Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə25/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     57 
 
 
İnşaat qurbanı da mərasimdə bir sakrallıq qazanır. Ölümündən sonra onun doğ-
ma  tayfasının  problemlərini  həll  etməkdə  yardımçı  olacağına  inanırdılar.  Odur  ki, 
tanrıya ünvanlanan qurban ən yüksək keyfiyyətlərə malik olmalı, öz müqəddəs missi-
yasını anlamalı və könüllü şəkildə fədakarlıq göstərməli idi. Bunu sübut edən folklor 
örnəkləri yazıya alınmışdır. Məsələn, qızı bünövrəyə hörülmüş ana həmin yerə gəlib 
övladına  müraciətlə  deyir:  “İnsanlara  qarşı  xeyirxah  ol,  onların  yaxşılığını  istə”  (5, 
100). 
Qərbi  Avropa  xalqlarına  aid  folklor  nümunələrində  qurban  qismində  balaca 
oğlan  və  ya  qız  uşaqlarının  analarından  könüllü  olaraq  satın  alınmasına  dair  məlu-
matlarla  rastlaşırıq  (14,  148-150).  Bavariya,  Maqdeburq,  Libenşteyn  ərazilərindən 
(indiki  Almaniya)  toplanan  mətnlər,  Danimarkanın  paytaxtı  Kopenhagenin  əsasının 
qoyulması haqqında və İsveçin Kalland şəhərində yerləşən kilsə barədə saqalar məhz 
belə  müdhiş  tarixi  faktları  ortaya  qoyur.  Çünki  belə  faktlar  olmasaydı,  ən  müxtəlif 
ərazilərdə və xalqlarda eyni  folklor süjeti əsasında  yaranmış  nümunələr də olmazdı. 
Gürcüstanın  Suram  və  Siqnax  qalaları  haqqında  rəvayətlər,  Seneqambiya,  Yuxarı 
Qvineya ərazisində yazıya alınmış mətnlər də uşaqların inşaat qurbanı kimi çıxış et-
məsindən xəbər verir (14, 150-151). 
Skadr qalası haqqında serb saqasında, Nijni Novqoroddakı kremldən bəhs edən 
“Koromıslo qülləsi” rəvayətində, Artu çayı üzərindəki körpüyə həsr olunmuş italyan 
nümunəsində inşaat qurbanları gəlinlər, gənc qadınlar, cavan analardır (14, 151-154).  
Bəzən elə inşaatçının öz arvadını qurban verirdilər. Məsələn, italyan rəvayətinə 
görə, Artu çayı üzərindən salınan körpü hər dəfə uçulduğundan ona ustanın öz arva-
dını hörürlər. Bundan sonra körpü uçulub tökülmür. Lakin o, çiçək saplağı kimi əsir. 
Çünki qadın ölərkən körpünü məhz belə lənətləmişdi (14, 154). 
Bəzi  hallarda  yeni  nikahlanmış  cütlüklərdən  qurban  kimi  istifadə  olunurdu. 
Polşanın Birji bölgəsindəki qala qülləsi haqqındakı rəvayətdə deyilir ki, knyaz qala-
nın tikintisini heç cür başa çatdıra bilmədiyini, hər dəfə nəyinsə buna mane olduğunu 
görəndə car çəkdirir ki, elə indicə ərə getmək istəyən qıza cehiz verəcək. Belə bir qız 
tapılır, kəbin kəsilir. Bundan dərhal sonra cütlüyü diri-diri divara hörürlər (14, 154). 
İnşaat qurbanı kimi kişilərin seçilməsi ilə bağlı məlumatlar da folklor örnəklə-
rində yer almışdır. Məsələn, Afrikanın qədim Daqomeya şəhəri «Da»nın qarnı» kimi 
tərcümə olunur. Saqada nəql olunur ki, kral Takudonu Da adlı kişini diri-diri çalaya 
atdırıb onun üzərində sarayının özülünü qoydurur. 
Şimali  Amerikanın  Qayda  adlı  hindu  qəbiləsində  qulları  öldürüb  yeni  binanın 
künc dirəklərinin altında basdırırdılar. 
Bir alman rəvayətinə görə, cəngavər fon İxtenhagen özü üçün qala tikdirərkən 
memardan belə bir vəd alır ki, o tikə biləcəyi ən yaxşı qalanı inşa etsin. Əgər elə ol-
masa, o diri-diri divara hörüləcək. İş bitdikdən sonra qalanın sahibi memara sual ve-
rir  ki,  bundan  daha  yaxşısını  inşa  edə  bilərmi?  Memar  yarızarafat  cavab  verir  ki, 
“bəli”. Onu dərhal diri-diri divara hörürlər (14, 154). 
Bu  mətn  Azərbaycan  ərazisində  yayılmış  oxşar  məzmunlu  rəvayəti  xatırladır. 
Rəvayətə  görə,  bir  hökmdar  sarayının  tikintisini  yenicə  bitirmiş  memardan  soruşur 
ki,  bundan  daha  yaxşısını  ucaltmağı  bacararmı.  Memar  müsbət  cavab  verdikdə 
hökmdar onun öldürülməsini əmr edir. Çünki başqa bir şahın onunkundan daha gözəl 
saraya sahib olmasını istəmir. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     58 
 
 
Lakin bu halda memarın ölümünü inşaat qurbanı kimi qəbul etmək olmaz. 
Qurbanın hansı şəkildə öldürülməsi ilə bağlı dünya xalqları folklorunda bir çox 
örnəklər  vardır.  Yuxarıda  qeyd  etdiyimiz  çala  qazıb  bünövrəyə  basdırmaq,  divara 
hörmək, öldürüb dörd parça edərək dörd küncə gömməkdən başqa, qurbanın qanı ilə 
bünövrənin,  yaxud  künc  daşlarının  isladılması,  eləcə  də  Paxomovun  qeyd  etdiyi 
Azərbaycan  variantındakı  kimi,  qurbanın  qanının  daşları  bir-birinə  bərkidən  palçıq 
(sement) qarışığına qatılması kimi üsullar da vardır. 
 Bir ingilis əfsanəsində deyilir ki, Vortigern öz qülləsinin bünövrəsini qeyri-qa-
nuni doğulmuş bir uşağın qanı ilə islatmayınca onun tikintisini bitirə bilmirdi. 
Yeni Qvineya papuaslarında təzə evə girməzdən  qabaq astananı  insan qanı  ilə 
suvarmaq  adəti  olmuşdur.  Şimali  Amerika  tikinkitlərində  başçı  özünə  ev  tikdirməz-
dən əvvəl qullarından birini boğub onun qanını tikinti sahəsinə səpərmiş (14, 155). 
Bəzən  bir  mərasim  gözlənilmədən  başqa  bir  mərasimi  yaradır, onların  hər  ikisi 
eyni rəvayətin tərkibində qovuşur. Məsələn, serb saqasında təsvir olunur ki, divara hö-
rülən gənc qadın nə qədər ah-nalə edirsə, onu dinləyən olmur. Onda gəlin xahiş edir ki, 
bir aylıq oğlunu əmizdirə bilsin deyə, onun döşlərini açıq saxlasınlar. Həm də balasını 
görməsi üçün gözlərinin qarşısını bağlamasınlar. Deyilənə görə, qadın bir il körpəsini 
bu minvalla əmizdirmişdir. Nəql edirlər ki, həmin divarın üzərində indi də əmələ gələn 
ağ  əhəngəbənzər  mayeni  südü  olmayan  gənc  analar  suya  qatıb  içirlər  (14,  151-152). 
Göründüyü kimi, “inşaat qurbanı” mərasimi gənc anaların döşlərinə süd gəlməsi üçün 
icra etdikləri mərasimi doğurmuşdur. 
Gürcü  rəvayətlərində  isə  qala  divarlarına  hörülmüş  Zurabın  göz  yaşları  (“Su-
ram qalası”) və ya qanı (“Siqnax qalası”) ilin müəyyən günlərində (“Müqəddəs cümə 
axşamı”nda) axıb insanları təəccübləndirir (14, 150). 
Müxtəlif xalqlara məxsus mətnlərdə uşaqların divara hörülərkən oturacaqda əy-
ləşdirilməsi, onların  başını qarışdırmaq üçün oyuncaqlardan,  yaxud da  yeməklərdən 
istifadə edilməsi təsvir olunur. Zavallı körpələr nə baş verdiyini belə anlamır, bunun 
bir  oyun  olduğunu  düşünürlər.  Maqdeburq  şəhərinin  qala  divarları  haqqında  alman 
saqasında Marqarita adlı  bir qadının pul  müqabilində öz oğlunu  inşaat qurbanı kimi 
satması, uşağın oyuqda oturdulub divara hörülməsi nəfəs alması üçün kiçik bir yarı-
ğın qoyulması təsvir olunur. Hər kəs həmin qadından üz döndərir. O, şəhəri tərk edir, 
lakin  əlli  il  sonra  qoca,  əldən  düşmüş  dilənçi  görkəmində  yenidən  qayıdır.  O  xahiş 
edir  ki,  oğlunu  xristian  qaydası  ilə  dəfn  etməyə  icazə  versinlər.  Gənc  daşyonan  hə-
min yerə dırmaşanda qəribə bir səhnə ilə qarşılaşır. Bir neçə daşı aralayanda gənc bir 
cüt  parlaq  gözün  oyuqdan  ona  baxdığını  görür.  Bu,  balaca,  qoca  bir  kişi  idi.  Onun 
uzun, ağ saqqalı daşların arasına dolaşmışdı. Qocanın başının üstündəki oyuqda quş-
lar  yuva  qurmuşdu.  Düşünürdülər  ki,  qocanın  bu  illər  ərzində  sağ  qalmasına  səbəb 
həmin quşların onu yemləməsi olmuşdur. Daşyonan bir memarla köməkləşib qocanı 
aşağı düşürürlər. O artıq ölmüşdü. Lakin hər iki şəxs and içirmişlər ki, yuxarıda olan-
da qoca zarıyırmış (14, 148). 
Əlbəttə ki, saqanın bu hissəsində xalq öz fantaziyasına qol-qanad vermiş, mətni 
emosional bir epizodla bəzəmiş və onun daha təsirli alınmasına nail olmuşdur. 
Nümunələrdən  gördüyümüz  kimi,  mətnlərdə  inşaat  qurbanından  başqa,  onun 
valideynləri, inşaatçılar, hökmdarlar, onların əyanları, ailə üzvləri, hətta bəzi əfsanə-
vi, mifoloji varlıqlar (bolqar, serb, xorvat, makedon folklorunda “vila”) personaj qis-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə