Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə16/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     37 
 
 
lərini yazıya almışdır. O, öz müasirləri kimi milli ağız ədəbiyyatının ən mühafizəkar və 
səriştəli  toplayıcısı  olub,  20-30-cu  illərdə  şifahi  sərvətimizin  ”qaymağını”  yığıb  gələ-
cək nəsillərə hədiyyə etmişdir” (1, 59). 
Azərbaycanda  Sovet  hakimiyyətinin  qələbəsindən  sonra  xalq  ədəbiyyatının 
toplanılmasında və nəşrində çalışan folklorşünaslar içərisində Hümmət Əlizadə xüsu-
silə  fərqlənirdi.  O,  Azərbaycanı  qarış-qarış  gəzir,  daha  çox  toplama  işlərinə  böyük 
əmək sərf edirdi. H. Əlizadənin fədakarlığı bunda idi ki, o, yalnız sazlı-sözlü adam-
larla görüşür, onlarla üz-üzə oturur və topladığı materialları canlı danışıq dilində ya-
zıya alırdı. Bunun  nəticəsidir ki, H.Əlizadə  Azərbaycan  folklorunun, demək olar ki, 
bütün nümunələrini toplamağa çalışmışdır. Hümmət Əlizadənin 1940-cı ilə kimi, bir-
birinin  ardınca  xalq  ədəbiyyatının  müxtəlif  janrlarından  ibarət  çoxlu  kitabları  çap 
olunur. Onu da qeyd etmək lazımdır ki, H.Əlizadə o dövrə görə hələ gənc nəslin nü-
mayəndəsi idi. Onun bir çox kitab, resenziya və məqalələri vardır ki, bunlar, əsasən, 
şərh, məlumat xarakteri daşıyır.  
1930-cu illər boyu qəzet, jurnal, kitablar vasitəsilə H.Əlizadənin topladığı külli 
miqdarda  xalq  ədəbiyyatı  nümunələri  geniş  xalq  kütlələrinə  çatdırılmışdır.  “İnqilab 
və  mədəniyyət”,  ”Maarif  işçisi”,  “Azərbaycanı  öyrənmə  yolu”  jurnallarında,  “Gənc 
işçi”,  ”Ədəbiyyat”  qəzeti”  və  s.  mətbuat  orqanlarında  onun  bayatı,  tapmaca,  atalar 
sözü, nağıl, dastan və aşıq şeirləri çap olunur. Hümmət Əlizadə dillərdə dolaşan, la-
kin hələ elmə məlum olmayan zəngin mənəvi sərvəti üzə çıxarırdı (6, 64). 
Ümumiyyətlə,  otuzuncu  illərdə  Azərbaycan  folklorunun  toplanılması  və  nəşri 
işində H.Əlizadənin çox böyük, təqdirəlayiq xidmətləri olmuşdur. İyirminci- otuzun-
cu illərdə folklor ekspedisiya və ezamiyyətlərində onun qədər fəal iştirak edən ikinci 
bir  folklorçu  yoxdur. Az qala  ilin çox  hissəsini  Azərbaycanın  müxtəlif  bölgələrində 
el ədəbiyyatı  nümunələri toplamaqla keçirən Hümmət Əlizadənin  fədakar toplayıcı-
lıq və naşirlik fəaliyyəti nəticəsində çoxsaylı folklor kitabları işıq üzü görmüşdür. Bu 
sıradan  onun  elmi  ictimaiyyətə  təqdim  etdiyi  folklor  kitabı  1929-cu  ildə  ATTC-nin 
nəşriyyatında buraxdırdığı “Azərbaycan el ədəbiyyatı” (I hissə) məcmuəsidir. Həmid 
Sulatanov və Hənəfi Zeynallının müştərək redaktorluğu altında buraxılmış bu kitaba 
Hümmət  Əlizadənin  Qazax  və  Gəncə  qəzalarından  toplamış  olduğu  xalq  nağılları 
daxil edilmişdir. 157 səhifəlik kitabın annotasiyasında  məcmuənin  Azərbaycanı Öy-
rənən Cəmiyyət – Türkoloji bölməsinin Xəlqiyyat yarımbölməsində hazırlandığı gös-
tərilmişdir (7).  
“Azərbaycan el ədəbiyyatı” məcmuəsinin ikinci hissəsi 1936-cı ildə buraxılmış 
və  oraya  həm  nağıllar,  həm  də  aşıq  dastanları  daxil  edilmişdir  (8).  “Azərbaycan  el 
ədəbiyyatı”nın 1929-cu il nəşrində yer alan “Kötükçü Abbas”, “Ovçu oğlu Uluxan”, 
“Şahzadə  İbrahim”,  “Ayğır  Həsən”,  “Nardan  Xatun”,  “Şah  Abbas”,  “Şahzadə  Bəh-
ram”, “Məlik Məhəmməd” və başqa nağıllar toplanıldığı ərazinin - Gəncə - Qazax – 
Borçalı bölgəsinin dil-ləhcə xüsusiyyətləri saxlanılmaqla nəşr edilmişdir. Hər bir na-
ğılın  harada,  kimdən  yazıya  alınması  barədə  kitabın  sonunda  məlumat  verilməsi  də 
onun elmi dəyərini artırır. Kitaba “Gəncə və Qazax nağılları haqqında” başlıqlı rəy-
müqəddimə yazan Hənəfi Zeynallı buradakı materialların elmi əhəmiyyətini vurğula-
yaraq göstərirdi: “El yaradıcılığının ən qüvvətli və zəngin bir qismini təşkil edən na-
ğıllar xəlqiyyatı öyrənmək üçün ən qiymətli  bir sahədir. Burada elin keçmiş olduğu 
ictimai, qövmi, ənənəvi və dini məqamları tamamilə görmək olur” (7, 9).  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     38 
 
 
Lakin  həm  H.Zeynallının  giriş  məqaləsində,  həm  də  bütövlükdə  kitabın  tərki-
bində  dövrün  siyasi-ideoloji  ab-havası  qabarıq  şəkildə  öz təsirini  göstərmişdir.  Belə 
ki,  məcmuəyə  daxil  edilmiş  nağılların  “Yoxsul  və  ortabab  kəndli  təbəqəsi  arasında 
yayılanlar”  (“Avçı  oğlu  Uluxan”,  “Fatmacıq”,  “Piyalə  göz”,  “Nardan  Xatun”  və  s.) 
“Bəylər, ağalar məclisində söylənən “gəlmə” nağıllar” (“Şahzadə Bəhram”, “Nəcəf”, 
“Şahzadə İbrahim”, “Kötükçü Abbas” və s.) kimi ideoloji meyarlarla qruplaşdırılma-
sı  hər  hansı  başqa  bir səbəbə söykənmir. Kitabın  girişində  bu cür qruplaşdırılmanın 
ATTC  Folklor  Komissiyasının  rəyi  əsasında  aparıldığının  xüsusi  şəkildə  vurğulan-
ması  da  sözügedən  toplama-tərtib  işinə  marksist  ideoloji  yanaşmanın  zorla  tətbiq 
edildiyindən xəbər verirdi (9). 
Hümmət Əlizadənin 1929-cu ildə nəşr etdirdiyi ikinci folklor kitabı “Azərbay-
can aşıqları” adlanır (8). Yetmişdən yuxarı aşıq və el şairinin çoxsaylı şeirlərini əhatə 
edən 295 səhifəlik bu kitaba Abdulla Şaiq müqəddimə, Hümmət Əlizadə özü isə “El 
ədəbiyyatı və inqilab” adlı ümumi səciyyəli giriş məqaləsi yazmışdır. “Göyçəli Aşıq 
Ələsgər” başlığı ilə açılan toplama-tərtib işi “Zeynalov İsmayıl Katib”lə tamamlanır. 
Kitabda Şair Vəli, Aşıq Söyün, Xəyyat Mirzə, Aşıq Əsəd, Aşıq Əmrah, Aşıq Qərib, 
Aşıq Qurban, Məsum, Divarqanlı Abbas, Xəstə Qasım və s. cərgəsi üzrə gedən mate-
riallar verilmişdir. Təqdim olunan sənətkar haqqında ya olduqca yığcam bilgi verilir, 
bəzi hallarda isə yalnız ad və təxəllüs göstərilir. Təqdim olunan bioqrafik məlumatla-
rın  xeyli  hissəsində  natamamlıq,  dolaşıqlıq  və  ziddiyyət  olduğu  açıq  şəkildə  nəzərə 
çarpır.  
Kitabın  tərtibində  xronoloji  ardıcıllığa,  demək  olar  ki,  diqqət  yetirilməmişdir. 
Məsələn, əsasən XIX yüzilliyin sənətkarı olan Aşıq Ələsgərlə açılan kitabda Qurban, 
Abbas  Tufarqanlı,  Xəstə  Qasım  kimi  orta  əsr  aşıqlarına  orta  sıralarda  yer  ayrılması 
heç bir tərtib prinsipinə sığışmır. Antologiyanın ən böyük qüsuru isə ayrı-ayrı aşıqlar 
və ya el şairləri ilə aşıq dastanlarındakı qəhrəmanların qarışdırılması və bir arada ve-
rilməsi  idi.  Sonralar  bu  məsələnin  üzərinə  qayıdan  professor  M.H.Təhmasib  tarixi 
təcrübəni təhlil edərək yazırdı: “Bizcə, bu kitablarda ən böyük nöqsan ondan ibarət-
dir ki,  bir  sıra dastan  şeirləri  həmin dastanların qəhrəmanlarının  müstəqil qoşmaları 
kimi verilmiş, belə ustadların yaşamış olduqları dövr isə əksərən dastanda surət kimi 
iştirak edən şahın yaşamış olduğu illərlə müəyyənləşdirilmişdir” (10).  
Görünür, özü də bu və buna bənzər nöqsanların, çatışmazlıqların olduğunu nə-
zərə alan Hümmət Əlizadə bir il sonra həmin kitabdakı materialları bir çox əlavələrlə 
daha da zənginləşdirərək, demək olar ki, xronoloji ardıcıllıq üzrə yenidən tərtib etmiş 
və bir il sonra –1930-cu ildə “Azərnəşr” də çapdan buraxdırmışdır.(11) Kitabın tərti-
bindəki Tufarqanlı Abbas, Aşıq Qurbani, Aşıq Ələsgər, Aşıq Hüseyn, Molla Cümə... 
ardıcıllığı bunun əyani sübutudur. Tufarqanlı Abbas (XVII) ilə Qurbaninin (XVI əsr) 
tarixi sıralanmasında olduğu kimi, Xəstə Qasımın (XVIII əsr) Molla Cümədən (XIX-
XX əsrlər) sonraya salınması kimi qüsurların yenə də özünü göstərməsinə baxmaya-
raq, “Azərbaycan aşıqları” antologiyasının 1930-cu ildəki nəşri aşıq ədəbiyyatı mate-
riallarının sistemli-xronoloji tərtibatdakı ilk mühüm nəşrlərindən biri kimi böyük el-
mi əhəmiyyətə malik bir hadisə idi.  
Aşıq  ədəbiyyatı  örnəklərinin  toplanması  işini  davam  etdirən  Hümmət  Əlizadə 
özünün  bu  sahədəki  mövcud  fəaliyyətinin  növbəti  məhsulunu  1935-ci  ildə  ortaya 
çıxardı.  “Aşıqlar”  adı  altındakı  ikicildliyin  birinci  cildi  həmin  il  “Azərnəşr” tərəfin-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə