Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə33/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     75 
 
 
qanadlı bir ağ at çıxıb gölün ətrafında otlayır. Deyilənə görə, bu, elə Qıratın özüdür. 
Koroğlu qeybə çəkiləndən sonra o da Çənlibeli tərk edib bu gölü əbədi olaraq özünə 
məskən seçib”.  
Bu  əfsanədə  «Koroğlu»  dastanında  təsvir  edilən  hadisənin  (səbri  çatmadığın-
dan 39-cu gün tövlənin üstündən deşik açıb atlara baxdığından Qıratın qanadlarının 
əriyib yoxa çıxması) əksini görürük. Məlumdur ki, əfsanə janrında hadisələrin sehrli 
təsviri daha çoxdur. Əfsanədən aydın olur ki, bu atı görənlər də olub: «At bəni-adəm 
görən kimi  bərkdən kişnəyir,  fini-fini ötür, ya da qaçıb tez gölə girir, hətta uçub bir 
dağa qonur, görünməz olur» (18, 334).  
Bu  əfsanə  birbaşa  yaradılış  mifologiyası  ilə  bağlıdır.  Koroğlunun  ölümü  ilə 
onun dünyası sona çatır. Lakin mifin məntiqinə görə, xaos əbədi ola bilməz, tezliklə 
xaosun əsasında kosmos təşəkkül tapmalıdır. Göründüyü kimi, Qaragöldən çıxan qo-
şa qanadlı ağ at Koroğlunu təcəssüm etdirir. Başqa sözlə, ilk əcdad arxetipini əks et-
dirən  Koroğlu  öldükdən  sonra  ata  çevrilir.  Kosmosun  –  dünyanın  ilk  əcdadın  bədə-
nindən yarandığını nəzər alsaq, burada hər şey mifin məntiqinə uyğundur.  
R.Babayev yazır ki, at obrazı mifik yaddaşdan epik yaddaşa mediator, xilaskar, 
məsləhətçi və yolgöstərən kimi ötürülür (6, 61). Atın bütün bu mifik funksiyaları ya-
radılış konsepsiyası ilə bağlıdır və Azərbaycan əfsanələri həmin funksiyaları yüksək 
bədii estetizmə malik “örtüyə” bürümüşdür. 
Əlbəttə, Azərbaycan folkloru heyvanlarla bağlı əfsanələrlə zəngindir. Təbii ki, 
onların hamısını burada nəzərdən keçirmək mümkün olmasa da, təhlil olunmuş əfsa-
nələr göstərdi ki, heyvanlarla bağlı əfsanələr bütün hallarda mifik yaradılış konsepsi-
yasını inikas edir. 
İşin  elmi  nəticəsi  və  yeniliyi. Məqalədə heyvanlar aləmi ilə bağlı Azərbaycan 
əfsanələrində  mifik  yaradılış  konsepsiyası  araşdırılmışdır.  Müəyyən  edilmişdir  ki, 
heyvanlarla bağlı əfsanələr bütün hallarda mifik yaradılış konsepsiyasını inikas edir. 
 İşin  tətbiqi  əhəmiyyəti.  Bu  işdən  Azərbaycan  əfsanələrinin  öyrənilməsində 
nəzəri mənbə kimi, tədrisində isə praktik vəsait kimi istifadə etmək olar.  
 
ƏDƏBİYYAT 
 
1. Azərbaycan folkloru antologiyası. IV cild. Şəki folkloru / Tərtib edənlər: H.Əbdül-
həlimov, R.Qafarlı, O.Əliyev, V.Aslan. Bakı: Səda, 2000, 497 s. 
2. Azərbaycan folkloru antologiyası. I cild. Naxçıvan folkloru / Tərtib edənlər: T.Fər-
zəliyev, M.Qasımlı. Bakı: Sabah, 1994, 388 s. 
3.  Azərbaycan  folkloru  antologiyası.  XIII  cild.  Şəki-Zaqatala  folkloru  /  Tərtibçilər: 
İ.Abbaslı, O.Əliyev, M.Abdullayeva. Bakı: Səda, 2005, 549 s. 
4. Azərbaycan folkloru antologiyası. VIII cild. Ağbaba folkloru / Toplayıb tərtib edən-
lər: H.İsmayılov, T.Qurbanov. Bakı: Səda, 2003, 475 s. 
5.  Azərbaycan  xalq  əfsanələri  /  Toplayan  və  tərtib  edəni  S.Paşayev.  Bakı:  Yazıçı, 
1985, 286 s.  
6. Babayev R. Janrın iddiası və imkanları. Bakı: ADPU nəşriyyatı, 2014, 135 s.  
7. Bayat F. Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. Bakı: Sabah, 1993, 194 s. 
8. Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. Bakı: Gənclik, 1987, 280 s. 
9. Qafarlı R. “Kitabi-Dədə Qorqud” eposundakı at kultunun sirrini açan böyük alim və 
vətəndaş / Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı: Elm və təhsil, 2012, s. 3-16 
10. Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 176 s. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     76 
 
 
11. Иванов В.В. Змей / Мифа народов мира. Том 1. Москва: Советская энцикло-
педия, 1991, с. 468-471 
12. Иванов В.В. Конь / Мифа народов мира. Том 1. Москва: Советская энцикло-
педия, 1991, с. 666 
13. Евсюков В.В. Мифы о вселенной. Новосибирск: Наука, 1988, 177 с. 
14. Naxçıvan folkloru antologiyası. I cild. Tərtib edənlər: M.Cəfərli, R.Babayev. Nax-
çıvan: Əcəmi, 2009, 541 s.  
15. Неклюдов С.Ю. Оборотничество / Мифы народов мира. В 2-х томах. Том 2. 
Москва: Советская энциклопедия, 1982, с. 234-235 
16. Ocak A.Y. İslam-Türk İnançlarında Hızır yahut Hızır-İlyas Kültü. Ankara: Ankara 
Üniversitesi Basımevi, 1985, 229 s.  
17. Ögel B. Türk Mitolojisi (Kaynakları ve Açıklamaları ile Destanlar), 1 cilt, Ankara: 
Türk Tarih Kurumu Basımevi, 1989, 644 s. 
18.  Pirsultanlı  S.P.  Azərbaycan  türklərinin  xalq  əfsanələri.  Toplayanı  və  tərtib  edəni 
S.P.Pirsultanlı. Bakı: Azərnəşr, 2009, 427 s.  
19.  Roux  Jean-Paul.  Orta  Asyada  Kutsal  Bitkiler  Ve  Hayvanlar.  İstanbul:  Kabalcı 
Yayınevi, 2005, 440 s. 
20. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s. 
21. Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı: Elm və təhsil, 2012, 144 s.  
22.  Toqan  Z.V.  Oğuz  Destanı.  Reşideddin  Oğuznamesi,  tercüme  ve  tahlili.  İstanbul: 
Enderum Kitabevi, 1982, 164 s. 
23. Топоров В.Н. Животные / Мифы народов мира. В 2-х томах. Том 1. Москва: 
Советская энциклопедия, 1980, с. 440-449  
24. Həqqi B. “Koroğlu” – tarixi-mifoloji gerçəklik. Bakı: Nurlan, 2003, 317 s. 
25. Щербак А.М. Огуз-наме, Мухаббатнаме. Памятники древнеуйгурской и ста-
роузбекской письменности. Москва: Издательство Восточной Литературы, 1959, с. 170 
 
 
Çapa tövsiyə edəni:  fil.ü.e.d. Seyfəddin Rzasoy 
 
   
 
 
 
 
 
 
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə