Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə53/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   46   47   48   49   50   51   52   53   54

Dədə Qorqud ● 2014/I I                                                                     146 
Arpa çayı dərin olmaz, 
Su içməyə sərin olmaz. 
Sara kimi gəlin olmaz 
Apardı sellər Saranı,  
Əşrəfi telli balamı. 
Burada “götdü qaçdı” deyimi,  Ağbaba dialektində də belədir, “gö-
türdü qaçdı” anlamındadır. 
Maraqlıdır ki, “Apardı sellər Saranı” xalq nəğməsinin Ağbaba vari-
antı da məlumdur. Nəğmə Ağbaba variantında belədir: 
Arpa çayı qurusun, 
Dibinə balta vurulsun, 
Cilov çəkən qolun qurusun. 
Apardı sellər Saranı, 
Necetdi bəxti qaramı. 
 
Almanı qoydum cibimə, 
Getdim otağın dibinə. 
Xəbər verin xan bibimə, 
Apardı sellər Saranı, 
Necetdi bəxti aramı. 
 
Yüz atlıydıq çıxdıq düzə, 
Bıçaq batsın yaman gözə. 
Aşıqlar durmuşdu sözə, 
Apardı sellər Saranı, 
Necetdi bəxti qaramı. 
 
Arpa çayı ada gəlir, 
Sarı başmaq suda gəlir, 
Kor yengələr dada gəlir, 
Apardı sellər Saranı, 
Necetdi bəxti qaramı. 
 
Düyünü tökdüm qazana, 
Qaynamadı qaldı sazana. 
Qismət oldu qəbir qazana. 
Apardı sellər Saranı, 
Necetdi bəxti qaramı (8). 
Tərtib  kitabında  verilən  xalq  nəğmələrindən  digəri  on  bənddən 
ibarətdir. Bu, Matenadarandakı 6640 nömrəli əlyazmanın 266-cı vərəqin-


Dədə Qorqud ● 2014/I I                                                                     147 
dən  götürülmüşdür.  Bu  nəğmədə  bir  neçə  qız  adı  (Məmiş,  Nanə,  Mətin, 
Aşə) çəkilir. 
Eyni  zamanda  onların  müəyyən  cəhətləri  göstərilir.  Təsvir  edilən 
gözəllərin özlərinə  məxsus epitetləri də diqqəti çəkir. Məsələn, biri  bağ-
çanın gülü, biri gülün bülbülü; birinin qaşı qara, birinin gözü ala; biri ba-
də  doldurur,  biri  bəniz  soldurur;  biri  altun,  biri  gümüş  kimi  təsvir  edil-
mişdir  (3,  73-74).  Bu  kitabda  verilən  xalq  nəğmələrindən  biri  də  bir  az 
öncə  haqqında  danışdığımız  əlyazmada  (Matenadarandakı  6640  nömrəli 
əlyazmanı  nəzərdə  tuturuq)  25a,  25b,  26a  vərəqlərindən  seçilmişdir.Bu 
xalq  nəğməsi  cəmi  altı  bənddən  ibarətdir.  Nəğməni  şərti  olaraq  iki  yerə 
bölmək  olar.  Nəğmənin  birinci  üç  bəndində  ikinci  və  üçüncü  bəndlərin 
birinci  misralarında  iki  söz  eynilə  təkrarlanır:  “qaladan  qalaya”.  Burada 
ikinci  üç  dənddə  isə  birinci  və  ikinci  bəndlərin  beşinci,  altıncı  misraları 
da eynilə təkrarlanmaqdadadır: 
Əlində yelpazə yelpazələndi, 
Yar yarı görəndə can təzələndi (3, 83).  
Bu  xalq  nəğməsinin  tırınqılara  xeyli  oxşar  olduğunu  daha  aydın 
təsəvvür etmək üçün bir tırınqıya nəzər salaq: 
Bir quşa dönəydim uçaydım geri, 
Bir də dolanaydım o doğma yeri. 
İrəvan deyilən bəridir,bəri, 
Tanrı, özün yetir o yurda məni. 
 
Bir quşa dönəydim ötəydim orda, 
Bəlkə bitişəydi sinəmdə yara. 
Burda qəriblikdə düşmüşəm dara, 
Tanra, özün yetir o yurda məni. 
 
Bir quşa dönəydim qonaydım, orda... 
Belə qalmayaydım çətində, darda. 
Ocənnət məkanı mən tapım harda, 
Tanrı, özün yetir o yurda məni (9, 261). 
Təbii  ki,  bu  paralellikləri  təsadüfən  göstərmədik.  Çünki  Ağbaba 
ədəbi, eləcə də aşıq mühiti Gümrü, Çıldır-Qars aşıq mühitləri ilə təmasda 
formalaşmış,  inkişaf  etmişdir.  Eyni  zamanda  adı  çəkilən  əlyazmaların 
xeyli hissəsi Gümrü və onun ətrafındakı kəndlərdən toplanıb erməni əlif-
bası  ilə  yazıya  alınmışdır.  Professor  İ.Abbaslının  bu  tərtib  kitabı  (“Fol-
klor çələngi”) bizi bu qənaətə gətirdi. Bizə elə gəlir ki, erməni əlifbası ilə 
yazıya  alınan  Azərbaycan  folklor  örnəklərini  özündə  əks  etdirən  əlyaz-
malar (bu örnəklər rəhmətlik professor İ.Abbaslının  şəxsi arxivində sax-


Dədə Qorqud ● 2014/I I                                                                     148 
lanır)  bundan  sonra  da  tərtib  ediləcək  və  tədqiqata  cəlb  olunacaqdır. 
Professor İ.Abbaslının bu xeyirxah təşəbbüsü davam etdiriləcəkdir. 
 
ƏDƏBİYYAT 
1. İ.Abbaslı. Ön söz. Folklor çələngi. Bakı, Nurlan, 2008. 
2. V. Papazyan. Erməni ədəbiyyatı tarixi (Şifahi  ədəbiyyat tarixi). Tiflis, 
1910 (ermənicə). 
3. Folklor çələngi (tərtib edəni: professor İ, Abbaslı). Bakı, Nurlan, 2008. 
4. Türk dili Halk Edebiyatı özül sayısı. Sayı 207. Ankara, Aralıq, 1968. 
5.  A.B.Qavain.  Eski  Türkcenin  Qramiri  (Çev.  Mehmet  Akalin).  Ankara, 
1988. 
6. Erdoğan Altunkaynak. Ortodoks türkler. Urumlar. Ankara, 2005. 
7. Tacir Səmimi, Qurban Göyçəli. Zərkənd. Bakı, AKE, 2013. 
8. Zivər Əziz qızı, 70 yaşında (Asğbaba bölgəsi Güllübulaq kəndi). 
9. Ağbaba folkloru (tərtib edənlər: H.İsmayılov, T.Qurbanov). VIII kitab. 
Bakı, Nurlan, 2003. 
 
Tacir SƏMİMİ 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutunun 
 böyük elmi işçisi 
 
 


Dədə Qorqud ● 2014/I I                                                                     149 
GÜNEY AZƏRBAYCAN FOLKLORUNUN 
ÖYRƏNİLMƏSİNDƏ İLK ADDIM 
 
Heç  şübhəsiz  ki,  Azərbaycanımızın  ayrılmaz  parçası  olan  Güney 
Azərbaycanımız da zəngin folklor irsi ilə öyünə bilər. Bunu bizə cənublu 
folklorşünas  M.Ə.Fərzanənin  toplayıcısı  olduğu  materiallar  əsasında 
prof. İ.Abbaslının ön söz və elmi redaktorluğu və bu sətirlərin müəllifinin 
tərtibi ilə bu yaxınlarda nəşr olunan “Güney Azərbaycan folkloru” toplu-
sunu  nəzərdən  keçirdikdə  zəngin  söz  sənəti  irsinə  yiyələnmiş,  Arazın  o 
tayında  qalmış  cənublu  xalqın  folkloru  söyləyir.  Fikrimizcə,  şifahi  söz 
sənətinin  müxtəlif  janrlarını  özündə  ehtiva  edən  bu  toplunu  Güney 
Azərbaycan  folklorunu  öyrənmək,  təbliğ  etmək  işində  ilk  uğurlu  addım 
hesab etmək olar. Əlimizdə  müxtəlif regionlarımızı əhatə edəcək onlarla 
folklor toplularının olduğu bir vaxtda nədən o taylı Azərbaycanın folklor 
irsinə biganə qalaq sualı bir vətəndaş olaraq Fərzanə kimi ön söz müəlli-
fini də çox düşündürürdü. Təsadüfi deyil ki, İ.Abbaslının cildə yazdığı ön 
söz əvəzində bu sətirlərlə rastlaşırıq:  
“Güney Azərbaycan folkloru” cildi çapa hazırlanarkən, bizi həmişə 
bir  məsələ  düşündürürdü.  Bu  gün  müstəqil  Azərbaycanın  əhatə  etdiyi 
bölgələrin  folklor  kitablarının  sayı  iyirmi  cildi  keçdiyi  halda,  Güney 
Azərbaycana etinasızlıq göstərmək olarmı?! (1,5). 
Təsadüfdür,  ya  yox,  ancaq  antologiyaların  hazırlanmasının  ilk  tə-
şəbbüskarlarından  olan  prof.  İsrafil  Abbaslının  taleyinə  antologiyaların 
ilk  qaranquşu  adlandırdığı  “Naxçıvan  folkloru”  cildində  olduğu  kimi 
“Güney  Azərbaycan  folkloru”nun  ilk qaranquşu olan  bu I topluya da ön 
söz əvəzi yazmaq düşmüşdür. Bu nəşri görmək ona nəsib olmasa da, söz 
yox ki, bu ön söz əvəzi və ümumən bu toplu hələ neçə-neçə Güney Azər-
baycan topluları üçün açılacaq ilk cığır rolunu oynayacaq. 
İllər boyu ölüm-qalım təhlükəsi altında qalan Güney Azərbaycanın 
folkloru,  onun  toplama,  araşdırma  və  nəşr  işinin  hansı  durumda  olduğu 
və  bu  istiqamətdə  nə  kimi  işlərin  görüldüyü  bizi  düşündürdüyü  kimi  bir 
vətəndaş kimi M.Ə.Fərzanə və Fərzanəkimilər kimi onlarla cənublu həm-
karlarımızı çox narahat etmişdi. 
Bu məsələnin özülü hələ AMEA-nın Ədəbiyyat İnstitutunda keçiri-
lən  elmi  yığıncaqların  birində  qoyulmuşdu.  Hələ  o  dövrdə  irəli  sürülən 
məsələ  Azərbaycan  folklorunu  əhatə edəcək oncildliklərdə Güney  Azər-
baycanın  şifahi  xalq  ədəbiyyatına  ayrıca  cildlərin  ayrılması  və  bu  cild-
lərdə  yer  veriləcək  materialların  toplanması,  araşdırılması  və  tərtibə  sa-
lınması məsələsi idi. Bu müzakirələr əsnasında işin elmi, sistemli şəkildə 
yerinə  yetirilməsi  məhz  M.Ə.Fərzanəyə  təklif  və  tövsiyə  olunmuşdur. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə