Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə30/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     69 
 
 
Türk yaradılış  mifinin  böyük bir qolu heyvanlar aləminin  yaradılması  ilə bağ-
lıdır. Digər  mifologiyalarda olduğu kimi, türk mifologiyasında da  heyvan  ipostası – 
şəkli, başlanğıcı çox qədimdir. Bu, ümumiyyətlə, heyvanların mifologiyadakı yeri və 
rolu ilə bağlıdır. V.N.Toporov dünya mifologiyalarının təcrübəsinə əsaslanaraq yazır 
ki, mifologiyada heyvanın və ümumiyyətlə, animal elementin rolu müstəsna dərəcə-
də böyükdür. Bu rol heyvanın bəşəriyyətin inkişafının erkən mərhələsindəki əhəmiy-
yəti ilə müəyyənləşir (23, 440). 
V.V.Yevsyukov yazır ki, yeri heyvan obrazında təsvir edən miflər ən qədim və 
sadə miflərə aiddir (13, 71). Müəllif yenə də göstərir ki, kainatın insan bədəni ilə ey-
niləşdirilməsi dünyanın zoomodelindən cavandır (13, 79). 
Yəni insanlar ilk əcdadı ən əvvəl heyvan görkəmində təsəvvür etmişlər. Bu hey-
van  əcdad daha  sonra  insan  görkəmi  qazanmışdır.  Buradan  görünür  ki,  mifologiyada 
əvvəlcə  zoomorfizm  hakim  olmuş,  antropomorfizm  onun  inkişafı  kimi  meydana  gəl-
mişdir. Burada hətta bir faktı göstərmək də yerinə düşər ki, “Oğuznamə”nin uyğur ver-
siyasında oğuzların ilk əcdadı Oğuz kağan öküz şəklində rəsm olunmuşdur (25,15,22). 
Yaradılış mifində heyvan konseptinin ilkinliyi öz izlərini Azərbaycan əfsanələ-
rində qorumuşdur. Heyvanlarla bağlı çoxlu əfsanələr vardır. Lakin qeyd olunmalıdır 
ki, bu çoxluğun öz səciyyəvi keyfiyyəti var. Bu da ondan ibarətdir ki, hər bir xalqın 
folklorunda  olduğu  kimi,  Azərbaycan  folkloru  üçün  də  səciyyəvi  olan  heyvanlar 
vardır  və  bu  heyvan  obrazlarını  araşdırdıqda  onların  əski  mifoloji  kultlarla  bağlılığı 
dərhal üzə çıxır. Bu məsələni monoqrafik müstəvidə tədqiq etmiş R.Əlizadə yazır ki, 
Azərbaycan  folklorunda  təbiət  kultları  ilə  bağlı  inamların  böyük  bir  hissəsi  canlı 
təbiət obyektlərini əhatə edir. Buraya qurd, ilan, at, müxtəlif quşlar və s. kimi  mifik 
obrazlar daxildir. Adları çəkilən heyvanlar ən qədim çağlardan mifik düşüncənin ob-
yektini təşkil etmişdir. Bu heyvanların əsatiri-magik qüvvəyə malik olması düşünül-
müş, onlara əcdad kimi  yanaşılmış, sitayiş edilmiş, müvafiq kult mərasimləri  yerinə 
yetirilmişdir.  Bu  gün  istər  inanclar  dünyasında,  o  cümlədən  folklorumuzda  həmin 
heyvanlar ətrafında vaxtilə  mövcud olmuş kult  inamlarının  izləri  bu  və  ya digər şə-
kildə qorunub qalmışdır. Azərbaycan folklorunun bədii semantikasının, mifik-mənə-
vi əsaslarının öyrənilməsi heyvan və quş kultları ilə bağlı inamların öyrənilməsini bir 
zərurət  kimi  tələb  edir.  Heyvan  və  quş  kultları  ilə  bağlı  inamların  bir  xarakterik 
cəhəti  ondan  ibarətdir  ki,  ulu  babalarımızın  mifoloji-mərasimi  dünya  modelində  əs-
lində təbiət və məişət kultları  biri-birindən keçilməz sərhədlərlə ayrılmamışdır. Xal-
qımızın  mifik  düşüncə  çağında  pərəstiş  etdiyi  bütün  canlı  və  cansız  kultlar  onun 
vahid  mifoloji düşüncə təsəvvürlər sisteminə – kosmoloji dünya  modelinə daxil  idi. 
Bu cəhətdən canlı təbiət kultları ilə bağlı inamlar xüsusilə əcdad kultları ilə qırılmaz 
şəkildə bağlıdır (10, 75). 
Burada  bir  məqama  da  toxunmadan  keçmək  mümkün  deyildir.  Heyvanat 
dedikdə  bütün  qaçarlar  və  uçarlar  nəzərdə  tutulur. Lakin  mifologiyada bunların 
fərqi  var.  Mifin  öz  dünya  modeli  var.  Bu  model  üç  qatdan:  göy,  yerüstü  və  yeraltı 
dünyalardan  ibarətdir.  Hər  dünyanı  işarələndirən,  həmin  dünyanın  simvolu,  obrazı, 
modeli kimi çıxış edən heyvanlar var. Bu cəhətdən quşlar göy aləminə, astral sferaya, 
qurd, at, keyik kimi obrazlar yerüstü aləmə aiddir.  
Mifologiya  bütöv  bir  sistemdir.  Bu  sistem  bu  gün  bizə  nə  qədər  primitiv  gö-
rünsə də, bu primitivliyin altında mifin mükəmməlliyi gizlənir və mifin məntiqi heç 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     70 
 
 
bir halda pozulmur (Yeri gəlmişkən, əgər bu  məntiq pozularsa, o deməkdir ki, artıq 
mif mif olmaqdan çıxır). 
Azərbaycan  əfsanələrinə  diqqət  yetirdikdə  mifik  dünya  modelini  təşkil  edən 
ünsürlərin  bir-biri  ilə  bağlılığını görürük. Bu bağlılığın əsasında  yaradılış kosmoqo-
niyası durur. Bir mətnə nəzər salaq: 
“Ayla  Günəş  sözləşirlər  ki,  balalarını  çaya  atsınlar.  Ay  kisəni  daşla  doldurur, 
Günəş  də  balalarını  kisəyə  qoyub  çaya  atırlar.  Sonra  Günəş  görür  ki,  Ayın  balaları 
ulduzlar yanındadı. Ondan soruşur ki, niyə mənim balalarımı çaya atdırdın? Ay deyir 
ki,  onlar  sən  yaşa  çatanda  hərəsinə  bir  dünya  lazım  olacaqdı,  dünya  da  bir  dənədi. 
Aralarına qırğın düşəcəkdi. Dünyanı yandırıb kül eləyəcəklərdi. Fikirləşdim ki, çaya 
atım, balığa çönsünlər. Adamlar da yesinlər” (1, 48). 
Göründüyü  kimi,  burada  yaranışdan  söhbət  gedir.  Yaradılış  dünyanın  müxtəlif 
səviyyələrini əhatə edir. Ayın balaları ulduza dönür, Günəşin balaları isə balığa dönür. 
Bu  mif  bizə  nəticə  etibarilə  balıqların  yaradılışından  bəhs  edir.  Balıqlar  sualtı 
dünyadır. Mifin məntiqinə görə, sualtı dünyanın varlıqları göy aləmi ilə bağlanır. Gü-
nəşin  balalarının  balığa  çevrilməsi  göy  aləmi  ilə  sualtı  aləmin  eyni  elementlərdən 
təşkili  mənasına  gəlir.  Bu  da  mifin  məntiqinə  uyğundur.  Mifologiyada  dünyanın 
müxtəlif  qatları  bir-birindən  formasına,  şəklinə  görə  fərqlənir.  Həmin  dünyalar  ma-
hiyyətcə bir-birinin qohumudur. Bu qohumluğun əsasında yaradılış konsepsiyası du-
rur  və  həmin  konsepsiya  mifik  düşüncənin  mahiyyətində  durmaqla  onun  dünyanı 
qavramasının əsas məntiqi kimi çıxış edir. 
Türk yaradılış mifologiyası üçün xarakterik olan obrazlardan biri qurddur. Bu, 
çox məşhur obrazdır. Tədqiqatçılar bu obrazın müxtəlif mifik cizgilərini aşkarlamış-
lar. 
Zəki Vəlidi Toğan oğuz və qıpçaqlarda qurdun xilaskar sayıldığını göstərmiş-
dir (22, 134).  
Jan Pol Ru qurdu əcdad kimi səciyyələndirmişdir: “Qurdla dişi keyikin birləş-
məsindən böyük bir soyağacının gövdəsini təşkil edəcək şəxs doğulmuşdur. Bu soya-
ğacı  Çingiz  xan  öncəsi  Monqol  dönəmindən  fateh  Dobun  Mergen  adlı  yaxın  tarixli 
atasına qədər bütün nüansları əhatə etməkdədir” (19, 310). 
F.Bayat da qurdun əcdad və xilaskar  funksiyalarını qabartmışdır: “Türk tayfa-
larında Boz qurd, əsasən, əcdaddır (məsələn, ciğil, yağma, karluq tayfalarında). Göy 
Türklərdə əcdadlıq xilaskarlıq  funksiyası  ilə birləşib: əcdad-xilaskar şəklində rəsmi-
ləşdirilib” (7, 47).  
Bahəddin Ögəl Boz qurd obrazının müqəddəsliyinə işarə edərək yazır ki, türk-
lərin  öz  simvolları  olan  müqəddəs  qurda  «Kök-Börü»,  yəni  Göy  Qurd  demələrinin 
səbəbi var. Kök, yəni göy, göyün rəngi olan mavilik idi (17, 42).  
Bütün  bu  xüsusiyyətlər  Azərbaycan  əfsanələrində  özünü  qorumuşdur.  Ancaq 
burada təkcə özünü qorumaqdan danışmaq olmaz. Bu mifik cizgilər folklor düşüncə-
sinin – fəlsəfəsinin bədii-estetik əsaslarına çevrilmişdir. Məsələn, R.Əlizadə yazır ki, 
Boz qurdun qiyamət günü türkləri xilas edəcəyi ilə bağlı əski bir inam mövcuddur və 
bu  inam  türk  qəhrəmanlarının  dastan  obrazlarında  variasiya  olunub.  Bu  baxımdan 
“Dədə Qorqud kitabı”nda öz əksini tapmış qurdun  xilaskarlıq  missiyası da onun di-
gər funksiyaları qədər qabarıq görünür (10, 79). 
Bir səciyyəvi əfsanəyə nəzər salaq: 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə