Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə18/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     41 
 
 
1920-ci sonlarında H. Əlizadə “Azərbaycanı öyrənmə yolu” jurnalında Qazax-
dan topladığı  xeyli tapmacanı dərc etdirdi.Tədqiqatlar gğstərir ki, bundan sonra So-
vet yazıçılarının I qurultayına qədər heç bir dövrü mətbuatda tapmacalar çap edilmir. 
Yalnız M.Qorkinin məşhur çağırışından (19) sonra qəzet və jurnal səhifələrində tap-
macalara geniş yer verilməyə başlandı (20, 14). 
Hümmət  Əlizadənin  dastanların  toplanması  və  nəşri  sahəsindəki  dəyərli,  unu-
dulmaz  fəaliyyətinin  mühüm  bir  istiqaməti də  “Koroğlu” eposunun  Azərbaycandakı 
ilk  geniş  həcmli  nəşrini  gerçəkləşdirməsi  ilə  bağlıdır.  İyirmi-otuzuncu  illərdə  mütə-
madi  şəkildə  Azərbaycanın  əsas  aşıq  bölgələrinə  elmi  ezamiyyətə  gedən  görkəmli 
folklorçunun  xüsusi  diqqət  yönəltdiyi  bir  məsələ  də  ustad  aşıqların  repertuarından 
“Koroğlu” dastanının müxtəlif qollarını yazıya almaq olmuşdur. Hümmət Əlizadənin 
əsasən  Qazax,  Tovuz,  Şəmkir,  və  Gəncə  aşıqlarının  repertuarlarından  yazıya  aldığı 
“Koroğlu  “  qollarının  arxiv  mənzərəsi  barədə  doğru-dürüst  məlumat  almaq  imkanı 
xeyli dərəcədə məhdud idi. Lakin buna baxmayaraq, toplanmış materialların əsas his-
səsi 1941-ci ildə “Azərnəşr”də çap olunduğundan (21) və onun iyirmi-otuzuncu illər-
də çap etdirdiyi qolların say göstəricisinin, təqribən, elə mövcud nəşrdəki qədər, yəni 
on dörd qol olduğunu söyləmək olar.  
Əslində sözügedən “Koroğlu” mətni nəşriyyata xeyli qabaq – 1939-cu ildə təq-
dim edilməsinə və 1940-cı ildə çapa imzalanmasına baxmayaraq, 1941-ci ildə sovet-
alman  müharibəsinin  başlanması  ilə  bu  iş sürətləndirilmiş  və  müharibə  başlanandan 
az sonra kitab nəşr olunmuşdur. Bunun əsas səbəbi “Koroğlu” dastanının qəhrəman-
lıq səciyyəsi daşıması və düşmənə qarşı yenilməz mübarizə ruhu kəsb etməsi idi. 225 
səhifəlik bu kitabın doqquz min nüsxədən ibarət olan və o dövr üçün yüksək sayılan 
tirajı da xalq, o cümlədən də azərbaycanlı əsgərlər arasında qəhrəmanlıq, döyüşkən-
lik, düşmənə qarşı amansızlıq ruhunu gücləndirmək məqsədi daşıyırdı. Dastan həqi-
qətən də bu istiqamətdə güclü təsir imkanına malik idi və xalq arasında olduğu kimi 
cəbhədə də əldən-ələ gəzirdi (9).  
Öz dövrünün mənəvi-ictimai və siyasi-ideoloji havası ilə yaxından səsləşən bu 
kitab  Vəli  Xuluflunun  1927-ci  il  və  1929-cu  il  nəşrindən  (22;  23)  sonra  “Koroğ-
lu”nun  folklor  kitabı  halına  gəlməsi  istiqamətində  həyata  keçirilən  ən  böyük  və  ən 
mükəmməl  bir  folklor  nəşri  kimi  xüsusi  əhəmiyyət  daşıyırdı.  Kitabda  on  dörd  qol, 
“Koroğlunun qocalığı” ilə bağlı iki əlavə qol – variant və təqdim olunan qollarda ol-
mayan  əllidən  yuxarı  Koroğlu  şeiri  toplanılmışdır.  Hər  bir  qolun  folklor  pasportu  – 
hansı aşıqdan, harada və nə zaman toplanılması barədə toplayıcı qeydi də verilmişdir. 
Qolların kitabdakı düzülüş ardıcıllığı və pasport təqdimatı belə verilmişdir:  
1) “Koroğlu” (1937-ci il, Qazaxda Aşıq Əlidən)  
2) “Koroğlunun İstanbul səfəri” (1938-ci il, Qazaxda Aşıq Əlidən)  
3) “Koroğluynan Aşıq Cünun” (1938-ci il, Qazaxda Aşıq Əlidən)  
4) “Koroğlunun Türkmən səfəri” (1934-cü il, Qazaxda Aşıq Əlidən)  
5) “Koroğluynan Dəmirçioğlu” (1938-ci il, Tovuz, Aşıq Mirzədən)  
6) “Koroğlunun Ərzurum səfəri” (1938-ci il, Kirovabad (Gəncə), Aşıq İbrahim 
Qaracaoğlundan )  
7) “Koroğlunun Ərzincan səfəri” (1937-ci il, Qazaxda Aşıq Əlidən)  
8) “Koroğlunun Toqat Səfəri” (1938-ci il, Qazaxda Aşıq Sadıqdan)  
9) “Koroğlunun Bağdad səfəri” (1938-ci il, Kirovadda Aşıq İsrafildən)  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     42 
 
 
10) “Koroğlunun Ballıca səfəri” (1930-ci il, Ordubadda Aşıq Muxtardan)  
11) “Koroğlunun Rum səfəri” (1929-cu il, Qazaxda Aşıq Məhəmməddən)  
12) “Koroğlunun Bayazid səfəri” (1934-cü il, Qazaxda Aşıq Əlidən)  
13) “Koroğlunun Dərbənd səfəri” (1932-ci il, Tovuzda Aşıq Vəlidən)  
14) “Koroğlunun qocalığı” (1938-ci il, Şəmkirdə Aşıq Qənbərdən).  
Qeyd  etmək  lazımdır  ki,  kitabda  “Koroğlunun  qocalığı”  rolu  üç  variant  halında 
verilmişdir. Tərtibçi nəşrin Aşıq Qəmbərdən yazıya aldığı yuxarıda adı çəkilən qolu əsas 
mətnə, 1938-ci ildə Tovuzda Aşıq Məhəmməddən və 1934-ci ildə Qazaxda Aşıq Əlidən 
topladığı eyni adlı qolları isə kitabın “Variantlar” bölməsinə daxil etmişdir. 
Mündəricatın mənzərəsindən də göründüyü kimi, Hümmət Əlizadə təqribən on 
il ərzində dastanın qollarını müxtəlif aşıqların repertuarından yazıya almaqla məşğul 
olmuşdur. 1929-cu ildə Qazaxda Aşıq Məhəmməddən “Koroğlunun Rum səfəri” qo-
lunun yazıya alınmasından başlanan bu ağır, məşəqqətli, bununla belə, həm də şərəfli 
iş 1938-ci ildə “Koroğlunun qocalığı” qol-variantların toplanması ilə yekunlaşmış və 
1939-41-ci illərdə kitabın tərtibi, nəşri prosesi getmişdir. Yeri gəlmişkən qeyd etmək 
lazımdır  ki,  sözügedən  nəşrdə  yer  alan  “Koroğlunun  qocalığı”  qol-variantları  “Kor-
oğlu” istiqamətindəki mövcud toplama-nəşr təcrübəsində folklor mətnini həm də va-
riantlar halında təqdim etməyin ilk nümunəsi idi (9). 
Hümmət Əlizadə “Koroğlu”su dil və üslub səciyyəsinə görə folklor kitabı para-
metrlərinə cavab verən bir nəşr idi. Burada folklor söyləyicisinin – aşığın təhkiyə tər-
zinin  qorunması,  folklor  və  etnoqrafiya  realilərinin  mühafizəsi,  dastan  ifaçılığına 
məxsus danışıq-nitq koloriti  və s. kimi  incə nüanslara  mümkün olduğu qədər diqqət 
yetirilmiş və həssalıqla yanaşılmışdır: “Aşbaz istədi ki, Koroğlunu aşbazxanadan çı-
xartsın.  Koroğlu  bir  əlinnən  aşbazın  boğazından  yapışdı,  bərk  sıxdı,  aşbaz  cıqqırını 
da  çıxartmadı.  Koroğlu  aşbazı  belinnən  iki  qatlayıb  qulplu  boş  qazanlardan  birinin 
içinə soxdu, ağzına sini çöyürüb üstündə oturdu. Aş qazanlarını qabağına çəkdi. Bir 
oturuma  yeddisini  aşırdı.  Sonra  qalxdı,  şələ  bığlarını  eşdi,  qulaqlarının  dalınnan 
keçirdi”  (21,  75).  Səsyazma  texnologiyası  imkanlarının  son  dərəcə  məhdud  olduğu 
iyirmi-otuzuncu illərdə əsasən “qələm-kağız üsulu” ilə işləyən folklorçunun aşıq təh-
kiyəsinə məxsus dinamik canlılığı  və etnoqrafik koloriti bu şəkildə qoruyaraq mətni 
demək  olar  ki,  orijinaldakı  şəkildə  qeydə  alması  ondan  xüsusi  həssaslıq  və  səriştə 
tələb  edirdi.  Hümmət  Əlizadə  şifahi  epik  ənənə  məhsulu  olan  “Koroğlu”  dastanını 
“folklor kitabı”na çevirərkən bu çətinliyin öhdəsindən ləyaqətlə gəlməyi bacarmışdır. 
Məhz bu keyfiyyətinə görə Hümmət Əlizadənin “Koroğlu” nəşri sonralar “Azərbay-
can ədəbiyyatı inciləri” çoxcildli seriyası içərisində yenidən kütləvi tirajla geniş oxu-
cu auditoriyasına və elmi ictimaiyyətə çatdırılmışdır  (24). 
Hümmət  Əlizadə  Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  lirik  qanadına  mənsub 
olan ən populyar və kütləvi janrlardan birinin – bayatıların toplanması və nəşri sahə-
sində  də  unudulmaz  elmi  xidmət  göstərmişdir.  Ən  müxtəlif  bölgələrdə,  el-camaat 
içərisində gəzib dolaşaraq folklor örnəkləri axtarışında olduğu zaman o, digər janrlar-
la yanaşı bayatıların yazıya alınmasına da xüsusi diqqət yetirilmişdir. Bayatıların ay-
rıca folklor kitabı kimi nəşri sahəsində ilk təşəbbüs 1925-ci ildə Azərbaycan Ədəbiy-
yat Cəmiyyəti tərəfindən həyata keçirilsə də, həmin kitabça çox az sayda, təqribən iki 
yüzə yaxın bayatını çevrələdiyindən tutumlu bir nəşr işi sayıla bilməzdi. Bu sahədəki 
boşluq və zərurəti duyan Hümmət Əlizadə iyirmi-otuzuncu illərdə bayatıların toplan-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə