Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə27/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     61 
 
 
11.  Плутарх.  Сравнительные  жизнеописания  в  трёх  томах.  (Подг.  С.П.Маркиш  и 
С.И. Соболевский). Т.1, Москва: Изд. АН СССР, 1961, 503 с. 
12.  Тайлор Э.Первобытная культура. Москва:Политиздат, 1989, 572 с. 
13.  Веселовский  А.Н.  Историческая  поэтика.  Ленинград:  Художественная  литера-
тура, 1940, 648 с. 
14.  Зеленин Д.К. Тотемы-деревья в сказаниях и обрядах европейских народов // Изб-
ранные  труды.  Статьи  по  духовной  культуре  1934-1954.  Москва:  Индрик,  2004, 
с.145-175 
 
 
Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü Muxtar İmanov 
 
   
 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     62 
 
 
Nizami MURADOĞLU  
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutunun böyük elmi işçisi 
e-mail: nizamimurad@gmail.com 
 
  
MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ŞEİRİNDƏ  
“KOROĞLU” MOTİVİ 
 
Xülasə 
Koroğlu türk xalqlarının ümummilli qəhrəmanıdır. Yüz illərdir bu xalq qəhrəmanına olan sevgi 
bitib  tükənməmiş,  artıb  dillərdə  dastan  olmuşdur.  Koroğlu  xalqın  milli  mənafeyini  müdafiə  etdiyin-
dəndir  ki,  müasir  Azərbaycan  poeziyasında  da  tez-tez  bu  mövzuya  müraciət  olunur.  Çağdaş  şairlə-
rimizin əsərlərində rast gəldiyimiz Koroğlu motivi daha çox Azərbaycan xalqının azadlıq ideyaları ilə 
bağlıdır.  Yadelli  işğalçılara  qarşı  mübarizə  yolunda  ərənlərin  döyüşkənlik  ruhunda  Koroğlu  irsinin 
təsiri danılmaz gerçəklikdir.  
Məqalədə  çağdaş  Azərbaycan  şairlərinin əsərlərindən nümunələr  verilmiş,  Koroğlu motivinin 
poeziyamızdakı yerinin müəyyənləşdirilməsinə çalışılmışdır.  
  Açar sözlər: Azərbaycan, poeziya, Koroğlu, şeir, mübarizə, qəhrəmanlıq, çağdaş, motiv. 
 
 
THE KOROGHLU MOTIVE IN THE AZERBAIJAN POEMS  
OF INDEPENDENCE PERIOD 
 
Summary 
Koroghlu  is  national  hero  of  the  Turkhis  peoples.  In  hundred  years  their  love  to  this  people 
hero,  was  not  diminished,  it  has  increased  that  and  it  has  been  the  general  topic  of  conversation. 
Koroghlu defend national interest of the people that appeal is often been to this theme in the modern 
Azerbaijan  poetry.  The  Koroghlu  motive  which  met  in  the  works  of  our  modern  poets  is  more 
connected freedom ideas of the Azerbaijan people. The influence of Koroghlu heritable is indeniable 
reality in the bellicosity spirit of the braves and fight way against foreign conquerors.  
It given examples from works of the modern Azerbaijan poets, It has been defined the place of 
Koroghlu motive in our poetry in the article.  
Key words: Azerbaijan, poetry, Koroghlu, poem, fight, heroism, modern, motive. 
 
МОТИВ “КОРОГЛУ” В АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ  
ЭПОХИ НЕЗАВИСИМОСТИ 
 
Резюме 
Короглу  является  общенациональным  героем  тюркских  народов.  Вот  уже  сотни  лет 
любовь  к  этому  народному  герою  не  только  не  иссякла,  а  наоборот  возросла,  превратилась  в 
дастан. В виду того, что Короглу является выразителем чаяний народа и защитником его интере-
сов  к  этому  мотиву  часто  обращаются  в  современной  азербайджанской  поэзии.  Поэты  часто 
обращаются к этой тематике. Мотив “Короглу” с которым мы встречаемся в произведениях поэ-
тов более, всего связан с идеями азербайджанского народа. Влияние наследия Короглу на темА-
тику борьбы против иноземных захватчиков является неоспоримым фактом и реальностью. 
В  статье  представлены  поэтические  образцы  из  произведений  современных  азербайд-
жанских  поэтов,  предпринята  попытка  определить  место  мотива  Короглы  в  азербайджанской 
поэзии. 
Ключевые  слова:  Азербайджан,  поэзия,  Короглу,  стих,  борьба,  геройство,  современ-
ность, мотив  
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     63 
 
 
Koroğlu türk xalqlarının ümummilli qəhrəmanıdır. Yüz illərdir  bu xalq qəhrə-
manına olan sevgi bitib tükənməmiş, əksinə bir az da artmış, inkişaf etmişdir. Koroğ-
lunun  qəhrəmanlıqları  dillərdə  dastan  olmuş,  haqqında  hekayələr,  şeirlər  yazılmış, 
nəğmələr qoşulmuşdu. Sevindirici haldır ki, bu gün də bu ənənə davam etməkdədir. 
Belə ki, “Koroğlu” eposunun öyrənilməsi, tədqiqi eyni zamanda, həm Koroğlunun öz 
obrazının,  həm  də  Koroğlu  qəhrəmanlarının  ədəbiyyata  gətirilməsinə  səbəb  olmuş-
dur.  XX  əsrin  sonlarında  sovet  rejiminin  çökməsi  ilə  Azərbaycanda  başlanan  milli 
azadlıq  hərəkatına ziyalı zümrəsinin qoşulması  bu dövrün ədəbi prosesində  yeni  bir 
dalğa canlandırdı. Yazarlar xalqın tarixi keçmişini qabardaraq milli qəhrəmanları ör-
nək olaraq dünyaya təqdim etməyə başladılar.  
 Xüsusilə 1980-ci illərin sonlarında Azərbaycanda başlayan azadlıq hərəkatının 
təkanverici qüvvələrindən biri də Koroğlunun haqq-ədalət uğrunda apardığı mübari-
zənin  təbliğiylə  bağlı  olmuşdur.  Öz  azadlıq  ideallarını  Koroğlunun  simasında  görən 
Azərbaycan xalqı tarixi keçmişinə nəzər salıb bu kontekstdən çıxış edərək mübarizlik 
əhval-ruhiyyəsini ortaya qoymağı məqsədə müvafiq hesab etmişdir. Bu dövrdə yara-
nan  poetik  nümunələrdə  tez-tez  Koroğlu  qəhrəmanlarına  müraciət  olunurdu.  Azər-
baycan şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Zəlimxan Ya-
qub, Ənvər Əhməd, Oktay Rza, Adil Cəmil, Nizami Muradoğlu və digərlərinin əsər-
lərində  tez-tez  “Koroğlu”  dəlilərinin  adları  sadalanır,  bu  igidlərin  qəhrəmanlıqları 
poetik deyimlərlə xatırladılır, çağırış ruhlu şeirlər yazılırdı.  
Ənvər Əhmədin “Qalx ayağa, Üzeyir!” şeirində Qarabağ faciəsi ilə bağlı olaraq 
Koroğlu  yada  salınır,  qəribə  bir  nisgil  ilə  Koroğlu  arzulanır,  “Koroğlu”  operasının 
yaradıcısı Üzeyir bəyə müraciət olunur. Məlum olduğu kimi türk xalqının qəhrəman 
oğlu  Koroğlu  dahi  bəstəkar  Üzeyir  Hacıbəyovun  diqqətini  cəlb  etmiş  və  bəstəkar 
“Koroğlu”  operasını  yazmışdı.  Bu  opera  ikinci  cahan  savaşı  zamanı  dəfələrlə  Mos-
kvada, Bakıda və sovetlər birliyinin bütün böyük şəhərlərində, hərbi hissələrdə tama-
şaya qoyulmuşdu. Əsərdə Koroğlunun qəhrəmanlığının  bariz şəkildə tərənnümü dö-
yüşçülərin  mübarizə  ruhunu  yüksəltməyə  xidmət  etmiş,  düşmənə  amansız  zərbələr 
vurulmuşdu. 
 “Koroğlu”  operasının  bəstəkarı  Üzeyir  Hacıbəyov  əslən  Qarabağdandır.  XX 
əsrin sonlarında Qarabağ savaşında Üzeyir Hacıbəyovun vətəni erməni işğalçıları tə-
rəfindən işğal olundu. Şair Ənvər Əhməd bu ağrını içindən keçirdərək başda Üzeyir 
bəy olmaqla bu dünyanı tərk etmiş əslən qarabağlı olan nəhəng sənət adamlarının ru-
huna xitab edir, sanki Koroğlunun zəngulələrini öz ifalarında yaşadan Bülbülü, Cab-
bar Qaryağdı oğlunu köməyə çağırır: 
Qalx ayağa Üzeyir, ruhuna dağ basıldı, 
Natəvan saçlarından qayalardan asıldı. 
Ölüm öldürmür bizi, Vətən, yaramı bağla, 
Oxuma sən, Qaryağdı, segah üstündə ağla (1, 498)- deyir. 
Daha  sonra  şair  Koroğlu  cəngisindən  danışır.  “Cəngi”  döyüş  havasıdır,  “Kor-
oğlu” operasında da döyüş səhnələri “cəngi havasının üzərində qurulubdu. Bəs nədən 
indi  bu  havanın  təsiri  birdən  birə  yoxa  çıxdı?  “Koroğlu”  operasında  Koroğlunun 
oxuduğu ariyanın ən məşhur ifaçısı Bülbül olubdu. Şair üzünü Bülbülə tutur: 
Qəbrinə qan çilənir, susma, oxu, Bülbülüm, 
Bulud-bulud ağlayır orda çiçəyim, gülüm. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə