Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə19/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     43 
 
 
ması  işi  ilə ardıcıl şəkildə  məşğul olaraq sözügedən  janrı  əhatə edən  ilk  mükəmməl 
folklor kitabını hazırlamağın məsuliyyət və fədakarlığını da öz üzərinə götürmüşdür.  
Görkəmli folklorçunun uzun illərin bitib-tükənməyən zəhməti sayəsində hazır-
ladığı doqquz  yüz səksən  nümunədən  ibarət bayatılar toplusu 1938-ci  ildə  Azərnəşr 
tərəfindən buraxılmışdır (25). “Azərbaycan bayatıları” adını daşıyan 141 səhifəlik bu 
kitab o dövrün ən yüksək tirajı ilə - on beş min nüsxə ilə çap edilmişdir. “Azərbaycan 
bayatıları”  kitabı  bayatıların  başlama  qəlibi  əsas  götürülməklə  “Əzizim”  (25,  3-17), 
“Əzizinəm” (25, 17-51), “Eləmi” (25, 51-74), “Mən aşıq” (25, 75-84), “Mən aşiqəm” 
(25, 85-89) ardıcıllığı üzrə tərtib olunmuş, səhifə 29-dan 141-ə qədər isə örnəklər heç 
bir prinsip gözlənilmədən qarışıq şəkildə verilmişdir: 
 
Əzizim gül üşüdü, 
Şeh düşdü gül üşüdü. 
Güldün, ağlım apardın, 
Bu necə gülüşüdü?! (25, 3) 
 
Kitabda həm sadə, həm də cinas qafiyəli bayatılar yer almışdır. Tərtibçi onları 
ayrı bölmələr halında deyil, qarışıq şəkildə təqdim etmişdir. Sadə qafiyəli bayatılar: 
 
Pəncərədən daş gəlir, 
Xumar gözdən yaş gəlir.  
Səni mənə versələr, 
Allaha da xoş gəlir (25, 96).  
Cinas qafiyəli bayatılar:  
Əzizim su cahanı, 
Boyun tək suca hanı? 
Dodağın təşkəsiyəm, 
Alsa da su cahanı (25, 4). 
 
“Azərbaycan  bayatıları”  kitabında  Hümmət  Əlizadə  özünün  başqa  folklor 
nəşrlərində olduğu kimi  mətnin orijinalındakı  şəklinə – söyləyici tələffüzündəki  və-
ziyyətinə uyğun şəkildə çatdırmaq ənənəsini qoruyub saxlamağa çalışmışdır. Aşağı-
dakı bayatı örnəyinin timsalında bunu daha əyani görmək mümkündür: 
 
Mən aşığam keş gə sən, 
Körpü üstən keş gə sən. 
Gəldin, dərdim artırdın,  
Gəlməyəydin keşgə sən (25, 81). 
  
Göründüyü kimi, bu bayatı cinas şəklində qurulmuşdur. Lakin həmin mətn söy-
ləyicinin tələffüz etdiyi tərzdə yazıya alınması cinas sistemini heç cür qurmaq müm-
kün ola bilməz. Ədəbi-qrammatik görməyə görə “ keş kə sən”  ifadəsi  “keç gəl sən” 
şəklində, “keşkə sən” isə “kaş ki sən” biçimində yazılmalıdır. “Keç gəl sən” və “kaş 
ki  sən”  ifadələri  isə  yazıldığı  tərzdə  söyləndikdə  bir-biri  ilə  çox  da  rahat  uyuşmur, 
onların qafiyə, özü də cinas qafiyə halına gəlməsi üçün məhz canlı danışıq dinamika-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     44 
 
 
sına əsaslanan söyləyici tələffüzü əsas götürülməlidir. Hümmət Əlizadə bu səbəbdən 
“keç gəl səni” “keş gə sən”, “kaş ki sən”i isə (keşgə sən) şəklində yazıya alaraq baya-
tının el arasındakı cinaslı mənzərəsini qorumağa müvəffəq ola bilmişdir (9). 
Hümmət Əlizadənin “Azərbaycan bayatıları” kitabı bir folklor nəşri kimi bu sa-
hədə həyata keçirilən ilk irimiqyaslı fəaliyyət olaraq böyük elmi və mədəni əhəmiyyət 
kəsb  edir.  Təəssüf  ki,  1941-ci  ildə-  Hümmət  Əlizadənin  ölümündən  sonra  onun  bu 
toplama – tərtib işi 1943-cü M.H.Təhmasibin adına çıxmışdır. Sonralar M.H.Təhmasib 
həmin nəşrin  müəllifliyindən  imtina etmişdir. Azərbaycan bayatılarının ötən əsrin 60-
80-cı illərindəki ən müxtəlif  nəşrlərində Hümmət Əlizadənin “Azərbaycan bayatıları” 
kitabındakı materialların demək olar ki, hamısı istifadə olunsa da, təəssüf ki, bu barədə 
heç bir qeyd verilməmişdir. 
Hümmət Əlizadə həm də bir çox nəzəri məqalələrin (26; 27;28;29;30), eləcə də 
“Paraça”, (Bakı: AzərUşaq, GəncNəşr, 1938), “Tülkü ilə tısbağanın ortaqlığı”, (Bakı: 
AzərUşaq, GəncNəşr, 1939), “Gülbala” (Bakı:AzərUşaq, GəncNəşr, 1939) və s. kimi 
digər  kitabların  da  (31;  32;  33)  müəllifidir.1938-ci  ildə  çap  edilən  və  redaktoru  A. 
Şaiq olan 42 səhifəlik “Paraça” kitabının mövzusu xalq nağıllarından alınmışdır. Bu 
nağıl  süjet  xəttinə  görə  məşhur  “Cırtdan”  nağılına  bənzəyir.  Bu  nağılda  da  ağıllı 
Paraçanın tədbiri ilə uşaqlar qorxunc qocadan xilas olurlar. 
1939-cu ildə çap edilən və redaktoru M.H. Seyidzadə olan 27 səhifəlik “Tülkü 
ilə  tısbağanın  ortaqlığı”  kitabı  isə  eyni  adlı  təmsildən  bəhs  edir.  Təmsildə  hiyləgər 
tülkü tıbağaya kələk gələrək onunla birgə əziyyət çəkməsini,  birləşib  iş görmələrini 
təklif edir. Lakin özü isə hiyləgərlik edərək heç bir iş görmür və əziyyəti bağa çəkir. 
Təmsilin sonunda haqq-ədalət bağanın tərəfində olur. 
Yenə də 1939-cu ildə çap edilən və redaktoru M.H. Seyidzadə olan 47 səhifəlik 
“Gülbala”  kitabının  da  mövzusu  xalq  nağıllarından  götürülmüşdür.  Bu  nağılda  isə 
Lala adlı ağıllı, gözəl  və tədbirli  bir qızın kaftar qarıya  necə qalib gəldiyindən oxu-
naqlı bir dillə bəhs edilir. 
Hümmət Əlizadənin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti “Xəlqiyyət şö-
bəsi” xətti ilə başlanılan, daha sonra isə Azərbaycan Elmi Tədqiqat İnstitutunun “Şi-
fahi xalq ədəbiyyatı” şöbəsində davam edən toplama və nəşr fəaliyyəti sözün həqiqi 
mənasında bir fədakarlıq, elsevərlik örnəyi olmuşdur. Onun hazırladığı mətnlər Azər-
baycan  folklor  kitabı  istiqamətində  iyirmi-otuzuncu  illərdə  həyata  keçirilən  elmi-
təşkilati fəaliyyətin ən uğurlu nəticələri sırasında yer almaqdadır.  
AMEA Folklor İnstitutu da Hümmət Əlizadənin folklorşünaslıq irsinin yenidən 
nəşr olunması və tədqiqi işinə öz töhfəsini vermişdir. Belə ki, Folklor İnstitutu mün-
təzəm  olaraq  nəşr  etdiyi  “Azərbaycan  folklorunun  ilkin  nəşrləri”  seriyasından  olan 
daha  bir  kitabı-Hümmət  Əlizadənin  topladığı  316  səhifəlik  “Azərbaycan  el  ədəbiy-
yatı  :  Nağıllar”  kitabını  2013-cü  ildə  (Tərtib  edəni  filologiya  üzrə  fəlsəfə  doktoru 
Sönməz Abbaslı, elmi redaktoru və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru 
İsrafil Abbaslı) təkmilləşdirilmiş variantda yenidən nəşr etmişdir. 
Azərbaycan  folklorşünaslığında  xüsusi  xidmətləri  olan  böyük  folklorşünas 
Hümmət  Əlizadə1941-ci  ildə  Bakıda,  digər  məlumata  görə  isə  1941-ci  ildə  Qazax 
rayonunun Köçəsgər kəndində (2, 31) vəfat etmişdir. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə