Dədə Qorqud ● 2014/I I 113
Ağdaşda möhrə deyillər – həhətyanına. O barı uçufdu, daşdarı tökülüfdü.
Deer, gəl köməh elə, barının uçan yerini düzəldəh. Deer, bu camahata da
adam iş görərmi? Gedif işdiyif çörəh pulu qazanarıx da. Deer, maa kö-
məh eliyirsən, elə. Eləmirsən, yaxşı yol. Köməh eliyir, barını düzəldillər.
Bir qədər gedənnən soora deyir, biz ayrılmalıyıx. Amma saa deməliyəm,
nəyə görə. Deer, o gəmi iki-üş kasıf qardaşın gəmisiydi. O gəmiynən ol-
lar neçə vaxt ıdı, dolanırdılar. Bu gəmiyə bu yerin padşahının gözü tüşüf-
dü, əmini olların əlinnən almağ isdiyir. O gəmini şikəst elədim ki, padşa-
hın qəlbi küssün, gəmini tələb eləməsin. Deer, uşağı niyə öldüdün? Qə-
şəng uşağ ıdı. Deer, onun zahiri gözəldi. Batini çox çirkindi. Ata-anasının
bir dənəsidi. Ata-anası çox dindar insannardı. Allaha yaxın adamlardı,
ibadıtçidilər. O uşax böyüdühcə ata-ananı cəhənnəmə yandırajehdi. O
ata-anaya Allah-Taala yeni bir evlat verejehdi. O evlat o qədər yaxşı ola-
jehdi ki, nəyinki özünü, hətda yetdi arxa dönəninin də adın saxlıyajehdi.
Deer, bəs barını niyə dedin düzəlt? Dedi, o barının altında xəzinə var, o
xəzinə iki yetim uşağın kismətidi. Uşaxlar hələ körpədilər, balacadılar.
Onun üsdün örtdüm, gizli qalsın, o uşaxlar yiə dursunnar.
DƏRDƏ DƏRMAN
Bir nəfər çox ağır xəsdə olur. Neçə loğman yanına gedirsə, buna
çarə olmur. Deer, öləjəhsən sən. Çarə yoxdu. Bir gün görür ki, çovan
gəldi. Bir qara qoyunu sağdı, yekə bir qavda ojağın üsdə qoydu. Covan
getdi, bir ilan gəldi. Gəldi, bu südü işdi. Təzdən qaytardı – qusdu. Həmən
nəfər də gedir ki, elə canın qutarsın da... Görür axı, ilan işdi, qaytardı. O
ilan qaytaranı içir ki, ölsün. Ölmür, dirilir. Gedir loğmanın yanına ki, sən
nə təhər loğmansan? Loğman deer ki, hardan alaydım mən yetdi il kısır
qalmış qara qoyunun südünü, gözdərinin zəhərini. Hiss eliyir ki, dərmanı
buymuş daa. Zəhərnən süd qarışıf, bunu yaxşı eliyif.
UŞAQ OYUNLARI
Sümbəsürüh
Axşam qarannığında yığışırdıx dört-beş oğlan qız – qatışıx. Sümü-
yü atırdıx. Qarannıxdı axı. Kim tapıf gətisə, qalib hesav olunurdu.
Mıxca
Çala qayırırdıx. Çalada çurzu deyillərdi. Mıxcalar düzəldirdih. Kim
ki mıxcaları yıxa bilirdisə, o çubuxları alırdı, o vururdu. Gətirirdi, sən
vururdun. Necəsini yıxa bilirdinsə, onu götürürdün.
Dədə Qorqud ● 2014/I I 114
Dirədöymə
Dayirəvi xət çəkir, dirə qoyurdux ayaxlarının altına, tokqanın. Bir
qurup da gəlirdi ki, əlinnən alsın. Bu dirəçinin nə qədər vurullarsa, aya-
ğın çəhmir. Ayağın çəkən kimi tokqanı götürürdülər, təzdən vururdular.
QARAVƏLLİ
İki nəfər olur, bir əzcə şişirtmə danışandılar. Biri yaxşı balıx tutar-
mış. Üç oğlu varmış. Kişinin adı Rüsdəm idi. Böyüh oğlunun adı Mirzalı
idi, ortancılın adı Namaz, balacanın da adı Mehbalı. O biri nəfər də yaxşı
bosdan əkən olufdu. Adı Aydınıdı. Bir gün bullar söhbət eliyillər. Rüs-
dəm kişi deyir ki, ay Aydın, Qasım şahadında bosdan əhmişdih. Bizdə
yer addarıdı – Qasımşahat, Şəhbəli, Ağalı, Bağlar, Koğuşdu, Ada. Deer,
orda qarmax vururdum, yaman bərəkətdi yerdi. Bir gün qarmağıma balığ
ilişdi. Nə qədər çəhdim, çıxarda bilmədim. Böyüh oğlumu çağırdım –
Mirzalını. O da gəldi, köməh elədi, çıxarda bilmədi. Namazı çağırdım, o
da gəldi, çıxarda bilmədi. Nəysə, çıxartmax mümkün olmadı. Çıxıram
balığın belinə. Balığın başı Kürün bu tayındadı, quyryğu o biri taydadı –
Qarabağ üzündədi. Bu da qulağ asır diqqətnən. Deer, ay Rüsdəm, sən çox
düz deersən. O yer bilirsən, nə qədər bərəkətdi yerdi. Bir dəfə mən də
orda bosdan əhmişdim, Yuxarı Qarxın, Aşağı Qarxın, Yevlax daşıdı,
qutarammadı. Bir gün gəmiynən Kürün o tayına keşmişdim. Baxıram,
Kürün bu tayınnan qarpızın şüyü keçiv o üzə. Ə, bosdan burdeymiş. Nə
qədər camahat daşıyıf qutara bilmir. Deer, Aydın, bəsdi, qarpızın şüyün
çək. Deer, hara çəkirəm, sən balığın belinnən tüş, mən qarpızın şüyün
çəkim. Bax belə bir qaravəlli.
Söylədi: Bərxudarov İsa Camal oğlu. 1933-cü il təvəllüdlü,
təqaüdçü.
RƏVAYƏT
Ağıllı şəyird
Keşmişdə loğmannar özünə bir köməhci götürürdülər axı. Öyrət-
məyə. Loğman görür ki, kətdə bir ağıllı uşax var. Atasına deer, bunu
şəyirtdiyə götürür. Uzun müddət oğlan loğmannan işdiyir. Oğlan da bö-
yüyür. Bir gün xəsdə gəlir. Loğman bunun baş qapağını götürməh isdiyir.
Nədisə, başının içindədi, çığırır, dayammır. Şəyirtnən bir yerdə hazırrı-
yıllar otaxda. Loğman dərini soyar, baş qapağın götürər xəsdənin. Görür
ki, bunun beyin pərdəsində bir gənə var. Yapışıf beyincihdə. Makqaş
əlində qalır məətdəl. Şəyirt də baxır loğmanın işinə. Şəyirt yavaşca deer
ki, qızdırbas. Loğman deer, həə. Makqaşın arxa tərəfin qızdırır, gənənin
arxa tərəfinə tutanda gənə qaçır. Keçir o tərəfə, loğman götürür. Xilas
Dədə Qorqud ● 2014/I I 115
eliyir xəsdəni. Loğman şəyirdə deer, sən mənnən çox bilirsən. İndi iki-
mizdən birimiz yaşamalıyıx. Dərman hazırrıyajam: sifdə mən hazırrıya-
jam, sən içəssən. Sağ qalsan, sən hazırra, mən içəjəm. Loğman gedir, zə-
hərri dərman hazırrıyır. Bu hazırramağa başdıyanda şəyird gedir işini
görür – qırx dənə bööh süd vannası hazırrıyır. Gəlir loğmannan dərmanı
içir, qaçır o qaynar vannalara – birinciyə, ikinciyə, ... qırxıncıya. Ölmür.
Şəyird gedir dərmanı hazırramağa. Qarannıx balaca otaxda yarım metir
keçəni qoyur həvəhdəsdənin üsdünə. Loğman da gəlir bunu güdür ki, bu
nə səsdi, şəyirt nə hazırrıyır? O da bilir ki, loğman gələjəh bunu güdmə-
yə. Başdıyır döyməyə keçəni. Bir gün, iki gün... Qırxıncı gün qapıdaca
loğmanın ürəyi partdıyır ölür.
Söylədi: Həsənov Eldar Fəttah oğlu, 1947-ci il təvəllüdlü. Ali
təhsilli.
Dostları ilə paylaş: |