli 
döyüşlə  Osmanlıların  əlinə  keçdi
18
.  80  il  vilayət  mərkəzi  olan  qala  II 
Vyana  mühasirəsinin  uğursuzluqla  nəticələnməsi  və  V  Çarlz  Loran  Dü-
kenin 1686-cı  ildə Budini  işğal etməsindən sonra 1687-ci  ildə Habsburq 
ordusuna təslim oldu.  
Türküdə  adı  çəkilən  Uyvar  Macarıstanda  əhəmiyyətli  şəhərlərdən 
biridir. Bu şəhər ilk dəfə 1593-cü ildə Lala Mehmet Paşa tərəfindən Os-
manlı torpaqlarına qatılmışdır
19

 
                                         
17
 Kakuk, Zsuzsa.  Kırım Tatar Şarkıları (Haz: Hasan Eren, Zeynep Korkmaz). 
Ankara, 1993, s.117 
18
 Zaman gazetesi, Röportaj-Dizi-İnceleme, 13 Kasım 1991, s. 8 
19
 Sertoğlu, Midhat. Osmanlı Tarih Lügatı, İstanbul, 1986, s.352 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə