Dədə Qorqud ● 2014/I I 109
Mən öldüm, anam qaldı,
Oduma yanan qaldı.
Dünyada bir gün görmədim,
Arzularım ürəyimdə qaldı.
(Şəkildən nişanam qaldı.)
Sən bu evin xanısan,
Xanısan, sultanısan.
Gözümü hərrərəm belə
Görümmürsən, hanı sən?
Köynəyin ağa dönsün,
Yuduxca ağa dönsün.
Bircə gün qonağım olsan, ana, yüz il qonax saxlaram,
Ürəyim dağa dönsün.
Çırağı qura bilmədim,
Quruf bura bilmədim.
Azreyil ova çıxanda, ana,
Qarşı dura bilmədim.
Əlimnən piçax tüşdü
Bilmədim, haçax tüşdü.
Azreyil sinəmə çökəndə
Həkimim qaçax tüşdü.
Mən aşıx xəsdə yeri,
Xəsdəsən, asda yeri.
Qiyamat o gün qopar,
Yığıla xəsdə yeri.
Qardaşdar, ay qardaşdar,
Yağış yağar, qar başdar.
Ölsə, bacılar ölsün
Heç ölməsin qardaşdar.
Gəl gedəh dağa, qardaş,
Qar yağa-yağa, qardaş.
Sən duman ol, mən çisgin,
Çəkiləh dağa, qardaş.
Dədə Qorqud ● 2014/I I 110
Mən öldüm, anam qaldı,
Oduma yanan qaldı.
Dünyada gün görmədim,
Daşdan nişanam qaldı.
Anam, anam, öz anam
Qoynu dolu köz anam.
Gəlsin anam, öz anam
Desin bircə söz anam.
Anam, anam, öz anam
Qoynu dolu köz anam
Yad ağlar yanlış ağlar.
Qoy ağlasın öz anam.
Söylədi: Verdiyeva Sona Tanrıverdi qızı. Təvəllüdü 1959. Orta təhsilli.
Maral durduğu yerdə
Boynun burduğu yerdə.
Məni vuran elə vurdu,
Qaldım döşəli yerdə.
Mələ, ceyranım, mələ.
Balamı vermə ələ.
Mən mələdim, gəlmədi,
Sən mələ, bəlkə gələ.
Ay balam, bala dağı
Bağ dağı, bala dağı.
Hər dərtdən betər olar,
Anaya bala dağı.
Əzizim, bada getdi
Yel vurdu, bada getdi.
Fələh bir tələ qurdu,
Gör balam bada getdi.
Azreyil can üsdədi,
Susuyuf, qan üsdədi.
Alma balamın canın,
Balam nişan üsdədi.
Dədə Qorqud ● 2014/I I 111
Ərşində sijim gördüm,
Çəhdihcə sijim gördüm.
Mən balamnan ayrılmazdım,
Fələyin güjün gördüm.
Başı bəlalı dağlar,
Divi kölgəli dağlar.
Burda bir qəriv ölüv,
Haçan el gəliv ağlar?
Bağında var, gəvalı.
Başım oldu havalı.
Allah gör nə dərt verdi,
Başım oldu havalı.
Bağda üzüm ağacı,
Üzüm düzüm ağacı.
Bağa baltalı girdi,
Kəsdi bizim ağacı.
Bağımda üzüm qara,
Yeməyə üzüm qara.
Arzum başa çatmadı,
Yannızda üzüm qala.
Bu dərdin əllisinnən
Yüzünnən, əllisinnən.
Yoxdu bu dərdə çara
Soruşdum əllisinnən.
Mən səni el bilirdim,
Başımda tel bilirdim.
Uca dağlar başında
Qurumaz göl bilirdim.
Söylədi: Əsədova Cəmilə Zülfüqar qızı. 1954-cü il təvəllüdlü. Təhsilsiz.
Rəvayət
Bir dəfə Musa peyğəmbər görür, camahat toplaşıf. Hamı dikkətnən
qulağ asar. Bir nəfər qalxar deyər, ya Musa, sənnən də bilihli alim varmı?
Dədə Qorqud ● 2014/I I 112
Musa peyğəmbər deyir, xeyir. Bu sözdən bir qürurranır. “Xeyir” deyən
kimi Allah-Taaladan qəlbə salınıb da. Deyir, ya Musa, səhv elədin. Birin-
ci, elm elə bir dəryadı ki, onu bir adam qavrıya bilməz. İkinci bir tərəf-
dən, bu dünyada elə bir şəxsiyət var ki, onun mərtəvəsi sənnən yühsəhdi.
Heç o qürrələmmir. Deyir, ya Rəbbim, o kimdi? Qəlbə salınır da. Deyir,
mən onu görə bilərəm? Deyir, görərsən. Necə görə bilərəm onu? Deyir,
bir diri balıx götürürsən, balığı harda itirsən, onu orda taparsan. Musa
peyğəmbər bir gün sumkaya balıx qoyar, bir şagirdinnən barabar yola
tüşər. Bullar dənizin qıraana çatıllar. Yoruluv oturullar dənizin qıraanda.
Yuxu tutur bulları. Soora duruf gedillər. Ajıflar. Deellər, oturax kölgədə
çörəh yəəh. Baxıllar sumkada balıx yoxdu. Deer ki, ya Musa, balıx yox-
du. Deer, yəqin orda tüşüf balıx. Biz otuduğumuz yerdə. Yuxulamışdıx.
Qayıdax. Qayıdıllar, gəlillər görüllər, bir arıx kişi var. Salamlaşıllar.
Deer, siz kimsiniz? Deer, siz axdaran adam. Axı bunun da qəlbinə salıf
Allah-Taala. İki şeyə inananda dinə inammış olursan: birinci, qəlbə sa-
lımmağa; ikinci, gözə görümməyə. Qəlbinə salır, deer, sən bu işi gör.
Nəysə, deer, mən sənnən yoldaş ola bilərəm? Deer, xeyir. Sən mən tutdu-
ğum işdərə dözmərsən, elədiyim işdərə dözmərsən. Deer, yox, dözərəm.
Şagirdi qayıdır. Bu da olur Xıdır peyğəmbər. Həmən arıx kişi. Bir xeylax
yol gedənnən soora bulların yolu dənizdən tüşür. Gəmiyə minih başda-
nanda bulların ikisini də gəmiyə götürüllər. Heç birsinnən də nə bilet
isdəmillər, nə pul isdəmillər. Çünki alınnarında peyğəmbərrih var, nur
var. Həmən nura görə də bullardan heş nə tələb eləmillər. İndinin özündə
nurru insannar olanda isdə-isdəməz hörmət eliyirsən. Tanıdın, tanımadın.
Nəysə, bir neçə gün gedənnən soora həmən arıx kişi gəminin iki yan
taxdasın qopardır, gəmiyə su dolur. Deellər ki, sən neylədin, nə iş gördün
belə? Bular bizə pissih eləmədi ha! Bizdən pul da isdəmədilər, bilet də tə-
ləb eləmədilər. Gəmi bata bilər. Deer, əşi, mən saa nə dedim? Dedim ki,
mən elədiyim hərəkətə sən dözməzsən. Nəysə, çıxır çöldə yol gedillər.
Bir qədər yol gedənnən soora görüllər yolun qıraanda dört-beş yeniyetmə
oynuyur. Yeniyetmə də on üş-on dört yaşında oğlan uşaxlarıdı da. Xızır
peyğəmbər bunnan ayrılır. Gedir uşaxlarnan söhbət eliyir. Görür, bu
uşaxlardan birini götüdü çaxdı yerə. Getdi ki, uşağ ölüfdü. Dedi, əşi, sən
nağardın? Bu uşağı niyə öldüdün, saa nağarmışdı? Bəlkə atanın-ananın
bircəsidi? Bəlkə bunnan gələcəhdə bööh insan olajeydi. Dedi, saa dedim
ki, sən dözmərsən. Nəysə, qayıdıf gəlir, deyir, ayrılax. Deer, yox, ayrıl-
mıyajam. Genə gedəjəm. Amma deer ki, axırda sana deəjəm nə olufsa.
Gedif bir kəndə girillər. Ajıflar da çörəhləri qutarıfdı. Hası qapıya gedil-
lərsə, nəyinki bullara çörəh verillər, bulları təhqir eliyillər. Söyüllər, dala-
şıllar. Kətdən çıxanda görüllər möhrə dağılıfdı, bizdərdə barı deyillər,
Dostları ilə paylaş: |