Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə22/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     50 
 
 
Ürəkdə bir dərdim var, 
Nə dost bilir, nə düşman (3, 186). 
Türk xalqlarından toplanmış miflərin bir hissəsini də Ay və Günəşlə bağlı söy-
lənilən  mətnlər  təşkil  edir.  Bu  mətnlərdə  Ay  və  Günəş  bacı-qardaş,  iki  sevgili  və  s. 
kimi  təsəvvür  olunur  və  onların  bir-birindən  ayrılma  səbəbləri  göstərilir.  Yuxarıda 
verdiyimiz bayatının əvvəlki iki misrasında həmin mifoloji görüşlərə işarə edilir. Ye-
ri gəlmişkən qeyd edək ki,  bu  bayatının  bir  variantını da Qarabağ  bölgəsinin Tərtər 
rayonundan toplamışıq. 
Toplanıb  nəşr  olunan  bayatılara  nəzər  saldıqda  onların  bir  qisminin  yaranma-
sında atalar sözlərindən, deyimlərdən istifadə olunduğunu görürük: 
Əzizim, azmamışam, 
Nahəx söz yazmamışam. 
Quyu qazan düşər, 
Mən quyu qazamışam (3, 192). 
 
Əzizim, adı qalar, 
Mivənin adı qalar. 
İyit özü getsə də, 
Yurdunda adı qalar (3, 193). 
 
Bulut dağdan oğranıb, 
Para-para doğranıb. 
Qoca kötüh üsdündə 
Çoxlu budağ doğranıb (3, 188). 
 
Misal  kimi  göstərdiyimiz  bayatıların  birincisində  “Özgəyə  quyu  qazan  özü 
düşər” atalar sözündən, ikincisində “İgid ölər, adı qalar” atalar sözündən, üçüncüsün-
də  isə  “Qoca  kötük  üstündə  çox  çırpılar  doğranıb”  deyimindən  istifadə  olunub.  Bu 
deyim adətən, kiminsə çox yaşlı olması səbəbindən ömrünün az qalmasına işarə vu-
rulduqda  işlədilir. Həmin deyimin  “Səhəng  yanında çox dolçalar qırılıb” variantı da 
var: 
Bir yaralı qoçam mən, 
Yerim yoxdu uçam mən. 
Ürək ki süfrə degil, 
Hər gələnə açam mən (1, 164). 
Misal kimi göstərdiyimiz bu bayatı da “Ürək süfrə deyil ki, hər gələnə açasan” 
deyimindən  bəhrələnərək  yaradılmışdır.  Ancaq  burada  diqqətimizi  çəkən  başqa  bir 
məqam da var. Bayatının ikinci misrasında işlədilən uçmaq feli yerinə düşmür, daha 
doğrusu, birinci misra ilə uyuşmur. Birinci misradakı qoç isminə görə ikinci misrada 
qaçmaq felindən istifadə olunmalı idi. Qoç uçmaz, qaçar. Felin səhv işlənməsi müx-
təlif səbəblərdən baş verə bilər. Bu, söyləyicinin xətası ola bilər. Yəni söyləyici ümu-
mi məzmuna uyduğu üçün çaşıb səhvən “Yerim yoxdu qaçam mən” əvəzinə “Yerim 
yoxdu  uçam  mən”  deyə  bilər.  Yaxud  toplayıcı  mətni  yazıya  köçürərkən  “qaçam” 
əvəzinə “uçam” yaza bilər. Bu, tərtibçinin xətası ola bilər. Həmçinin mətni kompyu-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     51 
 
 
terdə yığan şəxs də  səhvən “qaçam” əvəzinə “uçam”  yaza bilər. Onu da qeyd edək 
ki, növbəti səhifədə həmin bayatı bir qədər fərqli formada verilib. 
Çıxaram dağlara mən, 
Yerim yoxdu qaçam mən. 
 Ürək ki süfrə degil, 
 Hər gələnə açam mən (1, 165). 
Bayatının  bu  variantı  əvvəlki  variantla  müqayisədə  poetik  baxımdan  zəifdir. 
Burada tərtibçinin  xətasını da qeyd etmək  yerinə  düşər. Bayatı  mətnləri çap olunar-
kən onların  variantları  yanlarında = (bərabərlik)  işarəsi qoyularaq verilməlidir. Yəni 
eyni  bayatının  bir  neçə  variantı  müstəqil  bayatı  kimi  ayrı-ayrılıqda  verilə  bilməz. 
Güney  Azərbaycandan  toplanmış  bayatıların  çap  olunduğu  kitablara  baxdığımız  za-
man bu kimi xətalarla tez-tez üzləşirik. Eyni bayatının olduğu kimi həm müxtəlif ki-
tablarda, həm də eyni kitabda çapı da tez-tez gözə dəyən qüsurlardandır. Onu da de-
yək  ki,  bu  cür  xətalara  yalnız  Güney  Azərbaycandan  toplanmış  bayatı  mətnlərinin 
tərtibi zamanı deyil, Quzey  Azərbaycandan toplanıb çap olunmuş  bayatılar arasında 
da rast gəlinir.  
Güney  Azərbaycan  türklərindən  toplanmış  bayatıların  arasında  dastanlardan 
bəhrələnərək yaradılan dördlüklərin də olmasını görürük. 
Əzizinəm, san verər, 
Açma, yaram qan verər. 
Çölləri gəzən Məcnun, 
Leyli deyib can verər (3, 194). 
 
İgidin bir atıdır, 
Bir də təmiz zatıdır. 
Koroğluda qoçaqlıq, 
Onun ehtiyatıdır (2, 86). 
 
Bayatılarda yer-yurd adlarının işlənməsi qanunauyğun haldır. Bu, yalnız qafiyə 
yaratmağa xidmət etmir, eyni zamanda həmin bayatıların hansı bölgənin sakininin di-
lindən söylənməsinin göstəricisidir. Əslində bu bayatılar ümumtürk bayatılarının hə-
min bölgəyə xas variantlarıdır. 
Ağ maya düzdə qaldı, 
Yükü Təbrizdə qaldı. 
Oğlanı dərd apardı, 
Dərmanı qızda qaldı (1, 170). 
 
Əzizim, oda salmaz, 
O Xoydu, o da Səlmas. 
Səməndər də mənimtək 
Özünü oda salmaz (2, 91). 
İkinci  bayatıda  Xoy,  Səlmas  kimi  yer  adlarının  işlənməsi  ilə  yanaşı,  son  iki 
misrada  Səməndər  quşu  haqqında  söylənilən  miflərə  işarə  olunmasını  görürük.  Bu 
bayatı sənətkarlıq baxımından da möhtəşəmdir. Birinci və dördüncü misralarda işlə-
dilən “oda” sözü od, atəş isminin yönlük hal forması, ikinci misradakı “o da” kəlmə-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     52 
 
 
sində  isə  “o”  işarə  əvəzliyi,  “da”  bağlayıcıdır.  Bayatını  deyən  şəxs  “oda”  kəlməsini 
iki formada işlədərək həm məzmunca, həm də formaca gözəl folklor nümunəsi yarat-
mağa nail olub. 
Sonda onu da qeyd edək ki, Güney Azərbaycan türklərindən toplanmış folklor 
nümunələrində şivə xüsusiyyətlərinin gözlənilməməsi və bir çox hallarda mənası an-
laşılmayan sözlərin izahının verilməməsi təəssüf doğurur.  
 
 
ƏDƏBİYYAT 
 
1.  Güney  Azərbaycan  folkloru.  I  kitab  (Təbriz,  Yekanat  və  Həmədan  ərazilərindən 
toplanmış  folklor  örnəkləri).  Tərtib  edən:  fil.ü.f.d.  Sönməz  Abbaslı.  Bakı,  “Elm  və  təhsil”, 
2013 
2.  Güney  Azərbaycan  folkloru.  II  kitab. Tərtib  edən:  fil.ü.f.d.  Sönməz  Abbaslı.  Bakı, 
“Elm və təhsil”, 2014 
3. Təbriz folklor örnəkləri. I kitab. Bakı, “Nurlan”,  2013 
 
 
Çapa tövsiyə edən: fil.ü.f.d. Əfzələddin Əsgər 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə