Dədə Qorqud ● 2014/I I 101
Azərbaycan folkorundan yeni nümunələr
YEVLAXDAN TOPLANMIŞ FOLKLOR ÖRNƏKLƏRİ
Yevlax rayonu Bakıdan 293 km aralı, Kür çayının sağ sahilində
Qarabağ düzündə yerləşir. Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları-
nın yuxarı hissələri Yevlax rayonu ərazisindədir.
Yevlaxın çox qədim tarixə malik olduğunu Aşağı Salamabad kəndi
ərazisində rast gəlinən Ərəş mahalının qala divarları sübut etməkdədir.
Orta əsrlərin qüdrətli şəhəri olub, Böyük İpək yolunun üzərində yerləşən
Ərəşin Kür çayının daşması nəticəsində yuyulub aparıldığı və ya tor-
pağın altında qaldığı ehtimal edilir. Varvara kəndi yaxınlığında “Gözətçi
qalası”, Malbinəsi kəndində aşkar olunmuş küp qəbiristanlığı, Kövər
kəndindən 1,5 km aralı yerləşən küp qəbirlər Yevlax ərazilərinin qədim
yurd yeri olduğunu sübut edir.
Folklorun toplanması işində stasionar yolla öyrənmənin uğurlu nə-
ticələri bəllidir. Odur ki, biz də qədim yaşayış məskəni olan Yevlax əra-
zisində yerli sakinlərlə görüşərək zəngin folklor ehtiyatına malik olan
yaşlı insanlardan müxtəlif mətnlər yazıya almışıq. Bu mətnlər içərisində
laylalar, bayatılar, atalar sözləri və məsəllər, rəvayətlər, etnoqrafik
mətnlər çoxluq təşkil edir. Mətnlər yazıya köçürülərkən dil-üslub, dia-
lekt-şivə xüsusiyyətlərinin qorunmasına diqqət yetirilmişdir. Yazıya alın-
mış folklor örnəkləri Yevlax ərazisində müxtəlif folklor janrlarının möv-
cudluğunun göstəricisidir. Bayatılar içərisində ağıların çoxluq təşkil et-
məsi də təsadüfü deyil. “Qarabağın qapısı” adlandırılan Yevlax torpağı
Qarabağ savaşında onlarla şəhid vermişdir. Bu itki, bu həsrət Səidə
İskəndərovanın, Sona Verdiyevanın, Cəmilə Əsədovanın ürək yanğısı ilə
söylədikləri ağılardan aydın duyulurdu.
Nigar HƏSƏNOVA
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun
böyük elmi işçisi
YAS ADƏTLƏRİ
Bizim əjdaddarımız oluf. Deerdilər, üzür tüşən evdə üş gün yeməh
yeməh haramdı. Aylə üzvlərinin mənzilində yeməh yeməh haramdı. Ol-
lara münasif adamlar yeməh hazırramalıdı. Üş-beş nəfər adam, nə qədər
Dədə Qorqud ● 2014/I I 102
adam qalıfsa evdə, ollar qazan asmalı dööllər. Tədarük yığıf gətiməlidi-
lər. Son dövrrərdə bir icgi qalıfdı məclisdə olmuya.
Can verən adamın üsdündə güzgü, daş qoyullar. Xanımların adəti-
di. Soora cənazəni aparanda yuat yerinə, onu götürüllər. Ona görədi ki,
güzgüdə oon nəfəsi bilinsin, can verməyi bilinsin. Bu ülf adətdi, islamda
belə adət yoxdu. Daşı atıllar, guya qapıdan bu ağırrıx bunnan gessin. İn-
san varsa, ölüm də var.
Hüzr yerrərində belə bir adət də var: vəfat eliyən şəxsin altına pam-
bıxdan yorğan-döşəh düzəldif qoyullar. Guya ölü rahat olsun. Ama var
da, bu gün var. Soora yuat yerinə şam qoyullar, işıx. Güya ruh gəlif qapı-
nı tafsın. Bir də deellər, yuat yerində üş gün çırax yandırılır. Rəhmətə ge-
dənin oğul övladı yandırmalıdı. Oğul çırax yandırandı – məsəli burdandı.
İslam dinində bu yoxdu, ama toplum adət kimi qəbul eliyif. Yelaxda 40
verillər. Bir toplum da var ki, ollar 52 də verillər. Şəriyətdə nə 3, 7, 40,
nə də ki 52 yoxdu. Dəfn vacifdi. Tutalım, məəm atam ölüf, pulum yoxdu.
Qaşqınam, gəlif sığınmışam bu rayona. Deməli, mən dədəmə ehsan
verəmmirəm. Onda küsürəm. İnsan qəbiri ziynətləndirməz. Qəbir insanı
ziynətləndirər. Bax burda bir seyidimiz ölüf bizim – Seyid Yusif ağa.
Yaxında vəfat elədi. İinanırsızmı, elə qarşıdurmaların qavağın alıf, oon
şahidi mənəm. Seyid Yusif ağa əslində övliyadı. Bu, elə münaqişələrin
qarşısın alıf ki.
RƏVAYƏT
Bir uşax doğuldu. Bu, dünyaya kor doğuldu. Gözdədilər, uşağın
gözdəri açılmadı. Məçidə bir kəndir bağlamışdılar. Gediv orda ibadət eli-
yif Allahın rəsulun eşidif qayıdırdı. Qəlbinin gözüylə görürdü bu, Allahı.
Bir günnərim o qədər insannar təbiyətin gözəlliyinnən, əsrarəngiz ziynə-
tinnən danışanda bu, yavaş-yavaş fikirrəşdi ki, mən Allaha neynəmişəm,
məni kor yaradıf? Gəldi peyğəmbər həzrətdərinin yanına. Dedi ki, sənin
bir nəvən dünyaya gəlif, İmam Hüseyin adında. Deyillər, sən çox şikəs-
dərə şəfa verirsən. İndi sən dua elə, mənim gözdərim açılsın. Mən neylə-
mişəm ki, Allah məni kor yaradıf? Cəbrayıl dedi, ey peyğəmbər, müba-
rək ağzının suyunu Əbu Bəsrin gözdərinə çək. Göz şəfa tapdı. Əbu Bəsr
bir az keçənnən soora tutdu peyğəmbərin yaxasınnan. Dedi, qaytar məni
korruğa, isdəmirəm gözüm görsün. Dedi, Əbu Bəsr, özün ağladın, özün
iltimas elədin. Mən də Allaha əl aşdım, bu toplumun qabağında möcü-
zəmnən səni sağalda bilməsəydim, peyğəmbərriyim xətaya tüşəjəydi. İn-
di, niyə sən korruğ isdiyirsən? Dedi, mən Allahı qəlbimin gözüynən tanı-
mışam. Bu insannarın bir-biriynən qeybətinə, həsədinə baxıram, isdəmi-
rəm mənim gözdərim görsün. O boyda görməyi isdiyən bir adam kor da
Dədə Qorqud ● 2014/I I 103
dünyadan getdi. İndi, insanda qəlbinin gözü açıq olmalıdı. Bir gözə daş
dəyər, kor olar, xəsdəlihdən tutula bilər. Ama qəlbin gözü kor olmax –
bu, çox çətin məsələdi.
Söylədi: Hacı Namiq Əliyev, 1959-cu il təvəllüdlü. Axund.
RƏVAYƏT
Nəbiyə buyrux gəlir kin, sən səər duruf üş yolun ayrıcına çıxarsan.
O yolun mən dediyim istiqamətinnən gedərsən. Tutax kin, sağ tərəfnən.
Amma getdiyin yollardan birincini udarsan – qarşına çıxanı udarsan.
İkincini gizdədərsən. Üçüncünü razı salarsan. Dördüncünü azad edərsən.
Beşincidən qayıdarsan. Bu Nəbi durdu səər, getdi - deyilən yolnan getdi.
Gördü bunun qarşısına bir dağ çıxdı. Dedi, Allah, mən bu dağı nə cürə
udajam. Bu, dağa yaxınnaşdıxca dağ oldu bir balaca həb. Götdü bunu
uddu. Genə yoluna davam eliyəndə gördü munun qarşısına bir şəxs çıxdı.
Əlində üsdüörtülü bir mejmahıdı – sini. Verdi muna. Bu aşdı bu siniyə
həmin şəxs baxanda gördü içi dolu hamısı zinyətdi. Bunu gizdətdi. Başın
qaldırdı kin, o şəxs yoxdu, gizdətdi, getdi. Getdiyi yolnan davam eliyən-
də bunun yolu bir meşə kənarıynan düşdü. Gördü kin, bir quş gəlir, istədi
bu quşdan qaşsın, özünü gizdədəndə tez bir şəxs bunun dalınca çıxdı,
dedi kin, onu yaralama. Onu nə qovalama, nə də vurma. Quşu saxladı
əlində. Şəxs buna yaxınnaşanda quş dilə gəldi. Dedi kin, məni vermə ona,
azad elə. Bu şəxs də dedi kin, onu maa ver. Dedi, nəə görə? Dedi, mən
ovçuyam. Onnan bala saxlıyıram. Aparajam. Onu satsam, azuqəmdi,
uşağıma yeməhdi. Dedi, bunun hakqı nədi kin? Mən bunun məbləğin
versəm, verərsənmi? Dedi kin, hə. Allah heş gəsi heş gəsin yanında cibi
boş, üzü qara eləməsin. Mən də deerəm, Allah kişiləri arvatdarın yanında
üzüqara eləməsin. Qadınnarı da övlatdarının yanında üzüqara eləməsin.
Amma kişinin də civinin biri dolu olsun, biri boş – iksi dolu olanda yolun
azır, ikisi boş olanda fikir eliyir. Nəysə, quşu azad elədi. Dördüncüsün
razı saldı. Genə yoluna davam elədi. Yenə gedəndə gördü kün, bir dağa
tərəfdi – dağa qarşı gedir. Dedi, ay Allah, mən nağayrım? Bu dağa yaxın-
naşdı. Nə illah elədi, yaxınnaşa bilmədi. Gördü, irağ üzdən, elə pis iy
gəlir... Qayıtdı. Qayıtdı, gəldi. Gejə yuxuda genə gəldi yuxusuna. Dedi,
mən dediyimi elədin? Dedi, elədim. Dedi, bilirəm elədin. Yanı deerəm,
elədin. Amma de görüm, nə annadın? Dedi, nə bilim. Dedi, desəm bilər-
sən, öyrənərsən? Dedi, hə. Dedi, öyrədərsən? Dedi, hə. Dedi, o birinci
gördüyün səbrdi. Abırrı adamda səbr olur. Kiminsə səbri var, onda abır
var. Abrına sığınır, özünü basır. Səvirri adam həməşə hörmətdi olur.
İkinci, dedi, dünya malında gözün-könlün toxdu. İnsanın düşmanı nəfsi-
Dostları ilə paylaş: |