Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə15/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     35 
 
 
İşin  məqsədi:  Hümmət  Əlizadənin  bir  folklorşünas  kimi  çoxsahəli  fəaliyyəti-
nin  folklorda  öz  əksini  tapmasını  müəyyənləşdirmək,  bu  sahədə  araşdırma  aparmaq 
və onun follorşünaslıq irsini müxtəlif aspektlərdən tədqiqata cəlb etmək.  
 
XX əsrin otuzuncu illərin əvvəllərindən başlayaraq Azərbaycan şifahi xalq ədə-
biyyatının  toplanma,  nəşr  və  tədqiqi  sahəsində  sanki  bir  ləngimə  özünü  göstərməyə 
başladı.  Yazılı  ədəbiyyatda olduğu kimi,  şifahi  yaradıcılıqda  da  müəyyən  “meyarlar” 
meydana  gəldi.  Ziyalıların,  şair  və  yazıçıların,  elm  adamlarının  “panislamist”,  “pan-
türkist”  damğalarla  damğalanma  dövrü  başlandı.  Otuzuncu  illərin  ortalarından,  daha 
dəqiq 1937-ci ildən etibarən Azərbaycan folklorşünaslığının ən aparıcı simaları olan − 
Hənəfi  Zeynallı,  Vəli  Xuluflu,  Salman  Mümtaz,  Əmin  Abid,  Yusif  Vəzir  Çəmənzə-
minli və başqalarının repressiya edilməsi folklorşünaslıqda böyük bir boşluq yaratdı. 
Əslində  isə bu dövrdə xalqın  milli özünüdərkində, özünə qayıdışında  yeni qa-
dağalar və tabular tətbiq edilməyə başlayırdı. Xalqın özünü, soy kökünü, milli düşün-
cəsini  və əxlaqını öyrənməyə kömək edən qaynaqları araşdıranlara düşmən  münasi-
bəti bəslənilirdi. Xalq ədəbiyyatının toplanılması, öyrənilməsi, nəşri və tədqiqi əslin-
də arxa plana keçirdi. Bu dövrdə birdən-birə dövlətin siyasətində sovet həyat tərzinin 
təbliği  ön  plana  keçdi.  Azərbaycan  xalqını  manqurtlaşdırmağın  yeni  dalğası  görün-
məyə başladı. 1937-38- ci illərdə “milli folklorun başlıca tədqiqatçıları və təbliğatçı-
ları aradan götürüləndən sonra repressiyalar elə bil ki, səngiməyə başladı”(1, 59).  
Ancaq  bununla  belə  keçən  əsrin  20-40-cı  illər  Azərbaycan  folklorşünaslığı  top-
lama, nəşr, tədqiq zənginliyi  ilə, eləcə də görkəmli folklorşünasları ilə  folklorşünaslıq 
elmi tarixində xüsusi mərhələ təşkil edir. Bu dövr Azərbaycan folklorşünaslığının gör-
kəmli  nümayəndələrindən  biri  Hümmət  Əlizadə  olmuşdur.  O,  özü  haqqında  yazmış 
olduğu tərcümeyi-halında göstərir ki, 10 oktyabr 1907-ci ildə Qazax qəzasının Həsən-
su  mahalının  Köçəsgər  kəndində  dünyaya  göz  açıb  (3,  22).  Digər  məlumata  görə 
Hümmət Əli oğlu Əlizadə 1907-ci ildə Cənubi Azərbaycanın Sulduz obasında anadan 
olmuşdur. Onun ailəsi  ilk  əvvəl  Bakıya, oradan  da  Qazaxın  Köçəsgər kəndinə  köçür. 
H.Əlizadə  ibtidai  təhsilini  həmin  kənddə  alır  (2,  31).  Başqa  məlumata  görə  Hümmət 
Əlizadə ibtidai təhsilini Tovuz məhəllə məktəbində, sonralar Mərkəzi Türk işçi fakül-
təsini bitirmişdir. 1926-cı ildə H.Əlizadə Azərbaycan Pedaqoji İnstitutuna qəbul edilir. 
İnstitutu  bitirdikdən  sonra o,  “Azərbaycanı  öyrənən  cəmiyyət”in  üzvü  kimi  daha  çox 
şifahi xalq ədəbiyyatı nümunələrini toplamaq, tərtib etmək və onları nəşr etməklə məş-
ğul  olur.  Hümmət  Əlizadənin  tərtib  işlərində  ən  önəmli  cəhət  ondan  ibarət  idi  ki,  o, 
müxtəlif  folkor  örnəklərinin  dilinə  toxunmur,  yazıya  aldığı  hər  bir  material  barədə 
(söyləyici, topladığı yer, tarix və s.) ayrıca məlumar verirdi. 
H.Əlizadə  peşəkar  folklor  toplayıcısı  idi.  1920-1930-cu  illərdə  xalq  ağız  ədə-
biyyatının toplanması sahəsində onun çox böyük xidmətləri olmuşdur. “Azərbaycanı 
Tədqiq və Tətəbbö Cəmiyyəti”nin (1923-1929) və onun davamı olan digər elmi təş-
kilatların – Azərbaycan Elmi Tədqiqat İnstitutu, AzOZFAN və s. xətti ilə xalqımızın 
zəngin  folklorunun  toplanması  və  nəşri  istiqamətində  ən  məhsuldar  fəaliyyət  göstə-
rən folklorçular sırasında Hümmət Əlizadənin də unudulmaz xidmətləri olmuşdur. O 
topladığı folklor nümunələrini ayrıca kitab kimi də nəşr etdirə bilirdi. Azərbaycan şi-
fahi xalq ədəbiyyatının toplanmasında və nəşrində xüsusi fəaliyyət göstərən Hümmət 
Əlizadə  ilk  dəfə  “Azərbaycan  aşıqları”  kitabını  (Bakı:  Azərnəşr,  1929)  nəşr  etdirir. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     36 
 
 
Bu  kitabın  nəşri  ilə  bağlı  onu  da  demək  lazımdır  ki,  1928-ci  ildə  Azərbaycan  aşıq-
larının  I  qurultayı  H.  Əlizadənin  topladığı  aşıq  şeirlərinin  çap  edilməsini  qərara  al-
mışdı. H. Əlizadənin Azərbaycan aşıqlarının şeirlərindən ibarət olan bu ilk kitabı aşıq 
şeirimizin  zəngin  irsinin  toplanılması  və  onun  nəşrinin  bünövrəsini  qoymaq  ba-
xımından böyük tarixi əhəmiyyətə malik idi. Kitabda çox böyük miqdarda Azərbay-
can aşıqlarının şeirləri toplanmışdı. 
 Bu illərdə Hümmət Əlizadənin xalq ədəbiyyatına dair bir neçə nəzəri məqaləsi 
də dərc edilir. O, Aşıq Ələsgər və Aşıq Əsəd irsinin toplanmasında  fəal  iştirak edir. 
H.  Əlizadə  yalnız  inqilabdan  əvvəl  yaşayıb-yaradan  aşıqların  əsərlərini  deyil,  eyni 
zamanda  Sovet  hakimiyyəti  dövründə  yaşayan,  yeni  həyatı,  müasir  insanları,  tərən-
nüm edən aşıqların əsərlərini də toplayıb nəşr etdirir. İmkan daxilində müasir aşıqla-
rın, el şairlərinin yaradıcılığı haqqında nəzəri məqalələrlə çıxış edir. Hümmət Əliza-
də Sovet quruluşunun xalq ədəbiyyatının mövzu və mündəricəsinə göstərdiyi müsbət 
təsiri belə təsvir edirdi: “...Oktyabr inqilabı el ədəbiyyatına yeni mövzu, yeni məfku-
rə,  yeni  mündəricə  verdi”  (4,  23).  H.Əlizadə  sonralar  “Aşıq  Ələsgər”  (Bakı:  Azər-
nəşr, 1934), “Aşıq Əsəd” (Bakı: Azərnəşr, 1936), “Hüseyn Bozalqanlı” (Bakı: Azər-
nəşr,  1938) kimi  aşıq  yaradıcılığına  həsr  olunmuş  tərtib  kitablarını  nəşr  etdirir.  H. 
Əlizadə uzun illərin zəhməti nəticəsində topladığı aşıq şeirlərini iki cilddən ibarət ki-
tabda nəşr etdirir. O, “Aşıqlar”ın I cildinə görkəmli ustad aşıqlardan Tufarqanlı Ab-
bas, Xəstə Qasım, Aşıq Abdulla, Dilqəm, Şəmkirli Hüseyn, Aşıq Musa, Aşıq Məm-
məd, Molla Cümə, Xəyyat Mirzə, Şair Vəli, Bozalqanlı Aşıq Hüseyn, və başqalarının 
şeirlərini daxil edir. Hümmət Əlizadə ”Aşıqlar”ın II cildinə isə keçmişdə yaşamış, la-
kin  şeirlərindən  bəzi  nümunələr  qalan  aşıqların  qoşmaları  ilə  yanaşı,  müasir  sovet 
aşıqlarının şeirlərini də əlavə edir. 
1937-1938-ci  illərdə Hümmət Əlizadə ,”Aşıqlar”  kitabını  yenidən nəşr etdirir. 
Kitaba  xalqımızın  müasir  həyatını  tərənnüm  edən  aşıqların-Aşıq  Əli,  Miskin  Əli, 
Aşıq Nəcəf, Şeyda Əziz və başqa aşıqların şeirlərini daxil edir. Hümmət Əlizadə bu 
illərdə “Dastanlar və nağıllar” kitabını çap etdirir. Buraya “Aşıq Valeh”, “Aşıq Əm-
rah”, “Novruz”, “Şah İsmayıl”, “Tahir Mirzə”, “Məsum”, “İbrahim”, “Alıxan və Pə-
rixanım”,  “Dilsuz  və  Xəzəngül”,  “Sayyad  və  Səadət”,  “Qasım”  dastanlarını  daxil 
edir. Hümmət Əlizadə eyni  zamanda 1941-ci  ilə  kimi  Aşıq Ələsgərin,  Aşıq Əsədin, 
Hüseyn Bozalqanlının da şeirlərini toplayıb kitabça şəklində çap etdirir. “Azərbaycan 
bayatıları” kitabı da Hümmət Əlizadənin təşəbbüsü ilə nəşr edilir (5, 67). Azərbaycan 
aşıqlarının  şeirlərini  toplayıb  çap  etməsi  Hümmət  Əlizadənin  ən  mühüm  xidmətlə-
rindən biri  idi. Qeyd etmək  lazımdır ki, Hümmət Əlizadənin  ən çox diqqət yetirdiyi 
sahə  aşıq  yaradıcılığı  sahəsi  olmuşdur.  Bu  sahəyə  həsr  etdiyi  kitablarda  H.Əlizadə 
yeri gəldikcə aşıqların anadan olduğu, yazıb-yaratdığı yer, eləcə də onların dövrü ba-
rədə xırda qeydlər də verirdi.  
Ümumiyyətlə, H.Əlizadə 1935-1938-ci illərdə ”Aşıqlar”ın I-II hissələrini (Bakı: 
Azərnəşr, 1937-1938), “Azərbaycan nağılları”( Bakı: Azərnəşr, 1937), “Azərbaycan el 
ədəbiyyatı”  (Bakı:  Azərnəşr,  1937),  “Dastanlar  və  nağıllar”  (Bakı:  Azərnəşr,  1937), 
kitablarını,  “Koroğlu”  dastanının  14  qolunu,  iki  variantını  və  50  müstəqil  qoşmasını 
birlikdə kitab şəklində çap etdirir. Bundan sonra o, yenə Azərbaycanın bir çox bölgələ-
rinə ekspedisiyalar təşkil edir və xeyli el ədəbiyyatı nümunələri toplaya bilir. Hümmət 
Əlizadə “ müxtəlif informatorlardan yüz mindən artıq folklor vahidini-folklor nümunə-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə