Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə51/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   46   47   48   49   50   51   52   53   54

Dədə Qorqud ● 2014/I I                                                                     139 
 Аy görüb ağlın əsdimi? 
Gün görüb könlün əsdimi? 
Atının başın darta gəl, 
Üzəngini basdırma. 
Ariz dedi: 
Ay görüb ağlım əsmədi, 
Gün görüb könlüm əsmədi, 
Atımın başın dartaram 
Üzəngini basdırmam. 
 
O zaman dav (pəhləvan) bir zat sezdi, atı çapa-çapa Arizi alıb get-
di. Onda Xanber yerdən bir qıl tükü alıb silkələdi, bu zaman Xanberə yü-
yənli  bir  at  və  geyim  peyda  oldu.  Onları  geyib  Xanber  onların  adından 
getdi. Bir neçə gün gedəndən sonra onlara çatdı. Yaxınlaşanda Ariz Xan-
beri görüb gülümsədi. O zaman adamlar davdan (pəhləvandan) muştuluq 
istəyirdilər,  –  güləyən  gəlir  –  deyirdilər.  O  dav  üçünə  üç  türlü  heyvan 
verdi.  Xanber  də  arxada  görünə-görünə  bir  çöllükdə  gəlirdi.  O  zaman 
Ariz  giyova  (kürəkənə)  dedi:  “İndi  mən  ağladığım  səni  sevmədiyimdən 
deyil, bir adətdir edib ağladım. İndi mən su ilə yuyunayım, başqa geyim 
geyəyim,  sən  başqa  arabaya  min”  –  dedi.  O  zaman  kürəkən  başqa  ara-
baya minir. Ondan sonra araba sürənə deyir: “Su kənarına sür”. Su kəna-
rına çatanda Xanber gəldi, Arizi atının tərkinə alıb getdi. O zaman araba 
sürən  davdan  qorxub  ürəyi  gedib  yıxılır.  Xanberin  arxasınca  atlılar  çap-
dılar.  Çapa-çapa  Xanber  və  Ariz  bir  dənizə  çatdılar.  O  dənizdən  necə 
keçsinlər  bilmədilər.  Xanber  dedi:  “Atla  birgə  keçək”.  O  zaman  Ariz 
istəmədi, sonra Xanber dedi: “Mən atla keçim, sən sonra keçərsən”. Ariz 
suyun  kənarında  durur.  Xanber  atla  suya  girdi.  Girəndə  Xanber  atla  bir 
yerdə batdı. Onda Ariz ağlayaraq su boyu qaçıb bir dilək diləyib oxudu: 
 
Ay miras, miras! 
Xanberim gedib batadı. 
Qol (əl) ver, qədirli yas (tanrı elçisi), 
Bu mahnını oxuyub. 
 
Bundan sonra Tanrı elçisi qol (əl)  verdi, Xanberi  dənizdən aldı  və 
kənara qoydu. Ariz gəlib  xəncəri götürdü, ürəyinin  başına qoydu, sapını 
Xanberin ürəyinə saldı, xəncərin üstünə yıxılıb, ikisi bir yerdə öldülər. 
 
 


Dədə Qorqud ● 2014/I I                                                                     140 
Сол ерди Аризди бермей давдан алып къалды. Дав оьди болса 
да  акетиек  эди.  Сол  ерди  эки  хабыр  къазып  Ханбер  мен  Аризди 
салдылар.  Ханберди  бир  оьмир  мен  екеви  сакъ  этип  къавышкъан 
эситилип. Адемлер экевин къазып алып денъиздин бир ягъына бире-
вин, экинши бир ягъына биревин коьмеген. Денъиздин ортасын ан-
на йолда “Аш ишинъиз” дийтагъан обыр къурткъадын хабыры бол-
гъан. Денъиздин эки ягъында хабырыгъа хурма терек биткен. Орта-
сында  обыр  къурткъадын  хабырына  шошкъа  тегенек  терек  биткен. 
Къалгъанлар онъып оьскенде къалгъан. 


Dədə Qorqud ● 2014/I I                                                                     141 
O  igid  Arizi  verməyib  davın  əlindən  aldı.  Dav  ölü  də  olsa,  Arizi 
aparmaq istədi. Sonra o yerdə iki qəbir qazıb Arizlə Xanberi basdırdılar. 
Qəbiri bağlayanda Xanberlə Arizin bir olduğunu eşitdilər. Adamlar qəbri 
qazıb  birini dənizin  bu tayında, birini o biri tayında basdırdılar. Dənizin 
ortasında  isə  ona  yolda  “Aş  yeyin”  deyən  qarının  qəbri  idi.  Dənizi  iki 
tayında qəbirlərdən xurma ağacı bitdi. Ortasında qarının qəbrində tikanlı 
itburnu kolu bitdi.  
 
 
Azərbaycan dilinə uyğunlaşdıran A.Xürrəmqızı 
 
 


Dədə Qorqud ● 2014/I I                                                                     142 
Rəylər 
 
FOLKLOR ÇƏLƏNGİ 
Professor  İsrafil  Abbaslı  XX  yüzilliyin  yetirdiyi  böyük  folklorşü-
naslardan  biridir.  Onun  ən  böyük  xidmətlərindən  biri  də  erməni  əlifbası 
ilə  yazıya  alınan  Azərbaycan  folklor  örnəklərini  tərtib  və  tədqiq  etmə-
sidir. Bu yöndən alimin tərtib etdiyi “Folklor çələngi” xüsusilə dəyərlidir. 
Onun  tərtib  etdiyi  “Folklor  çələngi”  altı  bölmədən  (“İkidilli  şeirlər”, 
“Atalar  sözləri  və  məsəllər”,  “Bayatılar”,  “Aşıqlar  və  el  şairlərinin  şeir-
ləri”,  “Müxtəlif  şeirlər  və  xalq  nəğmələri”,  “Dastanlar”)  ibarətdir.  Bu 
tərtib  işi  XVII-XIX əsrlərə aid əlyazmalardan seçilmişdir. Kitab 2008-ci 
ildə işıq özü görsə də, erməni əlifbası ilə yazıya alınan bu folklor örnək-
lərinin ilk tərtib işi kimi olduqca diqqətəlayiqdir. Tərtib kitabında verilən 
folklor materialları əsasən dörd elmi idarədən, yəni M. Maştos adına Qə-
dim  Əlyazmaların  Elmi-tədqiqat  İnstitutu  (Matenadaran),  Ermənistan 
Respublika  Xalq  Yaradıcılıq  Evi  (PXYE),  Ermənistan  Ədəbiyyat  və 
İncəsənət  Muzeyi  (ƏİM)  və  Ermənistan  Elmlər  Akademiyası  Arxeolo-
giya  və  Etnoqrafiya  İnstitutundakı  (AEİ)  əlyazmalardan  seçilmişdir.  Er-
məni  əlifbası  ilə  yazıya  alınan  Azərbaycan  mədəniyyətini  özündə  əks 
etdirən  bu  folklor  materiallarının  qırx  doqquzu  Matenadarandan,  iyirmi 
biri  PXYE-dən,  səkkizi  ƏİM-dən,  altısı  isə  AEİ-dəki  əlyazmalardan 
götürülmüşdür.  Professor  İsrafil  Abbaslı  bu  tərtib  kitabına  bir  çap  vərə-
qindən  artıq  ətraflı  ön  söz  yazmışdır.  Tədqiqatçı  göstərir  ki,  ana  dilimiz 
bütün  Qafqazda  geniş  yayılan  dil  olduğundan  onun  müsbət  təsiri  qonşu 
xalqlarda da özünü biruzə vermiş, müxtəlif əlifbalarda Azərbaycan şifahi 
xalq  ədəbiyyatı  örnəklərinin  yazıya  alınmasına  şərait  yaratmışdır.  İsrafil 
Abbaslı yazır: “Xalq danışıq dili – Azərbaycan türkcəsi geniş bir ərazini-
tarixi  Azərbaycan  torpaqları  daxil  olmaqla  bütün  Qafqazı,  Anadolunun 
əksər  məntəqələrini(bu  məkana  İrak-Türkmən  folklor  mühitini  də  əlavə 
etmək mümkündür) çevrələmişdir. Onlarla mənəvi mədəniyyət abidələri-
müxtəlif  əsrlərdə  yazıya  alınmış  çoxsaylı  cüng  və  əlyazmaları  da  bunu 
təsdiq  etməkdədir.  Maddi-mənəvi  irsi  əbədiləşdirən  bu  abidələr  XVI 
yüzilliyin  əlyazmalarından  üzü  bəri  gürcü  və  erməni  əlifbaları  ilə  Azər-
baycan  türkcəsində  yazıya  alınmış  folklor  örnəkləri  də  bu  ədəbi-mədəni 
hadisənin tərkib hissəsi kimi diqqəti cəlb etməkdədir” (1, 4).  
Maraqlıdır  ki,  dilimizin  zənginliyini,  bütün  Qafqazda  nüfuz  etmə-
sini  bəzi  erməni  alimləri  vaxtilə  etiraf  etmişlər.  Belə  ailmlərdən  biri  də 
Papazyandır.  O  yazır:  “XIII-XVI  yüzilliklərdə  erməni  poeziyası  fars  və 
türk (Azərbaycan) dilinin təsiri altında inkişaf etmişdir” (2, 301). 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə