Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə20/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     45 
 
 
 İşin elmi nəticəsi: Çoxsahəli fəaliyyət imkanlarına, geniş təfəkkürə malik olan 
Hümmət Əlizadənin bir folklorşünas kimi əsərləri haqqında fikirləri, bu mülahizələ-
rin nəzəri əhəmiyyəti və onların başlıca müddəaları məqalədə öz əksini tapmışdır.  
İşin  elmi  yeniliyi:  Məqalənin  əsas  elmi  yeniliyi  onun  mövzusunun  aktuallığı 
ilə müəyyənləşir. H.Əlizadənin bir folklorşünas kimi Azərbaycan folklorşünaslıq ta-
rixində nəzəri fikirləri sistemli olaraq öyrənilərək tədqiqata cəlb edilmişdir. 
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalə  Azərbaycan  folklorşünaslığında  xüsusi  rolu 
və yeri olan görkəmli folklorşünas Hümmət Əlizadənin folklorşünaslığımızda nəzəri 
fəaliyyətinin təcəssümünü müəyyənləşdirmək istiqamətində mühüm elmi əhəmiyyətə 
malikdir. 
 
ƏDƏBİYYAT 
 
1. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. Bakı: Çıraq, 2009, səh. 59 
2. Qəniyev T. Azərbaycan folklorşünasları. Bakı: Nurlan, 2004, səh. 31-32 3. Abbaslı 
İ.  Azərbaycan  folklorşünaslığı:  təşəkkülü  və  inkişaf  mərhələləri.  AŞXƏDT,  IX  kitab,  Bakı: 
2000, səh. 22 
4.  Əlizadə  H.  Oktyabr  inqilabı  və  el  ədəbiyyatı.  “Azərbaycanı  öyrənmə  yolu”,  N3. 
Bakı:1930, səh.23 
5. Vəliyev V. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı:Maarif, 2004, səh.69-70  
6. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı:Maarif, 2004, səh.63-64  
7. Azərbaycan el ədəbiyyatı. I hissə, /Tərtib edəni H.Əlizadə. Bakı: 1929.  
8. Azərbaycan el ədəbiyyatı. II hissə, /Tərtib edəni H.Əlizadə. Bakı: 1936 
9.  Əliyeva-Kəngərli  A. Hümmət  Əlizadənin  folklor  nəşrləri. www.proqres.com.  Lit.az- 
Azərbaycanın ədəbiyyat portalı.  
10. Təhmasib  M.H.  Nəcib  məqsəd,  gözəl  nəticə.  “Ədəbiyyat  və  incəsənət”  qəzeti,  20 
iyul 1968-ci il. 
11. Azərbaycan aşıqları (hazırlayan H.Əlizadə). Bakı: 1930.  
12. Aşıqlar (hazırlayan Əlizadə H.), 2 cilddə, I c., Bakı: 1935. 
13. Aşıqlar (hazırlayan Əlizadə H.), 2 cilddə, II c., Bakı: 1936. 
14. Aşıq Ələsgər (hazırlayan Əlizadə H.), Bakı: 1934. 
15. Bozalqanlı Aşıq Hüseyn. Qoşmalar (hazırlayan H.Əlizadə), Bakı: 1938.  
16. Aşıq Əsəd (hazırlayan Əlizadə H.). Bakı: 1939.  
17. Dastanlar və nağıllar (hazırlayan Əlizadə H.). Bakı: 1937. 
18.Əfəndiyev P. Azərbaycan folklorşünaslığı.(1920-1930-cu illər). Bakı:1997. 
19.  Əlizadə  H.Qazaxdan  toplanılmış  tapmacalar.  /”Azərbaycanı  öyrənmə  yolu”  jur., 
1928, N1, səh.45-47 
20. Umudov Q. Folklorşünaslığımızın tarixindən. (1920-1941-ci illər).Bakı:Təbib nəş-
riyyatı, 1995 
21. Koroğlu. (hazırlayan Əlizadə H.). Bakı: 1941. 
22. Koroğlu (hazırlayan Xuluflu V.), Bakı: 1927. 
23. Koroğlu (hazırlayan Xuluflu V.), Bakı: Azərnəşr, 1929. 
24. Azərbaycan ədəbiyyatı inciləri, (dastanlar). Bakı: Yazıçı, 1987, s. 271-420 
25. Azərbaycan bayatıları (hazırlayan Əlizadə H.), Bakı: 1938. 
26. Koroğlu. Xalq variantı. / «Gənc nəsil» jurnalı, 1940, № 8, s. 13-16 
27. Koroğlu. Xalq variantı. / «Gənc nəsil» jurnalı, 1940, № 9, s. 13-14 
28.  Əlizadə  H.  Oktyabr  inqilabı  və  el  ədəbiyyatı.  /”  Azərbaycanı  öyrənmə  yolu”  jur., 
1930, N3, səh.23-25 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     46 
 
 
29. Əlizadə H. El aşıqları və mollalar. /”Allahsız” jur., 1932, N10-11, səh.18-19 
30. Əlizadə H. El şeirləri haqqında. /”Ədəbiyyat qəzeti ”, 3 sentyabr 1936 
31. Paraça : /Hazırlayanı Əlizadə H.  Bakı : AzərUşaq, GəncNəşr, 1938. - 42 s.  
32.  Tülkü  ilə  tısbağanın  ortaqlığı  /  Hazırlayanı  Əlizadə  H.  Bakı  :  AzərUşaq, 
GəncNəşr, 1939, 27 s.  
33. Gülbala / Hazırlayanı Əlizadə H. Bakı: AzərUşaq, GəncNəşr, 1939, 47 s. 
  
 
Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Kamran Əliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     47 
 
 
Ləman VAQİFQIZI (SÜLEYMANOVA) 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA Folklor İnstitutunun “Dədə Qorqud”  
şöbəsinin aparıcı elmi işçisi 
e-mail: lemansuleymanova@rambler.ru 
 
GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİNİN FOLKLORUNDA BAYATI 
 
Xülasə 
Güney  Azərbaycan  türklərinin  folklorundan  danışarkən  bayatıların  üstündən  sükutla  keçmək 
olmaz.  Digər  türk  xalqlarında  olduğu  kimi,  Güney  Azərbaycan  türklərinin  də  folklorunda  bayatının 
xüsusi yeri vardır. İlk öncə onu vurğulamaq lazımdır ki, bayatını mərasimlərdən ayrı təsəvvür etmək 
olmaz.  Yəni  əksər mərasimlərin  icrası  bayatılarla  müşayiət olunur.  Ancaq  təəssüf  doğuran haldır  ki, 
Azərbaycan folklorunda olduğu kimi, Güney Azərbaycan türklərindən toplanmış bayatılar da mərasi-
min tərkib hissəsi kimi deyil, mərasimlərdən ayrılaraq çap olunub. Daha dəqiq desək, bayatıların kon-
teksti məsələsi aydınlaşdırılmamış qalıb. Bu da nəşr olunmuş bayatıların funksiyasını anlamaqda çə-
tinlik yaradır.  
Güney  Azərbaycan  türklərinin  arasında  vəsfi-hal  məclislərinin  təmtəraqla  keçirilməsi  mə-
lumdur. Vəsfi-hal məclislərini isə bayatılarsız təsəvvür etmək mümkün deyil. Mərasimin icrası zamanı 
sudan çıxan hər bir əşya bayatının müşayiəti ilə göstərilir və deyilmiş bayatıların məzmununa əsasən, 
əşya sahibinin təzə ildəki taleyi müəyyənləşdirilir.  
Güney Azərbaycan türklərindən toplanmış bayatıların bir qismini də alqış, qarğış, giley-güzar 
məzmunlu bayatılar təşkil edir. Çap olunmuş bayatıların arasında türk mifoloji inamlarını özündə əks 
etdirən nümunələrlə qarşılaşırıq.  
Bu  ərazidə  yaşayan  türklərə  məxsus  bayatıların  arasında  dastanlardan  bəhrələnərək  yaradılan 
dördlüklərin də olmasını görürük. 
Bayatılarda  yer-yurd  adlarının  işlənməsi  qanunauyğun  haldır.  Bu,  yalnız  qafiyə  yaratmağa 
xidmət etmir, eyni zamanda həmin bayatıların hansı bölgənin sakininin dilindən söylənməsinin göstə-
ricisidir. Əslində bu bayatılar ümumtürk bayatılarının həmin bölgəyə xas variantlarıdır. 
Bir məsələni də qeyd etmək istərdik ki, Quzey Azərbaycanda kitab şəklində yayınlanmış Gü-
ney  Azərbaycan  türklərinin  folklor  nümunələrində  şivə  xüsusiyyətlərinin  gözlənilməməsi  və  bir  çox 
hallarda mənası anlaşılmayan sözlərin izahının verilməməsi təəssüf doğurur.  
Açar  sözlər: bayatı, Güney Azərbaycan türkləri, folklor, vəsfi-hal, ədəbiyyat, Təbriz, Salmas, 
Xoy 
 
BAYATI IN THE FOLK-LORE OF SOUTH AZERBAIJAN 
 
Summary 
It is impossible to forget bayaties when we spoke about folk-lore of the South Azerbaijan turks. 
As in other Turk nationals, Bayati has a special place in the folk-lore of the South Azerbaijan Turks. It 
is impossible to separate bayati from ceremonies. That is, in time of fulfilment of the most ceremonies 
bayaties  are  been  performance.  Unfortunately,  as  in  Azerbaijan  folk-lore,  bayaties  which  have 
gathered from South Azerbaijan region is not as composition part of the ceremony, have been separate 
from  ceremonies  and  printed.  More  exactly,  problem  of  context  of  the  bayaties  has  stayed 
unelucidated. It creates difficulty understanding function of the published bayaties. 
Vasfi-hal parties  are held  grandiloquently  among  South  Azerbaijan Turks.  İt is  impossible  to 
imagine these parties without bayaties. Each thing taken out from the water is shown by performance 
of the bayati.  To this suitable, the fate of the thing owner in new year is defined. 
There are applause, curse, complaint pithy bayaties among bayaties which have gathered from 
Turks  of  South  Azerbaijan.  There  are  many  examples  about  Turkish  mythological  faiths  among 
printed  bayaties.  Among  bayaties  belonging  to  South  Azerbaijan turks  we  see  poems  with  four  line 
arising by influence of the eposes.  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə