Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə13/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     29 
 
 
 
Ayın axar su ilə Ayın  birlikdə sonsuzluğa qarşı  bir vasitə kimi qəbul edilməsi 
inancına Qəbələ bölgəsində də rast gəlinir. XIX əsrdə Azərbaycanda sonsuz qadınla-
rın Ay işığında axar sudan keçirildiyi məlumdur.  
Antik mənbələr, həmçinin arxeoloji-etnoqrafik araşdırmalar da bu ərazidə vax-
tilə Ay məbədinin olduğunu söyləməyə əsas verir. Strabon, xristianlığın qəbuluna qə-
dər albanların Helios (Günəş), Zevs (Yer və Göyün tanrısı), xüsusilə İberiya yaxınlı-
ğında məbədinin yerləşdiyi Selenaya (Ay) sitayiş etdiklərini yazırdı (7, s.477). Stra-
bonun  İberiya  yaxınlığında  qeyd  etdiyi  Selena  məbədinin  yerləşdiyi  ərazisi  Qafqaz 
Albaniyasının  tarixi  vilayəti  olan  və  e.ə.  I  əsrdə  İberiya  sərhəddində  yerləşən  Şəki 
vilayəti ilə üst-üstə düşür.
 Tarixi-etnoqrafik tədqiqatlardan da məlum olur ki, 
Qafqaz 
Albaniyasının 
şimal-qərb  bölgəsini  əhatə  edən  və 
mühüm  siyasi-inzibati  mərkəzlə-
rindən olan 
Şəki vilayəti ay məbədləri ilə zəngin olmuşdur
. Müasir Azərbaycanın şi-
mal-qərbini-Şəki-Zaqatala  bölgəsini  əhatə  edən  bu  ərazidə  hazırda  da  Ay  kultunun 
izləri qalmaqdadır.  Azərbaycanın şimal-qərb bölgəsində e.ə. III minilliyə aid arxeo-
loji abidələrdən aypara  fiqurlu qəbir örtüklərinin  aşkar edilməsi  burada Ay kultu  ilə 
bağlı  qədim  inamların  çox  qədim  dövrlərdən  bəri  mövcud  olduğunu  təsdiq  edir(  2, 
s.85). 
Bu bölgədə Komrad, Armatay, Kürmük, Kiş 
kimi ilkin təyinatına görə albanla-
rın sitayiş etdikləri ilahi üçlüyün-Göy, Günəş və Ay tanrıları şərəfinə inşa edilmiş və 
sonralar xristianlıq ayinlərinin keçirildiyi ibadətgaha çevrilən
 erkən xristianlıq dövrü-
nə  aid
  alban  məbədləri
  mövcuddur.
  Arxeoloji-etnoqrafik  tədqiqatlar  təsdiq  etmişdir 
ki, 
Armatay,  Kürmük,  Kiş  məbədləri, 
Qum  bazilikası,
 
Ləkit  kilsəsi
 (V  –  VI  əsrlər) 
kimi erkən xristianlıq abidələrinin bir çoxu əvvəllər dini mərasimlər keçirilən köhnə 
məbəd qalıqlarının  yerində  inşa edilmişdir (8; 9;  2; 4,
 s. 171
 ; 3, s. 29-30; 5, s. 20) 
Xristianlığın Albaniyada yayılması və tədricən dövlət dininə çevrilməsilə qədim sita-
yiş yerlərində xristian məbədləri tikilsə də, xalq bu ibadətgahları öz qədim inancları-
na  uyğun  olaraq  yenə  də  “ocaq”,  “pir”  adlandıraraq  burada  ayinlər  icra  etməyə  da-
vam  etmiş,  inanclarını  klassik  ideologiyaların  tərkibində  də  yaşatmışdır.  Yerli  əhali 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     30 
 
 
arasında  alban  tayfalarının  qədim  inanclarının  izləri  müxtəlif  formalarda  qorunub 
saxlanmaqdadır.  Kürmük  məbədi  də  qədim  Ay  məbədinin  yerində,  hazırda  da  əsas 
sitayiş yeri sayılan ən yüksək qaya parçasının üstündə inşa olunmuş erkən orta əsrlər 
dövrünə aid alban məbədidir.  
Hazırda  Kürmükoba  mərasiminə  həm  xristian,  həm  də  islam  dini  elementləri 
daxil  edilsə  də,  Kürmükoba  bayramında  qədim  inancların  qalıqları,  təbiət  ayinləri 
özünü daha çox büruzə verir. XIX əsr müəllifləri də bölgə əhalisinin xristianlıq və is-
lamı qəbul etsələr də daha çox ibtidai dinlərə yaxın olduğu, həmçinin Kürmük bayra-
mında dini ayinlərlə yanaşı qurbankəsmə mərasiminin icrası barədə məlumat verirdi-
lər  (  11,  s.  21-22).  Kürmükoba  bayramı  əslində  qədim  dövrlərdən  bəri  təbiət  ayini 
olub Kürmük çayı ilə bağlı olmuşdur. Bu mərasimin aprel və noyabr–yəni çayın daş-
ma mövsümündə keçirilməsi Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin 
də öz adını  bölgənin  həyat  mənbəyi olan gur sulu Kürmük çayından götürüldüyünü 
söyləməyə əsas verir. Kürmük çayı bəzən dağıdıcı da ola bildiyi üçün yerli əhali ara-
sında onun gücünə inam yaranmış, buna görə də ildə iki dəfə yazda və payızda çayın 
daşma dövründə bölgənin təsərrüfat həyatında mühüm rol oynayan gur sulu Kürmük 
çayının  şərəfinə  mərasim  icra  olunmuşdur.  Kürmük oba  ifadəsindəki  “oba”  kəlməsi 
isə bu  bayramın  lokal  xarakterini  ifadə edir  və  yalnız  bu obanın,  yəni  Kürmük çayı 
bölgəsini  əhatə  edən  Kürmük  obasının-Kürmük  elinin  bayramı  mənasını  ifadə  edir. 
Oba,  məlum  olduğu  kimi,  Azərbaycanda  patronomik  birlik  ifadə  edən  terminlərdən 
biridir. 
Yerli əhali bu bayramı bəzən Hereteoba da adlandırır (10, s. 14-17.). Tarixi mən-
bələrdən məlum olduğu kimi, Hereti vilayəti Qafqaz Albaniyasının şimal-qərbində yer-
ləşirdi və Alazan və İori çayları hövzəsini əhatə edirdi. Yəni tarixi alban vilayəti olan 
Hereti Kürmük məbədinin və Kürmük çayının olduğu ərazinin də daxil olduğu ərazidə 
yerləşirdi. Hereti xoronimi bütün erkən orta əsrlər boyu Alban tayfa ittifaqının mühüm 
etnoslarından  biri  olmuş  hər tayfalarının  adı  ilə  bağlıdır. Hereti  Alban tayfa  ittifaqına 
daxil olan gel, qat və hərlərin məskun olduğu ərazi olmuşdur. Araşdırmalarımız təsdiq 
etmişdir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının Hereti vilayətində məskun olmuş 
hər  və  qat  tayfaları  erkən  orta  əsrlərdə  Ərəb-Xəzər-İran  müharibələrindən  qorunmaq 
üçün Tufan dağı, Şağdağ kimi əlçatmaz dağlara çəkilərək burada yeni  məskənlər sal-
mışlar və bu gün Şahdağ ətrafında yaşayan xınalıq, qrız, hapıtların əcdadlarıdır. Gellər 
isə hazırda da tarixi Hereti bölgəsində məskun olan ingiloyların əcdadlarıdır. Həqiqə-
tən  də  hazırda  Kürmükoba  mərasimi  ingiloylar  arasında  daha geniş  keçirilir.  Bayram 
günü öz tarixi  yaddaşlarına sadiq qalan həm xristian, həm də müsəlman ingiloylar bu 
mərasimdə iştirak edib, birgə ibadət edirdilər. Bayramın Hereteoba adlanması  isə onu 
göstərir  ki,  əslində  bu  qədim  alban  vilayəti  olan  Hereti  əhalisinin  bayramıdır  və  bu 
bayram Qafqaz Albaniyası dövründən bəri keçirilir. Yerli əhali xristianlıq, islam kimi 
ideologiyaları  qəbul  etsələr də  ibtidai  zamanlardan  bəri təbiətin  şərəfinə  icra  etdikləri 
öz qədim mərasim ayinlərini unutmamışlar. 
Göründüyü kimi, Kürmükoba bayramın tarixi uzaq keçmişə söykənir. Hazırda 
da Kürmük çayı ətrafındakı bütün kəndlərdən gələn həm xristian, həm də müsəlman 
əhali öz tarixi  yaddaşına sadiq qalaraq Kürmükoba bayramında Aya, Günəşə sitayi-
şin, həmçinin dağ kultu, su kultu, ağac kultunun izlərini daşıyan bir sıra qədim ayin-
ləri icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşlarının üstündə şamlar yandı-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə