Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə23/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     53 
 
 
Kəmalə İSLAMZADƏ 
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti  
Azərbaycan şifahi xalq ədəbiyyatı  
kafedrasının dosenti 
e-mail: kemale_67@mail. ru 
 
“İNŞAAT QURBANI” MƏRASİMİ VƏ EYNİADLI FOLKLOR SÜJETİ 
 
Xülasə 
Məqalə  qurbanvermə mərasiminin  bir növü  olan  “inşaat qurbanı”  və  onun  əsasında  formalaş-
mış eyniadlı süjetdən bəhs edir. Müəllif ən qədim dövrlərdən etibarən uzun müddət ərzində həm geri-
də qalmış xalqlarda, həm də özünü sivil adlandıran Avropa millətlərində həmin mərasimin icra olun-
duğunu bildirərək onun hansı dini təsəvvürlərə, inanclara söykəndiyini, ictimai mahiyyətini göstərmə-
yə  çalışır.  Qeyd  edir  ki,  binanın  möhkəm  olması  və  təyinatı  üzrə  fəaliyyət  göstərib  öz  funksiyasını 
yerinə  yetirməsi  üçün  insanlar  yer  ruhlarından  tikintinin  aparılacağı  torpaq  sahəsi  üçün  halallıq 
istəyirdilər.  Bu  məqsədlə  müqəddəs  ruhlara  verilən  insan  qurbanının  seçilməsi,  mərasimin  icrası  ilə 
bağlı təfərrüatları müəllif tərəfindən şərh edilmişdir. 
Məqalədə  Şimali  Amerika,  Yeni  Qvineya,  Qərbi  Avropa,  Rusiya,  Afrika  və  s.  əraziləri  əhatə 
edən geniş bir arealda yaşayan müxtəlif xalqların folklorunda “inşaat qurbanı” mərasiminə həsr olun-
muş nümunələr, onların janrı, personajları, süjet xətti ilə bağlı mülahizələr yer almışdır. Y.A.Paxomo-
vun  məqaləsində  Qız  qalasının  divarına  onun  memarının  bir  qızı  diri-diri hördüyü  barədə məlumata 
rast  gələn  müəllif,  bununla  bağlı  unudulmuş  rəvayəti  başqa  xalqlardakı  analoqları  əsasında  rekons-
truksiya etməyə cəhd göstərmişdir. Yazıda “inşaat qurbanı” mərasimi və onunla bağlı süjeti əks etdi-
rən tarixi faktlar, elmi əsərlər və ağız ədəbiyyatı nümunələri tədqiqata cəlb olunmuşdur. 
Açar  sözlər:  “inşaat qurbanı”, mərasim, folklor süjeti, epik nəğmə, rəvayət, saqa, əfsanə, tor-
paq ruhları, mifoloji varlıq. 
 
“CONSTRUCTION SACRIFICE” RITE AND FOLKLORE PLOT OF THE SAME NAME 
 
Summary 
The  article  deals  with  the  “construction  sacrifice”-  one  of  the  rites  of  sacrifice  –  and  the 
folklore plot of the same name formed on its base. The author notes that this rite was carried out from 
the ancient times for the space of centuries both by the backward peoples and by the European peoples 
who considered themselves to be civilized and tries to show religious notions, beliefs this rite is based 
on  and  to  reveal  its  social  essence.  It  is  emphasized  that  when  constructing  any  building  people 
begged the spirits of the earth to bless the place of  building in order it to be stable and carry out its 
function.  
  The article also deals with the choice of sacrifice for spirits in this purpose, with the details 
connected with the rite. 
  In  the article  are  given  the  examples  of  “construction  sacrifice”  from  the  different  people’s 
folklore  of  the  wide  area  North  America,  New  Guinea,  West  Europe,  Russia,  Africa  and  other 
territories, ideas about their genres, persons, story line. 
  Taking  into  consideration  the  information  about  the  girl  buried  alive  in  the  wall  of  the 
Maiden Tower  by  the  architect  in  Y.Pakhomov’s  article  the  author  tries  to reconstruct  the  forgotten 
legend connected with it on the basis of the other peoples’ analogues. In the article are researched the 
historical  facts,  scientific  works  and  samples  of  the  oral  literature  that  reflect  the  “construction 
sacrifice” rite and plot connected with it. 
  Key  words:  “construction sacrifice”, rite, folklore plot, epic song, legend,rumor,fable, saga, 
spirits of the earth, mythological creature 
 
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     54 
 
 
ОБРЯД «СТРОИТЕЛЬНАЯ ЖЕРТВА» И ОДНОИМЁННЫЙ ФОЛЬКЛОРНЫЙ СЮЖЕТ 
 
Резюме 
В статье речь идёт о «строительной жертве» – разновидности обряда жертвоприношения 
 и об одноимённом сюжете, сформировавшемся на его основе. Автор  указывает, что данный 
обряд  проводился  с  древнейших  времен  на  протяжении  веков  и  отсталыми  народами,  и 
европейскими  народами,  считающими  себя  цивилизованными,  и  пытается  показать  религиоз-
ные  представления,  верования,  на  которые  опирается  этот  обряд,  и  вскрыть  его  социальную 
сущность. Отмечается, что для прочности здания и выполнения им назначенной функции люди 
просили у духов земли благословения для места строительства. В статье подробно говорится о 
выборе  жертвы,  приносимой  с  этой  целью  духам,  обо  всех  деталях,  связанных  с  проведением 
обряда. 
  В  статье  даются  примеры  «строительной  жертвы»  из  фольклора  различных  народов, 
охватывающих широкий ареал, – Северной Америки, Новой Гвинеи, Западной Европы, России, 
Африки и других территорий, мысли и суждения относительно их жанров, персонажей, сюжет-
ных  линий.  Приняв  во  внимание  сведение  в  статье  Е.А.Пахомова  о  девушке,  заживо  замуро-
ванной строителем в стене Девичьей башни, автор пытается воссоздать связанную с этим забы-
тую легенду на основе аналогов у других народов. 
  В  статье  к  исследованию  привлечены  исторические  факты,  научные  труды  и  образцы 
устной литературы, отражающие обряд «строительная жертва» и связанный с ним сюжет.  
Ключевые  слова:  «строительная  жертва»,  обряд,  фольклорный  сюжет,предания,  эпи-
ческая песнь, легенда, сага, духи земли, мифологическое существо. 
   
Məsələnin  qoyuluşu.  Məqalənin  əsasında  bir  çox  folklor  süjetlərinin  öz  mən-
şəyini mərasimlərdən götürdüyünə əminlik dayanır. Yarımçıq nümunələrin, “itirilmiş 
paralellərin” bərpası üçün daha bütöv, bitkin mətnlərdən istifadə etmək üsulunun tət-
biqi nəzərdən keçirilir. 
İşin  məqsədi.  “İnşaat  qurbanı”  beynəlxalq  süjetinin  real-tarixi  əsasının,  məra-
simlə  bağlılığının,  yayılma  arealının,  məzmun,  ideya  və  personajlarının,  həmçinin 
hər  xalq  üçün  spesifik  olan  cəhətlərinin  müəyyənləşdirilməsi  qarşıya  qoyulan  əsas 
məqsəddir. 
 
Qədim  Bakının  rəmzinə  çevrilmiş  Qız  qalası  haqqında  müxtəlif  mənbələrdə 
fərqli məzmunlu əfsanələr, rəvayətlər, həmçinin onların variantları qorunub saxlanıl-
mışdır.  Lakin  Y.A.Paxomovun  “Qız  qalası  və  onun  əfsanəsi”  adlı  məqaləsində  ətə-
qana dolmamış, əfsanə və ya rəvayət həcmini almamış, xalq təfəkküründən süzülmə-
miş və onun fantaziyası ilə zənginləşməmiş, çiy informasiya şəklində olan bir qeydə 
təsadüf edirik. O yazır: “Qalanın memarı öz tikilisinin alınmaz olması üçün onun bü-
növrəsinə bir qızı diri-diri hörmüş, yaxud da qızın qanını əhəngə (palçığa – K. İ.) qa-
rışdıraraq abidənin inşasında istifadə etmişdir” (11, 34). 
Bu  qeyd  insanların,  xüsusilə  də  bakirə  qızların  müəyyən  məqsədlərlə  qurban 
verildiyi dövrlərin əks-sədasıdır. Təəssüf ki, belə faktlar cəmiyyətin inkişaf tarixində 
doğrudan da baş vermiş acı həqiqətlərdir, uydurma, əfsanə deyildir. 
Söhbət “inşaat qurbanı” adlanan mərasimdən gedir. 
Yuxarıda  təqdim  etdiyimiz  informasiyadan  başqa,  Azərbaycan  folklorunda 
həmin  mərasimə  işarə vuran bir  mətn  yoxdur. Görünür, islamdan sonrakı dövrdə bu 
qəddar  adət  sıradan  çıxdığından,  daha  doğrusu,  qoç  və  ya  digər  heyvan  qurbanı  ilə 
əvəz  olunduğundan  “inşaat  qurbanı”  mərasimini  əks  etdirən  folklor  nümunələri  də 
unudulmuşdur. Halbuki, başqa xalqların ağız ədəbiyyatında analoji mövzulu mətnlər 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə