Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə52/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   46   47   48   49   50   51   52   53   54

Dədə Qorqud ● 2014/I I                                                                     143 
Professor İsrafil Abbaslı ikidilli şeirlərin xarakterik cəhətlərini belə 
göstərir:  “İki  dildə  yaranan  şeirlərin  ən  çox  yayılanı  bir  bəndi  Azərbay-
can türkcəsində, digəri isə ermənicə olan şeirlərdi ki, bunların içində xalq 
nəğmələrinə təsadüf olunur” (1, 6). 
Kitabın  birinci  bölməsində  cəmi  dörd  şeir  verilib  (3,  21-23).  Bu 
əlyazmalarından biri nəğmə, biri isə nağıl peşrovudur. Nağıl peşrovunda 
aşağıdakı misralar xüsusilə maraqlıdır: 
İynə mizraq idi, 
Mərcimək qalxan (3, 24). 
Qeyd edək ki, bu ifadələrə eynilə 1967-ci ildə türk alimi F.Kırzıoğ-
lunun  toplama  işlərinin  birində  də  rastlanmaq  mümkündür.  İndi  həmin 
materiala  diqqət  yetirək:  “Gün  o  gün,  dövran  o  dövran  ,zaman  o  zaman 
idi.  Anam  eşikdə  idi,  atam  beşikdə  idi.  Mən  bir  yekəbığ  dəliqanlı  idim. 
Hopur-hopur  oynayan  vaxtımdı.  Birə  atım,  iynə  mizrağım,  mərcimək 
qalxanım idi. Dağlar mənimdi deyə alıb-satırdım” (4, 474). 
Bu ifadə onu göstərir ki, professor İsrafil Abbaslı haqlıdır, bəli, ana 
dilimiz  çox  geniş  coğrafi  məkanları  çevrələmiş,  İraqa,  Anadoluya  qədər 
yaymışdır. 
Tərtib kitabında cəmi on ədəd atalar sözləri və məsəllər əsasən Res-
publika  Xalq  Yaradıcılığı  Evindəki  (PXYE)  əlyazmalardan  seçilmişdir 
(3, 25). 
Burada  üçüncü  bölmə  bayatılardan  (müxtəlif  əlyazmalardan  qırx 
doqquz bayatı verilib) ibarətdir. Bunların arasında müəmma xarakterli üç 
bayatı da diqqəti cəlb edir. Bu bayatılar aşağıdakılardır: 
 
Bağban bağdan bar istər, 
Yoxun bilməz, var istər. 
Sancılmamış ağacdan 
Əl dəyməmiş nar istər. 
 
Aşıq mayası nədi 
Xalın mayası nədi. 
Otlamaz, ayğır görməz, 
Doğar, balası nədi. 
 
Bağında tək-tək alı, 
Alman tək-tək alı. 
Aşıq bir meyit gördü 
Nəfəsi tək-tək alı (3, 26). 


Dədə Qorqud ● 2014/I I                                                                     144 
Bu  qeyd  edilən  bayatılar  Matenadarandakı  1318  nömrəli  əlyazma-
nın 92a vərəqindən götürülmüşdür. 
İndi digər bir bayatıya nəzər salaq: 
Bu bülbül ara bülbül 
Ürəyi yara bülbül. 
Otu bir kağız yazım 
Apar ver yara, bülbül (3, 29). 
Buradakı  “otu”  (otur)  feli  Ağbaba  bölgəsində  danışıqda,  yəni  Ağ-
baba  dialektində  də  belədir.  Sözün  sonundakı  “r”  samiti  deyilmir.  Mə-
sələn: “Gəl, gəl otu yanımda, bir az oluf-keçənnən danışax”. 
İndi də başa bir bayatıya baxaq: 
Məni məni məndildən,  
Çıraq yanar qəndildən. 
Yarınan cırmaq çəkdim, 
O dodaqdan, mən dildən (3, 30). 
Bəs  görəsən  bu  bayatıda  verilən  məndil  nə  deməkdir.  Sadəcə  bu 
söz  Anadolu  türkcəsindədir,  mənası  “yaylıq”  deməkdir.  Qeyd  edək  ki, 
Ağbaba  bölgəsində danışıqda kifayət qədər Anadolu türkcəsində  sözlərə 
(“qlavuz”  “bələdçi”;  “böyürsək”  “böyrək”;  “çəpik”  “çapuk”  sözünün 
təhrif olunmuş forması; “soluq” “nəfəs” və b.) rastlanırdı. Bu da təbiidir. 
Çünki Ağbaba bölgəsi neçə yüzillər boyunca Çıldır sancağının tərkibində 
bir nahiyə olmuş, daha doğrusu, Şərqi Anadolu torpaqlarıdır. 
Digər  bölmədə  (“Aşıqlar  və  el  şairlərinin  şeirləri”)  cəmi  otuz  şeir 
verilmişdir. Bunların iyirmisi qoşma formasındadır. Tərtib kitabının baş-
qa bir bölməsində (“Dastan şeirləri”) otuz yeddi şeir verilib (3, 54-78). 
Bu  tərtib  kitabında  “Dastan  şeirləri”  bölməsində  Koroğlu  ilə  bağlı 
şeirlər xüsusilə diqqətçəkicidir. Bu şeirlərdən Matenadaranın 7318 nöm-
rəli  əlyazmasının  113a  və  113b  vərəqlərində  olan  qoşmalara  baxaq  (3, 
73-74). 
Bek oğlu Zülfiqar, qaşlarlı cəllad,  
O hünər var yanımda gərək. 
Dəliləri sağdan-soldan tökülə, 
Dəmirçi oğlu Həsən yanımda gərək. 
 
Düşməninin qolu-qoldan bağladan, 
Xənçəlinən qara bağrım dağladan,  
Qılıncını zəhərinən sovladan 
Çopur Mehdi yanımda gərək. 
 
 


Dədə Qorqud ● 2014/I I                                                                     145 
Allahın duası vardı dilimdə, 
Gidi düşmən gəzər sağı-solunda. 
Yeddi batman Rum şeşpəri əlində 
Baba Kənan bu gün yanımda gərək. 
 
Yığılıban təpə başında duran, 
Bığlarını çəkib gərdəndə buran. 
Yeddi ifçin nalı əlində qıran 
Kosa Səfər bu gün yanımda gərək (3, 73-74).  
 
Burada təsvir olunan dəlilər (Bek oğlu Zülfüqar, Çopur Mehdi, Ba-
ba  Kənan,  Kosa Səfər) xüsusi epitetlərlə  verilmişdir. Məsələn, Bek oğlu 
Zülfüqar  “qaşları  cəllad”,  Çopur  Mehdi  “qılıncını  zəhərinən  sovlayan”, 
Baba Kənan “yaddi batman rum şeşpəri əlində”, Kosa Səfər “yaddi ifçin 
nalı əlində qıran ” kimi göstərilir, mədh olunur, bu qəhrəmanların qeyri-
adi  hünər sahibi olduqları təqdir olunur. Burada rum şeşpəri  silah  növü-
dür. 
Şeşpər  isə  beş  pəri  olan  anlamındadır.Bəs  rum  nə  deməkdir?  Bir 
qaynaqda bu haqda belə məlumat verilir: “Göytürklər Bizans imperiyası-
na rum adını  vermişdilər” (5, 18). Türk alimi E.Altunkaynak da göstərir 
ki, bu Urum kəlməsi ərəblərin bizanslara verdiyi “rum kəlməsinin türkcə 
tələffüzüdür”  (6,  11).  Məlumat  üçün  deyək  ki,  rumlar  Anadoluda  və 
Krımda da yaşayırdılar. Təbii ki, Bizans imperiyası ərazisində türklər də 
yaşayırdılar. 
Xatırladaq  ki,  Göyçə  mahalında  Rumbasar,  Rumbasar  yolu  kimi 
yer-yurd adları da məlumdur (7, 32). 
“Folklor  çələngi”ndə  qeyd  olunan  nəğmələrdən  biri  “Apardı  sellər 
Saranı” nəğməsinin  bir variantıdır. İndi  həmin  nəğmənin  mətninə diqqət 
yetirək: 
Gedin deyin xan dayıma 
Atlansın gəlsin toyuma. 
Apardı sellər Saranı, 
Əşrəfi telli balamı. 
 
Arpa çayı aşıb-daşdı 
Sel Saranı götdü qaşdı. 
Boxçanı nənəsi açdı 
Apardı sellər Sarani, 
Əşrəfi telli balamı. 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə